FutbolMedia.Az
  • 01:29 Cümə
    24 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Yaşar Vahabzadə:

Yaşar Vahabzadə: "Bütün yerli məşqçilərə dəstək olmaq lazımdır"

Azərbaycan millisinin sabiq baş məşqçisi və hazırda "Kəpəz"in baş məşqçisi olan Yaşar Vahabzadənin Futbolmedia.Az saytına müsahibəsi.


Yaşar müəllim ilk öncə sizi təbrik edirəm. Demək olar ki, artıq hər şey dəqiqləşib. Və siz növbəti mövsüm də, “Kəpəz”komandasını Azərbaycan Premyer Liqasına çıxardacaqsınız. Mən deyərdim ki, Gəncə azarkeşləri üçün əsil bayram hələ qabaqdadır. Bu münasibətlə bağlı nələr deyərdiniz?

Çox sağolun.Mənim “Kəpəz”lə hələ ki, müqaviləm bitməyib. Belə deyək ki, mqaviləm hələ davam edir.Düzünü deyim ki, yeni müqavilə hələ imzalamamışıq. Lakin komandada qalacağımla bağlı danışığımız olub. Klub rəhbərliyi ilə danışığmız olub. “Kəpəz”ə gəlincə isə çox sevindirici haldır. Doğurdan da, bütün Gəncə azarkeşləri, əhalisi çox sevinir. Bu münasibətlə onları təbrik edirəm. Çoxdandır ki, bu onların arzusu idi. Gəncədə və digər bölgələrdə futbol mütləq olmalıdır. Azərkeşlərin stadiona gələn sayına baxırıq, futbola olan diqqətini görməyimiz buna əsas verir. Premyer Liqada bölgə klublarının oynaması bir ayrı sevinc, yüksəlişdir. Həmin kütlə qarşısında oynayan futbolçular daha məhsuliyyətli olur, daha yaxşı və həvəslə oynayır. Bir sözlə, çox müsbət bir haldır.

Azərbaycanın sevilən və hörmət edilən məşqçilərindənsiniz. Yaşar Vahabzadə bir brendi var. Və yerli məşqçi olarq sizə mütləq dəstək verilməli olduğunu söyləmək istərdim. Sizin timsalınızda bütün yerli məşqçilərə bu şans verilməlidir. Mütləq həm federasiya, həm jurnalistlər, həm də, azarkeşlər yerli məşqçilərə və o, cümlədən Yaşar Vahabzadəyə dəstək olmalıdır. Bununla bağlı siz nə düşünürsünüz?
[/b]

Yaşar Vahabzadə: "Bütün yerli məşqçilərə dəstək olmaq lazımdır"


Hər bir mütəxəssizə dəstək verilməlidir. Əlbəttə ki, bütün yerli məşqçilərə bu mütləqdir. Çünki ona olan dəstəyi hiss edən məşqçilər daha həvəslə işləməyə çalışır. Və özünə güvəni çox artır. Bölgələrdə futbolun olması, “Kəpəz”in, “Turanı”n Premyer Liqaya qayıtması futbolumuzun inkişafına çox təkan verəcək. Bundan başqa görün nə qədər yerli və gənc futbolçular oynamaq şansı əldə edəcək. Müxtəlif milli komandaların bir çox üzvləri də, ehtiyyat skamiyadan canları qurtaracaq. Bundan başqa yerli futbolçuların sayı artacaq. Bir çox gənc futbolçular Premyer Liqada oynamaq şansları qazanacaqlar. Əlbəttə ki, klublarında təcrübəli futbolçulardan bir çox şeylər öyrənəcəklər. Çünki istənilən klubda mütləq 6-7 təcrübəli futbolçular olmalıdır. Bütün bunblar müsbət cəhətlərdir.

[b]Demək olar ki, “Kəpəz”in ilk transferləri artıq məlumdur. Artıq çoxdandır ki, Tural Axundov və Tərlan Quliyevin transfer siyahısında adları ilk pillədədirlər. Və artıq onları “Kəpəz”in oyunçuları hesab etmək olar?

Btün bunları mətbuatdan mən də, oxumuşam. Həm Tural Axundov, həm də, Tərlan Quliyevlə birbaşa danışığımız olmayıb. Bu futbolçuları mən yaxşı tanıyıram. Və onların nəyə qadir olduqlarını da, bilirəm. Çünki onların baş məşqçisi olmuşam.Əlbəttə ki, belə futbolçuları komandamızda görmək çox xoş olardı. Lakin onlarla hələ rəsmən danışığımız, görüşümüz olmayıb. Çünki komandanın büddcəsi var. Yəqin ki, yaxın zamanda görüşümüz olacaq. Hardasa, bir –iki gündən sonra rəsmən görüşümüz olacaq.

Etibarlı mənbədən aldığımız məlumata görə, həm Tural Axundova, həm də, Tərlan Quliyevə “Səbail” və “Sumqayıt” klubu təklif göndərib. Yəni transfer etmək üçün hərəkətə keçiblər. Ola bilsin ki, bu səbəbdən fikirləşirlər?

Mənim də, bu futbolçulara kimlərin təklif göndərdiklərindən xəbərim var. Yəni bütün bunları mətbuatdan oxuyuram. Əlbəttə ki, Tural və Tərlan kimi istedadlı, bacarıqlı və təcrübəli futbolçuları bir çox klublar heyətinə qatmaq istəyər. Mən bu futbolçuların nəyə qadir olduqlarını yaxşı bilirəm. Yəni mən dediyiniz futbolçuların 21 yaşlı millidə baş məşqçiləri olmuşam. Çempionatda daim oyunlarını izləmişəm.

Yaşar Vahabzadə: "Bütün yerli məşqçilərə dəstək olmaq lazımdır"


Yaşar müəllim siz özünüz də, bu futbolçuların xidmətində maraqlı olduğunuzu, onları yaxşı tanıdığınızı mətbuata demişdiniz?

Bəli. Mən onları yaxşı tanıyıram. Hətta Gəncə azarkeşlərinin də, onları yaxşı tanıdıqlarını, dəstədiklərini blirəm. Mənim rəhbərliyim altında da, top qovublar. Yəni mən yaxşı bələd olduğum futbolçulardı. Demək olar ki,millidə güvəndiyim futbolçular olublar.

Bu futbolçular mətbuata açıqlamalarında sizdən Yaşar Vahabzadədən ağız dolusu danışdılar.Sizi çox təriflədilər. Hətta bildirdilər ki, Türkiyə liqasında oynamaqdansa, Yaşar Vahabzadə kimi güclü mütəxəssizin, gözəl insanın rəhbərliyi altında çıxış etmək daha yaxşıdır. Xüsusən də, Tural Axundov Gəncə kanalına sizdən xoş sözlər deyib. Bundan xəbəriniz varmı?

Çox sağolsunlar. Onları mən lap gənc yaşlarından tanıyıram. Mənim futbolçularım olub. Hətta Tural Axundovu da, gənc yaşlarında futbolda mən kəşf etdim. Bir çox mütəxəssizə onu tanıtdım ki, belə bir istedad var. Həm sol, həm də, sağ ayağı ilə yaxşı oyun sərgiləyir. Lakin hələ dəqiq bir söz deyə bilmərəm. İki gündən sonra transfer məsələsinə start verəcəyik. Çox güman ki, büdcə məsələsi tam təsdiqlənsin, bundan sonra bu futbolçularla danışıq masasına oturmq olar. Yəni istədiyimiz futbolçuları komandamıza cəlb etməyə başlayacağıq.

Əli HƏYATİ

25-05-2022, 20:05
21802
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
25-05-2022, 09:15
"Kəpəz"dən sonra "Səbail" də Tural Axundova təklif göndərdi
18-05-2022, 14:33
Riad Rəfiyev:
Riad Rəfiyev: "Uğurlu nəticələrə azərbaycanlı, yerli futbolçularla imza atmışıq"
18-05-2022, 12:07
Elmar Baxşıyev:
Elmar Baxşıyev: "Mütləq onun yerini dolduracaq futbolçuya ehtiyacımız var"
25-04-2022, 17:43
Tural Axundov:
Tural Axundov: "İki yerli klubdan gələn təklif haqda düşünürəm"
27-03-2022, 08:15
Tural Axundov:
Tural Axundov: "İki Azərbaycan klubundan transfer təklifi almışam"
20-01-2022, 08:05
Tural Axundov:
Tural Axundov: "Oyunlar başlayana qədər yaxşı formada olacam"
11-01-2022, 08:17
Tural Axundov:
Tural Axundov: "Fasilənin sonuna qədər tam optimal formada olacam"
20-12-2021, 13:24
Arif Əsədov:
Arif Əsədov: "Millətlər Liqasındakı rəqiblərimiz dişimizə görədir"
17-12-2021, 13:00
Adil Nağıyev:
Adil Nağıyev: "Mən də "Neftçi"nin mənimlə maraqlanmasını mətbuatda oxumuşam"
11-12-2021, 20:34
Yaşar Vahabzadə:
Yaşar Vahabzadə: "Çətin olacağını bilirdik"
30-11-2021, 11:17
"Keşlə"nin futbolçusu Tural Axundov "Neftçi"nin transfer siyahısında
11-09-2021, 15:15
Yaşar Vahabzadə:
Yaşar Vahabzadə: “Göründü ki, fiziki durumları normaldır“
  Xəbər Lenti
PSJ Enrike ilə yeni müqavilə üçün razılığa gəlib - Xarici xəbərlər 23.07.2026, 18:06
Almaniya millisinin üzvü "Barselona"da - Transfer xəbərləri 23.07.2026, 17:04
"Araz-Naxçıvan" Qvineya millisinin üzvünü transfer etdi 23.07.2026, 15:42
"Şəfa" niderlandlı futbolçu transfer etdi 23.07.2026, 14:40
“Kəpəz portuqaliyalı hücumçu transfer etdi - Transfer xəbərləri 23.07.2026, 14:06
Rodri əməliyyat olunacaq - Xarici xəbərlər 23.07.2026, 13:14
"Mançester Siti" 2 futbolçusu ilə müqaviləni uzadacaq - Transfer xəbərləri 23.07.2026, 12:12
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər 23.07.2026, 11:30
Kazemironun yeni klubu bəlli oldu - Transfer xəbərləri 23.07.2026, 11:00
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-07-2026, 12:11
Modriç milli karyerasını bitirir -
Modriç milli karyerasını bitirir - Xarici xəbərlər
22-07-2026, 11:37
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
22-07-2026, 13:15
“Neftçi” 3 il sonra yenidən Avropa səhnəsində
“Neftçi” 3 il sonra yenidən Avropa səhnəsində
21-07-2026, 14:31
Zidan Fransa millisinin baş məşqçisi təyin olundu -
Zidan Fransa millisinin baş məşqçisi təyin olundu - Xarici xəbərlər
22-07-2026, 17:10
Ohori “Neftçi”dən ayrılıb Serbiya kluba keçdi
Ohori “Neftçi”dən ayrılıb Serbiya kluba keçdi
22-07-2026, 14:07
“Real” “Barselona”nın hücumçusunu istəyir -
“Real” “Barselona”nın hücumçusunu istəyir - Transfer xəbərləri
22-07-2026, 12:15
SSKA-nın futbolçusu:
SSKA-nın futbolçusu: “Qarabağ”la oyunda heç-heçə məğlubiyyət kimidir”
22-07-2026, 14:33
“Neftçi” – “Dinamo” matçına nə qədər bilet satılıb?
“Neftçi” – “Dinamo” matçına nə qədər bilet satılıb?
21-07-2026, 15:42
"Şəfa" yeni legioner transferini açıqladı - Transfer xəbərləri
21-07-2026, 12:14
ABŞ millisinin hücumçusu “Borussiya”ya keçə bilər -
ABŞ millisinin hücumçusu “Borussiya”ya keçə bilər - Transfer xəbərləri
22-07-2026, 16:08
"Rakuv" Emrelini siyahıya daxil edə bilmədi
22-07-2026, 18:12
“Beşiktaş” Braziliya millisinin üzvü  Riçarlisonu transfer etmək istəyir -
“Beşiktaş” Braziliya millisinin üzvü Riçarlisonu transfer etmək istəyir - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb