FutbolMedia.Az
  • 23:59 Çərşənbə axşamı
    21 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Rəhman Hacıyev:

Rəhman Hacıyev: " Artıq neçənci dəfədir ki, hakimlər təmiz penaltimizi vermirlər"

"Keşlə" klubunun futbolçusu Rəmn Hacıyevin Futbolmedia.Az saytına müsahibəsi.

Rəhman Premyer-Liqanın 16-cı turunda səfərdə son ölkə çempionuna qarşı oynadınız. Maraqlı bə bol qollu bir matç oldu. Bu gərgin qarşılaşma haqda fikirlərin?

İlk öncə, deyim ki, “Qarbağ”la oyunda aldığımız ağır məğlubiyyət bizə çox pis təsir etmişdi. Bir peşəkar futbolçu olaraq bunu həzm etmək çox çətindir. Lakin bütün bunlar geridə qalmışdı. Qarşıda bizi son çempion “Neftçi” ilə oyun gözləyirdi. Oyuna gəlincə isə matçın 20 –ci dəqiqəsinə kimi komandamız çox yaxşı təsir bağışladı. Bir neçə real qol vəziyyəti yaratdıq. Həm penlti vəziyyəti yaratdıq. Həmçinin bir zərbəmiz dirəkdən döndü. Yəni çox yaxşı təsir bağışladıq. Əgər penaltimiz verilsəydi, oyun və nəticə başqa cür olacaqdı. Çox təəssüflər olsun ki,əlimizə düşən fürsətləri dəyərləndirə bilmədik.Rəqib komanda da, bundan istifadə etdi. Biz vura bilmədik. Lakin rəqib əlinə düşən şansları qaçırmadı.

Bu nə məslədi ki, hər dəfə hakimlər “Keşlə”nin təmiz penaltisini vermirlər. Axı həmin epizod zamanı açıq-aydın penalti olduğu görünürdü. Sən necə düşnürsən?

Doğrusunu deyim ki, hakimləri məndə başa düşə bilmirəm. Düzdü, hakimlər də, səhv edə bilər. Lakin bu artıq neçənci dəfədir ki, “Keşlə”nin haqqını yeyirlər. “Qarabağ”ın , “Neftçi”nin hakimlərin köməkliyinə ehtiyyacları yoxdur. Bəs bu nə məsəədir? Niyə belə edirlər anlamıram. Sanki, sırf bizə qarşı belə qərəzlik olur. Bütün çətinliklərə baxmayaraq meydanda mübarizə aparırıq. Belə olan halda komandamıza qarşı haqsızlıq olmarmı? Bütün əziyyətimizi zay edirlər. Hakim gərək ədalətli ola.

Bir çox oyunlarda real qol vəziyyətləriniz olur. Elə “Neftçi” ilə oyunda da, az olmadı. Səncə, niyə bu imkanları dəyərləndirə bilmirsiniz. Səbəb kimi nəyi görürsən?

Vallah bilmirəm ki, niyə bu real qol vəziyyətlərimiz rəqib qapısından girmir. Nətər olur ki, girmir. Mənim özüm də, demək olar ki, hər oyun qol vururdum. Lakin indi elə bir tərsdiyə düşmüşük. Bilmirəm bəxtsizlik olur, yoxsa tərslikdən girmir. İnanın ki, bu qol vura bilməmək məsələsi bəxtsizlikdən də, o tərəfə keçib.Bu nəsə başqa bir şeydi. Gəlirik rəqib qapıçı ilə təkbə-tək çıxırıq. Lakin topu qapıdan keçirmək olmur. Vurursan dirəkdən qayıdır. Penaltimiz verilmir. Nəsə anlamaq çox çətindir.Özümüz də, səbəbini bilmirik.

Yeni transfer Natan oduvahaqda nə deyərdin. Açıq—aydın görünür ki, hələ yaxşı formadan çox uzaqdır. Lakin hiss olunur ki, səviyyəsi yüksək olan futbolçudur. Səncə, onun qaşıdakı oyunlarda komandanıza köməkliyi dəyəcəkmi?

Uzun müddətdir ki, Oduva futbol oynamayıb. Yəni oyun praktikasından əziyyət çəkib. Lakin onun səviyyəli futbolçu olduğu ayıdn görünür. Hətta məşqlərdə belə bu futbolçunun səviyyəsi hiss olunur. Mən özüm bu şeylərə çox fikir verən adamam. Düşünürəm ki, yaxın zamanda onun xeyrini görə biləcəyik. Çünki oyunu, topla rəfdarı, sürti, mübarizəsi, əzimkarlığı yüksək futbolçudur.İnşəallah növbəti turlarda həm Natan, həm də, komandamız daha səviyyəli oyun göstərəcək. Bizə qələbə mütləq lazımdır.

Əli HƏYATİ

20-02-2022, 18:33
20696
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
8-02-2022, 12:35
Kamran İbrahimov:
Kamran İbrahimov: "Özümü qapıçımız İvan Brikiçdən heç də, zəif hesab etmirəm"
4-02-2022, 12:04
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Bütün bu çətinliklərə baxmayaraq biz meydana qələbə üçün çıxacağıq"
3-02-2022, 08:03
Tural Axundov:
Tural Axundov: “Zirə”nin hücum mövqeyi çox güclüdür"
28-11-2021, 19:20
Tural Axundov:
Tural Axundov: "Səbail"lə oyun ölüm-dirim oyunu olacaq"
27-11-2021, 21:34
Tərlan Quliyev:
Tərlan Quliyev: "Sabah"la oyunda sonluğu qoya bilmədik"
23-11-2021, 21:05
Adil Nağıyev:
Adil Nağıyev: “Neftçi”nin komanda şəklində oyunu çox təhlükəlidir"
20-11-2021, 19:32
Tural Axundov:
Tural Axundov: "Növbəti qarşılaşmalarda, oyundan - oyuna daha da, yaxşı olacam"
18-11-2021, 12:20
Tərlan Quliyev:
Tərlan Quliyev: “Sabah”la oyunumuz çox çətin olacaq"
5-11-2021, 08:34
Tərlan Quliyev:
Tərlan Quliyev: "İlk qolu “Neftçi”yə biz vursaq, qələbə də bizim olacaq"
25-10-2021, 18:18
Tərlan Quliyev:
Tərlan Quliyev: “Əlimdən gələni edirəm ki, komandam qalib gəlsin“
24-10-2021, 15:26
Amin Sevdiyev:
Amin Sevdiyev: “Top qapı xəttini qəti keçməmişdi “
14-10-2021, 11:20
Tərlan Quliyev:
Tərlan Quliyev: “Ruh yüksəkliyini saxlasaq, uğurların ardı gələcək“
  Xəbər Lenti
Emin Mahmudov: “Bu il əlimizdən gələni etməliyik ki, azarkeşlərimiz də sevinsin” 21.07.2026, 18:07
“Qalatasaray” ABŞ millisinin üzvünə göz dikib - Transfer xəbərləri 21.07.2026, 17:10
Cavid Hüseynov: "Transfer çalışmalarını 90 faiz icra etmişik" 21.07.2026, 16:14
"Şəfa" yeni legioner transferini açıqladı - Transfer xəbərləri 21.07.2026, 15:42
Zidan Fransa millisinin baş məşqçisi təyin olundu - Xarici xəbərlər 21.07.2026, 14:31
"Qəbələ"də nigeriyalı futbolçu 21.07.2026, 14:00
“Liverpul” fransalı futbolçu üçün 100 milyon avro təklif etməyə hazırlaşır - Transfer xəbərləri 21.07.2026, 13:19
ABŞ millisinin hücumçusu “Borussiya”ya keçə bilər - Transfer xəbərləri 21.07.2026, 12:14
“Araz-Naxçıvan”dan ayrılan Bar Kohen öz ölkəsində oynayacaq 21.07.2026, 11:30
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-07-2026, 11:06
Fransa və Mərakeş 1/4 finalda -
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
25-06-2026, 10:15
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
10-07-2026, 10:11
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi -
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər
10-07-2026, 11:08
Gələnlər və gedənlər -
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri
9-07-2026, 23:10
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
10-07-2026, 09:20
Tahir Gözəl:
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO
10-07-2026, 20:16
Filipe Kandido “Sumqayıt” klubunun yeni baş məşqçisi oldu -
Filipe Kandido “Sumqayıt” klubunun yeni baş məşqçisi oldu - Rəsmi
Dünən, 17:05
İsveçrə klubu “Sabah”ın futbolçusunu istəyir
İsveçrə klubu “Sabah”ın futbolçusunu istəyir
15-07-2026, 19:12
"Real" "Çelsi"nin təklifini rədd etdi - Xarici xəbərlər
Dünən, 10:07
Ferran Torres 2026-cı il dünya çempionatının final matçının ən yaxşı oldu -
Ferran Torres 2026-cı il dünya çempionatının final matçının ən yaxşı oldu - DÇ-2026
Dünən, 15:33
"Qarabağ"ın da potensial rəqibi bəlli oldu
Dünən, 16:13
"Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb