



Fatih Terim: “Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil”
Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim UEFA Millətlər Liqasında İtaliyaya 1:4 hesablı məğlubiyyətdən sonra yığmanın futbolçularının azarkeşlər tərəfindən fitə basılmasına münasibət bildirib.
Futbolmedia.az CNN Türk-ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis milli komandanın oyunçularına dəstək verilməli olduğunu deyib:
“Üzərində ay-ulduz olan heç kim fitə layiq deyil. Çünki o, ay-ulduzu daşıyır. Tez sındığımız bir oyun oldu. 0:3-dən sonra vəziyyətdən çıxmaq da asan deyildi. Uduzduq, yaxşı oynamadıq, bəli. Amma qalan 4 oyunda 12 xal toplaya bilərikmi? Bəli”.
Terim məğlubiyyətdən nəticə çıxarmağın vacibliyini vurğulayıb:
“Bu oyunu tez unutmalı, dərslər çıxarmalı və digər 4 matça hazırlaşmalıyıq. Başqa edəcək bir şey yoxdur. Bu gün pis oynamağımız sabah da pis oynayacağımız demək deyil. Çatışmazlıqları təhlil edib daha çox mübarizə aparmağa hazırlaşmalıyıq”.
O, Türkiyə millisinin potensialına inandığını bildirib: “Qarşıda 4 oyun var. Şübhəsiz, ən çox üzülən futbolçularımızdır. Gənc oyunçularımız var, onlar təcrübəlilərlə yaxşı uyğunlaşacaqlar. Türkiyə millisi istənilən yerdə istənilən rəqibi məğlub edə bilər. Ümidsizliyə qapılmadan düzgün oynamaq lazımdır. Yaxşı gün deyildi. Hesab başqa cür də ola bilərdi, 4:3 və ya 4:4 də bitə bilərdi”.
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























