FutbolMedia.Az
  • 03:48 Bazar ertəsi
    12 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Tural Axundov:

Tural Axundov: "Tovuzda haqqımızı yedilər"

"Kəpəz"in kapitanı Tural Axundovun Futbolmedia.Az saytına müsahibəsi.

Tural Azərbaycan kubokunda daha bir qərb derbisi izlədik. Çox maraqlı, gərgin, bol qollu bir matç keçdi. Hesanda iki top geridə olsanız da, fasilədən sonra iki qol vuraraq, hesabı bərabərləşdirdiniz. “Kəpəz”in kapitanı olaraq, bu qarşılaşma haqqında nələr deyərdin?

Bu oyuna da, çox ciddi hazırlaşmışdıq. Sadəcə, buraxdığımız səhvlər bizə baha başa gəldi.Hesabda geri olsaq da, qollar vuraraq, geri dönüş edə bildik. Bundan başqa real qol imkanlarımız da, oldu ki, bundan istifadə edə bilmədik.

Fasilədə baş məşqçi Tərlan Əhmədov komandaya nələr dedi ki, meydana çıxandan sonra qollar vurmağı bacardınız. Yəni tam başqa bir “Kəpəz” gördük?

Baş məşqçimiz Tərlan müəllim bizə səbirli olmağı tövsiyyə etdi. Bundan başqa xüsusi taktiki tapşırıqlar verdi. Məhz bundan sonra komanda oyununda irəliləyiş oldu. Yəni özümüzə inam artdı. Çox həyacalı idik. Bu oyunun qalibi biz olmalı idik. Bütün baş verənlər göz qarşısında idi. Həm də,penaltimizi vermədilər.

Penalti məsələsi çox qalmaqala səbəb oldu. Bəs sən bir təcrübəli futbolçu kimi necə düşünürsən. Penalti idi?

Əlbəttə ki, 100 faiz penalti təyin edilməli idi. Rəqib oyunçu birinci ayağı topa oynasa da,ikinci ayağı futbolçuya ünvanlanmışdı. Yəni ikinci ayağı təhlükəlidir. Gərək futbolçumuzun ayağı sınardı, başı qopardı ki, hakim penalti təyin etsin? Burada bizə haqsızlıq olduğunu deyərdim. Əgər hakim VAR-a baxmağa gedirsə, VAR-da oturan hakimlər briqadası baş hakimi manitora dəvət edirsə, demək ki, 70-80 faiz penalti var. Çox təəssüflər olsun ki, penaltimizi vermədilər. Yəni Gəncənin kubokda növbəti mərhələyə keçmək haqqı yeyildi.

Oyun başa çatandan dərhal sonra futbolçular arasında qalmaqal baş verdi. Sən də, həmin vaxtı futbolçuları ayırmağa qaçdın. Nə baş vermişdi?

Məncə, futbolçular arasında bir anlaşılmamazlıq oldu. Bildiyimə görə, futbolçular bir –birinə söyünc ediblər. Məhz bundan sonra ara qarışıb. Məncə bir kapitan olaraq aranı sakitləşdirmək istədim. Lakin azarkeşlərin stadiona girməsi, futbolçulara söyüşlə təzyiq etməsi, “Turan Tovuz”un mühavizəsi belə futbolçulara təhqiredici sözlər deyirdilər. Mən başa düşə bilmirəm ki, mühafizəçi kimdir ki, gəlib futbolçu ilə dalaşsın, təhqir etsin. Bütün bunlara diqqə etmək laızmdır. Bütün bunlar Azərbaycan futboluna ləkə gətirən bir şeylərdi.

Növbəti oyunda “Zirə”yə qarşı oynayacaqsınız. Bu oyundan nə gözləyirsən. Səncə, ən azından bir xal belə qazanamaq olarmı?

“Zirə” çox yaxşı komandadır. Lakin bizim də, mütləq qalib gəlməyimiz lazımdır. Əlimizdən gələni edəcəyik ki, qalib gələk. Lakin ən pis halda belə meydandan xalla ayrılmaq istəyirik. İlin son oyununda fasiləyə xalla getmək sitəyirik.

Əli HƏYATİ

22-12-2022, 11:32
18560
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
21-12-2022, 19:12
Tərlan Quliyev:
Tərlan Quliyev: "Azərbaycan kubokunda yarımfinala adlamaq "Turan Tovuz" üçün uğurdu"
15-12-2022, 14:01
Tural Axundov:
Tural Axundov: "Sabah"la qələbəyə bərabər bir xal qazandıq"
10-12-2022, 17:05
Tərlan Quliyev:
Tərlan Quliyev: "Neftçi" ilə oyun çox çətin keçəcək"
10-12-2022, 15:20
Tural Axundov:
Tural Axundov: "Tovuzda qalib gəlib əvəzini çıxarıq"
14-11-2022, 15:14
Tural Axundov:
Tural Axundov: "Turan Tovuz"la oyunda iki xal itirən tərəf biz olduq"
17-10-2022, 14:02
Tural Axundov:
Tural Axundov: "Neftçi" ilə oyunda həm qırmızı vərəqə aldıq, həm də baxtimiz gətirmədi"
20-09-2022, 09:55
Tural Axundov:
Tural Axundov: " Tərlan müəllim fasilədə komandanı ruhlandırdı"
1-03-2022, 19:11
Tural Axundov:
Tural Axundov: "Sabah"la oyunda qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdur"
20-02-2022, 15:04
Tərlan Quliyev:
Tərlan Quliyev: "Təmiz penaltimiz verilmədi"
30-11-2021, 01:22
Məqsəd İsayev:
Məqsəd İsayev: “Qarabağ”la oyunda qalib gələ bilərdik"
28-11-2021, 19:20
Tural Axundov:
Tural Axundov: "Səbail"lə oyun ölüm-dirim oyunu olacaq"
7-11-2021, 12:00
İlkin Qırtımov:
İlkin Qırtımov: “Qarabağ”la oyunda daha ehtiyyatlı olmalıyıq"
  Xəbər Lenti
"Mançester Yunayted" - "Tottenhem" 1:1 VİDEO 11.10.2026, 13:05
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - YENİLƏNİR 11.10.2026, 12:04
Olise “Bayern”i ancaq iki kluba dəyişə bilər - Transfer xəbərləri 11.10.2026, 11:03
"Real" və "Barselona"dan qələbə - La Liqa 11.10.2026, 10:12
Nəriman Axundzadənin komandası xal qazandı - Türkiyə Superliqası 11.10.2026, 09:32
"Sumqayıt" - "Qəbələ" 4:1 - VİDEO 11.10.2026, 08:59
“Sumqayıt"ın baş məşqçisi: “Qələbəni tam haqq etdik” 10.10.2026, 22:28
“Zirə” - “Şamaxı” 1:1 - VİDEO 10.10.2026, 21:15
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir 10.10.2026, 20:00
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb