FutbolMedia.Az
  • 20:09 Bazar ertəsi
    24 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Tural Axundov:

Tural Axundov: "Sumqayıt"la oyunda böyük hesabla qalib gələ bilərdik"

"Kəpəz" klubunun kapitanı Tural Axundovun Futbolmedia.Az saytına müsahibəsi.

Tural Azərbaycan kubokunda Gəncədə “Sumqayıt”ı məğlub edərək mərhələdən kənarlaşdırdınız. Çox gərgin bir oyun keçdi. Minimal hesabla qələbə qazanan tərəf siz oldunuz. Kamandanın kapitanı olaraq matçı analiz edər, qələbənizi dəyləndirərdin?

Maksimum şəkildə qələbəyə köklənmişdik. Bir oyundan ibarət matç idi. Üstünlüyümüz evdə oynamağımızdan ibarət idi. Çünki rəqib komanda da, meydanda sona qədər mübarizə apardı. Gördünüz ki, çox çətin və gərgin bir oyun oldu. Düşünürəm ki, qələbəyə layiq oynadıq. Hətta hesab daha böyük ola bilərdi. Biz daha çox qol vura bilərdik. Çox sevinirik ki, “Kəpəz” mərhələni adladı.

Sən özün də, bu qələbədə ən böyük pay sahiblərindən biri oldun. Lakin 75-ci dəqiqdə əvəzləndin. Hər hansı bir zədə almamışdın. Hazırda durumun necədir?

Bu əvəzlənmə zədə ilə bağlı deyildi. Hazırda şükürlər olsun ki, heç bir zədəm yoxdur. Sadəcə, baş məşqçimiz Tərlan müəllim belə qərar verdi. Baş məşqçimiz nəyi necə, və nə vaxt etməyi daha yaxşı bilir. Həmin oyunda mütləq dəyişiklər olmalı idi ki, hesabı qoruyaq. Daha enerjili gənc futbolçu meydana çıxdı. Ən əsası qalib gəldik.

Növbəti mərhələdə kubok oyununda da, bir “Qərb derbi”si baş tutacaq. Belə olacağını gözləyirdinizmi. Ümumiyyələ, bu baş tutacaq maraqlı qarşılaşma haqda nə düşünürsən. Məncə hər iki oyun böyük azarkeş kütləsinin dəstəyi altında keçiriləcək?

Düşünürəm ki, bu “qərb derbi”si kubok oyununa çox maraq qatacaq. Bəlkə də, kubokun ən çox azarkeş və anşlaq olan oyunları olacaq. Bilirsiniz ki, həm Gəncədə, həm də, Tovuzda bu oyunu 5 mindən çox azarkeş izləyəcək. Həmçinin hər iki komanda üçün çox ağır oyun olacaq. Lakin çox maraqlı, möhtəşəm azarkeş dəstəyi altında oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələni biz adlayaq. Gəncə azarkeşlərinə bu sevinci yaşatmaq üçün əlimizdən gələni edəcəyik. Buna da, qadir komandayıq. Çünki Tərlan müəllimin gəlişindən sonra komandanın oyun sistemi, nizam –intizamı, özünə inamı çox - çox artıb. Hər şeyi yenidən qurdu. İnşəallah mərhələ adlayan tərəf biz olarıq.

Azərbaycan çempionatında bir neçə gündən sonra “Şamaxı” ilə qarşılaşacaqsınız. Rəqibiniz bir neçə turda sensasiyalı nəticələr əldə etməyi bacardı. Bu oyundan nə gözləyirsən?

Mən deyərdim ki, asan oyun olmayacaq. Rəqib komanda da, bir neçə qələbə qazanıb. Özlərinə inamları xeyli artıb. Heyətlərində yaxşı gənc futbolçular çoxdur. Lakin bizə də, 3 xal hava-su kimi lazımdır. Buna görə də, meydanda sona qədər vuruşmalıyıq. Məncə, çox gərgin bir matç olacaq. Meydanın hər qarışı uğrunda mübarizə aparmalıyıq ki, sonda qalib biz olaq.


Əli HƏYATİ

25-11-2022, 08:00
28016
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
23-11-2022, 18:56
Tərlan Quliyev:
Tərlan Quliyev: "Sabah"la oyunda açıq futbol oynamaq öldürücü ola bilər"
16-11-2022, 08:00
Tərlan Quliyev:
Tərlan Quliyev: "Gəncədən xalla qayıtmaq istəyirdik və bacardıq"
24-10-2022, 09:09
Tural Axundov:
Tural Axundov: "Qəbələ" ilə oyunda qələbəyə layiq oynadıq"
17-10-2022, 14:02
Tural Axundov:
Tural Axundov: "Neftçi" ilə oyunda həm qırmızı vərəqə aldıq, həm də baxtimiz gətirmədi"
26-09-2022, 09:35
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Qarabağ"la bizi çətin və marqlı oyun gözləyir"
20-09-2022, 09:55
Tural Axundov:
Tural Axundov: " Tərlan müəllim fasilədə komandanı ruhlandırdı"
10-09-2022, 15:10
Tural Axundov:
Tural Axundov: "Tərlan müəllim səviyyəli məşqçi, çox gözəl insandır"
6-08-2022, 15:22
Tural Axundov:
Tural Axundov: "Zirə" ilə oyunda məğlubiyyətə layiq deyildik"
8-02-2022, 19:35
Bahadur Həziyev:
Bahadur Həziyev: "Qarabağ"la çətin oyunda sona qədər döyüşməliyik"
29-01-2022, 12:34
Tural Axundov:
Tural Axundov: "Qarabağ"a meydanda dirəniş göstərməliyik"
18-11-2021, 12:20
Tərlan Quliyev:
Tərlan Quliyev: “Sabah”la oyunumuz çox çətin olacaq"
14-11-2021, 21:01
Tural Axundov:
Tural Axundov: "İnşəallah "Qarabağ"la oyundan sonra sevinən tərəf biz olarıq"
  Xəbər Lenti
Daha bir tanınmış futbolçu “Trabzonspor”a keçir - Transfer xəbərləri 24.08.2026, 18:08
"Mançester Yunayted"in müdafiəçisi "Milan"ın hədəfində - Transfer xəbərləri 24.08.2026, 17:07
"Sumqayıt"dan ayrılan legioner Sloveniya klubunda 24.08.2026, 16:14
Mahmud Qurbanov millinin baş məşqçisi təyin edildi - 24.08.2026, 15:43
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI 24.08.2026, 15:32
“Komo” “Fiorentina”nın hücumçusu Moyze Kini 40 milyona transfer edir - Transfer xəbərləri 24.08.2026, 14:33
"İmişli"nin qolkiperi 39-cu oldu 24.08.2026, 14:07
İngiltərə klubu Alvares üçün hərəkətə keçib - Xarici xəbərlər 24.08.2026, 13:21
“Milan” portuqaliyalı müdafiəçini istəyir - Transfer xəbərləri 24.08.2026, 12:10
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
Bu gün, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
27-07-2026, 16:12
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb