FutbolMedia.Az
  • 00:39 Bazar
    3 May 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Ayxan Abbasov klublarımızın avrokubok şanslarından və

Ayxan Abbasov klublarımızın avrokubok şanslarından və "Turan" Tovuz"dan danışdı - Müsahibə

"Turan Tovuz" klubunun baş məşqçisi Ayxan Abbasovun Futbolmedia.az saytına müsahibəsi.

Ayxan müəllim Azərbaycan klubları hazırda Avrokubok yarışlarında mübarizə aparırlar. Azərbaycanlı tanınmış və öz dəsti –xətti ilə seçilən, xüsusi futbol fəlsəfəsi olan az saylı məşqçilərdən birisiniz. Buna görə də, sizin klublarımızın mərhələ adlamaq şansını dəyərləndirməniz üçün fikirlərinizə ehtiyyac var. İlk növbədə evdə Fillandiya təmsilçisi HİK-i məğlub edən “Qarabağ”ın mərhələ adlamaq şansını dəyərləndirərdiniz. Səfərdə çox çətin oyun olacağı təxmin edilir. Bəs siz necə düşünürsünüz?

Əlbəttə ki, “Qarabağ” evdə qalib gələrək üstünlük qazanıb. Lakin bunu səfər üçün böyük üstünlük saymaq olmaz. İlk oyunda rəqib komanda Bakıda öz gücünü göstərməyi bacardı. Kifayyət qədər təmsilçimizin qapısı qarşısında təhlükə yaratmağı bacarmışdılar. Real qol imkanları da, oldu. Ancaq “Qarabağ”ın avrokuboklarda böytük təcrübəsi var. Bütün bunları analiz edəndə görürsən ki, şanslar (50-50) əllinin -əlliyədir. Səfərdə də, asan oyun olmayacaq. Biz çox istəyərdik ki, “Qarabağ” Avroliqada qrup mərhələsinə düşərək yoluna davam etsin. Bilirsiniz, hazırki zamanda Avoliqada, Konfrans Liqasında oynayan klubları ölkələrinə görə dəyərləndirmək düzgün olmaz. Məsələn çırtdan ölkədisə, zəif ölkədir. Bu ölkənin klubunu asan keçərik deyə bir şey yoxdur. Məslən, bu gün Farer Adalarının çempionu Çempionlar Liqasında güclü rəqibləri ilə necə mübarizə apardığının şahidi oluruq. Elə öz klubumuz “Sabah”ı götürək. Avrokubok təcrübəsi yoxdur. Lakin bu gün ikinci mərhələdə güclü, avrokubok təcrübəsi olan “Partizan”ı evdə (2:0) məğlub etdi. Mərhələ adlamaq şansları da, yüksəkdir. Bu gün futbol ümumilikdə müasirləşir, inkişaf edir. Artıq zəif ölkə, zəif rəqib anlayışı qalmayıb. Qarabağ”ın səfərdə çətin oyun gözləyir. Lakin düşünürəm ki, klubumuz avrokubok təcrübəsindən maksimum yararlana biləcək. “Qarabağ”ın mərhələ adlamaq şansı var.

Digər təmsilçimiz “Neftçi” tanınmış, məşhur və adlı – sanlı rəqibi “Beşiktaş”a rəqib oldu. Bu oyun ən 35 -40 milyon insanın izlədiyi deyilir. Azərbaycan və Türkiyə azarkeşlərini nəzərə aldıqda hətta daha çox azarkeşin diqqəti bu matçda idi. “Neftçi”nin şansları əvvəlcədən az dəyərləndirilirdi. Səfərdə “Neftçi” heç olmasa, heç –heçə edərək ölkəmizə reytinq xalıgətirə biləcəkmi. Və ya, hansısa möcüzəyə, sensasiyaya, ümüd etmk olarmı. Bir mütəxəssiz kimi nə deyərdiniz?

“Neftçi”nin rəqibi çox güclüdür. Əvvəlcədən də, şansların yüksək olmadığı bilinirdi. Çünki “Neftçi”nin çoxlu sayda yeni transferləri var. Yeni əcnəbi baş məşqçisi var. Bütün bunlar müəyyən zaman tələb edir. Birdən –birə klubdan nəsə yüksək nəticə gözləmək düzgün olmazdı. Düzdü, gəldiyi futbolçulara baxdıqda, hər biri yüksək səviyyəli futbolçulardı. Hər biri yaxşı çempionatda, güclü klublarda oynayıb. Lakin “Neftçi” evdə matçın son 15 dəqiqəsində yaxşı futbol sərgilədi. Hətta daha bir qol vura bilərdi. Düzdü, rəqib komanda əsas oyunçularını qorumaq üçün əvəzlədikdən sonra “Neftçi” aktivləşdi. Məhz bundan sonra daha yaxşı təsir bağışladı. Görünürdü ki, Şenol Günəş əsas heyət üzvlərini qorumaq istəyir. Məncə, səfərdə “Neftçi”nin mərhələ adlamaq şansı çox azdır. Lakin futbolda hər şey olur. Sadəcə, səfərdə yaxşı oyun sərgiləyərək ən azı diqqətləri özünə cəlb edə bilər. “Neftçi” səfərdə meydana daha rahat çıxacaq. Bəlkə də,daha yaxşı çıxış edəcək. Lakin “Beşiktaş”ı evdə məğlub edərək, mərhələ keçəcəyi real görünmür. Birdə ki, gəlin məsləyə düzgün prizmadan yanaşaq. Biz əvvəllər xəyal elədiyimiz klublarla oyunlarda böyük hesabla məğlub olurduq. Yəni əvvəllər adlı-sanlı klublar bizə rahat şəkildə 4-5 top vururdular. Lakin bü gün onlar Azərbaycan klubları ilə oyunda əziyyət çəkirlər. Böyük hesabla çox oyunlarda qalib gələ bilmirlər. Qapılarında qol, qollar görürlər. “Beşiktaş”la başa –baş futbol oynamaq çətindi.

Səfərdə “Neftçi”nin böyük hesabla məğlub ola biləcəyini proqnoz vermək olarmı. Yoxsa?

Oyundan öncə belə proqnozlar vermək düzgün olmazdı. Mən deyərdim ki, çətin məsələdir. Futbolda hər nəticə ola bilər. Bəlkə də, əksinə “Neftçi” daha yaxşı oyununu sərgiləyə bilər. Ancaq səfər matçları çox ağır olur.

Ayxan Abbasov klublarımızın avrokubok şanslarından və "Turan" Tovuz"dan danışdı -


Bəs ilk dəfə Avrokubok yarışlarına qoşulan “Sabah”ın evdə tanınmış rəqibi “Partiza”nı məğlub edəcəyini gözləmək olardı. Ayxan müəllim səmimi deyin bəs siz belə inamlı oyun, bu hesabla qələbə gözləyirdinizmi?

Mən deyərdim ki, “Sabah” hazırda ən ideal formada olan komandadır. Heyətində kifayyət qədər səviyyəli futbolçuları və legionerləri var. Bundan başqa, klubun oturuşmuş heyəti var. “Partizan”la oyuna hələ mən bildiyim qədər itkilərlə çıxmışdı. Con Mikelsin, Kaşukun olmaması komandanın oyununa istər –istəməz təsir çox edir. Onların “Sabah”a çox faydası dəyirdi. Hazırda “Sabah” çox yaxşı formadadır. Əlbəttə ki, rəqibləri “Partizan” olduğunu da, unutmaq olmaz.

Ayxan müəlim ancaq Avrokuboklarda çox vaxt qrup mərhələsində oynayan “Partizan” kimi rəqibi evdə belə asanlıqla məğlub edəcəyini gəlin etiraf edək ki, çox adam gözləmirdi?

Əlbəttə ki, belə hesab olacağını, üstünlüyün “Sabah”da olacağını gözləmək çətin idi. Çünki klubun ən əsası avrokubok təcrübəsi yox idi. Bir neçə əsas oyunçusunu itirmişdilər. Lakin “Sabah”a alqış düşür. Bəlkə də, digər komandalar bu rəqiblərlə düşərdisə, çox çətinlik çəkəcəkdilər. Uğurlar arzu edirəm. Ümüd edirəm ki, bu il Avrokubokların qrup mərhələsində ən azı iki komandamız olar.

Səfər oyunu mənə görə çox ağır olacaq. Şəxsən mən bu komandaların həm “Partizan” , həm də,“Servena Zvezda” nın oyunlarını izləyirəm. Doğma meydanda çox yaxşı təsir bağışlayırlar. Hətta səfərdə məğlub olduqları komandaları evdə böyük hesabla məğlub edirlər. Sizcə, “Sabah” üçün səfər oyunu nə dərəcədə təhlükəli ola bilər?

Əlbəttə ki, çox çətin oyun olacaq. Mən də, bu komandaları yaxşı tanıyıram. Həqiqətən də, evdə çox yaxşı oyun sərgiləyirlər. Hətta “Sabah”ın baş məşqçisi Murad Musayev də, mətbuat konfransında bildirmişdi ki, səfər oyunu çox çətin olacaq. Yəni indidən deyim ki, şanslar əllinin -əlliyədir. Bu sözü elə belə deməyib. Məncə də, çox çətin və gərgin bir oyun olacaq. Hər halda bütün təmsilçilərimizə uğurlar arzu edirəm.

İndi biraz da, sizdən və komandanız “Turan Tovuz”dan danışaq. Bu mövsümün çox çətin keçəcəyini deyirlər. Yəni bəlkə də, ən ağır çempionat olacağı təxmin edilir. Bəs siz hansı fikirdəsiniz. Artıq necə deyərlər sürprizlər başlayıb. “Qarabağ”ın, “Neftçi”nin, “Qəbələ”nin məğlubiyyətləri. Bu bir başlanğıc siqnalı, həyacanı ola bilərmi?

Mən də, düşünürəm ki, ən çətin çempionatlardan biri olacaq. Çünki, bizim çempionatda bir çox klubların gücləri eyni səviyyədədir. “Qarabağ”,”Sabah”, “Neftçi” bunlar çempionluq mübarizəsi aparacaq. “Zirə”ni, “Qəbələ”ni götürsək, 4-cü yer, avrokubok uğrunda mübarizə aparacaqlar. Digərlərinin gücünə baxdıqda isə bir –birinə çox yaxındr. Yəni səviyyəcə bərabərdi. Bizi qarşıda uzun və çətin bir marafon gözləyir. Premyer Liqaya yeni yüksələn “Araz Naxçıvan” çox yaxşı futbolçular, legionerlər transfer edib. Düşünürəm ki, onların hələ rəqiblərinə baş ağrısı ola biləcək. Yəni onlara heç də, yuxardan aşağı baxmaq olmaz. Bir sözlə, bu ilki çempionat çox çətin və gərgin keçəcək.

Keçən il Ayxan Abbasov “Turan Tovuz”un başına gələndə bəlkə də, belə sürətli yüksəliş ola biləcəyini düşünmək tez olardı. Lakin siz öz futbol biliyiniz, özünüzə məxsuz futbol fəlsəfənizlə, yenə də adınızdan söz etdirməyi bacardınız. Sizin bu potensialınız bizə də, bəlli idi. İşlədiyiniz digər klubda da, buna şahid olmuşuq. Azərbaycan kubokunun yarımfinalına qədər getdiniz. Çempionatda güclü rəqiblərinizi məğlub etməyi, onlardan xal almağı bacardınız. Bunu ilk mövsümdə hər baş məşqçi bacarmır. Lakin siz bunu bacardınız. Bu mövsüm sizdən nələr gözləməyə dəyər. Yəni azarkeşlər,mətbuat ən azı keçən ilki performansı gözləməyə dəyərmi?

Biz ilk növbədə istəyirik ki, inkişaf edək. Daima irəliyə doğru baxmağa çalışırıq. Keçən mövsüm çox yaxşı və uğurlu oldu. Düşünürəm ki, müəyyən nüanslar olmasaydı, daha yaxşı olardı. Daha da, irəliyə getmək olardı. Biz işimizə, fəaliyyətimizə bir günlük, bir illik baxmırıq. İnkişaf edərək, daimi olmasını istəyirik. Məhz buna görə də, rəhbərliklə qarşımıza bir mqəsəd qoymuşuq. İlk növbədə akademiyamız, şəraitimiz düzəlməlidir ki, biz gələcək üçün nələrsə edək. Gələcək üçün daha yaxşı futbolçular yetişdirək. Oyun baxımından da, inkişaf etmək istəyirik. Bunun üçün rəhbərlik əlindən gələni edir. Çalışacğıq ki, bu il də, daha yaxşı çıxış edək. Məqsədimiz hər kluba qarşı mübarizə aparacaq komanda olaq.

Eşitdiyimizə görə rəhbərlik sizin qarşınıza bu mövsüm ən azı avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyub. Bu doğru məlumatdır. Yoxsa?


Xeyir. Bu yanlış məlumatdır. Rəhbərlik mənim qaşıma belə bir tələb qoymayıb.

Əslində bunu sizdən tələb etmək doğru olmazdı. Çünki uzun illərdən sonra premyer liqaya vəsiqə qazanan yeni klubun qarşısına bu mqəsədi qoymaq savadsızlıq, və gülünc olardı. Yeni yaranan komandadır. Bundan başqa çox güclü maliyəsi olmalıdır. Hələ keçən ilki nəticəniz hazırki duruma görə fantastik sayılırdı. 10 milyon büdcəsi olan “Səbail” canını son oyunda qurtardı. Və sair misal gətirmək olar. Siz necə düşünürsünüz?

Mənimlə müqavilə imzalayanda rəhbərlik qarşıma avroliqa məqsədi qoymamışdı. Bu 3 illim müqavilə bağlayan zaman da, qarşıma avrokubok məqsədi qoyulmayıb. Sadəcə, iddialı klub olmağa çalışacağıq. Qarşıda işlər yaxşı gedərsə, alınarsa, lap yaxşı olar. Biz iddialı olarıqsa, döyüşkən bir komanda yaradarıqsa, nəticə özü gələcək.

Yeni transferləriniz var. Ayıdn məslədəir ki, onların kluba, sizin oyun sisteminizə, futbol fəlsəfənizə öyrəşmələri üçün zaman lazım olacaq. İlk turda da, bunu gördük. Qələbə qazansanız da,bir qədər çətinlik çəkirdilər. Sizcə, nə qədər zamana ehtiyac olacaq?

Hər bir yeni gəlmiş legionerin futbolumuza odaptasiyası üçün zamana ehtiyacı olur. Bundan başqa baş məqçinin oyun planı, xətlər arası əlaqə və sairin düzəməsi üçün yenə də, vaxta ehtiyac var. Düşünürəm ki, ən azı 3-4 tur vaxt lazımdır. Bundan sonra yavaş-yavaş hər şey qaydasına düşür.

Əli HƏYATİ

12-08-2023, 17:07
15403
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
9-08-2023, 07:12
Gəlin Elmar Baxşıyev kimi mütəxəssizə dəstək olaq - YAZI
Gəlin Elmar Baxşıyev kimi mütəxəssizə dəstək olaq - YAZI
17-12-2022, 11:03
Tərlan Quliyev:
Tərlan Quliyev: "Tovuzda "Neftçi"dən daha üstün oynadıq"
10-12-2022, 17:05
Tərlan Quliyev:
Tərlan Quliyev: "Neftçi" ilə oyun çox çətin keçəcək"
17-10-2022, 09:43
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qarabağ"la oyun çox çətin keçəcək"
9-10-2022, 15:02
Tərlan Quliyev:
Tərlan Quliyev: "Hətta "Neftçi"ni məğlub da, edə bilərdik"
3-10-2022, 19:26
Tərlan Quliyev:
Tərlan Quliyev: "Neftçi" ilə oyundan xalla ayrılmaq istəyirik"
19-09-2022, 16:21
Tərlan Quliyev:
Tərlan Quliyev: "Zirə" bizimlə oyuna final kimi baxır"
1-08-2022, 07:07
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Qarabağ"la oyun çox çətin olacaq"
28-03-2022, 19:28
Xəzər Mahmudov:
Xəzər Mahmudov: "Komandamız sanki “qara zolağ”a düşüb"
28-01-2022, 14:31
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qarabağ"la oyun çox çətin olacaq"
23-11-2021, 21:05
Adil Nağıyev:
Adil Nağıyev: “Neftçi”nin komanda şəklində oyunu çox təhlükəlidir"
18-11-2021, 12:20
Tərlan Quliyev:
Tərlan Quliyev: “Sabah”la oyunumuz çox çətin olacaq"
  Xəbər Lenti
Daniel Karvaxal "El-Klasiko"nu buraxacaq - Xarici xəbərlər 2.05.2026, 16:08
“Kəpəz” - “Sumqayıt”: Heyətlər 2.05.2026, 15:16
Arda Güler ötən ayın ən yaxşı futbolçusu seçildi - Xarici xəbərlər 2.05.2026, 14:09
Robert Levandovski “Barselona” dan ayrılır - Xarici xəbərlər 2.05.2026, 13:10
“Barselona” Bernardo Silva ilə razılığa gəlib - Transfer xəbərləri 2.05.2026, 12:07
Kompani: “Parisdə baş verənlər məntiqli idi” 2.05.2026, 11:05
"Pisa" və "Verona" klubları İtaliya A Seriyasından aşağı liqaya düşdü - Xarici xəbərlər 2.05.2026, 10:12
“Kəpəz” - “Sumqayıt”a qarşı - YENİLƏNİR 2.05.2026, 09:19
“Qarabağ” Beynəlxalq Xalça Festivalı 2026 2.05.2026, 09:01
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
4-04-2026, 07:19
Hakim Əliyer Ağayevdən
Hakim Əliyer Ağayevdən "Turan Tovuz"a qarşı şərəfsizlik, Ehtiram Quliyevdən haqlı irad - YAZI
8-04-2026, 15:57
"İmişli" klubunu ayaqda saxlayan, yaşadan Kamran Eyyubov -YAZI
23-04-2026, 15:09
"Real"ın futbolçusu Arda Güler sıradan çıxdı - Xarici xəbərlər
22-04-2026, 13:15
“Sabah” “Qarabağ”a qarşı –
“Sabah” “Qarabağ”a qarşı – YENİLƏNİR
22-04-2026, 10:13
"Qarabağ" akademiyasının rəsmiləri İsveçrədə - FOTO
23-04-2026, 11:31
“Real”da Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında qalmaqal -
“Real”da Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında qalmaqal - Xarici xəbərlər
22-04-2026, 15:09
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
22-04-2026, 11:01
"Çelsi" 32 il sonra antirekordunu təkrarladı - Xarici xəbərlər
22-04-2026, 16:12
"Qarabağ"ın qapıçısı Fabyan Buntiç Avropa klublarının diqqətini çəkib
20-04-2026, 15:44
Salah  “Liverpul”la vidalaşdı -
Salah “Liverpul”la vidalaşdı - Xarici xəbərlər
20-04-2026, 17:08
Klopp Almaniya milli komandasını çalışdırmağa yaxındır -
Klopp Almaniya milli komandasını çalışdırmağa yaxındır - Xarici xəbərlər
23-04-2026, 14:07
Canlı əfsanə Qullit:
Canlı əfsanə Qullit: “Futbol İngiltərəyə məxsus deyil”
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb