



"Qarabağ"ı çempionluq mübarizəsindən erkən silənlərin menyusuna (YAZI)
Bu mövsüm Azəbaycan premyer liqasında bir çox maraqlı olaylar və hadisələr olur. Elə başlayaq, "Neftçi"nin qış fasiləsinə yaxın lider olmasından. "Turan Tovuz"un 24 xalla 2-ci "Sabah"ın 3-cü pillədə olması , "Qrabağ"ın isə hələ ki, 4-ci pillədə qərarlaşmasını misal gətirmək olar. Bir çoxları arıtıq indidən çempionluğun "Neftçi" və "Sabah" arasında gedən mübarizədən müəyyənləşəcəyini söyləyir. "Qarabağ"ın gücünü, bacarığnı bilən, təcrübəsindən və komandanı uğura daşıyan ağıllı idarə heyətindən xəbəri olan istər futbol adamı olsun, jurnalist və istərsə də, azarkeşlər heç zaman belə pafoslu danışmaz. Ümumiyyətlə, "Qarabağ"ın hansı gücə malik olduğunu bilən şəxs və futbol adamı indidən Ağdam klubunun çempionluğuna şübhə sala bilməz. Belə düşünən adamların menyusuna müəyyən faktları daxil edə bilərəm. Gəlin unutmayaq ki, çempionatda istər hakimlər və istərsə də, AFFA tərəfindən ən çox haqsızlıq edilən klub məhz "Qarabağ" olub. Elə bu mövsüm də, bu haqsızlıqları davam etdirirlər. Bundan başqa unutmayın ki, "Qarabağ"ın idarə heyətində ömrünü, illərini futbola həsr etmiş, futbol fəlsəfəsini bilən Emrah Çelikel, Qurban Qurbanov, Asif Əsgərov və sair insanlar və mütəxəssizlər çalışır. Bu elə həmin Emrah Çelikel, Tahir Gözəl, Asif Əsgərov və kollektivdir ki, "Qarabağ" klubunu sıfırdan gətirib dünya brendi, Avropa brendi klublar sırasında çatdırdılar. "Qarabağ"ı hazırda dünya tanıyır. Və avrokuboklarda ən çəkindikləri, ehtiyyat etdikləri və sensasiya edə biləcək klublar sırasında görüblər. Bu həmin Qurban Qurbanovdur ki, istənilən çətin və məğlub olduğu oyunda ağlı, taktikası, futbol fəlsəfəsi sayəsində matçı çevirərək dünya brendi olan klublara qalib gəlib. Bu həmin "Qarabağ", həmin Qurban Qurbanovdur ki, illərlə ölkə çempionatında, ölkə kubokunda rəqib tanımayb. İllərlə, ardı-arda titulları,medalları qazanıblar. İndi durub "Qarabağ" klubuna, prezidenti Tahir Gözələ, Qurban Qurbanova ağıl verməyə çalışıanlara, zəif təsir bağışladqları deyənlərədir sözüm. Tahir Gözəlin yüksək futbol fəlsəfəsi futbol biliyi, heç azərbaycanda digər klubların rəhbərlərində yoxdur. Nəinki rəhbərləri çoxlarında yoxdur. Sörüşmaq ayıb olmasın, "Qarabağ" klubunu 10 ildi zirvədə saxlayan, ucaldan, milyonlar xərcləyərək yüksək səviyyəli legioner futbolçuları kluba gətirməkdə təşəbbüskar Tahir Gözəl deyilmi? Klubun bütün maddi və mənəvi öhtəliklərini üzərinə götürən klub prezidenti Tahir Gözəldir. Unutmayın yoldaşlar, "Qarabağ" Azərbaycanda 1 illik yaradılan, 1-2 ilə iflas edən, dağılan bir günlük klublardan deyil. "Qarabağ" bu uzun illər ərzində həm ölkə çempionatında, ölkə kubokunda, həm də, Avropa meydanlarında fantastik və tarix yazan çıxışları ilə köklü bir klub olduğunu sübut edib. Köklü bir klubu isə zəif görmək, mübarizədən erkən silmək ağılsızlıqdır. Düzdü, hazırda "Qarabağ" istədiyi oyunu, performansı göstərə bilmir. Əlbəttə ki, hələ ki. Bunun da, bəlli səbəbləri var. Komndada birdən - birə köklü dəyişikliklər, yeni transferlər oldu. Bütün bu dəyişikləri olan klublarda belə proseslər qaçılmaz olur. Sizi əmin edirəm ki, qış fasiləsindən sonra Azərbaycan, azarkeşlər, jurnalistlər yenə qısa zamanda əvvəlki əzəmətli "Qarabağ" klubunu görəcəklər.

Həm klubun qış fasiləsində bir neçə transfer edəcəyi məlumdur. Həm də, Qurban Qurbanovun təlim-məşq zamanı yoxlama oyunlarında çox şeyi dəyişəcəyi gözlənilir. Bütün bunu nəzərə alaraq "Qarabağ"ın yenə rəqiblərinin qorxulu yuxusuna çevriləcəyini gözləməyə dəyər. Çünki "Qarabağ" köklü, daxilində futbol fəlsəfəsi olan Emrah Çelikəl, Asif Əsgərov və sair kimi güclü şəxslər çalışır. Klubun mətbuat xidmətinin belə Nurlan İbrahimovdan bu yana hazırki əməkdaşı Anar Həsənova qədər öz işinin peşəkarlarıdır. Yəni bu klubun bütün sahlərində peşəkarlar çalışır. Hazırki media əməkdaşı Anar Həsənov mətbuatın içindən çıxan adamdır. Demək olar ki, içi mən qarışıq bütün mətbuatdakı jurnalist həmkarlarımın ona böyük hörməti var. Çünki mətbuat nümayndələrinin hörmətini saxlayar, münasibət qurmağı bacarır. Futbolu yaxşı bilir. Mətbuatdan çıxdığı üçün necə deyərlər jurnalistlərin dilini, onlarla iş birliyini peşəkar səviyyədə bacarır. Şəxsən mən belə bir bacarıqlı jurnalistin klubun mətbuat katibi olmasını dəstəkləyərdim. Çünki artıq xeyli müddətdir ki, "Qarabağ"da çalışır. Necə deyərlər klubu yaxşı tanıyır. İş prinsipini bilir, uzun sözün qısası "Qarabağ"ı çempionluq yarışından erkən silməyə tələsməyin cənablar. Bu klub qarşıda Azərbaycan futbolu üçün hələ çox tarixlər yazacaq. Azarkeşlərini çox sevindirəcək. Düşünürəm ki,qış fasiləsindən sonra çempion olacaq daha güclü "Qarabağ" görəcyik.
Əli HƏYATİ
Azərbaycan Premyer Liqası























