FutbolMedia.Az
  • 01:14 Şənbə
    10 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Tərlan Quliyev:

Tərlan Quliyev: "Sabah"la oyunda açıq futbol oynamaq öldürücü ola bilər"

"Turan Tovuz" klubunun aparıcı üzvü Tərlan Quliyevn Futbolmedia.Az saytına müsahibəsi.

Tərlan Azərbaycan kubokunda bir müddət öncə çempionatda məğlub olduğunuz “Şamaxı”ya qalib gəldiniz. Və bu qələbə sayəsində növbəti mərhələyə yüksəldiniz. Bu minimal hesablı qalibiyyəti şərh etməyini istərdim. Hesab oyuna görə oldu?

Matçın ağır keçəcəyini yaxşı bilirdik. Bundan başqa səfərdə oynamaq işimizi çox çətinləşdirirdi. Həmçinin, bir oyundan ibarət qarşılaşmalar hər zaman ağır keçir. Yəni çox məhsuliyyətli bir oyun idi. Ehtiyyatlı olmalıydıq. Rəqibin qapısına qol vurduqdan sonra daha çox real qol imkanlarımız oldu. Mən deyərdim ki, daha bir neçə qol vura bilərdik. Yəni hesab daha böyük ola bilərdi. Sadəcə real qol epizodlarını dəyərləndirə bilmədik.

“Şamaxı” ilə oyundan öncə bir revanş almaq hissi vardımı. Yəni komandada qisas almaq kimi bir aqressiya vardımı. Yoxsa?

Əgər meydana sırf revanş düşüncəsi ilə çıxsaydıq, məğlub ola bilərdik. Çünki futbolu hisslə, deyil, təmkinlə, sistemlə oynanılır. Meydanda çox aqressiv olarsansa, ya qırmızı vərəqə alırsan. Və ya, oyunun istənilən kimi alınmır. Bunu illərlə futbolda qazandığım təcrübəmdən bilirəm. Lakin qələbə istəyimiz çox idi. Şükürlər olsun ki, bu istəyimizə nail olduq.

Tərlan Quliyev:


Kubokda növbəti rəqibiniz Gəncənin “Kəpəz” klubu olacaq. Ölkə kubokunda da, “Qərb derbi”si izləyə biləcəyik. Növbəti mərəhələ şanslarınızı necə dəyərləndirirsən?

Fikrimcə, çox maraqlı və gərgin oyun olacaq. Bu qarşılaşma iki oyundan ibarət olacaq. Hər iki komandanın güclü azarkeşləri var. Hər iki meydandakı oyun böyük azarkeş kütləsi önündə keçiriləcək. Bu isə oyuna çox maraq qatacaq. Bir sözlə, çox çətin bir oyun olacağını düşnürəm. Düşünürəm ki, belə oyunalara çox diqqətli yanaşmalıyıq. İnanıram ki, sonda mərhələni keçən tərəf biz olarıq.

Bir neçə gündən sonra Azərbaycan Premyer Liqasında növbəti rəqibiniz turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Sabah”la mübarizə aparacaqsınız. Heyətində kifayyət qədər səviyyəli futbolçular olan komandaya qarşı oynayacaqsınız. Bir müdafiəçi olaraq səviyyəli hücumçuları olan komandaya qarşı oynamaq indidən səni narahat edirmi?

Əlbəttə ki, çox güclü bir rəqibdir. İkinci pillədə qərarlaşan, “Qarabağ”la çempionluq uğrunda başa-baş mübarizə aparan bir klubdur. Heyətində isə kifayyət qədər həm legioner, həm də, yerli millinin futbolçuları var. Belə klublara, futbolçulara qarşı mübarizə aparmaq asan deyil. İndidən oyunun çox çətin və gərgin keçəcəyini təxmin etmək olar. Düşünürəm ki, çox diqqətli olmalıyıq. Meydanda kobud səhvlər etməməliyik. Çünki rəqibin elə təcrübəli, səviyyəli futbolçuları var ki, hər an istənilən vəziyyətdən maksimum istifadə edə bilərlər. Yəni gözləmədiyin anda qol epizodları yaradacaq gücdədilər. Belə rəqiblərlə oyunda açıq futbol oynamaq öldürücü ola bilər. Sadəcə, meydanda sona qədər vuruşmalıyıq. Əlimizdən gələni etməliyik ki, ən azı meydanı xalla tərk edək. Çox çətin olduğunu bilirəm. Lakin çox çalışmalıyıq.

Əli HƏYATİ

23-11-2022, 18:56
28735
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
16-11-2022, 08:00
Tərlan Quliyev:
Tərlan Quliyev: "Gəncədən xalla qayıtmaq istəyirdik və bacardıq"
17-10-2022, 14:02
Tural Axundov:
Tural Axundov: "Neftçi" ilə oyunda həm qırmızı vərəqə aldıq, həm də baxtimiz gətirmədi"
3-10-2022, 19:26
Tərlan Quliyev:
Tərlan Quliyev: "Neftçi" ilə oyundan xalla ayrılmaq istəyirik"
19-09-2022, 16:21
Tərlan Quliyev:
Tərlan Quliyev: "Zirə" bizimlə oyuna final kimi baxır"
10-09-2022, 16:16
Tərlan Quliyev:
Tərlan Quliyev: "Tovuz Azarkeşlərinə təşəkkür edirəm"
27-08-2022, 15:06
Tərlan Quliyev:
Tərlan Quliyev: "Sumqayıt"la oyunda qələbə də, qazana bilərdik"
1-03-2022, 14:22
Tərlan Quliyev:
Tərlan Quliyev: "Sabah"la oyunumuz daha çətin olacaq"
8-02-2022, 19:35
Bahadur Həziyev:
Bahadur Həziyev: "Qarabağ"la çətin oyunda sona qədər döyüşməliyik"
18-11-2021, 12:20
Tərlan Quliyev:
Tərlan Quliyev: “Sabah”la oyunumuz çox çətin olacaq"
5-11-2021, 08:34
Tərlan Quliyev:
Tərlan Quliyev: "İlk qolu “Neftçi”yə biz vursaq, qələbə də bizim olacaq"
27-10-2021, 08:19
Mirabdulla Abbasov: “Qarabağ”la oyun çox çətin keçəcək“
Mirabdulla Abbasov: “Qarabağ”la oyun çox çətin keçəcək“
25-10-2021, 18:18
Tərlan Quliyev:
Tərlan Quliyev: “Əlimdən gələni edirəm ki, komandam qalib gəlsin“
  Xəbər Lenti
Seneqallı futbolçu “Liverpul”a keçə bilər - Transfer xəbərləri 9.10.2026, 18:07
“Arsenal” hücumçusu ilə yeni müqavilə üçün danışığa başlayacaq - Transfer xəbərləri 9.10.2026, 17:06
"Mingəçevir" klubunda maliyyə problemi 9.10.2026, 16:25
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu - 9.10.2026, 15:43
"Araz-Naxçıvan" - "Kəpəz" - Heyətlər 9.10.2026, 15:02
“Neftçi” – “Sabah”a qarşı - YENİLƏNİR 9.10.2026, 14:00
Maradonanın ölümündə əli olanlar üçün 12 il həbs cəzası istənildi - Xarici xəbərlər 9.10.2026, 13:09
AFFA nümayəndəsinə UEFA-dan təyinat 9.10.2026, 12:07
Benzema Ronaldonu müdafiə etdi Xarici xəbərlər 9.10.2026, 11:26
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb