FutbolMedia.Az
  • 14:42 Bazar ertəsi
    23 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Rəşad Əzizli:

Rəşad Əzizli: "Artıq qələbə qazanmağın vaxtı idi"

"Səbail" klubunun qapıçısı Rəşad Əzizlinin Futbolmedia.Az saytına müsahibəsi.

Rəşad Pemyer Liqanın 22-ci turunda evdə “Qəbələ”ni darmadağın etdiniz. Bir çoxları bu oyunda başqa nəticə gözləsə də, qalib gəlməklə sürprizə imza atdınız. Komandanın təcrübəli qapıçısı olaraq matç haqda nə deyərdin?

Oyuna adi qayda da, hazırlaşmışdıq. Sadəcə, artıq qələbə qazanmaq vaxtımız yetişmişdi. Belə deyim ki, istək olan yerdə yaxşı nəticə də, olur. Komandamız sonacan mübarizə apardı. Ən əsas məsələ odur ki, evdə, inamlı qələbə qazanmağı bacardıq.

Belə böyük hesablı qələbə qazanacağınızı gözləyirdinizmi. Yoxsa, minimal hesablı qələbəyə özünüzü hazırlamışdınız?

Düzünü deyim ki, oyundan öncə desəydilər ki, (3:0) hesabla qalib gələcəksiniz, buna inanmaq çətin olardı. Çünki rəqib komanda da, güclü klublardan olan “Qəbələ”dir. Ancaq qalib gələcəyimizə çox inanırdıq. Lakin rəqibi darmadağın edəcəyimizi gözləmirdim. Vurduğumuz qollar da, çox gözəl idi.

Rəşad Əzizli:


Rəşad açığını deyim ki, bu qalibiyyətdə ən çox payı olanlardan biri də, sənsən. Çünki yaxşı qapıçı komandanın yarısıdır deyərlər. Qapını toxunulmaz saxlamaqla, bir neçə real qoldan komandanı qurtarmaqla, qalibiyyətə təkan verdin. Bəs sən necə düşünürsən. Öz oyunundan razı qaldınmı?

Qarşıma məqsəd qoymuşam ki, oyundan-oyuna artırım. Bunun üçün çox çalışır, çoxlu məşqlər edirəm. Etdiyim səhvlərimi yaxşıca analiz edirəm. Çalışıram ki, çatışmayan cəhətlərimi aradan qaldırım. Bəli, oyunda bir neçə real qol vəziyyətlərində yaxşı çıxış edərək, komandamı qol buraxmaqdan qurtardım. Ümumilikdə öz oyunumdan razı qaldım. Lakin potensialım bundan da, yaxşı oyun sərgiləməyə imkan verir.

Sənin “Səbail”lə müqavilənin müddəti mayda başa çatır. Bildiyimizə görə, müqaviləyə əsasən “Neftçi”yə məxsuzsan. “Neftçi” səni komandada saxlamaq qərarına gəlsə, hansı seçimi edərsən?

Bəli. İlk olaraq deyim ki, mən “Neftçi”nin oyunçusuyam. Düşünürəm ki, ilk qərar klub tərəfindən gəlməlidir. Məhz bundan sonra digər klublardan gələn təklifləri dəyərləndirərəm.

Rəşad Əzizli:


Sənin potensialın, oyunun, təcrübəni nəzərə alsaq, bir çoxları öz komandasında görmək istəyər. Lakin “Neftçi”nin səni digər kluba buraxacağı daha real görünmür. Cəlbedici təkliflər gələrsə, seçimin başqa klub olarmı?

Əlbəttə ki, yaxşı təkliflərin gələcəyini gözləyirəm. Gələn təklifləri nəzərdən keçirəcəm. Lakin “Neftçi” məni komandada saxlamaq qərarı verərsə,razılıq əldə olunarsa, bu klubda qalmağı üstün tutardım. Çünki “Neftçi” çox böyük klubdur. Onların azarkeşləri də, möhtəşəmdir. Doğrudan da, “Neftçi”nin 12-ci oyunçuları möhtəşəm dəstək verirlər. Buna görə də, “Neftçi”də yenidən oynamaq mənim üçün çox xoş olar.

Əli HƏYATİ

11-04-2022, 13:17
22718
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
11-04-2022, 15:10
Ədilxan Qaraəhmədov
Ədilxan Qaraəhmədov "Qəbələ" üzərində möhtəşəm qələbə qazandıq"
5-04-2022, 13:24
Rəşad Əzizli: “Səbail”ə gəlməyimdə məqsəd daima oynamaqdır
Rəşad Əzizli: “Səbail”ə gəlməyimdə məqsəd daima oynamaqdır"
13-03-2022, 12:17
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Vurduğum qollara görə məni Ronaldoya bənzədirlər"
4-03-2022, 07:39
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Növbəti oyunlarda qol vuracağıma inanıram"
1-03-2022, 12:44
Mirsayib Abbasov:
Mirsayib Abbasov: “Neftçi” ilə oyunda qələbəyə köklənmişik"
10-02-2022, 09:33
Coşqun Diniyev:
Coşqun Diniyev: "Biz sensasiya olmasını istəmirik" (Eksklüziv)
2-02-2022, 17:17
Bəxtiyar Həsənalızadə:
Bəxtiyar Həsənalızadə: "Neftçi" ilə oyunda hətta qələbə qolunu da vura bilərdik"
17-12-2021, 13:00
Adil Nağıyev:
Adil Nağıyev: "Mən də "Neftçi"nin mənimlə maraqlanmasını mətbuatda oxumuşam"
27-11-2021, 23:17
Adil Nağıyev:
Adil Nağıyev: “Neftçi” də bundan istifadə etdi"
25-11-2021, 12:00
Elçin Rəhimli:
Elçin Rəhimli: "Neftçi" hər an, hər dəqiqə qol vura bilən komandadır"
20-11-2021, 19:32
Tural Axundov:
Tural Axundov: "Növbəti qarşılaşmalarda, oyundan - oyuna daha da, yaxşı olacam"
5-11-2021, 08:34
Tərlan Quliyev:
Tərlan Quliyev: "İlk qolu “Neftçi”yə biz vursaq, qələbə də bizim olacaq"
  Xəbər Lenti
Bəhlul Mustafazadə: "Mənfi seriyaya son qoymaq üçün əlimizdən gələni edəcəyik" 23.11.2026, 14:33
"Neftçi"nin futbolçusu: “Hədəfimiz qış çempionu olmaqdır” 23.11.2026, 14:07
"Sabah"la matçda "Barselona"ya kömək edə bilməyəcək 23.11.2026, 13:15
Qurban Qurbanov karyerasında 900-cü oyuna çıxdı 23.11.2026, 12:40
Lamin Yamal "Sabah"a 1 qol vursa... 23.11.2026, 12:14
"Liverpul" – "Mançester Yunayted" 4:0 - VİDEO 23.11.2026, 11:33
Toral Bayramov yenə ehtiyyatda qaldı, "Bursaspor" qalib gəldi 23.11.2026, 11:01
Dieqo Simeone La Liqada tarixi rekorda imza atdı - 23.11.2026, 10:10
Musiala məşqdə yenə huşunu itirdi - Xarici xəbərlər 23.11.2026, 09:18
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
Ətraflı
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb