FutbolMedia.Az
  • 06:38 Cümə axşamı
    16 Aprel 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Arif Əsədov:

Arif Əsədov: "Hər şeyə rəğmən millimizdə irəliləyiş var"

Azərbaycan milli komandasının baş məşqçi köməkçisi Arif Əsədovun Futbolmedia.az saytına müsahibəsini sizlərə təqdim edirik.

Arif Müəllim bir müddətdir ki, milli komandamızın məşqçisi, De Byazinin köməkçisi postunda çalışırsınız. Millimizin çıxışları, nəticələri ilə bağlı nə deyə bilərsiniz?

Açığını deyim ki, bunun yaxşı və narahat edən tərəfləri var. Doğrudur ki, hazırda millimizin xal ehtiyyatı azdır. Bəzi oyunlarda rəqiblərimizdən xal götürə bilərdik. Lakin müəyyən çatışmamazlıqlar buna mane oldu. Bundan başqa hər təlim-məşq toplanışında heyət baxımındanəziyyət çəkirik. Çünki elədə geniş heyətimiz yoxdur. İxtiyarımızda 30-35 futbolçu var. Onların da bir çoxunun oyun praktikası az olub. Buna görə, heyətini qurmaqda çətinlik çəkilir. Bizdə son dövürlərdə müdafiə ilə bağlı problemlər olur. Xüsusən mərkəz müdafiəsində çatışmamazlıqlar olur. Son oyunlarda buraxdığımız qollar bunu açıq-aşkar göstərir. Millimizin baş məşqçisi De Byazi işinə yeni başlayan zaman bir müddət komandamız qapısında qol görmürdü. Yəni qol buraxmayan və vurmaqda çətinlik çəkən komanda idik. Lakin indi qol buraxsaq da, rəqib qapılarına qol vura bilirik. Ümumiyyətlə, hər şeydə belədir. Bir tərəfi düəzldirsən, digər tərəfi axsamağa başlayır. De Byazi ikinci ilə qayxındır ki, millimizi çalışdırır. Demək olar ki, komandamızı yeni-yeni tanımağa başlayıb. Yəni müəyyən futbolçuları, məsələləri ələkdən keçirir. Kimin nəyə qadir olduğunu bilir. Özünüz də görürsünüz ki,heyətimizdə dəyişikliklər var. Gənc və prespektivli futbolçular çağrılır. Millidə ilk dəfə forma geyinir.

Bax elə bu gən futbolçularla bağlı çox narazılıqlar oldu. Ümumiyyətlə, seleksiya işləri necə aparılır. Hansı çərçivələr, qaydalarla edilir. Ümumiyyətlə ədələtli şəkildə olur?

Bilirsiniz, əsas milli elədir ki, burada kimsə qıraqda qalıb itib-batmaz. Mən başa düşürəm ki, 14-15 və ya, 17 yaşlı bir futbolçuları, kimlərisə görməyə bilərlər. Hansısa rayanlarda, gözdən qaça bilərlər.Hansısa futbolçuların istedadı bata bilər. Lakin bu əsas milli komanda elədir ki,güclü futbolçuların hamısını görə bilirik. Bşa məşqçi və məşqçilər korpusu bütün oyunları izləyir. Və həmi oyunlarda iştirak edir. Həmçinin aşağı yaş qruplarının oyunlarını da izləyirik. Həmçinin, mən özüm əvəzedici heyətlərin oyununu belə daim izləyirəm.Hər bir kəsi nəzərdən keçiririk. Düşünmürəm ki, kimsəyə qarşı haqsılıq olur. Və ya, nəzərimizdən hansısa futbolçu qaçır.Kimsəyə də, haqsızlıq olunmur. Hətta ölkədən kənarda çıxış edən milli üzvlərimizin oyunlarını da izləyirik. Daim nəzarətimizdə saxlayırıq. Buna görə, düşünmürəm ki, seleksiya işlərində problem var.

Arif müəllim bir təcrübəli məşqçi kimi necə düşünürsünüz, De Byaziyə şans verliməlidir ki, hələ qalıb işləsin? Yoxsa, yerli məşqçilərimizə güvənilməlidir. Yəni nəticə yoxdursa, elə öz yerli məşqçilərimizə illərlə bu şansı verərik də olmazmı? Məsələn elə siz Arif Əsədov özünüz yerli futbolçuları, Azərbaycan futboluna daha yaxşı bələd bir mütəxəssizsiniz?

Bilirsiniz, məndə hazırda milli komandanın içindəyəm. Köməkçi məşqçi də olsam problemləri görürəm. Tez bir zamanda istər De Byazi, istər Maurinyo, istərsə də, Arif Əsədov bu problemləri tez bir zamanda çözə bilməz. Hər şey bünövrədən gəlir. Gərək hər çətinliyi, problemləri gözünün qarşısına qoyasan. Biz istəyirik ki, maksimal dərəcədə hər şey tez olsun. Yəni bunun üçün zamana ehtiyyac var. Belə olan halda baş məşqçi təzyiq altına düşür. Çox çətindir ki, kimsə gəlib desin ki, mən Azərbaycan millisini hansısa yarışın final mərhələsinə çıxardacam. Hər şeyi strategiya yanaşma sı ilə etməlisən. Yəni bu məsələlər etap-etap olmalıdır. Hər bir baş məşqçinin futbola öz baxışı var. Düşünürəm ki, yavaş-yavaş artıq Azərbaycan millisinin nəyə qadir olduunu, bilir. Hər kəs istəyir ki, yaxşı olsun. Çünki qalibiyyət biz məşqçilər korpusuna, futbolçulara yüksək əhval-ruhiyyə verir. Bizim adımıza da yaxşı olur. Hansı məşqçinin millidə işləməsinə isə İcrayə komitəsi var. Onlar buna qərar verirlər. Hər şeyə rəğmən millimizdə irəliləyiş var. Bunu görmək mümkündür. Oynadığımız rəqiblərə də, diqqət edək. Bizə ən çətin rəqiblər düşüb.

Əli HƏYATİ

15-10-2021, 12:26
23023
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
14-10-2021, 11:20
Tərlan Quliyev:
Tərlan Quliyev: “Ruh yüksəkliyini saxlasaq, uğurların ardı gələcək“
10-10-2021, 16:21
Sənan Qurbanov:
Sənan Qurbanov: “Zaur Axundovun komandaya göstərdiyi diqqət bizə stimul verir“
9-10-2021, 23:10
De Byazi:
De Byazi: "Futbolçularıma dedim ki, başınızı dik tutun"
9-10-2021, 12:27
Aftandil Hacıyev:
Aftandil Hacıyev: “Təsəffür edin ki, dua edirik Raufa, Nikolasa heçnə olmasın “
6-10-2021, 16:09
Kevin Medina:
Kevin Medina: "Qarabağ"ın əsas lideri Qurban Qurbanovdur"
7-09-2021, 16:26
Şahruddin Məhəmmədəliyev:
Şahruddin Məhəmmədəliyev: “Portuqaliya ilə matçda azarkeşlərimizi sevindirəcəyik”
25-08-2021, 16:59
Turan Vəlizadə: . “Qəbələ” ilə oyunda məğlubiyyətə layiq deyildik“
Turan Vəlizadə: . “Qəbələ” ilə oyunda məğlubiyyətə layiq deyildik“
28-07-2021, 23:40
Samir Abasov:
Samir Abasov: “Bunun da ucbatından qol buraxdıq“
22-07-2021, 22:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Belə halla nə vaxt üzləşdiyim yadıma gəlmir"
6-07-2021, 18:02
Şota Arveladze:
Şota Arveladze: "Neftçi" "Dinamo"dan daha güclü görünür"
30-06-2021, 22:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Transferlərə həddindən artıq çox pul istəyirlər"
16-06-2021, 12:37
Gündüz Abbaszadə: “Dino Ndlovu ilə danışıq aparmağımız yalnız şaiədir“
Gündüz Abbaszadə: “Dino Ndlovu ilə danışıq aparmağımız yalnız şaiədir“
  Xəbər Lenti
“İnter” baş məşqçisi ilə yeni müqavilə bağlamağa yaxındır - Xarici xəbərlər 15.04.2026, 18:20
Kapitan Manuel Lokatelli “Yuventus”la yeni müqavilə imzalayacaq - Transfer xəbərləri 15.04.2026, 17:13
"Qarabağ"ın yay transfer siyahısında yer olan futbolçu razılıq verdi 15.04.2026, 16:11
"Yuventus" kapitanı ilə bağlı qərar verdi - Xarici xəbərlər 15.04.2026, 15:39
UEFA Rafinyanı cəzalandıra bilər - Xarici xəbərlər 15.04.2026, 14:37
Roy Kin : Qaçmalısan, “Mançester Yunayted” isə qaçmadı 15.04.2026, 14:05
Yamal Mbappeni geridə qoydu - Xarici xəbərlər 15.04.2026, 13:13
Bu gün Azərbaycan 1-ci liqasında 22-ci turu start götürür 15.04.2026, 12:15
Canlı əfsanə Luiş Fiqu həmkarı Olisenin oyunundan zövq alır - Xarici xəbərlər 15.04.2026, 11:24
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
26-03-2026, 17:03
Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya
Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya
4-04-2026, 07:19
Hakim Əliyer Ağayevdən
Hakim Əliyer Ağayevdən "Turan Tovuz"a qarşı şərəfsizlik, Ehtiram Quliyevdən haqlı irad - YAZI
23-03-2026, 17:01
"Qarabağ" klubuna və Azərbaycan futboluna düşmən kəsilən hoqqabaz AFFA utan -YAZI
8-04-2026, 15:57
"İmişli" klubunu ayaqda saxlayan, yaşadan Kamran Eyyubov -YAZI
23-03-2026, 09:11
"Turan Tovuz" klubu və Azərbaycan futbolu üçün dəyər olan Ehtiram Quliyev -YAZI
1-04-2026, 17:15
Gəncə futbolunu və
Gəncə futbolunu və"Kəpəz"i yüksəlişə aparan rəhbərlik və idarə heyəti - YAZI
24-03-2026, 14:21
Türkiyə - Rumıniya oyununu fransalı hakimlər idarə edəcək
Türkiyə - Rumıniya oyununu fransalı hakimlər idarə edəcək
24-03-2026, 17:08
"Mançester Yunayted" Alfonso Deyvisi "Bavariya"dan transfer etmək istəyir - Transfer xəbərləri
20-03-2026, 13:00
Federiko Valverde
Federiko Valverde "Real"da ən yaxşı seçildi - Xarici xəbərlər
26-03-2026, 19:06
Leaodan baş məşqçi ilə problem yaşadığı iddialarına reaksiya -
Leaodan baş məşqçi ilə problem yaşadığı iddialarına reaksiya - Xarici xəbərlər
20-03-2026, 09:20
"Qalatasaray" futbolçusunun zədəsi ilə bağlı kompensasiya tələb edəcək
20-03-2026, 12:05
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu Rafinya oldu  -
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu Rafinya oldu - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb