FutbolMedia.Az
  • 21:37 Şənbə
    12 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Ilqar Nadiri:

Ilqar Nadiri: "Biz baş məşqçi T. Əhmədovla yanaşı, bütün heyəti saxlamaq istəyirik"

"Kəpəz" klubunun rəhbəri İlqar Nadirinin Futbolmedia.Az saytına müsahibəsi.

İlqar müəllim “Kəpəz” bu mövsüm üçün baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi altında qalmağı bacardı. Yəni maksimum nəticənin öhtəsindən gələrək, missiyasını tamamladı. Gələcəklə bağlı nə kimi planlar var. Məsələn, kluba yeni sponsorların cəlb edilməsi və sair?

Bəli. “Kəpəz” bu gərgin mövsümdə baş məşqçinin rəhbərliyi altında qarşıya qoyulan nəticəni verə bildi. Çətin də, olsa, onu bacardıq. Klubun gələcəyi ilə bağlı bir çox planlar var. Eləcə də, kluba sponsor tapılması ilə bağlı müəyyən addımlar atırıq. Çox istərdik ki, “Kəpəz”in də, yaxşı sponsoru olsun. Növbəti mövsümə qədər nələrsə etməyə çalışıacağıq.


Bəs baş məşqçi də, daxil olmaqla komandanın heyətini qoruyub saxlaya biləcəksinizmi?

Bizim əsas məqsədlərimizdən də, biri odur. Ən azından bu heyəti qoruyub saxlamağa çalışacağıq. Bu amil çox önəmlidir. Çünki kollektivdəki heyət bir –birinə öyrəşib, necə deyərlər aralarındakı anlaşma əladır.

Bəs konkret olaraq, “Kəpəz”i sonuncu yerdən qəbul edərək, yaxşı nəticə verən, klubu premyer liqada saxlamağı bacaran, Tərlan Əhmədovla bağlı nə deyərdiniz?

Əlbəttə ki, baş məşqçimiz Tərlan müəllim qarşıya qoyulan vəzifəsinin öhtəsindən gəlməyi bacardı. Bunu bütün komanda bacardı. Əlbəttə ki, çox istərdik ki, Tərlan müəllimlə davam edək. Sadəcə, bu haqda hələ danışmaq istəmirəm. Çüki qarşıda iki tur var. Və bununla bağlı bütün idarə heyəti masa arxasında müzakirə edəcək.

İlqar müəllim əgər bir baş məşqçi qarşıya qoyulan məqsədi veribsə, əsas məqsədə çatılıbsa, bu uğurlu nəticə sayılırsa, onda qarşıdakı iki tura nə ehtiyyac var axı. Məslən, “Turan” Tovuz” hələ 2 ay öncədən Ayxan Abbasovla 3 illik müqavilə imzaladı. “Zirə” klubu Rəşad Sadıqovla da, eyni addımı atdı. Onların da, müqavilələri hələ bitməmişdi. Bəs niyə Tərlan Əhmədovla bununla bağlı işlər görülmür. Konkret müqavilə imzalnamır?

Baş verənlərdən xəbərim var. Bilirik ki, hansı məşqçilərlə klublar müqavilə imzalayıb. Bizim də, Tərlan müəllimlə bağlı ilkin danışıqlar gedir. Sadəcə, böyük masa arxasında, yəni müşahidə şurası ilə birlikdə müzakirə etməmişik. Konkret olaraq iki turdan sonra bütün idarə heyəti ilə birlikdə, Tərlan Əhmədovla yeni müqavilə məslələrini müzakirə edəcəyik. Lakin elə şeylər var ki, mən sizə onu açıqlaya bilmərəm. Çünki bu klubun strategiyası və daxili işləridir. Yəni baş məşqçi ilə bağlı ilkn hərəkətlər var.

Mətbuatın, azrkeşlərin, Gəncə əhalisinin demək olar ki, 80 faizi Tərlan Əhmədovun “Kəpəz”də qalmasını dəstəkləyir. Yəni hazırda ən alternativ variant da, yoxdur. Hazırda "Kəpəz"ə gələ biləcək, nəticə verə biləcək, alternativ yoxdur. Həm də, nəticə verən məşqçini saxlayarlar prinsipi. Siz necə düşünürsünüz?

Biz də, mətbuatı, sosial şəbəkələri oxuyuruq. Orada gedən yazıları, altdakı komentlərə baxırıq. Əlbəttə dəstəkləyənlər də, var. Baş məşqçini dəstəkləməyənlər da var. Lakin bizim əsas məqsədimiz hazırda bütün heyəti qoruyub saxlamaqdır. Baş məşqçisindən tutmuş, idarə heyəti, futbolçusu və sair.

Mətbuatda dolaşan xəbərlərə görə, Tərlan Əhmədov gələn mövsümdən “Səbail”ə və ya, “Neftçi” klubuna baş məşqçi gedə bilər. Bilirsiniz ki, milli komanda ilə də, bir müddət adı hallandı. Belə bir məşqçini itirmək təhlükəsi sizi narahat etmir?

Əlbbəttə ki, nəticə verən məşqçiyə digər klubların,millinin maraq göstərməsi normaldır. Tərlan müəllim təcrübəli məşqçidir. Bir çox klublarda çalışıb. Bu məlumatlardan az –çox xəbərimiz olur. Əlbəttə ki, mətbuat vasitəsi ilə məlumatlanırıq. Lakin yenə də, deyirəm ki, bizim əsas məqsədimiz komandanı və bütün heyəti baş məşqçini də, saxlamaqdır. Lakin hələ bununla bağlı dəqiq bir söz demək istəmirəm. Çünki qərar klubun müşahidə şurasında müzakirə ediləcək. Biz də, çox istərdik ki, baş məşçi ilə yolumuza davam edək. Sadəcə, hələ qəti və diqiq bir söz deyə bilmərəm. Dediyim kimi ilkin danışıqlar gedir. Sadəcə, bunu detallarını mətbuata açıqlamaq işin gedişatına təsir edə bilər.

İlqar müəllim 2 gün bundan öncə sizin ofisinizdə bir hadisə baş verib. Futbol veteranı Kamal Hüseynov, Barat adlı yaşlı bir ağsaqqal, Gəncə futbolunun azarkeşi, Vətən müharibəsini iştirkçısı (Qazi) sizinlə görüşə gəlib. Baş məşqçi Tərlan Əhmədovun “Kəpəz”də qalmasını xaiş ediblər. Yəni nəticə vermiş məşqçi ilə işə davam etməsini azarkeş olaraq Gəncə sakini olaraq sizdən xaiş ediblər. Bu zaman içəri Xaliq Mərdanov, Fizuli Allahverdiyev daxil olaraq, qalmaqal yaradıblar. Hətta iş o yerə çatıb ki, əlbəyaxa olublar. Xaliq Mərdanov, Fizuli Allahverdiyev gələn şəxslərə bildirib ki, Tərlan kimdir ki, Gəncə klubunda qalsın. Gəncəlilər dura –dura Tərlan burada qala bilməz. Görünür ki, onun klubda qalmasını istəmirlər. Və buna nail olmaq üçün qalmaqal salırlar Bu doğru məlumatdır?

Həmin dediyiniz şəxslər mənim yanıma, ofisimə təşrif etdilər. Məndə onları qəbul etdim. Biraz söhbətdən sonra Xaliq Mərdanov, Fizuli Allahverdiyev içəri daxil oldular. Əlbəttə ki, bura klubun bazasıdır. İşlə əlaqədar istənilən vaxtı gələ bilərlər. Orada bir anlaşılmamazlıq yarandı. Lakin əlbəyaxa məsləsi yalan söhbətdir. Belə bir şey olmayıb. Sadəcə, aralarında mübahisə düşdü. Mən heç icazə vermərəm ki, mənim yanımda kimlərsə bir –birilərinə əl qaldırsınlar. Buna imkan vermərəm. Onları sakitləşdirdim.

Klub rəhbəri olaraq illərdi “Kəpəz”də çalışırsınız. Necə olur axı gələn məşqçilər hamısı Şahin Diniyev, Yaşar Vahabzadə, Tərlan Əhmədov hamısı pis oldu, lakin Mehman Allahverdiyev, Xaliq Mərdanov, Fizuli Allahverdiyev yaxşı və düz oldu. Buradan görünür ki, onların bu qalmaqalı adi hala çevrilib. Yəni bilərəkdən, qısqanclıqdan və ya başqa məslələrə görə illərdi bu ədavəti davam etirirlər. Yəni hamı pis oldu, onlar yaxşı. Bununla bağlı nə deyərdiniz?

Bilirsiniz ki, mən illərdi Gəncə klubunda çalışıram. Klub birinci divizionda oynayanda da, belə hallar olub. Mən deyərdim ki, bu onların köhnə ədavətləridir. Buna mənim aidiyyatım yoxdur. Sadəcə, olaraq əvvəlki məşqçilərin dönəmində də, belə hallar olurdu. Mən öz növbəmdə çalışmışam ki, bu kimi halların qarşısını alım. Çünki baş verən olaylar klubun nəticələrinə də, təsir edir.

Olmaz ki, bu qalmqal salan şəxsləri, Mehman Allahverdiyev, Fizuli, Allahverdiyev, Xaliq Mərdənovu klubdan uzaqlaşdırasınız. Və birdəfəlik bu ədavətə, qalmaqala son qoyasınız?

Yenə deyirəm ki, bu məslə Tərlan Əhmədovdan da, qabaq yaşanıb. Bütün məşqçilərlə belə hadisələr olub. Bu köhnə ədavətdir. Onların klubdan uzaqlaşdırması məsələsinə təkcə mən qərar verə bilmərəm. Klubun müşahidə şurası var. Birdə ki, çoxdandır belə hadisələr olmayıb. Yəni əvvəllər Tərlan Əhmədovla bağlı aralarında olan qalmaqala son verilib. O gündən bəri belə şeylər olmayıb. Mən bunla bağlı ölçü götürmüşdüm.

Bütün sözlərinizdən belə başa düşdüm ki, baş məşqçi Tərlan Əhmədovla yola davam etmək istəyirsiniz. Dediniz ki, təkcə baş məşqçini deyil, bütün komandanı qoruyub saxlamaq istəyirsiniz?

Bəli. Əsas məqsədimiz bütün heyəti, komandanı, persanalımızı qoruyub saxlamaq istərdik. Sadəcə, bununla bağlı iki turdan sonra klubun müşahidə şurasında masa arxasında həll edəcəyik. Bundan sonra dəqiq bir məlumat veriləcək. Hər şey danışıqlardan sonra məlum olacaq.

Əli HƏYATİ

18-05-2023, 16:14
34402
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
16-05-2023, 14:11
"Kəpəz" rəhbərliyi Tərlan Əhmədova 1+1 müqavilə təklif edib
14-05-2023, 09:04
Gəncə futboluna,
Gəncə futboluna,"Kəpəz"ə, nəfəs verən Tərlan Əhmədov - YAZI
9-03-2023, 19:13
Arif Əsədov:
Arif Əsədov: "Bir çox futbolçuların və Tərlan Quliyevin də oyunlarını izləyirik"
3-01-2023, 14:45
"Kəpəz" azarkeşlərindən Tərlan Əhmədova dəstək - Məktub
15-12-2022, 15:54
"Kəpəz"in qladiatoru Tərlan Əhmədov - YAZI
24-10-2022, 10:28
"Qəbələ"ni səfərdə mat qoyan Tərlan Əhmədov - Yazı
24-10-2022, 09:09
Tural Axundov:
Tural Axundov: "Qəbələ" ilə oyunda qələbəyə layiq oynadıq"
10-09-2022, 15:10
Tural Axundov:
Tural Axundov: "Tərlan müəllim səviyyəli məşqçi, çox gözəl insandır"
7-09-2022, 17:36
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "Nizam -İntizam mənim üçün çox vacibdir"
25-05-2022, 20:05
Yaşar Vahabzadə:
Yaşar Vahabzadə: "Bütün yerli məşqçilərə dəstək olmaq lazımdır"
19-04-2022, 13:47
Tərlan Quliyev:
Tərlan Quliyev: "Şamaxı"dan yeni müqavilə təklifi gələrsə, oturub danışarıq"
28-01-2022, 14:31
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qarabağ"la oyun çox çətin olacaq"
  Xəbər Lenti
Braziliyalı müdafiəçi “Arsenal” və “Atletiko”nun hədəfindədir - Transfer xəbərləri 12.09.2026, 13:14
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər 12.09.2026, 12:03
La Liqada ötən ayın ən yaxşı futbolçusu bəlli oldu - Xarici xəbərlər 12.09.2026, 11:11
"Sumqayıt" Burkino-Faso millisinin üzvünü transfer etdi - 12.09.2026, 10:09
MOİK - "Şimal" 1:1 - VİDEO 12.09.2026, 09:07
Mahirin komandasından Polşa çempionatında ilk qələbə 12.09.2026, 08:15
Fərid Namazov: “Reallıq odur ki, “Neftçi” dominant oynayırdı” 11.09.2026, 20:04
Vernidub: “Belə oynamağa haqqımız yoxdur” 11.09.2026, 19:22
II Liqada III turun təyinatları açıqlandı 11.09.2026, 17:01
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
9-09-2026, 18:09
Məşhur qapıçı Kurtua Millətlər Liqasında oynamaqdan imtina edib -
Məşhur qapıçı Kurtua Millətlər Liqasında oynamaqdan imtina edib - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
20-08-2026, 15:29
La Liqada 400-cü oyun -
La Liqada 400-cü oyun - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
20-08-2026, 14:02
Puyol:
Puyol: “Yamala başa salmalıyıq ki…”
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
20-08-2026, 11:37
Joze Mourinyo:
Joze Mourinyo: "Mbappe məni güldürür"
20-08-2026, 16:11
"Qalatasaray" rus futbolçunun transferini açıqladı - Transfer xəbərləri
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
20-08-2026, 12:09
"Qarabağ" "Tvente"yə qarşı - YENİLƏNİR
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb