FutbolMedia.Az
  • 21:10 Çərşənbə axşamı
    25 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Gəlin Elmar Baxşıyev kimi mütəxəssizə dəstək olaq - YAZI

Gəlin Elmar Baxşıyev kimi mütəxəssizə dəstək olaq - YAZI

Azərbaycanın yaxşı klublarından biri olan "Qəbələ" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kiprin "Omoniya" klubu ilə qarşılaşdı. İlk görüş qəbələdə oldu. Bu görüşdə futbol adına hər şey görə bildik. Bol qollar, penalti, futbol adına yüksək adrenalin də vardı. "Qəbələ" klubu demək olar ki, yenidən qurulan heyətlə evdə güclü və məşhur rəqibinə əməlli başlı baş ağrısı oldu. Təssüflər olsun ki, səfərdə böyük hesabla məğlub oldu. Düzdü, mətbuat bu böyük hesablı məğlubiyyətə ağız büzüb, tənqid etdi. Bir çoxları hətta "Qəbələ"nin səfərdə yaxşı nəticə qazanaraq məhələ adlaya biləcəyinə də, işarə vururdu. Lakin cənablar gəlin hər şeyə reallıqla yanaşaq. Mövsüm bitər -bitməz "Qəbələ"nin bir çox aparıcı yerli və legioner futbolçuları klubdan maliyə məsələsinə görə ayrıldı. Burada baş məşqçi Elmar Baxşıyevin heç bir günahı yoxdur. Klubun maliyə imkanları nəyə çatırsa, ona uyğun heyət qurulur. Elmar Baxşıyev mətbuata açıqlamasında dəflərlə bildirmişdi ki, heyəti qorumaq çox çətin olacaq. Çünki digər rəqib klublar onlara iki dəfə artıq maaş təklif edirlər. Elə belə də, oldu. Azərbaycan premyer liqasında 2023-2024 –cü ilin startı verildi. “Qəbələ” ilk turda “Sabah”a (5:0) hesbı ilə darmadağın oldu. Avrokubokda “Qəbələ”yə ağız büzənlərin əlinə necə deyərlər fürsət düşüb. Sağdan da, döşədilər, soldan da vurdular. Ay nə bilim “Qəbələ”yə taraşan məğlubiyyət, oyun deyildi deyirlər. Keçən il “Qəbələ” həm səfərdə, həm də, evdə “Sabah”a Türklər demiş kafa tuturdu. Lazımı xallar almağı bacarmışdı. Nə isə çox tənqidlər edirlər. Ancaq tənqidin də, həddi və reallığı olmalıdır. Düzdür, Elmar Baxşıyevin və komandasının (5:0) məğlubiyyətinə haqq qazandırmaq olmaz. İstənilən halda uğursuzluqdu. Ancaq keçən ilki “Qəbələ”nin heyəti hara, indiki yenidən qurulan heyət hara. Bir də, ki, yeni transferlərin baş məşqçinin oyun sisteminə, taktikasına, öyrəşməlidirlər. Legionerlər isə Azərbaycan futboluna odaptasiya etməlidir. Bütün bunlar üçün zamana ehtiyac var. Bizim mətbuat da, bir zəiflik görən kimi daima düşürlər həmin məşqçinin və ya, futbolçunun üstünə. Elmar Baxşıyev Azərbaycan futbolu üçün xoş gələcək bəxş edəcək məşqçilərdəndir. Neçə -Neçə gənc futbolçular yetişdirib. Azərbaycan millisinin müxtəlif yaş dövürlərində “Qəbələ”nin neçə futbolçusu oynayır. Bütün bunlarda Elmar Baxşıyevin rolu böyükdür. Hələ qalıb işinə davam edərsə, daha istedadlı gəncləri üzə çıxarda bilər. Mənə görə də, hazırki reallığa görə də, Elmar Baxşıyev Qurban Qurbanovdan sonra ölkəmizin ən güclü ikinci baş məşqçisidir. Kiçik maliyə ilə, gənc futbolçulardan əla, döyüşkən bir kollektiv qurmağı bacardı. Artıq neçə illərdi ki, bu məşqçi gözlənilənlərdən də, artığını klubu və Azərbaycan futbolu üçün edir. Düşünürəm ki, ölkə çempionatında da, yeni mövsümdə Elmar Baxşıyevin rəhbərliyi altında əzimkar, döyüşkən bir "Qəbələ" görə biləcəyik. Lakin bu mövsüm çox çətin olacaq. Çünki bütün klublar həddindən artıq güclənib. keyfiyyətli legionerlər transfer ediblər. Həm "Neftçi", həm "Sabah", həm "Zirə" və sair. Düşünürəm ki, Elmar Baxşıyev "Nefçi"nin baş məşqçisi olsaydı, ona bu şərait, bu vəsaitdən yararlanmaq imkanı verilsəydi, "Neftçi"ni avrokubokların qrup mərhələsinə çıxardardı. Hətta çempionluğu belə "Qarabağ"ın əlindən almaq gücünə, potensialına malik məşqçidir. Azərbaycanlı mütəxəssiz təkcə əla baş məşqçi deyil, həm də, gözəl xasiyyətli, sadə və mehriban insandır. Gəlin Elmar Baxşıyevə və onun timsalında yerli, Azərbaycanlı məşqçilərə dəstək olaq. Onların məğlubiyyətlərinə belə güzəştlə yanaşaq. Çünki bizə qalan yerli, Elmar Baxşıyev kimi Azərbaycanlı məşqçilər olacaq.

Əli HƏYATİ

9-08-2023, 07:12
14503
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
3-08-2023, 23:41
Elmar Baxşıyev:
Elmar Baxşıyev: "Rəqib layiqli qələbə qazandı"
21-06-2023, 11:06
Elmar Baxşıyev:
Elmar Baxşıyev: “Bu gedişlər bizə çətinlik yaradacaq, amma...”
6-06-2023, 13:39
Elmar Baxşıyevə sadəcə BRAVO -
Elmar Baxşıyevə sadəcə BRAVO - YAZI
3-06-2023, 23:24
Elmar Baxşıyev:
Elmar Baxşıyev: "Qəbələ" tarix yazdı"
15-05-2023, 15:34
Azərbaycanlı məşqçi Elmar Baxşıyevə dəstək olaq -
Azərbaycanlı məşqçi Elmar Baxşıyevə dəstək olaq - YAZI
27-04-2023, 22:36
Elmar Baxşıyev:
Elmar Baxşıyev: "Amma biz zəif təsir bağışlamadıq"
14-04-2023, 22:25
Elmar Baxşıyev:
Elmar Baxşıyev: "Sabahdan etibarən bütün diqqətimiz kuboka yönələcək"
4-09-2022, 22:46
Elmar Baxşıyev:
Elmar Baxşıyev: “Mövsümdə ən yaxşı oyunumuzu keçirdik"
22-07-2022, 10:15
Biri Elmar Baxşıyevi silkələyib, yuxudan ayıltsın - YAZI
Biri Elmar Baxşıyevi silkələyib, yuxudan ayıltsın - YAZI
18-05-2022, 12:07
Elmar Baxşıyev:
Elmar Baxşıyev: "Mütləq onun yerini dolduracaq futbolçuya ehtiyacımız var"
4-05-2022, 21:01
Elmar Baxşıyev:
Elmar Baxşıyev: “Qəbələ”ni hesabdan silmək vaxtı deyil"
8-02-2022, 20:01
Elmar Baxşıyev:
Elmar Baxşıyev: "Qəbələ" iddiasını ortaya qoyacaq"
  Xəbər Lenti
“Real” “Lill”in təklifini rədd edib - Transfer xəbərləri 25.08.2026, 18:10
“Qarabağ” – “Tvente” matçının başlamasına 1 saat qalmış stadion kassalarında bilet satışı dayandırılacaq. 25.08.2026, 17:09
“Roma” Malik Fofana ilə anlaşıb - Transfer xəbərləri 25.08.2026, 17:05
"Xankəndi" kamerunlu hücumçu transfer etdi 25.08.2026, 16:03
“Sabah” - “Hapoel” oyununu yayımlayacaq kanal 25.08.2026, 15:22
"Qarabağ"dan zədəlilərlə bağlı son durum 25.08.2026, 14:21
“Liverpul” Barkola üçün yeni təklif hazırlayır - Transfer xəbərləri 25.08.2026, 13:12
"Çelsi" müdafiəçisini La Liqa klubuna icarəyə verəcək - Xarici xəbərlər 25.08.2026, 12:13
“Sabah” (Azərbaycan) - “Hapoel”ə qarşı - YENİLƏNİR 25.08.2026, 11:30
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
Dünən, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
27-07-2026, 16:12
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
27-07-2026, 18:06
Neymar yenidən qalmaqal mərkəzində -
Neymar yenidən qalmaqal mərkəzində - Xarici xəbərlər
29-07-2026, 10:10
"Tottenhem" "Mançester Siti"nin futbolçusuna fantastik qiymət - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb