FutbolMedia.Az
  • 01:52 Çərşənbə
    26 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Arif Əsədov:

Arif Əsədov: "Hər şeyi Azərbaycan futbolu naminə edirik"

Azərbaycan millisinin təcrübəli məşqçisi Arif Əsədovun Futbolmedia.Az saytına müsahibəsi.

Arif müəllim artıq Millətlər Liqasında qrup mərhələsinin oyunları başa çatdı. Nəticədə Millimiz ikinci yeri tutdu. Yəni final mərhələsinə vəsiqə qazana bilmədik. İlk olaraq, yığmamızın səfərdə Slovakiya millisinə qalib gəlməsi, sensasiyaya imza atdığı oyundan danışmaq istərdim. Komandanın məşqçisi olarq fikirlərinizi bilmək istərdim?

Dörd oyundan sonra uzun fasilə olmuşdu. Biz millinin məşqçiləri olarq futbolçularımızn klublardakı oyunlarını izləyirdik. Sevindirici hal idi ki,yerli futbolçularımız öz klublarında əsas heyətdə oynayırdılar. Bundan başqa, beynəxalq təcrübəyə malik futbolçulardı. Bilirsiniz ki, millinin yaxşı olması, yaxşı çıxışı klublardan çox aslıdır. Baxmayaraq ki, bizi səfərdə Slovakiya millisi ilə çətin oyun gözləyirdi. Lakin komandanın və məşqçilər heyətinin nəticə qazanacağına inamı vardı.

Slovakiya millisini səfərdə məğlub etməyimizi gözləyirdinizmi. Axı milli komandamız hər zaman bu yığmaya daim məğlub olub. Çox çətin bir səfər idi?

Əlbəttə ki, belə çətin səfər oyunundan bir xalla belə dönsək, millimiz üçün yaxşı nəticə hesab ediləcəkdi. Lakin qələbə qazanmağın tam başqa bir hissi, sevinci, ləzzəti var. Düzünü deyim ki, qələbə inamımız da, vardı. Ən azı əllinin- əlliyə qəlbə gözləyirdik. Ən azından xalla qayıtmağa ümüdlü idik. Əla oldu ki, qalibiyyətlə vətənə döndük.

Arif Əsədov:


Bakıda artıq final mərhələsinə vəsiqə qazanmış Qazaxıstan millisini də, böyük hesabla məğlub etdik. Qupun lideri olan Qazaxıstan yığmasını bəs belə böyük hesabla məğlub edəcəyimizi necə, gözləyirdinizmi. Çünki bir çoxları bu oyundan ən azı heç –heçə gözləyirdi. Bəs siz necə?

Rəqib komandanın ikinci heyyətlə oynadığını deməzdim. Çünki onlarda da, iki futbolçu dəyişikliyi olmuşdu. Elə bizim komandanın da, iki futbolçusu yox idi. Mili sıviyyədə mən deməzdim ki, ikinci heyyəti olur. Çünki milli komandaya çağrılan futbolçuların səviyyəsi demək olar ki, bərabər olur. Çünki milliyə ən yaxşılar, ən güclülər çağrılır. 2-3 gündən bir oyun olan zaman futbolçularda yorğunluq hissi çox olur. Bunu meydanda özünüz də, yaxşı gördünüz. Mən şəxsən komanda daxilində öz aramızda söhbət zamanı demişdim. Bildirmişdim ki, erkən qol vursaq, və ya, ilk qolu biz vursaq, böyük hesabla qalib gələ bilərik. Gec qol vursaq da, ardını gətirə bildik. Son zamanlar bizim futbolçular qol vurduqdan sonra daha yaxşı təsir bağışlayır. Yəni daha da, yaxşı oynamağa başlayır. Ruh yüksəkliyi, psixoloji baxımdan üstünlük əldə edirik.


Bu qələbələr bizə demək olar ki, faydası olmadı. Belə ki, final mərhələsinə yüksələ bilmədik. Buna görə biraz tənqid olundunuz. Hətta futbolçular belə Belarus yığması ilə səfərdəki oyunda qalib gəlməli olduqlarını pemançılıqla dilə gətirdilər. Siz nələr söyləyə bilərsiniz?

Əvvəla, hər bir qələbə çox önəmli, vacib və sevindiricidir. Bu qələbələr az önəm daşmır. İlk olaraq dünya reytinqində xallarımızı yüksəldir. Tarixdə nəticələr qalır. Bizim bu qrupda qarşımıza vəzifə olaraq ilk pilləni tutub, final mərhələsinə vəsiqə qazanmaq kimi bir vəzifə də, qoyulmamışdı. Bir yaxşı futbolçu, məşqçi yetişməsi üçün müəyyən mərhələlər keçilməlidir. Artıq baş məşçimiz De Byazi iki ildən çoxdur ki, millinin sükanı arxasındadır. Və ildən ilə millidə daha yaxşı nəticələr verir. Bu il daha yaxşı çıxışlarımız oldu. Düşünürəm ki, zaman verilərsə, qarşıda daha yaxşı nəticə olacaq.

De Byazinin millidən getməsi, göndərilməsi gündəmə gəlib. Bilirsiniz ki, müqavilənin müddəti başa çatır. Siz onun getməsini, yoxsa qalmasını istəyirsiniz. Sizcə, onun millidə daha bir il qalması,yığma komandamıza, Azərbaycan futboluna nəsə verəcəkmi?

Bir məşqçi hər hansı bir uğra çatması üçün müəyyən mərhələlər keçməlidir. Bu illər zamkanında De Byazi Azərbaycan futbolunu tanımağa başladı. Demək olar ki, daha yaxşı tanıdı. Futbolumuzun dərinliklərini bildi. Bu üzdən bu mövsüm daha yaxşı nəticələr qazandıq. Ardı –arda millimiz qələbələr qazandı. Slovakiya millisini belə səfərdə məğlub etdik. Bu yaxşı nəticələrdi. Bütün bunları nəzərə alsaq, De Byazinin millinin sükanı arxasında qalması, Azərbaycan yığmasına fayda verə bilər. Son oyunlar, qələbələr onu göstərir ki, millimiz düz yoldadır. İşlər çox düzgün aparılır. Fikrimcə, De Byazi qalmalı və işlər davam etirməlidir.

Arif müəllim bu qələbələrdə sizin də, payınız az deyil. Millinin oyunlarını daim izləyən, futbolçuların milliyə çağrılmasında birbaşa iştirak edən şəxssiniz. Yəni kölgədə olan, daim milli üçün çox iş görən sizin zəhmətinizi dəyrləndirməmək doğru olmazdı. Bu qələbələrdə böyük pay sahiblərindən biri olaraq sizi də, görürəm. Mənimlə razısınızmı?

Çox sağolun ki, mənə və gördüyüm işlərə böyük dəyər verirsiniz. Əlbəttə ki, bir Azərbaycanlı və futbol mütəxəssizi olaraq, var gücümlə çalışırdım. Əlbəttəki, kənardan bu işləri siz jurnalistlər daha yaxşı qiymətləndirirsiniz. Mənim üçün vacib odur ki, əcnəbi baş məşçilərin yanında yerli mütəxəsiszlər olsun. Adətən belə olmur. Əcnəbi baş məşqçi gələn kimi yerliləri göndərir. Özününküləri gətirir. Üç ildir ki, cənab De Byazi ilə birlikdə çalışırıq. Bir –birimizi çox yaxşı başa düşürük. Əlimdən gələni etdim ki, millimizə fayda verim. İnanıram ki, bundan sonra da, var gücümlə çalışacam. Hər şey milli üçün, hər şey Azərbaycan futbolu naminə edirik.

Əli HƏYATİ

26-09-2022, 15:21
32905
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
26-09-2022, 09:35
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Qarabağ"la bizi çətin və marqlı oyun gözləyir"
15-08-2022, 13:00
Yusif Nəbiyev:
Yusif Nəbiyev: "Növbəti turlarda daha yaxşı nəticələr qazanacağıq"
6-08-2022, 15:22
Tural Axundov:
Tural Axundov: "Zirə" ilə oyunda məğlubiyyətə layiq deyildik"
13-06-2022, 22:30
De Byazi:
De Byazi: "Sizin üçün nəticə önəmlidir, amma..."
27-03-2022, 21:03
Əkbər Vəliyev:
Əkbər Vəliyev: "Qəbələ"yə uğurlu nəticə üçün gedirik"
25-03-2022, 15:19
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Milli komandadan dəvət gözləyirdim"
3-03-2022, 18:25
Arif Əsədov:
Arif Əsədov: "Baş məşqçi De Byazi və məşqçilər korpusu çempionatı diqqətlə izləyir"
4-02-2022, 12:04
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Bütün bu çətinliklərə baxmayaraq biz meydana qələbə üçün çıxacağıq"
20-12-2021, 13:24
Arif Əsədov:
Arif Əsədov: "Millətlər Liqasındakı rəqiblərimiz dişimizə görədir"
16-12-2021, 12:11
Tərlan Quliyev:
Tərlan Quliyev: "Milli komandadan dəvət gözləyirəm"
15-11-2021, 12:18
Millimizin məşqçisi Arif Əsədov:
Millimizin məşqçisi Arif Əsədov: "Onda gərək Çin və Hindistan futbolda lider ölkələr olsunlar"
15-10-2021, 12:26
Arif Əsədov:
Arif Əsədov: "Hər şeyə rəğmən millimizdə irəliləyiş var"
  Xəbər Lenti
“Real” “Lill”in təklifini rədd edib - Transfer xəbərləri 25.08.2026, 18:10
“Qarabağ” – “Tvente” matçının başlamasına 1 saat qalmış stadion kassalarında bilet satışı dayandırılacaq. 25.08.2026, 17:09
“Roma” Malik Fofana ilə anlaşıb - Transfer xəbərləri 25.08.2026, 17:05
"Xankəndi" kamerunlu hücumçu transfer etdi 25.08.2026, 16:03
“Sabah” - “Hapoel” oyununu yayımlayacaq kanal 25.08.2026, 15:22
"Qarabağ"dan zədəlilərlə bağlı son durum 25.08.2026, 14:21
“Liverpul” Barkola üçün yeni təklif hazırlayır - Transfer xəbərləri 25.08.2026, 13:12
"Çelsi" müdafiəçisini La Liqa klubuna icarəyə verəcək - Xarici xəbərlər 25.08.2026, 12:13
“Sabah” (Azərbaycan) - “Hapoel”ə qarşı - YENİLƏNİR 25.08.2026, 11:30
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
27-07-2026, 16:12
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər
27-07-2026, 18:06
Neymar yenidən qalmaqal mərkəzində -
Neymar yenidən qalmaqal mərkəzində - Xarici xəbərlər
29-07-2026, 10:10
"Tottenhem" "Mançester Siti"nin futbolçusuna fantastik qiymət - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb