Tərlan Əhmədov: "Nizam -İntizam mənim üçün çox vacibdir"
Azərbaycanın tanınmış mütəxəssizi, "Kəpəz" klubunun baş məşqçi Tərlan Əhmədovun Futbolmedia.Az saytına müsahibəsi.
“Kəpəz” klubunun rəhbərliyi bir çox məşqçilərlə danışıq aparırdı. Lakin sonda mən deyərdim ki, ən yaxşı variant olaraq məhz siz Tərlan Əhmədov üzərində dayandılar. Klubun durumu məlumdur. Gəncə təmsilçisində işləmək üçün sizi nə razı saldı. Nədən razılaşdınız?
Əlbəttə ki, təklif gələndən sonra mütləq fikirləşir, ölçüb – biçirsən. Yəni beynində fəaliyyətini dəyərləndirirsən. Fikirləşirsən ki, gedib nə edə bilərsən. Klubun hazırki durumu, klubun səviyyəsi, futbolçuların durumu, büddcənin vəziyyətini götür – qoy edirsən. Gəncə komandası uzun müddətdən sonra Premyer Liqaya yüksəlib. Bu çox sevindirici amildir. Eləcə də, Gəncə futboluna sevgi ilə bağlı olan bir şəxs kimi məni də, çox sevindirdi. Ümumiyyətlə, bölgə klublarının Premyer Liqaya gəlişinə çox sevindim. Uzun illərdi bunu istəyirdik. Mən yenə deyirəm ki, Zaqatala, Masallı, Lənkəran, Mingəçevir də, Premyer Liqaya gəlməlidir. Onların qayıdışını istəyirəm. Mənə “Kəpəz”dən təklif gələn zaman dost-tanışla da, oturub müzakirə etdim. Götür –qoy etdikdən sonra qərar verdim. Bilirsiniz ki, Premyer Liqada bir məşqçi kimi təcrübəm var. Vaxtı lə çətin durumda olan “Neftçi”də, AZAL –da nəticə verməyi bacarmışam. AZAL-ın büddcəsi bir milyon səkkizyüz mindən çox idi. Lakin sonra düşdü 155 minə. Mən həmin 155 minlik maddi vəsaitlə belə əla nəticə verməyi bacarmışdım. Çox düşündüm və qərar verdim ki, 2 illik fasilədən sonra sevdiyim işimə dönüm. Gəncə Azərbaycan futbolunun beşiyi olub. Sovetlər dönəmindən ölkəyə ən çox futbolçu bəxş edən bölgədir. Ümumiyyətlə, Gəncə və Tovuz çox futbolçu yetişdirib. Güclülər dəstəsində “Neftçi” ilə yanaşı güclü “Dinamo” (Kirabad) klubu olub. Bu bölgə futbol şəhəridir. Gəncə sakinləri futbolla yaşayıb. Mən də, ürəkdən istədim ki, Gəncə futbolunun uğurlu günləri qayıtsın. Çox təssüflər olsun ki, hazırki durumda “Kəpəz”in durumu çox yaxşı deyil. Komandanın belə deyək ki, çox şeyi yoxdur. Yəni nə avtobusu var. Nə stadionunda oynamaq mümkündür. Yəni durum acınacaqlıdır. Çox istərdim ki,bu məsələlər həllin tapsın. Beş turdan sonra sıfır xal hamını qorxudur. Lakin unutmaq lazım deyil ki, qarşıda 31 tur var. Yəni hələ uzun bir marafon bizləri gözləyir.
Tərlan müəllim Azərbaycan klubu “Neftçi”də çalışan zaman tarix yazan məşqçilərdən olmusunuz. Rəhmətlik Böyükağa Hacıyevin vaxtında “Neftçi”də onun köməkçisi kimi çalışmısınız. Həmin dövürdə, “Neftçi” ilə Avroliqanın qrupuna vəsiqə qazandınız. Siz ilk tarix yazan məqçilərdən oldunuz. Biz də, bilirik ki, “Neftçi”nin həmin dövürdə uğur qazanmasında ən çox pay sahiblərindən biri siz oldunuz. Komandaya demək olar ki, siz baxırdınız. Ölkənin Qurban Qurbanovdan sonra Avropada ən yaxşı nəticə vermiş məşqçilərdən biri sayılırsınız. Bunda başqa bir çox klublarda çalışmısınız. Yəni kifayyət qədər təcrübəniz var. Mən hər zaman sizi dəstəkləmişəm. Sizinlə yanaşı Azərbaycanlı məşçilərin işləməsini istəmişəm. Siz bir çoxlarından təcrübə və nəticə baxımından üstünsünüz. Bütün bunları nəzərə alsaq Tərlan Əhmədov “Kəpəz”i bu çətin durumdan çıxarda biləcəkmi. Onu da, nəzərə alaq ki, bu qədər büddcə ilə hələ “Sumqayıt, “Şamaxı”, belə qələbə qazana bilməyib. Onların stadion və bir çox məsələlər baxımından sizin komandanızdan üstündür. Yəni şəraitləri sizinkindən bir qədər yaxşıdır. Lakin hələ bir qələbə belə qazana bilməyiblər. Siz necə düşünürsünüz?
Mənə dəyər verdiyiniz və xoş sözlər üçün sizə təşəkkür edirəm. Azərbaycan futbolu adına tarix yazdığımız üçün çox sevinirəm. Bilirsiniz,Tərlan Əhmədov mütləq çıxardacaq deyilən bir qaranti yoxdur. Yəni mənim üçün bu söz biraz qəribə gəlir. Çünki mən sehiribaz deyiləm. Biz qələbə və nəticə istəyiriksə, mütləq birlik nümaiş etdirməliyik. Ən azından komandanın maliyəsi daha yaxşı olmalıdır. Stadionu olmalıdır. Klubun rəhbərlik heyəti, Şəhər İcra Hakimiyyəti, futbolçular, fanatlar birləşməliyik. Hər kəs uğur üçün əlindən gələni etməlidir. Mən bilirəm ki, hara, hansı kluba gəlmişəm. Hazırki dönəmdə klubun büddcəsi nəqədərdi. Premyer Liqaya uzun illərdən sonra yeni çıxmış komandadır. Bəlkə də, bir çoxları belə fikirləşir ki, Tərlan Əhmədov “Kəpəz”ə pula görə gəlib. Bu belə deyil.
Şəxsən mən sizi yaxındn tanıdığım üçün belə fikirləşmirəm. Mən də, bilirəm ki, siz sırf pula görə “Kəpəz”ə gəlməmisiniz?
Təşəkkür edirəm. Bəli. Mən iki il işsiz qaldım. Lakin bir dəfə demədim ki, mənim dolanışığım yaxşı deyil. Və yaxud da, nəisə istəmədim. Həyat öz axarı ilə gedir. Bu gün nəticə qaznamaq üçün əlimizdən gələni birlikdə etməliyik. Turnir cədvəlinə baxdıqda, elə bir qorxulu xal fərqi yoxdur. Yəni çempionat yeni başlayıb. Hətta qış fasiləsinə qədər 5 qələbə qazansaq, bizim üçün yaxşı nəticə olar. Yəni gəlib bir çox rəqiblərimizə çata bilərik. Bunu tək Tərlan Əhmədov istəməməlidir. Bütün komanda, rəhbərlik, futbolçular, azarkeşlər birləşməliyik. Ən əsası da, başda Mehman Allahverdiye olmaqla, bütün veteran futbolçular birlik nümaiş etdirməlidir. Hamımız komandanın ətrafında uğur üçün birləşməliyik. Mən onlara da, demişəm ki, sizin mənə dəstəyiniz olmasa, mən heç bir şey edə bilmərəm. Əli müəllim yadınızdadırsa, AZAL-da 155 minlik çox az bir büddcə olduğu dövürdə “Rəvan”la oyundan sonra komanda 17 tur məğlubiyyət acısı görmədi. Gözəl bir nəticə vermişdik. Bir nəfər tanınmış adam çıxıb mətbuata demişdi ki, AZAL qış fasiləsinə qədər 3 xal toplasa,mən Respublikanı tərk edəcəm. Lakin biz uğurumuzu qazandıq. Həmin şəxs yanıldı. Biz bu işin altına girmişiksə, əlimizdən gələni edəcəyik ki, uğurlar qazanaq. Gəncə əhlinə, veteran futbolçulara, klub rəhbərliyinə, Şəhər İcra Hakimiyyətinə və özümüzə güvənərək işimizin öhtəsindən gələcəyimizə inanıram. İnanıram ki, gördüyümüz işlər bizi utandırmaz. Allah yardımçımız olsun.
Mətbuatda belə şaiələr gəzir ki, Rauf Əliyevdən sonra qələmini qırmaq istədiyiniz futbolçular siyahısında Əfran İsmayılov, Elvin Yuniszadə, Tural Axundov var. Yəni onları klubdan indidən göndərmək haqqında düşünürsünüz. Düzünü deyim ki, mən sizin belə bir edəcəyinizə inanmıram. Sizə və fəaliyyətinizə, xarakterinizə, kişiliyinizə və insanlığınıza bələd bir insan kimi belə edəcəyinizə inanmadım. Güya indidən komandanı dağıdırsınız. Bununla bağlı nə deyərdiniz?
(Gülür). Açığı mən komandaya gələn gündən futbolçulara bildirdim ki, komandanı bu duruma siz salmısınız. Beş turdan sonra sıfır xal var. Mənim üçün ilk növbədə klubda nizam – intizam durur. Futbolçunun özünü aparması, komanda yoldaşına qarşı münasibəti, məşqçi və idarə heyyətinə münasibəti çox önəmlidir. Çünki nizam –intizam olmayan yerdə heç zaman uğur ola bilməz. İlk olaraq deyim ki, təcrbəli futbolçular bütün klublara lazımdır. Yəni uğuru təkcə gənc və təcrübəsiz futbolçulara əldə etmək olmaz. Heyətdəki gənc futbolçular mütləq təcrübəli futbolçulara sintez təşkil etməlidir. Onlardan çox şey öyrənməlidir. Heç bir futbolçu öz komanda yoldaşına, istər gənc olsun, istər təcrübəli qışqıra bilməz. Və ya, ona iradlar bildirə bilməz. İradı yalnız baş məşqçi bildirə bilər. Mənim ilk məşqimdə bu hadisə baş verdi. Mən demişəm ki, bağışlanma söhbəti bitib. Bu gün komandanın nəticəsi yoxdur. Rauf Əliyev kimi futbolçulara görə komanda beş tur nəticə qazanmayıb. Və Raufun qırmızı vərəqəsinə görə, komandasına beş tur kömək edə bilməyəcək. Hələ çətin durumda olan kluba 7 min AZN cərimə də gəlib. Özünü yaxşı aparmamaq. Baş məşqçinin sözünə məhəl qoymamaq, komanda yoldaşlarına sayqısız davranmaq. Buna görə də, onu bağışlamadım. Rəhbərliyə də, təqdimat yazıb bildirdim ki, Raufu məşqlərimdə görmək istəmirəm. Birinci növbədə mənə nizam –intizamı qoruyub saxlamaq lazımdır. Buna görə də, Əfran və ya Tural Axundovu göndərmək istəyirəm söhbəti yalandır. Sadəcə, mən əgər kimsə özünü yaxşı apara bilməyəcəksə, Rauf Əliyevin yolu ilə gedəcəksə, onları da, qovaram. Lakin bu gün Əfran, Tural komandanın kapitanı durduğu yerdə niyə qovulmalıdır axı? Niyə mən durduğu yerdə bu insanların çörəyinə bayis olum ki? mən mərdimazar deyiləm. Bu şaiələr kökündən yalnışdır. Gəlmişik ki, əl -ələ verək komandanı uğura daşıyaq. Mənim onlarla nə qəsdi qərəzliyim var ki? belə şey yoxdur. Nə Əfarnı qovan yoxdur, nədəki Tural Axundovu. Hamısı mətbuatda gedən şaiələrdi. Mən o adamları,futbolçuları bağışlamayacam ki, nizam-intizama riayyət etməsin. Komandaya və həmkarına, rəhbərliyə, məşqçiyə hörmətlə yanaşmasın. Futbolçular özləri dərk etməlidir ki, niyə mənim oynadığım komanda axrıncı yerdədir.
Əslində Tural Axundov mətbuata açıqlamasında sizin gəlişinizə çox sevindiyini, təriflədiyini oxuduq. Onun özü bildirmişdi ki, Tərlan Əhəmədovun gəlişindən sonra “Kəpəz”də bir ruh yüksəkliyi, özünə inam höküm sürür. Futbolçular çox həvəslə məşq edir. Hətta Tərlan müəllimin məşqləri əjdahadır. Səviyyə dərhal hiss olunur. Yəni ancaq Tural çox xoş sözlər demişdir. Komandanın kapitanı olaraq Turalın adının da, hallanması biraz gözlənilməz oldu?
Təcrübəli futbolçuların komandada olması, gənc futbolçulara dəstəkdir. Komandanın heyətində gənc futbolçuların çoxunun potensialına bələdəm. Zamiq, Samir, Elçin kimi gənc istedadları görəndə,çox sevinirəm. Onlar təcrübəli futbolçuların ətrafında necə həvəslə məşq etdiklərini görürəm. Tural Axundov, Əfran, Elvin Yuniszadə kimi futbolçuların "Kəpəz"də olması komanda üçün böyük motivatsiyadır. İnşəallah hamımız birlikdə bu uğursuzluq zolağından çıxmalıyıq.
Növbəti turda bizləri və sizi bir Qərb “Derbisi” gözləyir. Bilirsiniz ki, hər zman çox maraqla gözlənilən, izlənilən “Derbi” olub. Çox çətin bir qarşılaşma olacağını indidən söyləmək olar. “Kəpəz”in yeni baş məşqçisi olaraq Tovuzdan xal gətirmək şanslarınızı necə dəyərləndirirsiniz?
Bu oyuna çox ciddi hazırlaşırıq. Lakin birdən – birə nə isə dəyişmək çox çətindir. Məsələn, bir insan hər gün durub yağ , bal, çay içir. Birdən – birə bu insana deyirlər ki, daha sən hər səhər ancaq adi su içəcəksən. Bu əlbəttə ki, çox çətin və gözlənilməz olur. İnsan psixologiyasına çox pis təsir edər. Mən sadəcə olarq qalib komanda ruhu hazırlayıram. Uzun illərdi ki, artıq Qərb “Derbi”si yaddan çıxmışdır. Başqa “derbi”lər meydana çıxmışdır. “Neftçi” – “Xəzər Lənkəran”, “Qarabağ” – “Neftçi” “Derbi”si davam edirdi. Lakin bu ildən yenidən “Turan Tovuz”- “Kəpəz” “derbisi” qədəm qoyacaq. Sonuncu yerdə olmağımıza baxmayaraq qalibiyyət istəyirik. Bunu bütün klublar istəyir. İstəyirik ki, ilk uğrumuzu elə Qərb “Derbisi”də əldə edək. Ən azından məğlub olmamağa çalışmalıyıq. Məğlub olmaq söhbətini mən heç bir zaman qəbul etməmişəm. Biz uğurlu çıxış etmək üçün səfərə gedirik. Yaxşı nəticə qazanmaq üçün oyuna gedirik. Yəni komandada bu istək olmalıdır. Zamanla “Kəpəz” klubu baxımlı futbol, yaxşı nəticələr verəcək. İnanıram ki, hər kəs birlik nümaiş etdirərsə, zamanla “Kəpəz” inşəallah öz əzəmətini qaytaracaq.
Əli HƏYATİ
№ | Komanda | o | x |
1 | Qarabağ | 27 | 57 |
2 | Neftçi | 27 | 56 |
3 | Zirə | 27 | 38 |
4 | Sumqayıt | 27 | 36 |
5 | Sabah | 27 | 26 |
6 | Qəbələ | 27 | 26 |
7 | Səbail | 27 | 24 |
8 | Keşlə | 27 | 23 |
№ | Komanda | o | x |
1 | Araz | 17 | 51 |
2 | Marafon | 17 | 39 |
3 | EKOL | 17 | 39 |
4 | Neftçi İK | 17 | 36 |
5 | Baku Fire | 17 | 28 |
6 | Bakı TFK | 17 | 17 |
7 | Premier Quba | 17 | 14 |
8 | Record club | 17 | 13 |
9 | Xızı Futzal | 17 | 12 |
10 | Yasamal İSK | 17 | 5 |
№ | Komanda | o | x |
1 | Neftçi-2 | 27 | 64 |
2 | Zaqatala | 27 | 56 |
3 | Turan-Tovuz | 27 | 51 |
4 | Sabah-2 | 27 | 45 |
5 | Qarabağ-2 | 27 | 34 |
6 | Keşlə-2 | 27 | 31 |
7 | Qaradağ Lökbatan | 27 | 29 |
8 | Kəpəz | 27 | 28 |
9 | Sumqayıt-2 | 27 | 22 |
10 | MOİK | 27 | 20 |