FutbolMedia.Az
  • 01:20 Çərşənbə
    26 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Rəhman Hacıyev:

Rəhman Hacıyev: "Milli komandadan dəvət gözləyirdim"

Bildiyimiz kimi millinin oyunları və Novruz bayramı münasibətiylə Premyer Liqada fasilə yarandı. Bir çox futbolçular bu az bir vaxtdan səmərəli istifadə etdilər. Bəziləri xarici ölkələrə belə getdilər. Bəs sən necə dincəldin?

Novruz bayramı ərəfəsində məndə 2 günlük Bakıdan uzaqlaşdım. Yəni iki gün sonra qayıtdım. Demək olar ki, daha çox Bakıda oldum. Necə deyərlər Novruz bayramını milli adət-ənənələrə uyğun keçirdik. Hər şey öz qaydasındadır. Vaxt az oldu. Çünki bizə cəmi üç gün istirahət vermişdilər. Belə deyim normal istirahət etdim. Çünki qarşıda bizi çox ağır və çətin oyunlar gözləyir.

Premyer Liqanın 20-ci turunda “Sumqayıt”la oyunda qalibiyyətə yaxın olsanız da, bir xal qazandınız. Matçın ən yaxşılarından biri sən oldun. Həm oyun baxımından, həm hücuma dəstək zamanı gözəl təsir bağışladın. Ötürmələrin isə hər zamanki kimi möhtəşəm idi. Bu oyunda qələbə qazana bilməməyinizin əsas səbəbini nədə görürsən. Qələbə üçün nə çatmadı?

Həmin oyunda real qol vəziyyətlərimiz çox oldu. Həqiqətən də, bu oyunda qələbəyə layiq idik. Mən deyərdim ki, rəibdən bir baş üstün oynadıq. Real qol vəziyyətlərimiz də, çox oldu. Çox təəssüflər olsun ki, bunlardan tam istifadə edə bilmədik. Mən də, əlimdən gələni etdim ki, komandam nəticə qazansın. İki oyuna 6 xal qazansaydıq möhtəşəm olardı. Məncə bu bizim haqqımız idi. Biz çalışmalıyıq ki, real qol vəziyyətlərindən maksimum yararlanaq. Yəni ələ düşüən şansları qaçırmamalıyıq. Yoxsa nəticəsi ağır olur.

Rəhman Hacıyev:


Oyun zamanı cərimə zərbələrini, künc zərbələrini, sən yerinə yetirirsən. Bu baş məşqçinin xüsusi tapşırığıdı. Yoxsa?

Bilirsiniz, bu məndə yaxşı alınır. Baş məşqçi də, bunu dəstəkləyir. Mən ümumiyyətlə, cərimə zərbələri üzərində çox işləyirəm. Daim məşqlərdə də, bu yöndə çalışıram. Məndə heç də, pis alınmır. Əksinə cərimə zərbələrini yaxşı yerinə yetirməyim mənim müsbət xüsusiyyətlərimdən biridir.

Rəhman bilirsən ki, milli komandanın yoldaşlıq oyunları keçiriləcək. Malta ilə səfərdə ilk matç baş tutacaq. Millidə yenidən bir çox köhnə-təzə adlar gördük. Düzünü desən sənin milli komandaya dəvət olunmağını çoxları gözləyirdi. Çünki daima əsas heyətdə oynamısan. Bundan başqa qollar və məhsuldar ötürmələrin olub. Hazırda yaxşı formadasan. Bundan başqa zədəli deyilsən. Bəs səncə niyə De Byazi sənə dəvət göndərmədi?

Bilirəm millinin iki yoldaşlıq oyunu olacaq. Çağrılan futbolçuların siyahısını da, gördüm. Bilisiniz, baş məşqçi De Byazinin qərarıdır. Mən bu qərara hörmətlə yanaşıram. Lakin çağrılmamağım mənə çox pis təsir etdi. Bilirsiniz hər bir futbolçu ilk növbədə meydanda milli komanda üçün özünü yaxşı tərəfdən göstərməyə çalışır. Hər bir futbolçu üçün milli komanda bir şərəfdir. Yüksək nailliyyətdir. Bütün bu əziyyətlərinin bəhrəsini görməyəndə, çox təəssüflənirsən. Lakin mən ruhdan düşmürəm. Ümüd edirəm ki, millinin qarşdakı toplantısına, oyunlarına təklif alacam.

Rəhman Hacıyev:


Ümumiyyətlə, sən milliyə dəvət gözləyirdin. Yoxsa?

Əlbəttə ki, dəvət gözləyirdim. Həm çempionatda yaxşı oyunumla, həm də digər xüsusiyyətlərimlə layiq idim. Bundan başqa pasort və digər sənədlərim belə hazır idi. Lakin bütün bunlara baxmayaraq baş məşqçi De Byazinin fikirlərinə hörmətlə yanaşıram. Inaniram ki, iyun ayında seçmə mərhələ çərçivəsində milliyə dəvət alacam. Bu fütsətdən istifadə edib öz üzərimdə daha yaxşı çalışacam. Daha yaxşı performans göstərmək üçün əlimdən gələni edəcəm.

Bir çox futbolçular var ki, artıq digər klublardan təkliflər alır. Eşitdiyimizə görə, bu futbolçuların sırasında sən də, varsan. Təkliflər aldığın doğrudurmu?

Çox doğru eşitmisiniz. Artıq 3-4 təklif almışam. Hələ ki, tam qərar verməmişəm. Lakin birini mütləq dəyərləndirəcəm. Bunların içərisində əcnəbi klublar da var. Mən özüm də, ölkə xaricində oynamağı qərara almışam. Ona görə də, inşəallah çox güman ki, xarici klubların birinə hə deyəcəm.

Əli HƏYATİ

25-03-2022, 15:19
23600
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
13-03-2022, 12:17
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Vurduğum qollara görə məni Ronaldoya bənzədirlər"
4-03-2022, 07:39
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Növbəti oyunlarda qol vuracağıma inanıram"
20-02-2022, 18:30
Tural Axundov:
Tural Axundov: "Sizinlə razıyam ki,oyun zamanı yaxşı ötürmələrim oldu"
20-02-2022, 15:04
Tərlan Quliyev:
Tərlan Quliyev: "Təmiz penaltimiz verilmədi"
20-02-2022, 18:33
Rəhman Hacıyev:
Rəhman Hacıyev: " Artıq neçənci dəfədir ki, hakimlər təmiz penaltimizi vermirlər"
16-12-2021, 12:11
Tərlan Quliyev:
Tərlan Quliyev: "Milli komandadan dəvət gözləyirəm"
5-12-2021, 18:10
Tural Axundov:
Tural Axundov: "Əvvəlki yüksək idman formamı bərpa etmişəm"
28-11-2021, 19:20
Tural Axundov:
Tural Axundov: "Səbail"lə oyun ölüm-dirim oyunu olacaq"
23-11-2021, 21:05
Adil Nağıyev:
Adil Nağıyev: “Neftçi”nin komanda şəklində oyunu çox təhlükəlidir"
14-11-2021, 13:50
Murad Musayev:
Murad Musayev: "Əlimizdən gələni edəcəyik ki, ən azından bu pilləni qoruyaq"
25-10-2021, 18:18
Tərlan Quliyev:
Tərlan Quliyev: “Əlimdən gələni edirəm ki, komandam qalib gəlsin“
25-08-2021, 16:59
Turan Vəlizadə: . “Qəbələ” ilə oyunda məğlubiyyətə layiq deyildik“
Turan Vəlizadə: . “Qəbələ” ilə oyunda məğlubiyyətə layiq deyildik“
  Xəbər Lenti
“Real” “Lill”in təklifini rədd edib - Transfer xəbərləri 25.08.2026, 18:10
“Qarabağ” – “Tvente” matçının başlamasına 1 saat qalmış stadion kassalarında bilet satışı dayandırılacaq. 25.08.2026, 17:09
“Roma” Malik Fofana ilə anlaşıb - Transfer xəbərləri 25.08.2026, 17:05
"Xankəndi" kamerunlu hücumçu transfer etdi 25.08.2026, 16:03
“Sabah” - “Hapoel” oyununu yayımlayacaq kanal 25.08.2026, 15:22
"Qarabağ"dan zədəlilərlə bağlı son durum 25.08.2026, 14:21
“Liverpul” Barkola üçün yeni təklif hazırlayır - Transfer xəbərləri 25.08.2026, 13:12
"Çelsi" müdafiəçisini La Liqa klubuna icarəyə verəcək - Xarici xəbərlər 25.08.2026, 12:13
“Sabah” (Azərbaycan) - “Hapoel”ə qarşı - YENİLƏNİR 25.08.2026, 11:30
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
27-07-2026, 16:12
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər
27-07-2026, 18:06
Neymar yenidən qalmaqal mərkəzində -
Neymar yenidən qalmaqal mərkəzində - Xarici xəbərlər
29-07-2026, 10:10
"Tottenhem" "Mançester Siti"nin futbolçusuna fantastik qiymət - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb