FutbolMedia.Az
  • 00:18 Şənbə
    10 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Tural Axundov:

Tural Axundov: "Tovuzda qalib gəlib əvəzini çıxarıq"

"Kəpəz"in kapitanı Tural Axundovun Futbolmedia.Az saytına müsahibəsi.

Tural Azərbaycan kubokunda Gəncədə “Turan Tovuz”u qəbul etdinuz. Hesabı siz açsanız da, sonda ilk görüşdə məğlub oldunuz. Bir komandanın kapitanı olaraq bu məğlubiyyəti nə ilə əlaqələndirərdin?

Maraqlı və bol qollu bir oyun keçdi. Çox gərgin bir matç idi. Əslində, bu oyunun qalibi biz olmalı idik. Ən ədalətli nəticə bu olmalı idi. İlk olaraq, mən vura bilmədiyim penalti haqqında danışmaq istərdim. Bəlkə də, mən penaltini dəyərləndirə bilsəydim, nəticə başqa cür ola bilərdi. Penaltini vura bilməməyimə görə, komandamı və ən əsası baş məşqçim Tərlan müəllimi üzməyimə görə çox məyus oluram. Heç istəməzdim ki,belə olsun. Lakin penalti vuruşu bir lotereya kimidir. Hər vurulan penalti qol olmaz. Hər güclü və yaxşı futbolçu penaltini dəqiq vura bilmir. Mən penaltiləri bilirsiniz ki, çox yaxşı vuran futbolçuyam. Lakin neyləmək olar ki, belə alındı. Heç dünyanın hegomon Braziliya millisinin ulduzları belə penaltiləri vura bilmədilər. İnşəallah cavab oyununda qalib gələrək əvəzini çıxarıq.

Tural düşünürəm ki, sən buna görə narahat olmamalısan. Çünki dünyanın ulduz futbolçuları belə çox sayda penaltiləri qaçırıb. Yəni penalti yaxşı futbolçu üçün göstərci deyil. Mənim firimlə razısanmı?

Əlbəttə ki, bunun biz də şahidik. Əlbəttə ki, məhşur futbolçular belə penaltini yaxşı vura bilməyiblər. Bu bir göstərici deyil. Lakin mən hər zaman penaltiləri yaxşı vurmuşam. Sadəcə, top ayağıma yaxşı oturmadı. Həm də, istəyirdim ki, topu uzaq küncə göndərim. Qapıçının tuta bilməməsi üçün belə etdim. Ola bilsin çoxdandır ki, vurmurdum. Nəisə bunu unutmaq növbəti oyunlara köklənmək lazımdır.

Növbəti oyun demişkən, “Sabah”la çətin bir qarşılaşma sizi gözləyir. “Sabah” da iki oyundur ki, qalib gələ bilmir. “Şamaxı” klubu sensasiya edərək, “Sabah”dan bir xal almağı bacarıb. Bu oyunda sizin xal qazanmaq şansınız necədir?

Əlbəttə ki, çətin bir oyun olacaq. Çünki rəqib komanda çox güclü heyətə malikdir. Lakin biz də, Gəncədə doğma meydanda, azarkeşlərimiz qarşısında oynaırıq. Meydanda bizi sona qədər dəstəkləsələr, “Sabah”ı məğlub da, edə bilərik. “Sabah”a böyük hesabla məğlub olmuşduq. İçimizdə bir revnş hissi var. Əlimizdən gələni etməliyik ki. heç olmasa, bu oyundan xalla ayrılaq. Gəncə azarkeşlərindən möhtəşəm dəstək gözləyirəm.

Əli HƏYATİ

10-12-2022, 15:20
26954
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
25-11-2022, 08:00
Tural Axundov:
Tural Axundov: "Sumqayıt"la oyunda böyük hesabla qalib gələ bilərdik"
23-11-2022, 18:56
Tərlan Quliyev:
Tərlan Quliyev: "Sabah"la oyunda açıq futbol oynamaq öldürücü ola bilər"
7-11-2022, 16:50
Tural Axundov:
Tural Axundov: "Qarabağ"la başa -baş oynamağımız, "Kəpəz"də irəliləyişin olduğunu göstərir"
17-10-2022, 14:02
Tural Axundov:
Tural Axundov: "Neftçi" ilə oyunda həm qırmızı vərəqə aldıq, həm də baxtimiz gətirmədi"
9-10-2022, 15:02
Tərlan Quliyev:
Tərlan Quliyev: "Hətta "Neftçi"ni məğlub da, edə bilərdik"
1-03-2022, 19:11
Tural Axundov:
Tural Axundov: "Sabah"la oyunda qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdur"
20-02-2022, 18:30
Tural Axundov:
Tural Axundov: "Sizinlə razıyam ki,oyun zamanı yaxşı ötürmələrim oldu"
1-12-2021, 09:03
Tural Axundov:
Tural Axundov: “Sumqayıt”ı məğlub edib, fasiləyə yaxşı mövqedə yollanmaq istəyirik"
30-11-2021, 01:22
Məqsəd İsayev:
Məqsəd İsayev: “Qarabağ”la oyunda qalib gələ bilərdik"
28-11-2021, 19:20
Tural Axundov:
Tural Axundov: "Səbail"lə oyun ölüm-dirim oyunu olacaq"
20-11-2021, 19:32
Tural Axundov:
Tural Axundov: "Növbəti qarşılaşmalarda, oyundan - oyuna daha da, yaxşı olacam"
14-11-2021, 21:01
Tural Axundov:
Tural Axundov: "İnşəallah "Qarabağ"la oyundan sonra sevinən tərəf biz olarıq"
  Xəbər Lenti
Seneqallı futbolçu “Liverpul”a keçə bilər - Transfer xəbərləri 9.10.2026, 18:07
“Arsenal” hücumçusu ilə yeni müqavilə üçün danışığa başlayacaq - Transfer xəbərləri 9.10.2026, 17:06
"Mingəçevir" klubunda maliyyə problemi 9.10.2026, 16:25
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu - 9.10.2026, 15:43
"Araz-Naxçıvan" - "Kəpəz" - Heyətlər 9.10.2026, 15:02
“Neftçi” – “Sabah”a qarşı - YENİLƏNİR 9.10.2026, 14:00
Maradonanın ölümündə əli olanlar üçün 12 il həbs cəzası istənildi - Xarici xəbərlər 9.10.2026, 13:09
AFFA nümayəndəsinə UEFA-dan təyinat 9.10.2026, 12:07
Benzema Ronaldonu müdafiə etdi Xarici xəbərlər 9.10.2026, 11:26
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb