FutbolMedia.Az
  • 17:31 Çərşənbə
    22 Mart 2023
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Arif Əsədov:

Arif Əsədov: "Bir çox futbolçuların və Tərlan Quliyevin də oyunlarını izləyirik"

Azərbaycan millisinin məşqçisi Arif Əsdovun Futbolmedia.Az saytına müsahibəsi.

Arif müəllim bildiyimiz kimi mart ayında milli komandanın oyunları olacaq. Artıq fevral ayının axırlarıdır. Zaman çox az qalıb. Mötəbər bir yarış uğrunda millimiz mübarizə aparacaq. Bununla bağlı hazırlıqlar necə gedir, oyunçu seçimləri, ümumiyyələ planlar nədir?

Hal –hazırda Azərbaycan premyer liqasının oyunlarını çox ciddi şəkildə izləyirik. Bütün lazımlı və vacib qarşılaşmalarda iştirak edirik. Bu oyunları yaxından analiz edirik. Bir çox futbolçuların çıxışlarını nəzarətdə saxlayırıq. Bilirik ki,vaxta hələ var. Hardasa bir aya qədər vaxtımız var. Buna qədər bir çox işlər görə bilərik. Bilirsiniz ki, futbolda zədlər qaçılmaz olur. Allah göstərməsin ki, millinin üzvlərinin zədələnmə problemləridə ola bilir. Bütün bunları nəzərə almalıyıq. Yəni qarşıdakı günlərdə bir çox şeylərə aydınlıq gələcək.

Bölgədəki oyunlar çox maraqlı, bol qollu, böyük bir ajotaja səbəb olur. Bundan başqa “Turan Tovuz” “Kəpəz” və “Qəbələ”nin də, heyətində yaxşı yerl futbolçulr var. Yəni bu çempionat çox möhtəşəm performans göstərib. Bunlardan biri də, Tovuz klubunda çıxış edən təcrübəli Tərlan Quliyevdir. Həqiqətən də, bu futbolçu bu zamana qədər bu mövsüm yüksək səviyyədə keçirir. Özü də, milli komandadan dəvət gözlədiyini mətbuata açıqlamışdı. Arif müəllim Tərlan Quliyevi millini yeni siyahısında görə biləcəyikmi?

Dünənki “Sabah” –“Turan Tovuz” oyununu baş məşqçimiz De Byazi izlədi. Mən isə “Zirə” – “Qarabağ” oyununa yollandım. Aralarındakı vaxt fərqi az olduğu üçün belə bölüşdürmüşdük. Çox maraqlı oyunlar keçir. Baş məşqçi De Byazinin səfər oyunlarına da, getmək fikri var. Yəni bölgədə keçirilən maraqlı oyunlara da, yollanacaq. “Turaz Tovuz” klubu bu mövsüm çox yaxşı oyun sərgiləyir. Tərlan Quliyevi də, yaxşı tanıyıram. Bu mövsüm əsas heyyətdə daim oynayır. Pis təsir bağışlamır. Onsuz da, milli komandamızın rezerv heyəti olur. Yəni 25 nəfər əsas futbolçular götürülsə də, ehtiyyat olaraq 40 futbolçunu nəzərdə saxlayırıq. Siyahıya düşən futbolçular olacaq.

Siyahıya düşmək demişkən, millidə yeni adlar olacaqmı. Yəni elə bayaq öncə adlarını çəkdiyim “Turan Tovuz”dan Tərlan Quliyev, Tovuz klubunun qapıçısı Tərlan Əhmədli, “Sabah”dan Yusif İmanov və sair?

Əlbəttə ki, yeni adlar millidə hər zaman olur. Bütün oyunları diqqətlə izləyirik. Bütün oyunları baş məşqçi ilə izləyirik. Adlarını çəkdiyiniz futbolçuların və digərlərin oyunlarını diqqətlə izləyirik. Bu qərarı təlim –məşq toplanışına yaxın verəcəyik. Son söz, baş məşqçi De Byazinindir.

Tərlan Quliyev mətbuata açıqlamasında De Byazidən, Arif Əsədovdan milliyə dəvət gözlədiyini açıqlamışdı. Bildirmişdir ki, mən milli komandaya dəvət almaq üçün daha necə edim. Necə oyun göstərim. Gərək gedim “Mançester Yunayted”də oynayım? Arif müəllim adam çox haqlıdır. Çünki “Turan Tovuz” bu mövsüm çox əla təsir bağışlayır. Sensasiyalı qalibiyyətlər edir. Azərbaycan kubokunun yarımfinalına yüksəlib. Bu elə belə şey deyil. “Sabah” kimi güclü komandanı, güclü as hücumçuları olan komandanı məğlub edirlər. Tovuz klubu ən az qol buraxan komandalardan biridir. Bu uğurlarda klubun müdafiəçisi Tərlan Quliyevin əməyi az deyil. Mən deyərdim ki, çox böyük payı var. Məncə də, Tərlan Quliyev milliyə dvəti haqq edir. Siz necə düşnürsünüz. Onun adını millini siyahısında görə biləcəyikmi. Onuda nəzərə alaq ki, “Sabah” – Turan Tovuz” oyununu birbaşa De Byazi şəxsən izləyib. Və Tərlan Quliyevin yüksək performanslı oyununu da, görüb?

Biz bütün oyunları, futbolçuların çıxışlarını izləyirik. “Turan Tovuz” da, bu mövsüm yaxşı təsir bağışlayır. Tərln Quliyev də, bu mövsüm əsas heyətdə oynayır. Çox yaxşı təsir bağışlayır. Lakin baş məşqçinin də, özünün futbolçuya, oyun stlinə baxış bucağı var. Əgər baş məşqçimiz De Byazi Tərlan Quliyevi bəyənəcəksə, qiymətləndirəcəksə, milliyə niyə də, çağrılmasın. Son sözü, baş məşqçi deyir.

Bilirsiniz, yerli futbolçular da. Narazılıq edir ki, nə qədər eyni simalar millidə olmalıdır. Nə qədər əcnəbi milliləşdirilmiş futbolçular millinin şərəfini qorumalıdır. Axı millinin püxtələşməsi üçün yerli gənc futbolçulara, yerli təcrübəli yaxşı futbolçulara ehtiyyac var. Miliyə çağırdığınız futbolçuların bir çox öz klublarında əsas heyətdən kənar qalırlar. Ehtiyyat skamiyada otururlar. Mahir Emreli kimi. Və digər müdafiəçilər kimi tam hazır olmurlar. Sizcə, haqlı narazılıq deyilmi?

Millinin son oyunlarında yeni isimlər, yeni adlar oldu. Ceyhun, Musa Qurbanlı və sair milliyə dəvət olmuşdu. Kütləvi şəkildə adları dəyişmək də, olmur. Yəni 2-3 nəfərlə etmək olur bu dəyişikliyi. Əlbətə ki, gənc futbolçular millidə təcrübə qazanmalıdır. Baxın bizim milli komandamız avropada ən gənc millidir. Lakin kütləvi şəkildə də, bunu etmək olmaz. Tədricən bunu etmək olar. Tərlan Quliyevin də, oyunlarını izləyirik. Bir çox futbolçular var ki, izləirik. “Sabah”ın qapıçısını da, izləyirik. Yusif İmanov da, klubunda sabit çıxış edir. Tərlan Quliyev də, əsas heyətdə oynayır. Bir çox futbolçuları nəzərdən keçirirk. Yəni hələ vaxta var. Bir ay ərzində bir çox futbolçuları izləyirik. “Turan Tovuz”da Ayhan Hüseynovu da izləyirik. Sonda qərarı baş məşqçi De Byazi verəcək.

Biz Futbolmedia.Az saytı olaraq De Byazi ilə müsahibə edəcəyik. Bununla bağlı işlər gedir. Və biz mütləq bu futbolçuların haqqında Tərlan Quliyevin haqqında baş məşqçi nə düşündüyünü soruşacağıq. Onun yaxşı oynamasına rəğmən milliyə niyə dəvət almamasını soruşacağıq. Lakin siz demişkən hələ vaxta bir ay var. Və ola bilər ki, Baş məşqçi onun adını millinin siyahısına sala bilər. Çünki “Sabah” Turan Tovuz” oyununu De Byazi şəxsən izləyib. Və Tərlan Quliyevin möhtəşəm oyununu görməmiş olmaz?

Çox əla olar. Baş məşqçimiz cənab De Byazi ilə müsahibə etsəniz, onun özündən də, soruşa bilərsiniz. HəmTərlan Quliyev, həm də, digər futbolçuların milliyə dəvət olunmasının mümkünlüyünü, şanslarının necə olduğunu baş məşqçi şəxsən özü sizə cavab verə bilər. Baş məşçi “Sabah” – Turan Tovuz” oyununu izləyib. Yəqin ki, bir çox şeyləri görüb. Və nə isə özü üçün nəticələr çıxardıb. Onun baxış nöqtəsi fərqlidir. Lakin qərar sonda De Byazinindir. Ola bilər ki, çağırıla bilərlər. Yəni son sözü baş məşqçi deyir.

Əli HƏYATİ

20-02-2023, 19:13
6086
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
19-01-2023, 13:54
Tərlan Quliyev:
Tərlan Quliyev: "Çempionatda yaxşı oynayan futbolçulara təkliflər olacaq"
4-01-2023, 16:42
Tərlan Quliyev:
Tərlan Quliyev: "Turan Tovuzun" fasiləyə qədərçıxışını uğurlu saymaq olar"
1-11-2022, 15:56
Tərlan Quliyev:
Tərlan Quliyev: "Əlimizə düşən fürsətdən maksimum yararalandıq"
24-10-2022, 15:59
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qol vurduqdan sonra sanki nəsə baş verir"
26-09-2022, 15:21
Arif Əsədov:
Arif Əsədov: "Hər şeyi Azərbaycan futbolu naminə edirik"
19-09-2022, 16:21
Tərlan Quliyev:
Tərlan Quliyev: "Zirə" bizimlə oyuna final kimi baxır"
10-09-2022, 16:16
Tərlan Quliyev:
Tərlan Quliyev: "Tovuz Azarkeşlərinə təşəkkür edirəm"
3-06-2022, 09:15
Tərlan Quliyev:
Tərlan Quliyev: "Turan"la artıq rəsmi müqavilə imzaladıq.
3-03-2022, 18:25
Arif Əsədov:
Arif Əsədov: "Baş məşqçi De Byazi və məşqçilər korpusu çempionatı diqqətlə izləyir"
20-12-2021, 13:24
Arif Əsədov:
Arif Əsədov: "Millətlər Liqasındakı rəqiblərimiz dişimizə görədir"
16-12-2021, 12:11
Tərlan Quliyev:
Tərlan Quliyev: "Milli komandadan dəvət gözləyirəm"
15-10-2021, 12:26
Arif Əsədov:
Arif Əsədov: "Hər şeyə rəğmən millimizdə irəliləyiş var"
  Xəbər Lenti
Futzal yığmamız Fransaya qarşı 22.03.2023, 16:19
İtaliya kubokunun final oyunu Romada keçiriləcək 22.03.2023, 15:07
UEFA-dan Elçin Məsiyevə növbəti təyinat 22.03.2023, 14:05
PSJ Ramosa şərt qoydu 22.03.2023, 13:20
Azarkeşlər Messiyə mane oldu - VİDEO 22.03.2023, 12:31
Useyn Bolt Ten Haqa təşəkkür etdi 22.03.2023, 11:18
"Barselona"da növbəti itki 22.03.2023, 10:16
Alaba Azərbaycanla matçı buraxa bilər 22.03.2023, 09:25
"Sevilya"nın yeni baş məşqçisi açıqlandı 22.03.2023, 08:31
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
1-03-2023, 15:11
Gəlin Şahin Diniyevə dəstək olaq  - YAZI
Gəlin Şahin Diniyevə dəstək olaq - YAZI
24-02-2023, 17:03
"Neftçi"nin qapıçısı:
3-03-2023, 17:50
Rövşən Şahmuradov
Rövşən Şahmuradov "Qəbələ" və Neftçi"nin hədəfində
28-02-2023, 07:32
Rövşən Şahmuradov:
Rövşən Şahmuradov: "Komandamın qələbə qazanması üçün əlimdən gələni etdim"
27-02-2023, 14:02
Rəhman Hacıyev
Rəhman Hacıyev "Qarabağ"la oyunu da buraxacaq
2-03-2023, 10:08
Bu gün
Bu gün "El-Klassiko" var
1-03-2023, 19:01
Tərlan Quliyev:
Tərlan Quliyev: “Neftçi” ilə oyunda da, meydana xal qazanmaq üçün çıxacağıq"
13-03-2023, 19:41
Rövşən Şahmuradov:
Rövşən Şahmuradov: "Bir neçə klubun mənimlə maraqlandığını mətbuatdan oxudum"
27-02-2023, 15:10
İbrahimoviç:
İbrahimoviç: "Yenə dünyanın ən yaxşısı olacağam"
28-02-2023, 12:14
FİFA ilin rəmzi komandasını da açıqladı
FİFA ilin rəmzi komandasını da açıqladı
28-02-2023, 10:10
FİFA ilin ən yaxşı qapıçısını açıqladı
FİFA ilin ən yaxşı qapıçısını açıqladı
25-02-2023, 13:12
"Sumqayıt" - "Kəpəz"ə qarşı - YENİLƏNİR
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb