



“Kalyari” “Napoli”nin hücumçusuna göz dikib - Transfer xəbərləri
“Kalyari” qış transfer dövründə hücum xəttini gücləndirmək üçün “Napoli”dən Lorenzo Lukkanı heyətinə qatmaq variantını gözdən keçirir.
Futbolmedia.az “alcionapoli1926.it”-ə istinadən xəbər verir ki, Lukka, “Milan”ın hücumçusu Françesko Kamardanın transferi alınmayacağı təqdirdə, alternativ namizədlərdən biri kimi nəzərdən keçirilir. Sardiniya təmsilçisi Kamardanı transfer etmək istəyən bir sıra klublarla rəqabət aparmalı olacaq.
Lukkanın hazırkı vəziyyəti də bu keçidin reallaşmasına şərait yarada bilər. Massimiliano Alleqrinin rəhbərliyi altında sabit oyun praktikası qazana bilməyən hücumçu mövsümün ikinci yarısında daha çox meydanda olmaq üçün A Seriyasının başqa klubuna keçə bilər.
“Napoli” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda, yanvarın 20-də “Sabah”ın qonağı olacaq.
Azərbaycan Premyer Liqası























