FutbolMedia.Az
  • 00:38 Çərşənbə
    26 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Tərlan Quliyev:

Tərlan Quliyev: "De Byazi və Arif Əsədovdan milliyə dəvət gözləyirəm"

"TUran Tovuz" klubunun müdafiəçisi Tərlan Quliyevin Futbolmedia.Az saytına müsahibəsi

Tərlan Bakıda “Sabah”la oyunda gözəl bir matçın və qolların şahidi olduq. Çoxları bu qarşılaşmada “Sabah”ın inamlı qələbəsini gözləyirdilər. Lakin hər şey əksinə oldu. Komandanın aparıcı siması olaraq qələbəni şərh edərdin?

Həqiqətən də, çox maraqlı oyun keçdi. Bu qarşılaşmada bir xal belə qazanmaq bizim üçün uğurlu nəticə idi. Yəni səfərdən bir xalla qayıtmağa belə razı idik. Lakin şükürlər olsun ki, yüksək əzimkarlıq nümaiş etdirərərk qalib gəlməyi bacardıq. Əvvəlcədən oyunun ağır keçəcəyini bilirdik. Çünki “Sabah” klubunun çox güclü futbolçuları, legionerləri var. Buna görə də, bu məhsuliyyəti dərk edirdik. Rəqib komandanın ön xətt oyunçuları ölkəmizin ən güclülərindəndir. Düşünürəm ki, çox dəqiq və səbirli oynayaraq, qalib gəlməyi bacardıq.

Səmimi deyərdin, heç “Sabah”ı məğlub edəcəyinizi gözləyirdinizmi. Yoxsa?

“Sabah” klubu çempionat ərzində 1-2 dəfə məğlub olub. Yəni asan məğlub olan komanda deyil. Bundan başqa, həm maliyə, həm də, səviyyəli futbolçuları ilə bizdən qat –qat üstün durumdadırlar. Lakin bu futboldur. Futbolda istənilən nəticə ola bilər. Düzünü deyim ki, qalib gələcəyimizə inam çox deyildi. Lakin xal alacağımıza inam vardı. Şükürlər olsun ki, istəyimizə nail olduq.

Bu oyunun ən güclülərindən biri sən oldun. Ümumiyyətlə, mövsüm başlayandan çox möhtəşəm, sabit oyun sərgiləyirsən. Demək olar ki, daim əsas heyətdə oynayırsan. Məhz bu səbəbdən komandanın uğurlarında sənin də, payın az deyil. Öz oyununu necə qiymətləndirərdin?

Təşəkkür edirəm ki, doğru-düzgün qiymət verirsiniz. Doğurdan da, mövsüm ərzində oyunları əla səviyyədə keçirdim. Daha çox əsas heyətdə oynadım. Baş məşqçi Ayxan müəllim mənə etimad göstərdi. Baş məşqçimiz hər şeyi çox düzgün və yaxşı analiz etməyi bacarır. Düşünürəm ki, daha yaxşı oyun sərgiləyə bilərəm. Görürəm ki, hər oyundan –oyuna daha yaxşı təsir bağışlayıram. Ümumiyyətlə, biz komanda şəklində əla oyun sərgiləyirik. Bilirsiniz ki, müdafiə elə hücumdan başlayır. Yəni komanda şəklində əla oyun sərgiləyirik. Mən də, əlimdən gələni edirəm ki, komandama xeyir verim. Şükürlər olsun ki, bunu bacarıram.

Tərlan mövsüm ərzində yüksək performans göstəririsən. Buna görə də, milli komandaya dəvət amaq sənin haqqın olduğunu düşnürəm. Bəs sən özün necə, milli komandadan, De Byazi, Arif Əsədovdan dəvət gözləyirsənmi?

Milli bütün futbolçuların arzusudur. Millidə oynamaq biz futbolçular üçün şərəfdir. Ən pik nöqtələrdən biridir. Əlbəttə ki, mənim də, arzum, istəyim milli komandada oynamaqdır. İstərdim ki, millimizə xeyir verim. Doğru buyurdunuz ki, mövsüm ərzində yaxşı və etibarlı oyun sərgilədim. Buna görə də, milliyə çağrılmaq ehtimalım var. Niyə də, olmasın axı. Mən əsas heyətdə oynayıram. Komandam Azərbaycan kubokunun yarımfinalına yüksəlib. Çempionatda ən az qol buraxn komandalardan biriyik. Sensasiyalar edə bilirk. İstənilən güclü rəqiblə oyunda xal almaq potensialımız var. “Sabah” və digər güclü rəqibləri məğlub edə bilirik. Turnir cədvəlində yavaş-yavaş yuxarıya doğru irəliləyirik. Bütün bunlarda “Turan Tovuz”n futbolçusu, müdafiəçisi olaraq mənim az da, olsa payım var. Mən daha nə etməliyəm ki, milli komandaya çağrılım. Gedib ”Mançester “Yunayted”də, “Real “da oynayım ki, milliyə dəvət alım? Bildiyimə görə, millinin baş məşqçisi De Byazi “Sabah” – “Turan Tovuz” matçını izləyirdi. Yəqin ki, həqiqəti və kimin nəyə qadir olduğunu görüb. İnanıram ki, milli komandaya çağrılanlar sırasında mənim də, adım olar.

Əli HƏYATİ

1-03-2023, 09:34
17049
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
9-03-2023, 19:13
Arif Əsədov:
Arif Əsədov: "Bir çox futbolçuların və Tərlan Quliyevin də oyunlarını izləyirik"
12-02-2023, 16:01
Tərlan Quliyev:
Tərlan Quliyev: "Kəpəz"ə daha çox qol vura bilərdik"
7-02-2023, 18:20
Tərlan Quliyev:
Tərlan Quliyev: "Sevinirəm ki, vuruğum gözəl qolla komandama qələbə qazandırdım"
19-01-2023, 13:54
Tərlan Quliyev:
Tərlan Quliyev: "Çempionatda yaxşı oynayan futbolçulara təkliflər olacaq"
17-12-2022, 11:03
Tərlan Quliyev:
Tərlan Quliyev: "Tovuzda "Neftçi"dən daha üstün oynadıq"
23-11-2022, 18:56
Tərlan Quliyev:
Tərlan Quliyev: "Sabah"la oyunda açıq futbol oynamaq öldürücü ola bilər"
1-11-2022, 15:56
Tərlan Quliyev:
Tərlan Quliyev: "Əlimizə düşən fürsətdən maksimum yararalandıq"
17-10-2022, 09:43
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qarabağ"la oyun çox çətin keçəcək"
19-09-2022, 16:21
Tərlan Quliyev:
Tərlan Quliyev: "Zirə" bizimlə oyuna final kimi baxır"
25-03-2022, 15:19
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Milli komandadan dəvət gözləyirdim"
20-12-2021, 13:24
Arif Əsədov:
Arif Əsədov: "Millətlər Liqasındakı rəqiblərimiz dişimizə görədir"
16-12-2021, 12:11
Tərlan Quliyev:
Tərlan Quliyev: "Milli komandadan dəvət gözləyirəm"
  Xəbər Lenti
“Real” “Lill”in təklifini rədd edib - Transfer xəbərləri 25.08.2026, 18:10
“Qarabağ” – “Tvente” matçının başlamasına 1 saat qalmış stadion kassalarında bilet satışı dayandırılacaq. 25.08.2026, 17:09
“Roma” Malik Fofana ilə anlaşıb - Transfer xəbərləri 25.08.2026, 17:05
"Xankəndi" kamerunlu hücumçu transfer etdi 25.08.2026, 16:03
“Sabah” - “Hapoel” oyununu yayımlayacaq kanal 25.08.2026, 15:22
"Qarabağ"dan zədəlilərlə bağlı son durum 25.08.2026, 14:21
“Liverpul” Barkola üçün yeni təklif hazırlayır - Transfer xəbərləri 25.08.2026, 13:12
"Çelsi" müdafiəçisini La Liqa klubuna icarəyə verəcək - Xarici xəbərlər 25.08.2026, 12:13
“Sabah” (Azərbaycan) - “Hapoel”ə qarşı - YENİLƏNİR 25.08.2026, 11:30
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
27-07-2026, 16:12
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər
27-07-2026, 18:06
Neymar yenidən qalmaqal mərkəzində -
Neymar yenidən qalmaqal mərkəzində - Xarici xəbərlər
29-07-2026, 10:10
"Tottenhem" "Mançester Siti"nin futbolçusuna fantastik qiymət - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb