FutbolMedia.Az
  • 00:20 Bazar
    12 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Rəhman Hacıyev:

Rəhman Hacıyev: "Qarabağ"la bizi çətin və marqlı oyun gözləyir"

"Neftçi" klubunun təcrübəli futbolçusu Rəhman Hacıyevin Futbolmedia.az saytına müsahibəsi.

Rəhman Azərbaycan Premyer Liqasında “Səbail”lə oyun həm maraqlı, həm qolu bir matç oldu. Bu oyunda qələbədə ən əsas pay sahiblərindən biri sən oldun. Çünki demək olar ki, hər iki qol ötürməsi səndən gəldi. Ümumiyyətlə, özünün belə oyununu, belə nəticəni gözləyirdinmi?

Əlbəttə ki, qələbəni gözləyirdim. Çünki komanda olaraq da, çox istəkli idik. Bundan başqa mən özüm də, çox istəkli idim. Meydana atılmaq zamanımı gözləyirdim. Digər oyunlarda çox qısa zaman kəsiyində meydanda olurdum. Belə qısa zamanda çox şey etmək olmur. Lakin “Səbail”lə oyunda baş məşqçimiz mənə daha çox oynamaq şansı verdi. Matçın 24-cü dəqiqəsində meydana girdim. Əlimdən gələni etdim ki, komandamın qələbəsində kömək edim. Gördüyünüz kimi iki qolun vurulmasında iştirak etdim. Rəqib komandanın müdafiəsini daim təzyiq altında saxlamağa çalışdım. Düşünürəm ki, baş məşqçi mənə meydanda daha çox olmağıma şans verərsə, “Neftçi” üçün daha çox fayda verə bilərəm. Bunu “Səbail”lə oyunda bir daha sübut etdim. İnanıram ki, növbəti oyunlarda əsas heyətdə belə meydana çıxmaq şansı alacam.

Rəhman Hacıyev:


İki qol ötürməsindən başqa komanda yoldaşlarına qol vurmaq üçün bir neçə real qol imkanı yaratdın. Mən deyərdim ki, Kenniyə hava ilə möhtəşəm real qol ötürməsi verərək, onu qapıçı ilə təkbə -tək çıxardın. Digər ötürmələrində oldu. Sən həmin oyunda dominantlıq etdiyinin fərqinə varırsan? Yəni oyun birbaşa sənin üzərində qurulmuşdu. Meydanın hər tərəfində sanki sən vardın. Yəqin ki, öz gözəl oyununu qiymətləndirirsən. Baş məşqçi oyundan sonra sənə nəsə dedi?

Oyundan sonra hər kəs evə gedir. Bilirsiniz ki, milli komandanın oyunu ilə əlaqədar çempionatda fasilə olacaq. Bu görə, fasilədən sonra toplanacağıq. Yəqin ki, komanda toplanıb son oyunu və qarşıdakı oyunu analiz edəcəyik. Onda mənim də, çıxışım dəyərləndiriləcək. Çox doğru dediniz ki, oyun zamanı iki qol ötürməsindən əlavə komanda yoldaşlarım üçün bir neçə real qol imkanı yaratdım. Kenniyə etdiyim gözəl ötürməni də,xüsusi vurğulamaq olar. Təəssüflər olsun ki, həmin imkanları dəyərləndirə bilmədik. Lakin ümumilikdə hər şey bizim üçün əla oldu. Əlbəttə ki, göstərdiyim möhtəşəm oyunun fərindəyəm. Məncə hər şey əla oldu. Ən əsası komandamız çempionuq yolunda daha bir qələbə qazandı. Əlimdən gələni edəcəm ki, növbəti turlarda meydanda daha gözəl performans göstərim. Ən əsası da, komandamın qələbəsi üçün sona qədər döyüşüm.

Növbəti rəqibiniz ölkənin ən güclülərindən olan, Avrokuboklarda möhtəşəm oyun sərgiləyən “Qarabağ”a qarşı olacaq. Bu çətin qarşılaşmadan nə gözləyirsən?

Həqiqətən də, “Qarabağ” klubu hazırda çox yüksəlişdədir. Onların həm çempionat, həm də, avrokuboklardakı oyunlarını gördük. Lakin bu amil bizə daha böyük stimul verməlidir. Yəni bu “Derbi” matçında meydanda sona qədər mübarizə aparmalıyıq. Biz də, “Neftçi” komandası olaraq, özümüzə çox güvənirik. Bizim də, komandamız hazırda yaxşı formadadır. “Neftçi” çox böyük komandadır. Azərbaycan futbolunun Flaqmanıdır. Mən həm baş məşqçimizə, həm də, komandama çox güvənirəm.

Rəhman Hacıyev:


Rəhman bir təcrübəli futbolçu olarq,“Qarabağ”la oyunda qələbə şanslarını necə dəyərləndirərdin. Bu oyundan ən azı bir xalla ayrılmağı sizin üçün uğurlu nəticə hesab etmək olarmı?

Bilirsiniz, “Qarabağ”la oyunumuz səfərdə olacaq. Yəni çox ağır və çətin səfər matçı olacaq. Rəqib komandanın gücü də, hər kəsə məlumdur. “Qarabağ” klubu hazırda turnir cədvəlinin lideridir. Əgər biz də, çempionluq üçün oynayırıqsa, mütləq onları durdurmlıyıq. Yəni qələbə qazanmalarına imkan verməməliyik. Meydanda sona qədər döyüşməliyik. Ən azından bu oyundan xalla ayrılmalıyıq.

Əli HƏYATİ

26-09-2022, 09:35
21258
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
17-09-2022, 10:03
"Neftçi"nin yatmış Aslanı Rəhman Hacıyev
13-09-2022, 15:43
Rəhman Hacıyev:
Rəhman Hacıyev: " Meydanda daha çox vaxt olsam, qollar vuraram"
7-04-2022, 19:35
Rəhman Hacıyev:
Rəhman Hacıyev: “Neftçi”yə qol vurmaq üçün əlimdən gələni edəcəm"
25-03-2022, 15:19
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Milli komandadan dəvət gözləyirdim"
4-03-2022, 07:39
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Növbəti oyunlarda qol vuracağıma inanıram"
1-03-2022, 19:11
Tural Axundov:
Tural Axundov: "Sabah"la oyunda qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdur"
8-02-2022, 17:33
Pərviz Azadov:
Pərviz Azadov: "Qarabağ"la oyunda sona qədər döyüşməliyik"
4-02-2022, 12:04
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Bütün bu çətinliklərə baxmayaraq biz meydana qələbə üçün çıxacağıq"
18-11-2021, 12:20
Tərlan Quliyev:
Tərlan Quliyev: “Sabah”la oyunumuz çox çətin olacaq"
5-11-2021, 08:34
Tərlan Quliyev:
Tərlan Quliyev: "İlk qolu “Neftçi”yə biz vursaq, qələbə də bizim olacaq"
27-10-2021, 08:19
Mirabdulla Abbasov: “Qarabağ”la oyun çox çətin keçəcək“
Mirabdulla Abbasov: “Qarabağ”la oyun çox çətin keçəcək“
25-10-2021, 18:18
Tərlan Quliyev:
Tərlan Quliyev: “Əlimdən gələni edirəm ki, komandam qalib gəlsin“
  Xəbər Lenti
"Trabzonspor"a 30 milyon avroluq təklif - Xarici xəbərlər 11.07.2026, 18:00
“Baloqun məsələsi” İnfantinonun nüfuzunu sarsıdıb - Xarici xəbərlər 11.07.2026, 16:09
"Qarabağ"ın forvardı: "İslandiyada asan matç olacağını düşünmürəm" 11.07.2026, 15:38
Ukraynalı hücumçu "Qalatasaray"ın hədəfində - Transfer xəbərləri 11.07.2026, 14:35
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi - Transfer xəbərləri 11.07.2026, 14:00
DÇ-2026-da 1/4 finalın son iki oyunu 11.07.2026, 13:15
İkker Kasilyasdan futbol oyunlarının formatı ilə bağlı təklif 11.07.2026, 12:12
“Arsenal” braziliyalı futbolçu üçün 90 milyon avro təklif edəcək - Transfer xəbərləri 11.07.2026, 11:30
Klublarımızın yaya transferləri - Gələnlər və gedənlər 11.07.2026, 11:07
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-07-2026, 11:06
Fransa və Mərakeş 1/4 finalda -
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
25-06-2026, 10:15
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
10-07-2026, 10:11
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi -
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər
10-07-2026, 11:08
Gələnlər və gedənlər -
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri
10-07-2026, 20:16
Filipe Kandido “Sumqayıt” klubunun yeni baş məşqçisi oldu -
Filipe Kandido “Sumqayıt” klubunun yeni baş məşqçisi oldu - Rəsmi
10-07-2026, 09:20
Tahir Gözəl:
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO
9-07-2026, 23:10
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
12-06-2026, 16:09
Ozobiç “Zirə”də oynayacaq
Ozobiç “Zirə”də oynayacaq
22-06-2026, 14:17
Marko Yankoviç “Qarabağ”da qalır!
Marko Yankoviç “Qarabağ”da qalır!
15-06-2026, 14:33
"Kəpəz"in qapıçısı "Şəfa"ya keçdi
12-06-2026, 17:15
"Qəbələ"dən ayrılan Murad Musayev "Şəfa"da
25-06-2026, 13:20
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı -
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı - DÇ-2026
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb