FutbolMedia.Az
  • 19:28 Bazar ertəsi
    24 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo

"Kəpəz"in xilaskarı Tərlan Əhmədov - Yazı

Bu mövsüm Azərbaycan Premyer Liqasına yüksələn yeni bölgə klubları oldu. Lakin bu yüksəliş dəbdəbəli yüksəlişlərdən olmadı. Yəni klubların maliyə mənbəyi çox az, infrastrukturu zəif, gələcəyi isə sual altında qalıb. Yəni bu gün “Kəpəz”ə “Turan Tovuz”a, “Şamaxı”ya illik verilən maliyə kəsilsə, klub fəaliyyətini dayandıracaq bir vəziyyətdədir. Bu maliyə dövlət və rəsmi sponsor tərəfindən ödənilir. Qısası, bu üç klub çempionatda sürünür desək yanılmarıq. Klublarin nə avtobusu, nə rəsmi saytları, nədə ki, düz əmməli bazaları yoxdur. Buların içərisində ən acınacaqlı vəziyyətdə olan Azərbaycan futbolunun beşiyi sayılan Gəncə klubudur. “Kəpəz” hətta Sovetlər Birliyi zamanında ən çox futbolçu yetişdirən, üzdə olan klub olub. “Kəpəz” bu mövsüm çempionata başlayanda çox acınacaqlı durumda idi. Ardı –ardı məğlubiyyətlər, klub daxili söz-söhbətlər, qruplaşmalar vardı. Klub daxilində, futbolçular arasında nizam –intizam isə sıfır vəziyyətində idi. Daxili qruplaşmaların bir –biri ilə də, ədavəti klbuun futbolçularına, oyunlarında qazandığı biabırçı nəticələrə birbaşa təsir etmişdi. Etmişdi ona görə deyirəm ki, bu keçmiş zamanda oldu. İndiki zamanda həmin nizam –intizamı olmayan, məğlubiyyətləri sıralayan klubdan əsər -əlamət qalmayıb. Bütün bu problemlərin çözülməsinə, aradan qalxması Azərbaycanın tanınmış mütəxəssizi Tərlan Əhmədovun baş məşqçi gəlişindən sonra oldu. Kluba gələr –gəlməz T. Əhmədov dişini kluba və futbolçulara göstərdi. Özünü klubda lotu kimi aparan, komanda yoldaşlarını aşağılıyan, Rauf Əliyevi elə ilk məşq zamanı qovdu. Bundan sonra bütün futbolçular öz payını götüdü. Bundan başqa Yaşar Vahabzadənin dövründən komanda daxili qruplaşma yaradan Əli Səmədovu əsas heyətdən uzaqlaşdırdı. Yavaş –yavaş klubun otmasferini korlayan adamları sıxışdırıb bir qırağa saldı. Komanda əməll başlı peşəkar məşqlər etməyə başladı. Hətta günə iki məşq edirdilər. Çünki futbolçuların fiziki durumu çox aşağı, bəzilərinin isə artıq çəkisi belə vardı. Bir çox məsələlərə əl gəzdirən T. Əhmədov klub daxilində işləyən, parçalanma yaradan,onun və bir çoxlarının torbasını tikmək istəyənlərin dərsini verdi.

"Kəpəz"in xilaskarı  Tərlan Əhmədov - Yazı


İndi gələn baş məşqçinin gördüyü işlərə. Biz bütün bu məlumatları etibarlı mənbələrdən əldə edə bilmişik. T. Əhmədovun gəlişindən sonra komandaya sanki ikinci bir həyat verildi. Qısa bir müddətdən sonra “Kəpəz”in özünə məxsus oyun üslubu oldu. İndi oyunlarda klubun fərqli sistemlə oynadığının şahidi oluruq. Onuda deyim ki, çox uğurlu bir sistemdir. Bu baş məşqçinin futbolda topladığı təcrübə sayəsindədir. Ən əsası isə komandanın daxilində möhtəşəm bir mehribançılıq höküm sürür. Bunu hətta klubun kapitanı Tural Axundov və digər futbolçular da, şəxsən öz ağızları ilə söyləmişdilər. Qısa bir zamanda qələbə və heç –heçələr etdilər. Əhmədovun gəlişinə qədər “Kəpəz”in bir qalibiyyəti yox idi. Qalibiyyəti qoy bir kənara heç bir xal belə qazana bilməmişdi. Lakin onun gəlişindən sonra Komanda “Şamaxı”nı məğlub edir, “Sumqayıtı”dan səfərdə xal alır. “10 milyon büdccəsi olan “Səbail”i Gəncədə darmadağın edir (3:0). Bundan başqa “Kəpəz” bu zəif heyətlə, bu çatışmamazlıqlarla belə, Azərbaycan Kubokunda həm maliyyəsi, həm heyətindəki futbolçuları Gəncə klubundan qat –qat yaxşı səviyyədə olan “Sumqayıt”ı mərhələdən kənarlaşdırır. Bu elə -belə şey deyil. Bütün bunlar çox ağır zəhmətin, ürəklə , istəklə, görülən işlərin bəhrəsidir. Bunu hər məşqçi bacara bilməz. Məslən Aleksey Baqa “Sumqayıt”da iki ilə yaxın işlədi. Lakin klub premyer –liqanı 7-ci pilllədə bitirdi. Lap elə Baqanın gedişindən sonra “Qarabağ”ı məğlub edən, Azərbaycan çempionu olan Samir Abbasovu da, misal göstərmək olar. Adam neçə aydır “Sumqayıt”ın baş məqçisiir. Lakin bir qələbəsi belə yoxdur. Hə bax bütün bu reallıqlara baxanda Tərlan Əhmədova, onun nəticələrinə Gəncə klubu, rəhbərliyi, azarkeşləri şükür etməlidir. Aaam qısa müddətdə xarüqələr yaradıb. Qapaz –altı olan bir “Kəpəz”dən, döyüşgən və artıq rəqiblərin çəkindiyi bir klub yaradıb. Çox təəssüflər olsun ki, onun bu uğurlarına belə barmaq arası baxanlar var. Elə özlərinin klub daxilində məşqçinin bu uğurlarını gözü götürməyənlər var.

"Kəpəz"in xilaskarı  Tərlan Əhmədov - Yazı


Hansı ki, Gəncə klubunun daxilində çalışanlardı. Özləri də, vaxtı ilə “Kəpəz”də top qovanlardı. Lakin belə bir məslə var. Düzgün yol, düzlük, gec və ya, tez əyrini vuracaq. Yəni haqq vəədalət sonda hər zaman qalib olur. Bu durumda “Kəpəz”i Azərbaycan kubokunun növbəti mərhələsinə daşıyan T. əhmədovun hələ çox sensasiyalarını görə biləcəyik. Buna görə, klub rəhbərliyi, futbolçular baş məşqçinin arxasında durmalı, daima dəstək olmalıdırlar. Kubokun növbəti mərhələsində “Kəpəz” daha bir bölgə klubu “Turan Tovuz”la mübarizə aparacaq. Hazırki duruma baxsaq, “Kəpəz” klubu “Turan Tovuz”u da, mərhələdən uzaqlaşdırmaq iqtidarındadır. Bildiyimizə görəş futbolçular Tərlan Əhmədovun başına pərvanə kimi fırlanır. Çüki bütün dırdlərini ona deyirlər. O isə bu problemləri rəhbərliyə çatdırır, tez bir zamanda həll etdirir. Bax əsl baş məşqçi belə olar. Buna görə də, futbolçular baş məşqçiyə çox hörmət bəsləyirlər. Bir jurnalist olaraq düşünürəm ki, zamanla T. Əhmədov əla bir komanda quracaq. Əgər qış fasiləsində klub rəhbərliyi baş məşqçi dediyi futbolçuları transfer edə bilsələr, onda fasilədən sonra biz daha güclü, daha əzəmətli “Kəpəz” görə biləcəyik.

Əli HƏYATİ

1-12-2022, 16:06
20237
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
18-11-2022, 23:00
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "3-4 legioner və yerli futbolçular transfer etməyi düşünürük"
24-10-2022, 10:28
"Qəbələ"ni səfərdə mat qoyan Tərlan Əhmədov - Yazı
24-10-2022, 09:09
Tural Axundov:
Tural Axundov: "Qəbələ" ilə oyunda qələbəyə layiq oynadıq"
20-09-2022, 09:55
Tural Axundov:
Tural Axundov: " Tərlan müəllim fasilədə komandanı ruhlandırdı"
19-09-2022, 08:18
Qaranlıqdan çıxan yaralı Aslan Tərlan Əhmədov - YAZI
Qaranlıqdan çıxan yaralı Aslan Tərlan Əhmədov - YAZI
10-09-2022, 15:10
Tural Axundov:
Tural Axundov: "Tərlan müəllim səviyyəli məşqçi, çox gözəl insandır"
7-09-2022, 17:36
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "Nizam -İntizam mənim üçün çox vacibdir"
15-08-2022, 07:00
Yaşar Vahabzadə və
Yaşar Vahabzadə və "Kəpəz"ə torba tikmək istəyən qüvvələr - YAZI
23-06-2022, 14:29
Biz Yaşar Vahabzadəyə inanırıq
Biz Yaşar Vahabzadəyə inanırıq
3-06-2022, 09:15
Tərlan Quliyev:
Tərlan Quliyev: "Turan"la artıq rəsmi müqavilə imzaladıq.
25-05-2022, 20:05
Yaşar Vahabzadə:
Yaşar Vahabzadə: "Bütün yerli məşqçilərə dəstək olmaq lazımdır"
14-10-2021, 11:20
Tərlan Quliyev:
Tərlan Quliyev: “Ruh yüksəkliyini saxlasaq, uğurların ardı gələcək“
  Xəbər Lenti
Daha bir tanınmış futbolçu “Trabzonspor”a keçir - Transfer xəbərləri 24.08.2026, 18:08
"Mançester Yunayted"in müdafiəçisi "Milan"ın hədəfində - Transfer xəbərləri 24.08.2026, 17:07
"Sumqayıt"dan ayrılan legioner Sloveniya klubunda 24.08.2026, 16:14
Mahmud Qurbanov millinin baş məşqçisi təyin edildi - 24.08.2026, 15:43
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI 24.08.2026, 15:32
“Komo” “Fiorentina”nın hücumçusu Moyze Kini 40 milyona transfer edir - Transfer xəbərləri 24.08.2026, 14:33
"İmişli"nin qolkiperi 39-cu oldu 24.08.2026, 14:07
İngiltərə klubu Alvares üçün hərəkətə keçib - Xarici xəbərlər 24.08.2026, 13:21
“Milan” portuqaliyalı müdafiəçini istəyir - Transfer xəbərləri 24.08.2026, 12:10
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
Bu gün, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
27-07-2026, 16:12
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb