FutbolMedia.Az
  • 23:50 Çərşənbə
    12 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Tərlan Quliyev:

Tərlan Quliyev: "Klublardan təkliflər gəlib, iş yerimi dəyişə bilərəm"

"Şamaxı" klubunun təcrübəli futbolçusu Tərlan Quliyevin Futbolmedia.Az saytına müsahibəsi.

Tərlan Premyer Liqanın 26-cı turunda səfərdə “Sumqayıt”a qarşı oynadınız. Çoxları bu oyunda “Şamaxı”nın qalib gələcəyini gözləsə də, belə olmadı. Sən özün də, ikinci komandadan yeni qayıtmısan. Ümumiyyətlə, bu və dünən keçirilən oyun haqda sənin fikirlərini öyrənmək istərdim?

Bildiyiniz kimi, oyunun hazırlıq proseslərində mən iştirak etməmişəm. Çünki ikinci komandaya göndərilmişdim. Lakin onu deyə bilərəm ki, komandanın hazırki ab-havası çox ağırdı. Bir neçə məğlubiyyətdən sonra psixoloji baxımdan özümüzə gələ bilməmişik. Lakin meydana qələbə üçün çıxmışdıq. Çünki oyun-boyu üstün olsaq da, nəticə xeyrimizə olmadı. Rəqib komandanın forvadı əla oyunla nöqtəni qoydu.

Tərlan Quliyev:


Məğlubiyyətin səbəbini nədə görürsən?

Məğlubiyyətin səbəbini izah etməyə vaxtımız çatmaz. Bir çox şeyləri məğlubiyyətin əsas səbəbi kimi göstərmək olar. İlk növbədə komandanın daxilində birlik yoxdur. Bundan başqa daxili problemlərimiz də var. Çünki hər bir komandanın daxilində problemlər olur. Problemsiz komanda yoxdur. Bizim daxili problemlərin həll yolları demək olar ki, həll edilmir. Yada ki, bu problemin kökünü tapmaq istəmirlər. Bütün bu amillər oyunlara mütləq təsir edir. Heyətimizdə 5-6 legioner var. Lakin “Sumqayıt”ın heyətində 90 faiz yerli futbolçular çıxış edir. Üstünlük bizdə olsa da, bunu dəyərləndirə bilmədik.

Mayın sonunda “Şamaxı” ilə müqavilənin sonu çatır. Rəhbərlikdən yeni müqavilə təklifi alımısan. Yoxsa?

Mayın sonunda müqaviləm başa çatır. Mövsümün sonu azad agent statusu alacam. Lakin yeni müqavilə ilə bağlı rəhbərlikdən şəxsən mənə təklif gəlməyib. Lakin bildiyimə gör bir neçə futbolçu ilə artıq yeni müqavilə danışıqları olub.

Sözlərindən belə çıxdı ki, mayın sonu komandanı dəyişəcəksən?

Bilirsiniz, yeni müqavilə təklif olunmasa, belə davam edərsə, əlbəttə ki, iş yerimi dəyişəcəm. Başqa nə edə bilərəm ki?

Tərlan Quliyev:


Bildiyimə görə, 3 Azərbaycan klubundan yaxşı təkliflər almısan. Bu klublardan ikisi iddialılar sırasındadır. Doğru məlumatdır?

Düzünü deyim ki, təkliflərlə bağlı artıq baş sındırıram. Onların göndərdiyi təklifləri, maliyə məsələlərini nəzərdən keçirmişəm. Lakin bir peşəkar futbolçu kimi bu haqda indidən açıqlama vermək düz olmaz. Çünki hazırda “Şamaxı”ya məxsusam. Qarşıda bir neçə tur var. İndidən açıb nəsə danışmaq düzgün olmaz. Bundan başqa mən 5-6 ildir ki,bu komandada çıxış edirəm. Bu klubun çörəyini yemişəm. Rəhbərliklə yaxşı münasibətimiz var. Buna görə də, ilk öncə hörmət əlaməti olaraq onlardan son sözün gəlməsini gözləyəcəm. Əgər yeni müqavilə təklifi gəlməzsə, onda gələn təklifləri dəyərləndirəcəm.

Əli HƏYATİ

10-05-2022, 12:17
20007
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
9-05-2022, 14:13
Adil Nağıyev:
Adil Nağıyev: "Azərbaycanının iki klubundan transfer təklifi almışam"
8-05-2022, 08:32
Fəhmin Muradbəyli:
Fəhmin Muradbəyli: "İki iddialı klubdan təklif almışam"
25-04-2022, 17:43
Tural Axundov:
Tural Axundov: "İki yerli klubdan gələn təklif haqda düşünürəm"
19-04-2022, 13:47
Tərlan Quliyev:
Tərlan Quliyev: "Şamaxı"dan yeni müqavilə təklifi gələrsə, oturub danışarıq"
11-04-2022, 13:17
Rəşad Əzizli:
Rəşad Əzizli: "Artıq qələbə qazanmağın vaxtı idi"
11-04-2022, 15:10
Ədilxan Qaraəhmədov
Ədilxan Qaraəhmədov "Qəbələ" üzərində möhtəşəm qələbə qazandıq"
26-03-2022, 19:09
Tərlan Quliyev:
Tərlan Quliyev: "Mənə təklif göndərən klublarının sayı 4 deyil 3 -dür"
27-03-2022, 08:15
Tural Axundov:
Tural Axundov: "İki Azərbaycan klubundan transfer təklifi almışam"
28-01-2022, 14:31
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qarabağ"la oyun çox çətin olacaq"
17-12-2021, 13:00
Adil Nağıyev:
Adil Nağıyev: "Mən də "Neftçi"nin mənimlə maraqlanmasını mətbuatda oxumuşam"
1-12-2021, 12:30
Tərlan Quliyev:
Tərlan Quliyev: "Sumqaıt"la oyunda meydana çıxıb sona qədər döyüşməliyik"
21-10-2021, 18:03
Nicat Qurbanov:
Nicat Qurbanov: "İnanıram ki,yaxın günlərdə Sənan müəllim məni meydana buraxacaq“
  Xəbər Lenti
Argentina millisinin müdafiəçisi “Roma”da – Transfer xəbərləri 12.08.2026, 17:02
"Çelsi"də yeni futbolçu - Transfer xəbərləri 12.08.2026, 16:11
"Şəfa"dan daha 4 transfer 12.08.2026, 15:08
Qurban Qurbanov: "Yavaş-yavaş səbrim tükənir" 12.08.2026, 14:16
PSJ-nin baş məşqçisi Luis Enrike : “Çempionlar Liqasını ardıcıl üç dəfə qazana və “Real”a çata bilərik” 12.08.2026, 14:00
Canlı əfsanə Ronaldinyo basketbol klubuna investor ola bilər Xarici xəbərlər 12.08.2026, 13:04
"Qarabağ"ın rəqibi Bakıya gəldi 12.08.2026, 12:16
PSJ (Fransa) - “Aston Villa”ya qarşı - UEFA Superkuboku 12.08.2026, 12:03
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər 12.08.2026, 11:10
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-07-2026, 17:10
ÇSKA -
ÇSKA - "Qarabağ" matçının biletləri satışa çıxarıldı
24-07-2026, 19:15
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu -
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu - Xarici xəbərlər
24-07-2026, 18:11
"Zirə"dən ayrılan Leroy Mikels Almaniya klubuna keçdi - Transfer xəbərləri
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb