FutbolMedia.Az
  • 16:59 Bazar ertəsi
    24 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo

"Qəbələ"ni səfərdə mat qoyan Tərlan Əhmədov - Yazı

Azərbaycan Premyer Liqasının 11-ci turunda maraqlı oyunlar keçdi. Bunların içində həm maraqlı, həm də, gözlənilməz nəticə Qəbələdə baş verdi. Əslində bir çoxları üçün bəlkə də, gözlənilməz ola bilərdi. Lakin mənim təcrübəli idman, futbol jurnalisti olaraq nəticə şok etmədi. Çünki "Kəpəz"in yeni baş məşqçisi Azərbaycanın tanınmış, nəticə qazanmış məşqçisi Tərlan Əhmədovdur. Ola bilər ki, Tərlan Əhmədov hansısa futbol camisəində müəyyən qüvvələr tərəfindən sıxışdırılsın. Və uzun müddət işsiz qalsın. Lakin ona qarşı təşkil edilən bütün çətinliklər, qarayaxmalar, tarixdə qalan nəticəni, Tərlan Əhmədovun pəşəkarlığını, istedadını kölgə altına ala bilməz. "Kəpəz"in başına gətirildikdən sonra "Şamaxı"nı məğlub etdi. "Sumqayıt"dan səfərdə xal aldı. "Qəbələ" kimi evdə istədiyi rəqibə divan tutan bir komanda ilə əsl döyüş sərgilədi. "Qəbələ"dən səfərdə xal almaq hər klubun və hər baş məşqçinin başı üçün deyil. Çox klublar səfərdən böyük hesabla məğlubiyyətlə, ən yaxşı halda iki top fərqi ilə uduzub qayıdırlar. Lakin "Kəpəz"in Qəbələdəki oyunu çox şeydən xəbər verir. Əvvəla, Gəncə klubunun oyun sistemində, nizam intizamında çox şeylər dəyişib. Xüsusi oyun planı, ev tapşırığı, Tərlan Əhmədovun özünə məxsus oyun sistemi açıq-aşkar görünür. "Qəbələ" ilə oyunda "Kəpəz" rəqibindən hər kompanentdə üstün idi. Oyun boyu "Qəbələ"nin belkə də, cəmi iki real qol imkanı olsa da, "Kəpəz"də bu say 5-6-ya çatdı. Düşünürəm ki, Tərlan Əhmədov qışa qədər, ən yaxşısı isə qış transferindən sonra möhtəşəm və döyüşkən bir kollektiv yaradacaq. Təsəvvü edin ki, bu çətin şərtlər altında baş məşqçi qısa bir zamanda "Kəpəz"ə özünə -inamı qaytardı. Komanda rəqiblərində xal almağa, qələbə qazanmağa başladı. Öz aramızdı bunu heç məşhur Ançelloti, Maurinyo da, edə bilməzdi. Əlbəttə ki, hazırki şərtlər altında. Bundan başqa Gəncə klubunda bir çox şeylər qarmaqarışıqdı. Baş məşqçinin ayağını qazmaq istəyən qoca veteranlar çoxdu. Bundan başqa komanda daxilində qruplaşma yaradan 1-2 futbolçu da vardı. İndi Əli Səmədov baş məşqçi tərəfindən komandadan uzaqlaşdırıldı. Bu hələ bildiyimiz tərəflərdi. Gör indi Tərlan Əhmədova bilmədiyimiz vurulan zərbələr necədir. Gəncə futbolunun yüksəlişini istəyən veteranlar, gəncəlilər, baş məşqçinin, futbolçuların, klubun ayağını qazmaz. Üzünə dost gülüşü edib,arxadan namnərdcə xəncər sancmaz. Bir sözlə, imkan verin baş məşqçi işini görsün. Komandanı uğurlara daşısın. Onu da, bilin ki, Tərlan Əhmədov sizə üzü yola Yaşar Vahabzadə deyil. Vurduğunuz zərbənin, iki qatını sizə qaytara bilər. Bunu çox yaxşı başa düşürsünüz. Əgər işlər yaxşı gedərsə, Qışdan sonra daha möhtəşəm bir "Kəpəz" görə bilərik. Əlbəttə ki, Tərlan Əhmədovun rəhbərliyi altında.

Əli HƏYATİ

24-10-2022, 10:28
22686
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
24-10-2022, 09:09
Tural Axundov:
Tural Axundov: "Qəbələ" ilə oyunda qələbəyə layiq oynadıq"
22-10-2022, 18:29
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "Hərdən düşünürəm ki, bu gedişlə "şəkər" tutacağam"
17-10-2022, 14:02
Tural Axundov:
Tural Axundov: "Neftçi" ilə oyunda həm qırmızı vərəqə aldıq, həm də baxtimiz gətirmədi"
16-10-2022, 17:37
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "O, mütləq cəzalanacaq"
9-10-2022, 21:54
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "Bu məğlubiyyətin səbəbkarı mənəm"
2-10-2022, 21:19
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "6 məğlubiyyətdən sonra komandanı toparlamaq çox çətindir"
20-09-2022, 09:55
Tural Axundov:
Tural Axundov: " Tərlan müəllim fasilədə komandanı ruhlandırdı"
19-09-2022, 08:18
Qaranlıqdan çıxan yaralı Aslan Tərlan Əhmədov - YAZI
Qaranlıqdan çıxan yaralı Aslan Tərlan Əhmədov - YAZI
18-09-2022, 20:45
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "İki həftəyə komandanı bu səviyyəyə çatdırmışıq"
10-09-2022, 15:10
Tural Axundov:
Tural Axundov: "Tərlan müəllim səviyyəli məşqçi, çox gözəl insandır"
4-09-2022, 14:42
Tərlan Quliyev:
Tərlan Quliyev: "Çətinliklərə baxmayaraq səfərdən qələbə ilə dönməyi bacardıq"
15-08-2022, 07:00
Yaşar Vahabzadə və
Yaşar Vahabzadə və "Kəpəz"ə torba tikmək istəyən qüvvələr - YAZI
  Xəbər Lenti
"Sumqayıt"dan ayrılan legioner Sloveniya klubunda 24.08.2026, 16:14
Mahmud Qurbanov millinin baş məşqçisi təyin edildi - 24.08.2026, 15:43
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI 24.08.2026, 15:32
“Komo” “Fiorentina”nın hücumçusu Moyze Kini 40 milyona transfer edir - Transfer xəbərləri 24.08.2026, 14:33
"İmişli"nin qolkiperi 39-cu oldu 24.08.2026, 14:07
İngiltərə klubu Alvares üçün hərəkətə keçib - Xarici xəbərlər 24.08.2026, 13:21
“Milan” portuqaliyalı müdafiəçini istəyir - Transfer xəbərləri 24.08.2026, 12:10
"Nyukasl" - "Liverpul" 2:2 - VİDEO 24.08.2026, 11:37
"Barselona" Almaniya millisinin hücumçusunu transfer etmək istəyir - Transfer xəbərləri 24.08.2026, 11:06
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
Bu gün, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
24-07-2026, 17:10
ÇSKA -
ÇSKA - "Qarabağ" matçının biletləri satışa çıxarıldı
24-07-2026, 19:15
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu -
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu - Xarici xəbərlər
24-07-2026, 18:11
"Zirə"dən ayrılan Leroy Mikels Almaniya klubuna keçdi - Transfer xəbərləri
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb