



Tərlan Quliyev: "Neftçi" ilə oyun çox çətin keçəcək"
"Turan Tovuz" klubunun aparıcı üzvü Tərlan Quliyevin Futbolmedia.Az saytına müsahibəsi.
Tərlan Gəncıdı bol qolu bir “qərb derbi”si baş tutdu. ilk dəqiqələrdən heç özünüzə bənzəmirdiniz. Qapınızda erkən qol gördünüz. Lakin sonradan möhtəşəm bir əzimkarlıqgöstərərək, iki qol vurub, evə qələbə ilə qayıtmağı bacardınız. Hadisələrin belə olacağını gözləyirdinmi?
“Kəpəz” klubunu yaxşı analiz etmişdik. Gözləyirdik ki, ilk dəqiqələrdən Gəncə klubu sürətli hücumlar edəcək. Yəni erkən qol vurmağa çalışıacaqlar. Çünki bir çox oyunlarda bunu bacarıblar. Elə bizimlə oyunda da, bunu bacardılar. Çətin olacağını bilirdik. Hətta penalti zərbəsini belə vura bilərdilər. Tural Axundov kimi penaltiləri sərrast vurmağı bacaran futbolçuda bu alınmadı. Turalla mən vaxtı ilə “Kəpəz”də bir yerdə oynamışam. Nəyə qadir olduğunu yaxşı bilirəm. Ancaq xoşbəxtlikdən penalti qapımıza girmədi. Bundan sonra komanda sanki yuxudan ayıldı. Məhz bundan sonra iki qol vurub evə qələbə ilə döndük. Mən deyərdim ki, 4-5 qol da, vura bilərdik. Çünki real qol imkanlarımız çox oldu. Rəqib ruhdan düşdükdən sonranı nəzərdə tuturam.
Tərlan həmin oyunda ən yaxşılardan biri, bəlkə də, birincisi sən idin. Gəncədə çox möhtəşəm bir performans göstərdin. Ümumiyyətlə, neçə turlardı ki, çox sabit və yaxşı oyunlar sərgiləyirsən. Əlbəttə ki, kiçik səhvləri nəzərə almasaq. Bəs sən necə öz oyunundan razı qaldınmı?
Şükürlə olsun ki, neçənci oyundur sabit çıxış edirəm. Əlbəttə ki. kiçik səhvləri nəzərə almasaq hər şey yaxşıdır. “Zirə” ilə “Kəpəz” ilə oyunlarda da, oyunumdan razı qaldım. Lakin tam razı qalmadım. Belə ki, bundan da, yaxşı oynamaq potensialım var. Sadəcə, öz üzərimdə daha yaxşı çalışmalıyam. Yeni komanda da, futbolçuların bir –birinə öyrənmək üçün zamana ehtiyac var.
Gələn tur güclü “Neftçi” klubunu qəbul edəcəksiniz. Gəncədən qələbə ilə dönmüsünüz. Əhval –ruhiyyəniz yaxşıdır. “Neftçi”dən xal almağı, onlara qalib gəlmək şanslarınızı necə dəyərləndirirsən?
Bilirsiniz ki, kubok oyunu tam fərqli olur. Çempionat oyunu isə başqa bir aurada olur. Kubokda iki oyun olduğu üçün mərhələ şansları təkrar qarşılaşmaya qədər qalır. Lakin çempionatda bir oyun bütün gücünü ortaya qoymalısan. “Neftçi” çox güclü rəqiblərdəndir. Onlara da, mütləq üç xal lazımdır. “Neftçi” hə zaman “Neftçi”dir. Onlar zəif olsalar belə istənilən rəqib üçün təhlükəlidirlər. Ölkənin ən güclü klublarından biridir. Məncə, bizi çox ağır oyun gözləyir. Biz də, bu oyuna ciddi hazırlaşırıq. Doğma meydanda, öz azarkeşlərimiz qarşısında oynayırıq. Əlimizdən gələni etməliyik ki, evdə qalib gələk. Lkain “Neftçi” ilə oyunda bir xal qazanmaq belə qələbəyə bərabərdi. Fasiləyə qədər oyunlardan xal götürməyə çalışacağıq.
Əli HƏYATİ
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























