Tərlan Əhmədov: "Bunlar mənə atılan şər, böhtandır"
İlin yekununda “Zirə” ilə son oyunu izlədik. Çox maraqlı hadisələr cərəyan etdi. Təkcə bu oyunda deyil, ümumən bir çox oyunlarda maraqlı hadisələrlə yadda qaldı. “Zirə” ilə oyunda futbol adına hər şey vardı. Dramatik keçən oyunda sizə qarşı haqsılıq oldu. Hər kəs gördü ki, Tərlan Əhmədovun komandası “Kəpəz”in qolunu saymadılar, qələbəsinə imkan vermədilər. Hətta VAR sistemi belə Azərbaycanda sanki tərsinə işləyir. Bir sözlə, haqqınızı yedilər. Bütün bu olanlarla bağlı sizin də, fikirlərinizi öyrənmək istərdik?
Mən ”Kəpəz”ə baş məşqçi gələn zaman qarşıma komandanın premyer liqada qalması məqsədi qoyulmuşdu. Komandanı 6-cı turda qəbul etdim. İlk oyun Tovuzda oldu. Bir həftə ərzində bir çox şeylər dəyişdi. Komandanın inamını özünə qaytardım. Futbolçularda ruh yüksəkliyi yaratdıq. Eyni zamanda nizam –intizam bərpa edildi. Klub daxilində mehribançılıq formalaşdı. Bir neçə tur ərzində bunun bəhrəsini gördük. Klub bir sıçrayış etdi. Bu müddət ərzində bir çox qələbələr və heç –heçələr etdik. Yəni bunlar hazırki duruma görə yaxşı nəticələr hesab etmək olar. “Zirə” ilə oyunda da, çox yaxşı oynadıq. Qollar vurduq. Komandada bu qədər problemlərin olmasına baxmayaraq, futbolçular tez bir zamanda toparlana bilir. Yəni bunu bacara bilirik. Biz “Qarabağ”a belə məğlub olduğumuz oyunda, çox yaxşı futbol sərgilədik. Bir sözlə, rəqiblərimizdən çəkinmədik. Ölkə kubokunda da, normal çıxış etdik. Biraz bəxtimiz gətirmədi. Bundan başqa çoxlu sayda hakim səhvləri ilə də, üzləşdik. Bunlar da ölkə kubokunda növbəti mərhələyə yüksəlməyimizin qarşısını kəsdi. Bütün bunlara baxmayaraq çox yaxşı təsir bağışladıq. Fərid Nəbiyevin oyununu xüsusi qiymətləndirərdim. Oyundan –oyuna çox yaxşı təsir bağışlayır. Bir neçə qolların müəllifi oldu. Gəncə komandasına qazandırdığımız Mahir Həsənovu, Ruslan Süleymanovu da, qeyd edərdim. Arzu Atakişiyev gən futbolçu olmasına baxmayaraq çox istedadlı bir oğlandır. “Zirə” ilə matça gəlincə çox haqsızlıqlar oldu. Vurduğumuz qolu saymadılar. İki qırmızı vərəqə aldıq. Mən sizə deyim ki, artıq VAR-a da, inamım yoxdur. Dəfələrlə olub ki, bizim ftbolçuya qarşı qayda pozuntusu olub. Penaltimiz verilməyib. Hətta bizim oyunlarımızda dəfələrlə mənə deyiblər ki, VAR-da problem yaranıb. Hardasa 20 -25 dəqiqə VAR sistemindən istifadə edə bilməyəcəyik. Bütün bunlar nəticələrimizəmənfi təsir etdi. Biz sözlə, “Zirə” ilə oyunda da, haqqımızı yedilər. Həm “Kəpəz”in, futbolçuların, mənim haqqmı yedilər. Bilirsiniz, bölgədə futbolun olmasını arzulayırdıq. Lakin bu kimi mənfi hallar, haqsızlıqlar, hakim səhvləri bölgə klublarını sındırır. Bizim qələbəmiz əlimizdən zorla alındı. İnanıram ki, fasilədən sonra birdə belə hallar yaşanmaz. Bizləri ruhdan, həvəsdən salmaq olmaz. Bütün klublara bir gözlə baxılmalıdır. Hər kəsə ədalətli yanaşmaq lazımdır. Həqiqi futbol sevər Gəncə azarkeşlərini məyus etmək olmaz. İnanın ki, bu qədər problemlərin, çətinliklərin içində biz qələbələr qazanırıq.vacib heç –heçələr edirik. Yəni ayaq üstə dura bilirik. Komandanın bir çox çatışmamazlıqları var. Hətta dəfələrlə belə futbolçuların formaları vaxtında qurudub təhfil verilməyib. Buna görə də, məşqlər təxirə salınıb. Bütün bu problemlərin içində biz mübarizə aparırıq. Bizə mane olan, şər atan, ayağımızı qazan, insanlar utanmalıdır.Belə bir çətinlikləriçində belə bir komanda formalaşdırmaq asan iş deyil.
Bu yaxınlarda klubun idman direktoru Mehman Allahverdiyevin “Kəpəz”ə və sizə qarşı olan təxribatı ifşa oldu. Yəni bu bir rəzillik idi. Mehman Allahverdiyev isə müxtəlif yalanlarla özünü vəziyyətdən çıxartmaq istədi. Gah dedi ki, Əfran İsmayılovun müsahibəsini mən deyil, nəvəm göndərib. Gah dedi ki, bilməmişəm əlim dəyib gedib. Bir sözlə, hər kəs onların sizə, kluba, əhbərliyə, futbolçulara, Gəncə azarkeşlərinə xəyanətini gördü. Bəs siz bunu necə qəbul etdiniz?
Düzünü deyim ki, bunla bağlı məlumat alanda, görən sadəcə gülümsədim. Biz belə birşeyləri Azərbaycanda təbii qarşılamalıyıq. Düzünü deyim ki, heç də, təəccüblənmədim. Mən bu kimi hallarla çox rastlaşdım. Və bilirəm ki, kimlər mənim ayağımı qazır. Bundan başqa mən klubu qəbul edəndə bilirdim ki, hansı problemlərlə üzləşəcəm. Əslində, çox utancvericidir. Çünki bir klubda, bir məqsədlər üçün çalışırıq. Yəni klubun uğur qazanmasını istəməliyik. Bütün bu hərəkətlər kluba, rəhbərliyə, azarkeşlərə zərbədir. Bu əməl çox böyük hörmətsizlikdir. Ən azında öz adına, Gəncə futbolu adına biabırçılıqdı. Mən hər şeyi Allahın ümüdünə buraxmışam. Mən Alllahıma sığınıram. Məni kimsə ruhdan sala bilməz. Mən öz işimi həvəslə, doğru –düzgün görürəm. Buna görə də, daim irəliyə baxıram. Bütün bu zərbələrə güc gələrək, mübarizə aparıram. Çünki belə haqsızlıqlara, pusulara məşqçilik karyeramda çox rastlaşmışam.
Komandanın qol vuran oyunçularından biri Şuaybunun da, başqa kluba keçəcəyi ilə bağlı şaiələr gəzir. Ümumiyyətlə, yeni transferlərlə bağlı, gedənlərlə bağlı nələr deyərdiniz?
Siyahı artıq rəhbərliyə verilib. Kimlərin gedəcəyi artıq bəllidir. Keyman Keşəvarizi artıq komandanı tərk edib. Digər futbolçularla da, danışıq gedir ki, komandanı tərk etsinlər. Bəziləri var ki, çox inadkarlıq edir. Yəni getmək istəmir. Bilirlər ki, artıq onlara heç bir klub sahib çıxmayacaq. Aldıqları maaşı başqa klubda ala bilməyəcəklər.Buna görə belə edirlər. Mən yeni komanda formalaşdırmağı məqsəd qoymuşam. Gəncə klubunda maddi baxımından sıxıntı var. Biz elə bir futbolçuları seçirik ki, həm qiyməti, həm də xeyri dəyən, mübariz futbolçu olsun. Mənim sistemimə uyğun olmalıdır. Şaybu heç bir yerə getmir. “Kəpəz”də qalacaq. Yanvarın 2-də komanda Gəncədə təlim – məşq toplanışına başlayır. Bundan sonra yanvar ayının 7-də biz Antaliyaya yola düşürük. Komanda şəklidə Türkiyə də, təlim –məşq toplanışını davam etdirəcəyik. İndiyənə kimi Şaybunu, Əhmədi, tanıyan yox idi. Orxan Sadıqlını heç yada salan yox idi. İndi ölkənin ən yaxşı qapıçılardan biri oldu. Çalışırıq ki, Azərbaycan futboluna kimlərisə qazandıraq.İndi onları bir çox klublar istəyir. Bütün bu gördüyümüz işlərdə futbolçuların da, qiyməti, imici və müştərisi artır. Bu çox sevindirici haldır. Mənə deyirdilər ki, Gəncə klubunu qəbul etmə. “Kəpəz” ölü komandadır. Yəni bir şey alınmaz. Lakin mən öz işimlə, təcrübəmlə, bunun əksini sübut etdim. Lakin indi həmin adamlar mənə deyir ki, necə etdin komandanı bu səviyyəyə gətirib çıxardın. Mən də, deyirdim ki, uğuru verən Allahdır. Gələnlər içərisində Junior olacaq. Onu dəvət etmişik. Çünki yayda Azərbaycanda olub. Bribaltika çempionatında çıxış edib. Azərbaycan klublarında oynayıb. Yəni bizə uyğun futbolçudur. Oyununu çox bəyənirəm.Xorvatiyalı qapıçı Marioda bizə Türkiyə toplanışında qatılacaq. İki Azərbaycanlı futbolçu ilə də, danışıq gedir.Bir də, dayaq yarımmüdafiəçi axtarışındayıq.
Mətbuat konfransında da, bildirdiniz ki, güvəndiyim futbolçulardan biri də, Tural Axundovdur. Onun komandamda qalmasını istəyirəm. Mən hər zaman sözümü tuturam. Onun komandaya çox böyük xeyri var?
Tural Axundov təcrübəli futbolçudur. Uzun müddət bir çox klublarda forma geyinib. “Kəpəz” klubunda da, illər öncə forma geyinib. Yəni Gəncə azarkeşlərinin də, sevimlilərindən olan futbolçudur. Xasiyyəti, insanlığı, çox yaxşıdır. Bilirsiniz ki,dünya futbol təcrübəsində də, meydanda oynayan məşqçi var. Tural Axundovu da, “Kəpəz”in oynayan məşqçi hesab etmək olur. Elə şeylər var ki, futbolçular onu baş məşqçiyə deməyə utanır, çəkinir. Lakin komandanın kapitanı Tural Axundova öz sözünü deyərək mənə çatdırırlar. Bir çox problemləri həll edirik. Tural məqçi, və futbolçular və komanda arasındakı rabitəni əla saxlayır. Bundan başqa mənim gəlişimdən sonra Tural artıq demək olar ki, daim əsas heyətdə oynayır. Çox yaxşı forma yığdı. Yəni əsas heyətdə özünü yaxşı göstərməyi bacardı. Həm futbolçu, həm kapitan kimi ondan razıyam. Meydanda çox yaxşı çıxış edir. Turalın futbolçularla ünsiyyəti, mehribançılığı, baş məşqçi ilə gözəl rabitə yaratması üstünlükdür. Turala bir balaca qardaşım kimi çox hörmət edirəm.Turalla birgə bir çox xeyriyyə tədbirlərində iştirak edirik. Bir sözlə, məni bu futbolçu qane edir. Komanda üçün çox dəyərlidir.
Əfran İsmayılovun şaiələri, şərlərindən belə çıxırdı ki, futbolçuların cərimələrinin yarısını cibinizə qoyursunuz. Biz bilirik ki, bu yalandı. Çünki Həm komandanın kapitanı, həm digər futbolçular bunun yalan olduğunu bildiriblər. Niyə belə ediblər?
Deyir suda boğulan şəxs, bir saman çöpündən yapışıb qurtulmağa çalışır. Küllüyən yalan və şaiədir. Bunu futbolçular da, təsdiqləyə bilər. Komanda yığılan cərimələr birbaşa futbolçulara, komanda daxilində ehtiyyacı olan şəxslərə xərclənir. Bu futbolçuların öz razılıqları ilə olur. Hətta mən özüm də, hər dəfə cibimdən şəxsi pullarımı qoyuram bu büddcəyə. Mən özüm də, 150- 200 manat pul verirəm. Hansısa futbolçunun ehtiyyacı olarsa, maddi çətinliyi olarsa, bu büdcədən ona köməklik edilir. Bunun nəyi pisdir ki? Bilirsiniz, belə söz –söhbətlər keçmişdə də, olub. Hətta o vaxt mən AZAL –da çalışanda da, mənə bir mətbuat işçisi şər atmışdı. Yazmışdı ki, Tərlan Əhmədov futbolçulardan pul yığır. Onunla görüşüb danışanda bildirdim ki, əlində sübut yoxdur, yalan yazırsan, niyə? Bildirmişdi ki, klub mənimlə reklam əməkdaşlığını dayandırdığı üçün belə qərəzli adım atmışam. Mən də, bildirdim ki, bunun mənə nə dəxli var. Niyə mənə böhtan atırsan. Söz tapa bilmədi. Bir sözlə, üzür istədi. Yəni belə hallar olur. Mən “Kəpəz”də normal, yaxşı maaş alıram. Futbolçuların qəpik –quruşu mənim nəyimə lazımdır axı.
Tərlan müəllim biz bilirik ki, siz illərdi xeyriyyə tədbirlərində iştirak edirsiniz. Bir çox ehtiyyacı olan ailələrə, şəhid və qazi ailələrinə dəstək olursunuz. Hətta biz sizinlə bu gün zəngləşəndə (söhbət dünən olub) bildirdiniz ki, Sumqayıtdasınız. Şəhid və qazi ailələri ilə görüşdəsiniz?
Bəli. Sizinlə telefonda danışarkən mən Sumqayıtda şəhid və qazi ailələri ilə görüşdə idim. Bunu həm Bakıda, Gəncədə, harda olsam edirəm. Onların qayğısına qalmaq bizim borcumuzudr. Bundan başqa, ehtiyyacı olan ailələrə, xəstə insanlara maddi dəstək oluruq. “Kəpəz”də xırda cərimələrdən yaratdığımız bir fond var. Bu futbolçular tərəfindən özləri yığılır. Bu fonda mən və məşqçilər korpusu öz cibimizdən də yardım edirik. Bizim akademiyamızda məşqçi var ki, onun həyat yoldaşı onkoloji xəstədir. Və həyat mübarizəsi aparır. Ona maddi yardım etmişik. Bunu öz şəxsi cibimizdən də dəfələrlə etmişik. Bizə təkrarən müraciət oldu ki, həmin xəstə insana yenidən əməliyyat üçün 500 manat lazımdır. Biz Tural Axundovla onu Leyla Şıxlınski xəstəxanasına çatdırdıq. Və ödəşini etdik. Bundan başqa Orxan Sadıqlının ailə problemləri vardı. Məhkəməlik problemi vardı. Bu fondan ona da, pul verdik. Bütün bunlar hamısı futbolçulara, ehtiyyacı olan insanlara xərclənir. Bir çox futbolçuların maddi sıxıntıları vardı. Yəni kredit borclarını ödədik. Klubda bir işçimizin böyrəyində şiş vardı. Biz onun müalicəsi üçün yardım etdik. Şəhid ailələri, qazi ailələri, balaları ilə görüşlərdə xərclənib. İnsanlığa bir xeyrimiz dəyməsi üçün edirik. Bunu Allah görür. Bunu demək istəməzdim. Lakin haqqımda gəzən şər, böhtan, şaiələrə görə məcburən etdim.
Əli HƏYATİ
№ | Komanda | o | x |
1 | Qarabağ | 27 | 57 |
2 | Neftçi | 27 | 56 |
3 | Zirə | 27 | 38 |
4 | Sumqayıt | 27 | 36 |
5 | Sabah | 27 | 26 |
6 | Qəbələ | 27 | 26 |
7 | Səbail | 27 | 24 |
8 | Keşlə | 27 | 23 |
№ | Komanda | o | x |
1 | Araz | 17 | 51 |
2 | Marafon | 17 | 39 |
3 | EKOL | 17 | 39 |
4 | Neftçi İK | 17 | 36 |
5 | Baku Fire | 17 | 28 |
6 | Bakı TFK | 17 | 17 |
7 | Premier Quba | 17 | 14 |
8 | Record club | 17 | 13 |
9 | Xızı Futzal | 17 | 12 |
10 | Yasamal İSK | 17 | 5 |
№ | Komanda | o | x |
1 | Neftçi-2 | 27 | 64 |
2 | Zaqatala | 27 | 56 |
3 | Turan-Tovuz | 27 | 51 |
4 | Sabah-2 | 27 | 45 |
5 | Qarabağ-2 | 27 | 34 |
6 | Keşlə-2 | 27 | 31 |
7 | Qaradağ Lökbatan | 27 | 29 |
8 | Kəpəz | 27 | 28 |
9 | Sumqayıt-2 | 27 | 22 |
10 | MOİK | 27 | 20 |