



Rəşad Əzizli: "Qarabağ"la oyuna qələbə üçün çıxacağıq"
"Səbail" klubunun qapıçısı Rəşad Əzizlinin Futbolmedia.Az saytına müsahibəsi.
Rəşad Premyer Liqamızın növbəti turunda artıq çempionluğunu rəsmləşdirmiş “Qarabağ”la qarşılaşacaqsınız. Bir təcrübəli qapıçı kimi baş tutacaq bu oyunu necə dəyərləndirərdin. Nə gözləyirsən?
“Qarabağ” çempion olduğu üçün meydana demək olar ki, ikinci heyətl çıxır. Lakin mən onlara ikinci heyət deməzdim. Hamısı səviyyəli futbolçular, səviyyəli legionerlərdi. “Sumqayıt” artıq uzun sürən vaxtdan sonra qalib gəldi. Bizi xalda qabaqladı. Buna görə bizə mütləq qələbə lazımdır ki, xalları bərabərləşdirək.Buna görə meydana mütləq qələbə üçün çıxacağıq.
Bilirsən ki, “Qarabağ”ı bu mövsüm məğlub edərək, üç xal qazanmağı bacarmısınız. Necə düşünürsən, bu dəfə də, sensasiyanı təkrarlaya biləcəksinizmi?
Bəli. “Qarabağ”ı bu mövsüm məğlub etməyi bacarmışdıq. Lakin hər şey bu qədər asan olmur. Ancaq içimizdə bir inam var. Qələbə ruhumuz yüksəkdir. Həmçinin, biz öz meydanımızda bir çox güclü rəqiblərdən xallar almışıq. Bu oyunda hətta heç heçə etmək belə bizim üçün qələbəyə bərabər olacaq.
Sənin zədənlə bağlı durumun nə yerdədir. “Qarabağ”la oyunda azarkeşlər səni meydanda, əsas heyətdə yenə görə biləcəklərmi. Yoxsa?
Bir müddətdir ki, fərdi məşqlər edirəm. Lakin meydana çıxıb-çıxmamağımla bağlı qərarı həkim verməlidir. Çox güman ki, 3-4 günə hər şey məlum olacaq. Bilinəcək ki, meydana çıxacam, yoxsa yox.
Sən özün necə hiss edirsən. Yəni özünü yaxşı hiss edirsənmi. İnamın varmı?
Bərpa məşqləri edirəm. Özümü yaxşı hiss edirəm. Düşünürəm ki, tez sağalacam. Demək olar ki, sağalmışam. Lakin biraz diqqətliolmalıyam. Yəni vəziyyəti ağırlaşdırmaq olmaz.Tez sağalmağım üçün məndə əlimdən gələi edirəm.
Əli HƏYATİ
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
Millimizin üzvü Mahirin komandası yenə uduzdu 10.10.2026, 09:14
“Neftçi” - “Sabah” 0^0 - VİDEO 10.10.2026, 08:12
Yuri Vernidub: “1 xal da bizi qane edir” 9.10.2026, 22:50
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik” 9.10.2026, 22:08
Azər Məmmədov: “Bizim üçün qazanılan hər xal 6 xala bərabərdir” 9.10.2026, 19:55
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq" 9.10.2026, 18:42
Seneqallı futbolçu “Liverpul”a keçə bilər - Transfer xəbərləri 9.10.2026, 18:07
“Arsenal” hücumçusu ilə yeni müqavilə üçün danışığa başlayacaq - Transfer xəbərləri 9.10.2026, 17:06
"Mingəçevir" klubunda maliyyə problemi 9.10.2026, 16:25
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |


























