FutbolMedia.Az
  • 10:24 Çərşənbə axşamı
    21 Aprel 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Tərlan Əhmədov:

Tərlan Əhmədov: "3-4 legioner və yerli futbolçular transfer etməyi düşünürük"

"Kəpəz" klubunun baş məşqçisi Tərlan Əhmədovun Futbolmedia.Az saytınamüsahibəsi.

Tərlan müəllim qısa bir müddətdir ki, “Kəpəz”in baş məşqçi olaraq çalışırsınız. Bu müddətdə bir çox şeylər dəyişdi. Ümumiyyətlə, bu qısa zamanda fəaliyyətinizi necə dəyərləndirərdiniz?

Hələ ki, mənim “Kəpəz”də olmağımın 3 ayı tamam olmayıb. Bu müddət ərzində komanda da, çox işlər görüldü. Mən gələndə komanda son pillədə qərarlaşmışdı. Hesabında sıfır xalı vardı. Gəlişimdən sonra komandada özünə inam yaratmağı bacardıq. Komanda daxilində bir nizam-intizam, mehribançılıq, əla bir kollektiv qurduq. Baxmayaraq ki, hesabımızda 9 xalımız var. Və turnir cədvəlində 9-cu pillədə qərarlaşmışıq. Ancaq oyun baxımından, futbolçuların özünə inamında, bir çox şeylərdə çox irəliləmişik. Komanda olaraq, çempionatda son turlarda rəqiblərimizlə başa-baş mübarizə apardıq. Mən qısa bir müddətdə gördüyüm işləri qənaətbəxş hesab edirəm. İşlərimiz hələ çoxdur. Bir çox sıxıntılarımız var. Səfərdə də, inamlı oyun sərgiləməyə başladıq. Səfər oyunlarından da, xal gətirməyə başladıq. Bütün bunlar müsbət haldır. Bəlkə də, “Neftçi” ilə də, oyundan xal qazana bilərdik. Sadəcə olaraq, erkən aldığımız qırmızı vərəqə, bəxtsizlik buna mane oldu. Lakin ümumilikdə, gördüyümüz iş qənaətbəxşdir. Biz indini deyil, gələcəyi düşünürük.

Qısa bir müddət keçsə də, “Kəpəz” klub olaraq qapazaltı olmağı, gəlib –gedən rəqiblərinə məğlub olmağını görmürük. Komandanızda nizam-intizam yüksək səviyyəyə çatdı. Müəyyən qruplaşmalar vardı ki, onları aradan qaldırdınız. Bütün bunlar doğrudurmu?

Bəli. Mən gələndə klub daxilində quplaşmalar vardı. Bütün bunlar “Kəpəz”in çıxışlarına mənfi təsir göstərirdi. Hər bir məğlubiyyət istər-istəməz həm futbolçular arasında, həm rəhbərlik arasında bir inamsızlıq yaradırdı. Komanda daxilində gərginlik çox artmışdı. Qruplaşmalar vardı ki, komandanı parçalamağa başlamışdılar. Bütün bu kimi mənfi halların qarşısını aldım. Bütün bu neqativ olaylar, qruplaşmalar, komandanın çıxışlarına mənfi təsir göstərirdi. Komanda daxilində bir xaos höküm sürürdü. Şükürlər olsun ki, bütün bu kimi bir çox çətinliklər artıq geridə qalıb. Lakin bir çox çətinliklərimiz var ki, onlarla mübarizə aparırıq. Bir çox problemlərin hələ də, aradan qalxması üçün çalışırıq.

Tərlan Əhmədov: "3-4 legioner və yerli futbolçular transfer etməyi düşünürük"


Eşitdiyimizə görə, komandaya gəldikdən sonra çox mehribançılıq yaratmısınız. Hətta komanda şəklində, rəhbərlik heyətlə bərabər gedib hansısa bir məkanda, restaranda belə nahar edirsiniz, Balıq qonaqlığı olur. Bildiyimizə görə bütün bunlar komanda daxilində ab-havanı müsbət səmtə dəyişib. Bu belədir?

Əslində əsl kollektiv məhz belə formalaşır. Təkcə meydanda, oyunlarda formalaşmır. Meydandan kənarda ilk olaraq kollektivi fotmalaşdırmaq, mehriban, nizam –intizamlı bir mühit yaratmaq lazımdır. Komanda şəklində bir –birimizə dəstək olanda formalaşır. Yeni yaranan, təzə yığılan komandada, istər –istəməz qruplaşmalar olur. Lakin bunu orta məxrəcə gətirmək lazımdır. Yenə də, təzyiqlər olur. Lakin bizə ən çox yüksək motivatsiya verən, stadiona, məşqlərə, oyunlarımıza gələn möhtəşəm Gəncə fanatlarımız var. Bunun müqabilində biz artıq komandanı formalaşdırmışıq. Qalıb əvvəlki vaxtlarda buraxılan səhvlərini düzəltmək. Çox sevinirəm ki, mehriban bir kollektiv formalaşdırmağı bacarmışıq. Bunu təkcə mən deyil, rəhbərlik səviyyəsində də, edə bilmişik. Sağ olsun rəhbərliyimiz İlqar Nadiri. Bizə hər zaman qayğı göstərir. Həm maddi çətinliklərimizi həll edir. Həm komandaya mənəvi dəstək olur. Bizim əsas məqsdimiz odur ki, futbolçularda özünə inamı bərpa etməkdir. Bundan başqa komanda yoldaşları, məşqçilər heyəti ilə rəhbərliklə arasında bir mehriban bağ olsun.

Həm azarkeşlərin, həm mətbuatın dəstəyini görürsünüz. Çünki gəlişinizdən sonra “Kəpəz”də çox şey müsbətə tərəf dəyişib. Komanda qələbələr qazanır. Heç –heçələr edir. Yəni fərqli bir “Kəpəz” görürük. Hər ev oyununda da, 5 min azarkeşin dəstəyini görürsünüz. Yəni azarkeşlər də, artıq sizi qəbul edib. Ümumiyyətlə, Gəncə klubunun azarkeşləri ilə görüşləriniz olubmu?

Bəli. Mənim Gənə klubunun fanatları ilə tez-tez görüşlərimiz olur. Bir məkanda oturub söhbət edirik. Onlar istəklərini, arzularını deyirlər. Bilirsiniz ki, Gəncə futbol şəhəridir. Sovetlər birliyində “Neftçi” ilə bərabər “Dinamo Kirabad” klubu olub. Həm “Neftçi”nin, həm də, ”Dinamo Kirabad” klubunun heyətində gəncəli futbolçular çoxluq təşkil edib. Yəni bu şəhər futbol diyarıdır. Buranın fanatları futbolu çox gözəl təhlil etməyi bacarır. Bizim qələbələrimizdən, heç –heçələrimizdən sonra azarkeşlər gəilb komandaya, mənə, rəhbərlik heyətinə təşəkkür edirlər . Onlar da, “Kəpəz”in hazırki durumunu yaxşı anlayır. Maddi çatışmamazlıq, futbolçu çatışmamazlığı və sair problemlərdən xəbərdardılar. Bütün bunlara baxmayaraq bizə dəstək verirlər. Çünki komandanın oyununa baxanda, inkişafı görürlər. Fanatlarla mənim ayda 1-2 dəfə görüşlərimiz olur. Fanatlar bu komndanın yarısıdır. Ümumiyyətlə, futbol azarkeşlər üçün oynanılır. Bundan başqa mənə və Gəncə klubuna, bölgə klublarına dəstək olan bütün jurnalistlərə, mətbuata, öz təşəkkürümü bildirirəm. Hazırki durumda bölgə futbolu inkişaf etməlidir. Bu gün bölgə futbolu az olsa da, var. Bilirəm ki, bunu hamı istəyir. Elə jurnalistlər də, bölgələrdə futbolun olmasını çox arzu edirlər. Mətbuat bu gün artıq o qədər peşəkarlaşıb ki, ağı – qaradan ayırmağı bacarırlar. Kimin necə işlədiyini, hansı uğurlar qazandığını, yaxşı bilirlər. Təlan Əhmədovun iki illik fasilədən sonra futbola qayıdışını gördülər. Məğlub olduğumuz vaxt da, məni və komandamı tənqid edirdilər. Lakin sağlam və yerində olan tənqidə hər zaman açığam. Mətbuat da, futbolun inkişafında çox böyük rolu var. Hörmətli mətbuat nümayəndələri yaxşı görürlər ki, “Kəpəz”də də, çox çatışmamazlıqlar var. Həm maddi mənada, həm klubun avtobusunun olmaması, hətta bizim tərcüməçimiz belə yoxdur. Bütün bu çətinliklərə baxmayaraq yaxşı komanda qurmaq üçün əlimdən gələni edirəm. Var gücümüzlə çalışırıq. Bunu görən, haqqına dəyərləndirən, çətin yolda bizlərə dəsətək olan mətbuat işçilərinə təşəkkür edirəm. Hazırki ağır durumuzu başa düşən və mənə, komandaya dəstək verən mətbuat işçilərinə minnətdaram. Komandamıza simpatiya yaranması, oyunlarımızda irəliləyişin olmasını mətbuat da, yaxşı görür. Əlimizdən gələni edəcəyik ki, daha yaxşı olsun.

Tərlan Əhmədov: "3-4 legioner və yerli futbolçular transfer etməyi düşünürük"


Etibarlı mənbədən aldığımız məlumata görə, Tərlan Əhmədov olaraq futboldan kənarda da, bir çox xeyriyyə işlərində də, aktiv iştirak edirsiniz. Hər bir komanda daxilində futbolçulara cərimələr olur. Siz bu cərimələri bir neçə futbolçu ilə ehtiyyacı olan qazi, şəhid ailələrinə dəstək olmaq üçün yardım edirsiniz. Bundan başqa sıravi ehtiyacı olan vətəndaşlara da, dəstək olursunuz. Həmçinin, cərimə pulları ilə komnadanı birlikdə toplayıb hansısa bir məkanda komanda ilə birgə nahar və ya, şam yeməyi yeyirsiniz. Bütün bunu mehriban kollektiv yaratmaq naminə edirsiniz. Bu doğru məlumatdırmı?

Açığı bu barədə danışmağı xoşlamıram. Çünki bu kimi işlər, yardımlar həm Allah xatirinə görülür. Lakin təkcə cərimələrlə deyil, şəxsi vəsaitimlə də, edirəm. Çünki şəhid və qazi ailələri bizlərin başının tacıdır. Onların harayına çatmaq, dəstək olmaq, sevmək bizlərin boynunun borcudur. Komanda şəklində digər çox ehtiyyacı olan insanlara, çox ağır xəstə olan vətəndaşlarımıza yardımlar etmişik. Bunu şəxsi maliyyəm vasitəsi ilə də, etmişəm. Və bundan sonra da edəcəm. Siz bilirsiniz ki, mən ibadət əhliyəm. Mən bunu indi deyil, illər öncədən edirəm. Allah bizə bu gün ruzi yetirirsə, biz də, bu ruzidən şəhid, qazi ailələrinə, xəstə vətəndaşlarımıza, ehtiyacı olan insanlara yardım etməliyik. Bunu özümüz üçün mənəvi borc hesab edirik. Bu yardımları biz klub olaraq, komanda olaraq bu yardımları birlikdə həyata keçiririk. Hər şeydə bir xeyir var. Bu işdə mənə kamandanın kapitanı Tural Axundov, və digər bir neçə futbolçu yardım edir. Bir neçə veteran futbolçularımız da, öz dəstəyini göstəririlər. Nə qədər ki, həyatda yaşayırıq, biz bu xeyir işlərimizi davam etdirəcəyik.

Tərlan müəllim qış transfer dönəmi yavaş-yavaş yaxınlaşır. Bir baş məşqçi olaraq yerli və ya, əcnəbi transferlərin olmasını qərarlaşdırmısınızmı. Və daha çox hansı mövqelərə transferlər olacaq. Çox güman ki, ilk növbədə hücumçu almaq istəyəcəksiniz?

İnşəallah ki, bununla bağlı planlarımız var. Qarşımıza məqsəd qoymuşuq ki, komanda premyer liqada qalsın. Mənim qarşıma rəhbərlik tərəfindən qoyulan qərardı. Lakin mən daha yaxşı nəticələr üçün çalışacam. Hətta 5-ci pilləyə də, layiq ola bilərik. Bun üçün mütləq güclənməliyik. Və mütləq transferlər olmalıdır. Əlbəttə ki, komandadan gedənlər də, olacaq. Bir neçə futbolçu ilə yollarımızı ayırmağı düşünürük. Bunların içində əcnəbi və yerlilər də var. Hardasa, 3-4 futbolçunun transferini nəzərdə tutmuşuq. Bunların içərisində iki əcnəbi futbolçular olacaq. Yerli futbolçulara gəlincə isə mən daha çox öz akademiyamızda olan bir neçə futbolçuya üstünlük vermişəm. Akademiyamızda 2005-ci il təvəllüdlü Arzunu dəvət etmişik. Bizim komanda ilə də, məşqlər edir. “Turan Tovuz”la oyunda da, ehtiyyat skamiyada əyləşmişdi. Nihad, Mahir Həsənov və sair gənc futboluları heyətimizə cəkb etməyi düşünürük. Hər yaş qrupundan iki futbolçu dəvət edirəm. Həm klubda ab-hava çox müsbətə doğru dəyişirik. Həm də, ki, onların arasında bir rəqabət olsun. Ən əsası hücum və yarımmüdafiə xəttini gücləndirmək üçün transferlər etməyə çalışacağıq. Bizim ən əsas çatışmayan mövqeyimizdir. Gələcək də, çalışacağıq ki, hər mövqedə bir rəqabət yaradaq. Yəni balanslaşdırmağa çalışacağıq.

Komandanızın kapitanı Tural Axundov meydanda çox yaxşı oyun sərgiləyir. Sanki ikinci baharını yaşayır. Həm ötürmələr də, həm hücumda, həm də, ki komanda oyunu ilə müdafiədə çox möhtəşəm çıxış edir. Mən deyərdim ki, “Kəpəz”də baş məşqçi, kapitan sintezi sizdə çox əla alınır. Aranızda bir inam var. Bu fikirimlə razısınız?

Mən oynadığım klublarda kapitanın necə önəmli bir fiqur olduğunu görmüşəm. Əsl və yaxşı kapitan komandanın yarsı kimidir. Ümumiyyətlə, kapitan ikinci baş məşqçi kimidir. Sanki meydanda baş məşqçinin sağ əli olmalıdır. Sırf oyun baxımından, komandanı arxasınca aparan liderlik funksiyası olmalıdır. Tural Axundov da, bu liderlik keyfiyyətləri var. Komandada bir mehribançılıq yaradıb. Istənilən çətinliyi olan futbolçu bunu kapitanına, Turala deyə bilər. Tural da, mənə müraciət edir. Yəni kollektiv içərisində çox gözəl bir bağ yaranıb. Bir çox futbolçular olur ki, öz problemini baş məşqçiyə deməyə utanırlar, ya istəmirlər. Lakin Tural Axundov onlarla maraqlanır. Dərdlərini soruşur. Daima ünsiyyətdə olur ki, məsləni bilsin. Və nə çətinliyi olursa, mənə müraciət edir. Və əlimdən gələni dirəm ki, futbolçuların problemlərini həll edim. Kapitana xas olan bütün funksiyalar Tural Axundov da, var. Bəli. Bir müddət oynamadı. Çünki artıq çəkisi vardı. Lakin indi hər şey yaxşı səviyyədədir. Artıq öz oyun formasını yığıb. Və hər oyundan –oyuna daha yaxşı təsir bağışlayır. Biz də, çalışırıq ki, Turalın təcrübəsindən istifadə edək. Bütün bunlar bizi çox sevindirir. Sevinirik ki, komandamızın Tural kimi kapitanı, lideri var.




Artıq futbol üzrə DÇ -2022-ci il start götürməyə yaxındır. Bu Mundialda hansı komandaya azarkeşlik edirsiniz. Ümumiyyətlə, bu DÇ-da sensasiyalar olacaqmı. Və sizin fovaritiniz hansı millidir?

Mənim azarkeşlik etdiyim komanda Portuqaliyadır. Neçə illərdi Ronaldoya və Joze Maurinyoya görə Portuqaliya millisinə böyük simpatiyam yarandı. Düşünürəm ki, bu dünya çempionatında da, yüksək yerlər tuta biləcək gücə malikdirlər. Lakin mən Argentina millisinin Dünya çempionu ola biləcəyini təxmin edirəm. Bu Messi üçün son Dünya çempionatı olacaq. Sensasiyalara gəlincə isə çox olacaq. Daha çox Afrika, və Asiya komandalarından belə senssiyalar gözləyirəm. Misir , Marakeş milliləri sensasiya edə bilərlər. Bu mənim subyektiv fikrimdir.

ƏLİ HƏYATİ

18-11-2022, 23:00
23558
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
24-10-2022, 10:28
"Qəbələ"ni səfərdə mat qoyan Tərlan Əhmədov - Yazı
24-10-2022, 15:59
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qol vurduqdan sonra sanki nəsə baş verir"
24-10-2022, 09:09
Tural Axundov:
Tural Axundov: "Qəbələ" ilə oyunda qələbəyə layiq oynadıq"
17-10-2022, 14:02
Tural Axundov:
Tural Axundov: "Neftçi" ilə oyunda həm qırmızı vərəqə aldıq, həm də baxtimiz gətirmədi"
20-09-2022, 09:55
Tural Axundov:
Tural Axundov: " Tərlan müəllim fasilədə komandanı ruhlandırdı"
4-09-2022, 14:42
Tərlan Quliyev:
Tərlan Quliyev: "Çətinliklərə baxmayaraq səfərdən qələbə ilə dönməyi bacardıq"
6-08-2022, 15:22
Tural Axundov:
Tural Axundov: "Zirə" ilə oyunda məğlubiyyətə layiq deyildik"
25-05-2022, 20:05
Yaşar Vahabzadə:
Yaşar Vahabzadə: "Bütün yerli məşqçilərə dəstək olmaq lazımdır"
29-01-2022, 12:34
Tural Axundov:
Tural Axundov: "Qarabağ"a meydanda dirəniş göstərməliyik"
20-01-2022, 08:05
Tural Axundov:
Tural Axundov: "Oyunlar başlayana qədər yaxşı formada olacam"
11-01-2022, 08:17
Tural Axundov:
Tural Axundov: "Fasilənin sonuna qədər tam optimal formada olacam"
10-10-2021, 16:21
Sənan Qurbanov:
Sənan Qurbanov: “Zaur Axundovun komandaya göstərdiyi diqqət bizə stimul verir“
  Xəbər Lenti
“Nyukasl”ın hücumçusu Entoni Qordon “Bayern” yolunda - Transfer xəbərləri 21.04.2026, 10:15
“Zirə” - “Turan Tovuz”a qarşı - Azərbaycan Kuboku 21.04.2026, 09:11
“Neftçi” bəyanat yaydı 21.04.2026, 08:08
“Barselona” Alexandro Balde ilə yollarını ayıra bilər - Transfer xəbərləri 20.04.2026, 18:09
Klopp Almaniya milli komandasını çalışdırmağa yaxındır - Xarici xəbərlər 20.04.2026, 17:08
Eli Junior Krupi "Mançester Yunayted"ə keçə bilər - Transfer xəbərləri 20.04.2026, 16:16
Salah “Liverpul”la vidalaşdı - Xarici xəbərlər 20.04.2026, 15:44
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı 20.04.2026, 14:25
“Çelsi” “Sanderlend”in futbolçusunu istəyir - Transfer xəbərləri 20.04.2026, 14:04
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
26-03-2026, 17:03
Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya
Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya
4-04-2026, 07:19
Hakim Əliyer Ağayevdən
Hakim Əliyer Ağayevdən "Turan Tovuz"a qarşı şərəfsizlik, Ehtiram Quliyevdən haqlı irad - YAZI
23-03-2026, 17:01
"Qarabağ" klubuna və Azərbaycan futboluna düşmən kəsilən hoqqabaz AFFA utan -YAZI
8-04-2026, 15:57
"İmişli" klubunu ayaqda saxlayan, yaşadan Kamran Eyyubov -YAZI
23-03-2026, 09:11
"Turan Tovuz" klubu və Azərbaycan futbolu üçün dəyər olan Ehtiram Quliyev -YAZI
1-04-2026, 17:15
Gəncə futbolunu və
Gəncə futbolunu və"Kəpəz"i yüksəlişə aparan rəhbərlik və idarə heyəti - YAZI
24-03-2026, 14:21
Türkiyə - Rumıniya oyununu fransalı hakimlər idarə edəcək
Türkiyə - Rumıniya oyununu fransalı hakimlər idarə edəcək
24-03-2026, 17:08
"Mançester Yunayted" Alfonso Deyvisi "Bavariya"dan transfer etmək istəyir - Transfer xəbərləri
26-03-2026, 19:06
Leaodan baş məşqçi ilə problem yaşadığı iddialarına reaksiya -
Leaodan baş məşqçi ilə problem yaşadığı iddialarına reaksiya - Xarici xəbərlər
7-04-2026, 17:07
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
27-03-2026, 10:15
Azərbaycan millisi Sent Lüsiyaya qarşı -
Azərbaycan millisi Sent Lüsiyaya qarşı - YENİLƏNİR
2-04-2026, 16:17
"Barselona"nın prezidenti Xoan Laporta FIFA-nı tənqid etdi - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb