FutbolMedia.Az
  • 15:42 Cümə
    10 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Rəhman Hacıyev:

Rəhman Hacıyev: "Rapid"lə səfərdə bizi çox çətin oyun gözləyir"

"Neftçi" klubunun futbolçusu Rəhman Hacıyevin Futbolmedia.az saytına müsahibəsi.


Rəhman ilk olaraq çempionatla bağlı istərdim danışaq. Bildiyimiz kimi artıq Azərbaycan Premyer Liqasının yeni mövsümü start götürdü. Səfərdə “Şamaxı”ya qarşı oynadınız. Çətin keçən matçdan sənin qol ötürmənlə Bakıya üç xalla qayıtdınız. Artıq yenidən “Neftçi”dəsən. Yenə sevdiyin , belə deyək ki, doğma komandanın formasındasan. Ümumiyyətlə, soruşduğum məqamlarla bağlı fikirlərini bilmək istərdim?

“Şamaxı” ilə oyuna əsas heyət üzvlərinin demək olar ki, heç biri oynamadı. Elə uşaqlar vardı ki, heç Premyer Liqada çıxış etməyib. İlk dəfədir ki,oynayır. Lakin rəqib komandanın heyətində isə əksinə Premyer Liqa təcrübəsi olan futbolçular idi. Bütün bunlara baxmayaraq qələbə qazandıq. Mənim özümə gəlincə isə əsas heyətdə ən axrıncı dəfə iki ay əvvəl “Şamaxı”da oynamışam. Rəsmi görüşləri nəzərdə tuturam. Verdiyim qol ötürməsindən sonra komandamız qələbə qolunu vurdu. Düşünürəm ki, komandam üçün daha yaxşılarını edə bilərəm. İnşəallah daha yaxşısını edəcəyimə də, inanıram.

“Neftçi”nin artıq yeni Rumınyalı baş məşqçisi var. Sənin “Neftçi”də qalmağına o qərar verdi. Səni bəyəndi ki, komanda da qaldın. Məsələ necə oldu. Mümkünsə onu danış. Çünki bir çox futboloçular “Neftçi”də möhkəmlənə və qala bilmədilər, Əcnəbi baş məşqçinin səni bəyənəcəyini gözləyirdinmi?

Bunu siz mətbuat olaraq yaxşı bilirsiniz ki, mənim digər təkliflərim var idi. Bir neçə məşq keçdikdən sonra cənab Lorentsiu Regekamf məni bəyəndi. Söhbət zamanı bildirdi ki, mən sənin komandada qalmağını istəyirəm. Sən artıq bu komandanın üzvüsən. Məndə bir qərar verdim. Açığını deyim ki, “Neftçi”yə görə iki yerli və iki iddialı Türk klubuna yox dedim. Mən bunu hər zman demişəm ki, “Neftçi”mənə doğma komanda olub. Bu klubla, “Neftçi”yə olan sevgi sonda öz sözünü dedi. Buna görə, illərimi verdiyim, əziz , doğma klubuma hə dedim. İllərimi “Neftçi”yə vermiş bir futbolçuyam. Düşünürəm ki, çox doğru qərar verdim.

Qarşıda Avrokubok yarışlarında “Rapid”lə oyununuz gəlir. Səfər qarşılaşması gəlir. Əslində çox çətin bir matç sizi gözləyir. Rəhman sən bu oyuna hansı proqnozu verəcəksən. Mərhələni keçən tərəfin sizin olacağına inanırsanmı?

Doğrudan da, çox çətin oyun gəlir. Lakin komanda olaraq özümüzə çox güvənirik. Bakıdakı oyunda necə inamlı oynadıqsa, Avstriyada da, bu inamın davamını gətirmək istəyirik. Buna görə, meydanda sonacan mübarizə aparmalıyıq. Çünki rəqib komanda da, güclü klubdur. Özüdə ki, doğma meydanlarında oynayacaqlar. İnanıram ki, inşəallah qələbə bizimlə olar.

Ən azından Bakıdakı oyunu təkrarlaya biləcəksinizmi. Çünki nəzərə almaq lazımdır ki, minimal hesablı qələbə, hətta Bakıdakı nəticəni qoruyaraq saxlamaq, heç –heçə belə “Neftçi”ni növbəti mərhələyə daşıyacaq?

Necə başlamışıqsa, eləcə də, davam etmək istəyirik. Ən azından Bakıdakı oyunun davamını gətirmək istərdik. Çünki səfərdə bir toplu qələbə və ya, heç –heçə də, işimizə yarıyacaq. Ən əsas məsələ isə nəticədir. Tarixdə nəticələr qalır. Buna görə də, nə olursa olsun, mərhələni keçmək istəyirik. Gözəl nəticə qazanıb, “Neftçi” azarkeşlərini, Azərbaycan xalqını, futbolsevərləri sevindirmək istəyirik.

Bakıdakı oyunda “Neftçi”nin vurduğu iki qoldan savayı da, real qol imkanları oldu. Düzdü, onları boşa verdilər. Sənin də, real qol imkanın olmuşdu. Mətbuatda, hətta azarkeşlər belə həmin epizodu qola çevirə bilmədiyin üçün səni çox tənqid etdilər. Buna münasibətin necə oldu?

Bilirsiniz, bu futboldur. Hər real qol imkanı qola çevrilsə, bu futbol oyunu deyil, basketbol olar. Bundan başqa heç bir futbolçu, hücumçu, müdafiəçi belə bütün oyunları yüksək səviyyədə keçirdə bilməz. Hətta dünya səviyyəli futbolçularda bu mümkün deyil. Məşhur ulduz futbolçular, fenomenlər, belə inanılmaz səhvlər edirlər ki, heç kəs gözləmir. Lakin bu futboldur. Məndə istərdim ki, həmin epizodu qola çevirim. Lakin alınmadı. Baxın mən “Aris”lə oyunda yüksək səviyyədə çıxış etdim. Hər kəs məni təbrik edirdi. Belə deyim ki, telefonumun zəngi susmurdu. Mesajlar səngimirdi. İndi nə oldu ki, bir epizodu dəyərləndirə bilmədim məni tənqid edirlər. Əslində mən yazılan mesajlara elə fikir vermirəm. Mətbuatda da, mənim haqda danışıblar. Mən bunları oxumamışdım. Lakin dostlar, tanışlar, komanda yoldaşlarım mənə məlumat vermişdi. Bir epizoda görə futbolçunu bu qədər tənqid etmək olmaz. Yənə də, mən öz işimdəyəm. Bütün fikrim “Rapid”lə səfər oyununa yönəlib. Bundan başqa, Əgər “Neftçi” komanda olaraq qələbə qazanıbsa, alqışlamaq, dəstək vermək lazımdır. “Qələbə qazanan komandaya kənardan dəstəkləyən insanlara sadəcə təbrik etmək düşər. Buna görə, onlara öz təşəkkürümüzü bildirərik. Əslində, azarkeşlərin, insanların mətbuatın dəstəyi gücümüzə -güc qatır. Sizin bizə bu möhtəşəm dəstəyiniz olmasaydı,qələbə qazana bilməzdik.Çox adam çox şey yaza bilər. Lakin mən belə şeylərə fikir vermirəm. Bütün diqqətin komandamın yanındadır. Beynimizdə ancaq mərhələ keçmək fikri var. İnanıram ki,inşəallah mərhələni keçən tərəf biz olarıq.

ƏLİ HƏYATİ

9-08-2022, 18:04
16825
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
8-05-2022, 08:32
Fəhmin Muradbəyli:
Fəhmin Muradbəyli: "İki iddialı klubdan təklif almışam"
29-04-2022, 13:21
Rəhman Hacıyev:
Rəhman Hacıyev: " Türkiyə klubundan da təklif gəlib"
11-04-2022, 13:17
Rəşad Əzizli:
Rəşad Əzizli: "Artıq qələbə qazanmağın vaxtı idi"
10-04-2022, 18:46
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Neftçi" mənə yenidən ehtiyac duyarsa, mən hazır"
7-04-2022, 19:35
Rəhman Hacıyev:
Rəhman Hacıyev: “Neftçi”yə qol vurmaq üçün əlimdən gələni edəcəm"
4-03-2022, 07:39
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Növbəti oyunlarda qol vuracağıma inanıram"
20-02-2022, 18:33
Rəhman Hacıyev:
Rəhman Hacıyev: " Artıq neçənci dəfədir ki, hakimlər təmiz penaltimizi vermirlər"
4-02-2022, 12:04
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Bütün bu çətinliklərə baxmayaraq biz meydana qələbə üçün çıxacağıq"
2-02-2022, 17:17
Bəxtiyar Həsənalızadə:
Bəxtiyar Həsənalızadə: "Neftçi" ilə oyunda hətta qələbə qolunu da vura bilərdik"
5-11-2021, 08:34
Tərlan Quliyev:
Tərlan Quliyev: "İlk qolu “Neftçi”yə biz vursaq, qələbə də bizim olacaq"
27-10-2021, 08:19
Mirabdulla Abbasov: “Qarabağ”la oyun çox çətin keçəcək“
Mirabdulla Abbasov: “Qarabağ”la oyun çox çətin keçəcək“
14-10-2021, 11:20
Tərlan Quliyev:
Tərlan Quliyev: “Ruh yüksəkliyini saxlasaq, uğurların ardı gələcək“
  Xəbər Lenti
"Şəfa" fransalı futbolçu tansfer etdi 10.07.2026, 15:28
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu 10.07.2026, 14:29
FİFA Argentina yığmasını cəzalandıracaqmı? - Xarici xəbərlər 10.07.2026, 14:03
Modriç yığma karyerasını bitirir? - Xarici xəbərlər 10.07.2026, 13:10
“Kəpəz” daha bir legionerini göndərdi - Rəsmi 10.07.2026, 12:07
Braziliya millisinin sabiq futbolçusu Felipe Melo: “Messi indiyə qədər gördüyüm ən böyük futbolçudur” 10.07.2026, 11:25
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri 10.07.2026, 11:08
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər 10.07.2026, 10:11
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO 10.07.2026, 09:20
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-07-2026, 11:06
Fransa və Mərakeş 1/4 finalda -
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
25-06-2026, 10:15
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
Bu gün, 10:11
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi -
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər
Bu gün, 11:08
Gələnlər və gedənlər -
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri
Bu gün, 09:20
Tahir Gözəl:
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO
Dünən, 23:10
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
22-06-2026, 14:17
Marko Yankoviç “Qarabağ”da qalır!
Marko Yankoviç “Qarabağ”da qalır!
10-06-2026, 18:03
“Barselona” Reşfordu birdəfəlik transfer edəcək -
“Barselona” Reşfordu birdəfəlik transfer edəcək - Transfer xəbərləri
12-06-2026, 16:09
Ozobiç “Zirə”də oynayacaq
Ozobiç “Zirə”də oynayacaq
15-06-2026, 14:33
"Kəpəz"in qapıçısı "Şəfa"ya keçdi
25-06-2026, 13:20
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı -
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı - DÇ-2026
12-06-2026, 17:15
"Qəbələ"dən ayrılan Murad Musayev "Şəfa"da
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb