FutbolMedia.Az
  • 03:11 Bazar
    3 May 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Tərlan Quliyev:

Tərlan Quliyev: "Qol vurduqdan sonra sanki nəsə baş verir"

"Turan Tovuz" klubunun əsas üzvlərindən olan Tərlan Quliyevin Futbolmedia.Az saytına müsahibəsi.

Tərlan Azərbaycan Premyer Liqasının növbəti turu demək olar ki, dişinizə görə olan bir rəqibdir. Hər halda “Sumqayıt”la oyunda “Turan Tovuz”u üstün tuturlar. Bəs sən necə düşünürsən?

Artıq neçə turdu ki, evdə qalib gələ bilməmişik. Sonuncu dəfə “Kəpəz”ə qalib gəlmişdik. Buna görə də, “Sumqayıt” oyuna qələbə üçün çıxacağıq. Bu oyuna var gücümüzü qoymalıyıq. Ardıcıl olaraq bir neçə turdu ki, qələbə qazana bilmirik. Qarıda “Sumqayıt” “Şamaxı” və sonra da, “Qarabağ”la təxirə düşmüş oyunumuz olacaq. Buna görə də, bu oyunlardan maksimum istifadə etməliyik. “Qarabağ”la oyunda çətinlik çəksə belə, “Sumqayıt” və “Şamaxı” dişimizə görə rəqibdir. Lakin bu o, demək deyil ki, onları asanlıqla uda bilərik. Yəni rəqib komanda zəif deyil. Sadəcə, “Qarabağ”dan fərqli olaraq onları udmaq şansımız var. Biz heç bir oyuna, heç bir rəqibə yuxarıdan –aşağı baxa bilmərik. Bütün oyunlara eyni istəklə çıxırıq. Əgər rəqiblərimizi zəif hesab edəriksə, bu oyunlar bizim üçün faciə ilə qurtara bilər.

“Sumqayıt”ın yeni baş mqçisi Azərbaycan çempionu Samir Abbasovdur. Bu amil sizi narahat etmir. Bundan başqa bildiyimizə görə “Sumqayıt” sizinlə matça sanki ölüm-dirim savaşına çıxxacaq. Çünki cəmi 4 xalları var?

Onların baş məşqçisi tanınmış mütəxəssizdir. Komandaya yeni gəlib. Lakin Samir Abbasovu yaxşı tanıyırıq. Bundan başqa “Sumqayıt” turnir cədvəlinin sonuncu pillələrində olan komandadır. Bu yerdən qurtulmaq üçün mütləq qalibiyyətüçün oynayacaqlar. Biz bunu yaxşı dərk edirik. Mən deyərdim ki, çox çətin bir oyun olacaq. Əsil mübarizə şəraitində keçən maraqlı bir oyun gözlənilir. İnanıram ki, sonda sevinən tərəf biz olacağıq.

Neçə turdu ki, qələbəyə həsrət qalmısınız. Komandanın aparıcı üzvü kimi bunun səbəbini nədə görürsən?

“Zirə” ilə oyunda da, elə oldu. Yəni oyunun 30-cu dəqiqəsində biz qol vurduq. Qola qədər rəqib komandanın elə bir təhlükıəli hücumu, real qol imkanı yox idi. Lakin qoldan sonra sanki nəsə dəyişiklik olur. Qoldan sonra adi vəziyyətlərdə çaşqınlıq olur. Sanki qol vurduqdan sonra bizdə bir çaşqınlıq, həyacan olur. Tələskənlik olur. Bir sözlə, soyuqqanlılığı saxlaya bilmirik. “Səbail”lə oyunda da, belə oldu. Biz qol vurduqdan 3 dəqiqə sonra qapımızdan qol vuraxdıq. Sanki bizdə bununla bağlı çatışmamazlıqlar var. Qoldan sonra top saxlamaq, soyuqqanlı olmaq, nizam –intizamı saxlamaqda çətinlik çəkirik. Belə başqa nəsə böyük bir problemimiz yoxdur.

Artıq neçə turdu ki, sənin əsas heyətdə oynamırsan. Aldığımız məlumata görə Tovuz azarkeşləri buna çox etiraz edir. Yəni sən komanda yaranan gündən əsas heyətdə olmusan. Və uğurlarda, qələbələrdə də, sənin payın az deyil. Belə deyək ki, sənin yoxluğunda da, müdafiədə çatışmamazlıqlarınız olur. Qalibiyyət əldə edə bilmirsiniz. Və sair. Sənin buna münasibətin necədir. Növbəti turda səni əsas heyətdə görə biləcəyikmi?

Bilirsiniz, yeni yaranmış komandadır. Heyətdə xeyli sayda dəyişikliklər olur. Bundan başqa “Turan Tovuz” azarkşlərinə təşəkkür edirəm. Hər zaman onlar üçün oynayıram. Bundan başqa baş məşqçi hər komanda üçün uyğun taktiki gedişlər edir. Müəyyən dəyişikliklər olur. Buna görə, futbolçuların əsas heyətdəki yerlərində dəyişikliklər qaçılmaz olur. Tovuz azarkeşlərinə təşəkkür edirəm. Daim bizləri stadiondan dəstəkləyirlər. Bakıdakı oyunlara belə 100-200 nəfər azarkeşlərimiz gəlir. Bu elə belə şey deyil. Mənim oynamağıma gəlincə isə inanıram ki, növbəti turda əsas heyətdə yer alacam. Məşqlərimdə çox ciddiyəm. Hər şey qaydasındadır. Tovuz azarkşlərinə çox təşəkkür edirəm. Bizdə mütləq qələbələr etməliyik ki, onların bu jestini dəyərləndirək.

Əli HƏYATİ

24-10-2022, 15:59
19904
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
24-10-2022, 09:09
Tural Axundov:
Tural Axundov: "Qəbələ" ilə oyunda qələbəyə layiq oynadıq"
17-10-2022, 09:43
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qarabağ"la oyun çox çətin keçəcək"
12-10-2022, 15:19
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Gəncə səfərindən qələbə ilə dönmək istəyirik"
9-10-2022, 15:02
Tərlan Quliyev:
Tərlan Quliyev: "Hətta "Neftçi"ni məğlub da, edə bilərdik"
3-10-2022, 19:26
Tərlan Quliyev:
Tərlan Quliyev: "Neftçi" ilə oyundan xalla ayrılmaq istəyirik"
20-09-2022, 09:55
Tural Axundov:
Tural Axundov: " Tərlan müəllim fasilədə komandanı ruhlandırdı"
19-09-2022, 16:21
Tərlan Quliyev:
Tərlan Quliyev: "Zirə" bizimlə oyuna final kimi baxır"
27-08-2022, 15:06
Tərlan Quliyev:
Tərlan Quliyev: "Sumqayıt"la oyunda qələbə də, qazana bilərdik"
2-08-2022, 11:52
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qəbələ" ilə oyun gərgin keçəcək"
10-05-2022, 12:17
Tərlan Quliyev:
Tərlan Quliyev: "Klublardan təkliflər gəlib, iş yerimi dəyişə bilərəm"
4-03-2022, 07:39
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Növbəti oyunlarda qol vuracağıma inanıram"
27-11-2021, 21:34
Tərlan Quliyev:
Tərlan Quliyev: "Sabah"la oyunda sonluğu qoya bilmədik"
  Xəbər Lenti
Daniel Karvaxal "El-Klasiko"nu buraxacaq - Xarici xəbərlər 2.05.2026, 16:08
“Kəpəz” - “Sumqayıt”: Heyətlər 2.05.2026, 15:16
Arda Güler ötən ayın ən yaxşı futbolçusu seçildi - Xarici xəbərlər 2.05.2026, 14:09
Robert Levandovski “Barselona” dan ayrılır - Xarici xəbərlər 2.05.2026, 13:10
“Barselona” Bernardo Silva ilə razılığa gəlib - Transfer xəbərləri 2.05.2026, 12:07
Kompani: “Parisdə baş verənlər məntiqli idi” 2.05.2026, 11:05
"Pisa" və "Verona" klubları İtaliya A Seriyasından aşağı liqaya düşdü - Xarici xəbərlər 2.05.2026, 10:12
“Kəpəz” - “Sumqayıt”a qarşı - YENİLƏNİR 2.05.2026, 09:19
“Qarabağ” Beynəlxalq Xalça Festivalı 2026 2.05.2026, 09:01
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
4-04-2026, 07:19
Hakim Əliyer Ağayevdən
Hakim Əliyer Ağayevdən "Turan Tovuz"a qarşı şərəfsizlik, Ehtiram Quliyevdən haqlı irad - YAZI
8-04-2026, 15:57
"İmişli" klubunu ayaqda saxlayan, yaşadan Kamran Eyyubov -YAZI
23-04-2026, 15:09
"Real"ın futbolçusu Arda Güler sıradan çıxdı - Xarici xəbərlər
22-04-2026, 13:15
“Sabah” “Qarabağ”a qarşı –
“Sabah” “Qarabağ”a qarşı – YENİLƏNİR
22-04-2026, 10:13
"Qarabağ" akademiyasının rəsmiləri İsveçrədə - FOTO
23-04-2026, 11:31
“Real”da Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında qalmaqal -
“Real”da Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında qalmaqal - Xarici xəbərlər
22-04-2026, 15:09
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
22-04-2026, 11:01
"Çelsi" 32 il sonra antirekordunu təkrarladı - Xarici xəbərlər
22-04-2026, 16:12
"Qarabağ"ın qapıçısı Fabyan Buntiç Avropa klublarının diqqətini çəkib
20-04-2026, 15:44
Salah  “Liverpul”la vidalaşdı -
Salah “Liverpul”la vidalaşdı - Xarici xəbərlər
20-04-2026, 17:08
Klopp Almaniya milli komandasını çalışdırmağa yaxındır -
Klopp Almaniya milli komandasını çalışdırmağa yaxındır - Xarici xəbərlər
23-04-2026, 14:07
Canlı əfsanə Qullit:
Canlı əfsanə Qullit: “Futbol İngiltərəyə məxsus deyil”
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb