



"Neftçi"nin futbolçusu: “Hədəfimiz qış çempionu olmaqdır”
“Neftçi”nin yarımmüdafiəçisi Qustavo Klismanın açıqlamasını Futbolmedia.az saytı təqdim edir.
- Belə görünür ki, çempionatdakı fasilə “Neftçi”yə mənfi təsir göstərməyib...
- Əksinə, bu, bizə çox kömək olur. Siz bizim məşqlərimizi izləsəniz, hazırlıq prosesinin necə intensiv keçdiyini görərsiniz. Çox yaxşı məşqlər edirik.
- “Araz-Naxçıvan”ı məğlub etməklə yenidən zirvəni ələ keçirdiniz. Üfüqdə qış çempionluğu görünür?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Sonda hədəfə çatmaq üçün əlimizdən gələni edirik. İstəyimiz reallaşsa, qış çempionu ola bilərik
- Maraqlıdır, “Araz-Naxçıvan”ın qapısından keçirdiyiniz qolda zərbə endirirdiniz, yoxsa asma idi?
- Açığı, zərbə vurmurdum, asma edirdim (gülür). Amma elə alındı ki, top qapıdan keçdi. Təbii ki, buna görə sevinirəm.
- Bir dəfə ayın qolu layihəsində birinci seçilmisini.
Mənbə ol.az
Azərbaycan Premyer Liqası























