FutbolMedia.Az
  • 11:13 Çərşənbə
    25 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Ramiz Məmmədov:

Ramiz Məmmədov: "Qəbələ" ilə oyunda sona qədər mübarizə aparacağıq"

"Mingəçevir" klubunun təcrübəli baş məşqçisi Ramiz Məmmədovun Futbolmedia.az saytına müsahibəsi.


Ramiz müəllim ilk olaraq, təbrik edirəm. Pley-off-a vəsiqə qazandınız. Möhtəşəm bir qələbə ilə bunu bacardınız. Lakin mən sizin "Mingəçevir" klubuna gəlişinizin necə olduğunu öyrənmək istərdim. Bu klubu gəlişiniz kimin tərəfindən dəvət oldu?

Mən hələ "Şamaxı" klubunda çalışarkən Mingəçevirdən klub rəhbərliyindən çox hörmət etdiyim şəxs Rafael müəllim məni görüşə dəvət etdi. Oturub danışdıqdan sonra qərara gəldim ki, Mingəçerivdə çalışım. Qarşımıza belə bir məqsəd qoymuşuq ki, Azərbaycan futboluna ləyaqətlə, layiqli xidmət edək. Bilirsiniz ki, onların İspaniyada da, klubları var. Və görəcəyimiz işlərdə də, İspaniya və Azərbaycan arasında futbolçular üçün bir körpü yaratmaq qərarına gəldik. İstedadlı uşaqların formalaşması və sair. Bilirsiniz ki, Mingəçevir hər zaman futbol şəhəri olub. Baxdım gördüm ki, çox yaxşı plandır. Məhz buna görə "Mingəçevir" klubunda işləməyə məmnuniyyətlə qərar verdim. Konkret razılaşdıq. Rafael müəllimi də, özüm şəxsən tanıyırdım. Ortaq dostlarımız da var. Xırda çatışmayan nüanslarla çempion olmağımız alınmadı. Lakin ümumilikdə hər şey yaxşı gedir. Pley-off-a vəsiqə qzanmağı bacardıq.

Bəs "Səbail"lə oyunu necə dəyərləndirərdiniz?

Yaxşı heyətimiz var. Bilirdik ki, rəqib komanda güclüdür. Premyer liqa təcrübəsi olan komandadır. Lakin bizim heyətdə də, kifayyət qədər premyer liqa təcrübəsi olan futbolçular var. Hardasa 4-5 futbolçumuz var ki, bu təcrübəyə malikdir. Mənim futbolçularım da, oyuna maksimum motivatsiya olmağı bacardılar. Həmçinin, özlərini premyer liqa klublarının məşqçilərinə də, göstərmək şansları vardı. Biz baş məşqçi olaraq, rəhbərlik olaraq, onsuz da, Azərbaycan futboluna, onun inkişafı üçün xidmət edirik. Yəni daha köklü klublardan futbolçularımıza təkliflər gələrsə, heç zaman onların qarşısını kəsmərik. Əksinə, daha irəli getməsinə təkan verərik. Təki Azərbaycan futboluna xeyirləri dəysin.

Ramiz müəllim "Səbail"lə matçda belə böyük hesabla qalib gələcəyinizi gözləyirdinizmi?

Uşaqlar həqiqətən oyun çox yaxşı hazırlaşmışdı. Özünüz də, gördünüz ki, meydanda sona qədər mübarizə apardılar. Mən inanırdım ki, hesabda geri düşsək belə, qollar vurub irəli keçəcəyik. Bilirsiniz ki, "Səbail" çox güclü klubdur. Çox güclü müdafiə xəttləri var. Eyni zamanda çox böyük premyer liqa təcrübəsi olan qapıçıları da, var. Məhz bu üzdən çox çətin olacağını bilirdik. Lakin bizim komanda, kollektiv, futbolçular qələbəyə daha çox inanırdıq. Motivatsiya çox yüksək idi. Doğma meydanda da, bunu bacardıq. Düzünü deyim ki, belə böyük hesabla qalib gələcəyimizi gözləmirdim. Lakin qələbəmizə inanırdım. Şükürlər olsun ki, bunu bacardıq.

Pley-off-da növbəti rəqibiniz isə daha güclü olan "Qəbələ"dir. Bilirsiniz ki, heyətində kifayyət qədər güclü həm legioner, həm də, yerli futbolçular top qovur. Bu çətin mərhələni adlamaq şanslarınızı necə dəyərləndirirsiniz?

Ramiz Məmmədov: "Qəbələ" ilə oyunda sona qədər mübarizə aparacağıq"


"Qəbələ" çox güclü və təcrübəli klubdur. Özlərinin akademiyasının olduğunu, güclü infrastrukturu olan bir komanda bilirik. Təcrübəsinə də, şübhə yoxdur. Lakin bir oyundan ibarət matçlarda hər komandaya qarşı inamla oynaya bilirsən. Çünki bir oyundur. Bu oyuna nəyin varsa, maksimum sərf etdirsən. Rəqibimizə böyük hörmətlə yanaşırıq. Onların gücünə də, bələdik. İl ərzində rəqibimizi analiz etmişik. Buna görə də, yaxşı tanıyırıq. Ancaq bizim geriyə yolumuz yoxdur. Yalnız irəli. Əlimizdə nə qədər imkanımız varsa, bu oyunda sərf etməliyik. Yəni maksimum sona qədər mübarizə aparmaq. Futbolçularıma da, güvənirəm. İnanıram ki, hər iki klubun azarkeşləri, futbol camiəsi maraqlı, gözəl oyuna şahidlik edəcəklər. Mən və futbolçularım qələbəmizə inanıram. İnşəAllah buna nail olarıq.

Rəqibin güclü hücum xəttii nəzərə alsaq, daha çox müdafiədən oynamağınızı düşünmək olar. Yoxsa?

Biz rəqibin kimliyindən aslı olmayaraq, müdafiə futbolu oynamırıq. Ancaq oyunun gedişatından aslı olaraq, laızmı addımlar ata bilərik. Bir xoşbəxtçiliyimiz ondadır ki, futbolçuma hansı göstərişi, tapşırığı verirəmsə, meydanda onu gözəl icra edirlər. Həm taktiki, həm də, sistemli şəkildə. Bunu edə biləcək yaxşı futbolçularımız var. Mingəçevir şəhərinə və klubuna premyer liqa hər zaman yaraşıb. İndi də, bunun üçün əlimizdən gələni etməyə çalışırıq. İnanıram ki, sonda arzumuza çatacağıq.

Əli HƏYATİ

25-05-2026, 09:25
14194
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
25-11-2022, 08:00
Tural Axundov:
Tural Axundov: "Sumqayıt"la oyunda böyük hesabla qalib gələ bilərdik"
23-11-2022, 18:56
Tərlan Quliyev:
Tərlan Quliyev: "Sabah"la oyunda açıq futbol oynamaq öldürücü ola bilər"
3-10-2022, 19:26
Tərlan Quliyev:
Tərlan Quliyev: "Neftçi" ilə oyundan xalla ayrılmaq istəyirik"
10-09-2022, 16:16
Tərlan Quliyev:
Tərlan Quliyev: "Tovuz Azarkeşlərinə təşəkkür edirəm"
1-08-2022, 07:07
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Qarabağ"la oyun çox çətin olacaq"
11-04-2022, 15:10
Ədilxan Qaraəhmədov
Ədilxan Qaraəhmədov "Qəbələ" üzərində möhtəşəm qələbə qazandıq"
5-04-2022, 13:24
Rəşad Əzizli: “Səbail”ə gəlməyimdə məqsəd daima oynamaqdır
Rəşad Əzizli: “Səbail”ə gəlməyimdə məqsəd daima oynamaqdır"
1-03-2022, 19:11
Tural Axundov:
Tural Axundov: "Sabah"la oyunda qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdur"
28-01-2022, 14:31
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qarabağ"la oyun çox çətin olacaq"
18-11-2021, 12:20
Tərlan Quliyev:
Tərlan Quliyev: “Sabah”la oyunumuz çox çətin olacaq"
7-11-2021, 12:00
Sənan Qurbanov:
Sənan Qurbanov: "Rəqibin müdafiəsində əməlli başlı gərginlik yarada bildik"
24-10-2021, 11:15
Şakir Seyidov:
Şakir Seyidov: “Dünən də, təmiz və inamlı qələbə qazandıq“
  Xəbər Lenti
"Sabah" "Barselona"ya qarşı - YENİLƏNİR 25.11.2026, 11:05
Okan Buruk “Aston Villa” qələbəsini dəyərləndirdi - Xarici xəbərlər 25.11.2026, 10:13
"Qarabağ"ı çempionluq mübarizəsindən erkən silənlərin menyusuna (YAZI) 25.11.2026, 09:55
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu 25.11.2026, 09:11
“Barselona” Bakı Olimpiya Stadionunda - VİDEO 25.11.2026, 08:10
Millimizin üzvü Murad Məmmədov Konfrans Liqasına sifariş edildi 24.11.2026, 18:10
İtaliyalı hücumçu "Sabah"la oyundan əvvəl "Napoli"ni tərk edə bilər 24.11.2026, 17:00
"Nottingem Forest"in müdafiəçisi "Beşiktaş"ın hədəfində - Transfer xəbərləri 24.11.2026, 16:07
“Bavariya” rəhbərliyindən Musiala açıqlaması 24.11.2026, 15:04
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
Ətraflı
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
Ətraflı
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb