FutbolMedia.Az
  • 08:59 Bazar
    8 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Rəhman Hacıyev:

Rəhman Hacıyev: "Qarabağ"la oyunda uşaq səhvlərinə yol vermək olmaz"

"Neftçi" klubunun aparıcı futbolçusu Rəhman Hacıyevin Futbolmedia.Az saytına müsahibəsi.

Rəhman Azərbaycan Premyer Liqasının 15 –ci turunda “Neftçi” doğma meydanda “Səbail”ə qalib gəldi. Maraqlı və bol qollu bir matç oldu. Komandan qalib gəlsə də, səni oyunda görə bilmədik. Olmaya yenidən zədələnmisən?

Heç bir zədəm yoxdur. Hazırki durumum yaxşıdır. Sadəcə, baş məşqçi oynatmadı. Bu baş məşqçinin şəxsi işidir. Mən də, onun fikirlərinə hörmətlə yanaşıram. Hətta meydana yeni və təcrübəsi olmayan gənc futbolçu buraxdı. Meyda buraxılmadığıma görə bir tərəfdən də, təəssüflənmirəm. Çünki həmin gün karyerasında lk dəfə gənc futbolçu peşəkar karyera yaşadı. Azərbaycan premyer liqasında top qovdu. Bu hislər mənə də, çox tanışdı. Çünki onun yerində bir vaxtlar mən də, olmuşam. Çox möhtəşəm bir hislərdi. Çox böyük sevinc və həyacanlı andır. Buna görə bu gənc komanda yoldaşımın nə hislər keçirdiyini çox yaxşı başa düşürəm.Biz də, ona dəstək olmağa çalışdıq. Matça gəlincə isə rəqibin də, çox yaxşı real qol imkanları oldu. Yəni “Səbail” sona qədər mübarizə apardı. Lakin bütün bunlara baxmayaraq daha yaxşı oynayıb, qələbəni qazanan tərəf biz olduq. Mənə gəlincə isə daim bütün oyunlara hazıram. Hər zaman öz üzərimdə maksimum şəkildə məhsuliyyətlə çalışıram. İnşəallah növbəti oyunda meydanda olacağıma ümüd edirəm.

Növbəti turda “Qaraba”la möhtəşəm bir “Derbi” matçınız gəlir. “Qarabağ” –“Neftçi” oyunu hər zaman böyük ajotaja, azarkeş marağına səbəb olub. Bu dəfə də, anşlaq olacağını gözləmək olar. Bu oyuna hazırlıqlar necə gedir. Komandanızdakı ab –hava, psixoloju durum, qələbəyə inam hansı vəziyyətdədir?

Hazırlıqlar hər zamanki kimi yüksək səviyyədədir. Bütün komanda dərk edir ki, gərgin və maraqlı oyunlardan biri olacaq. Rəqibimizin kimliyi və gücü bizə yaxşı bəllidir. Lakin bizi ən çox narahat edən məsələ hazırda çox sayda zədəlilərimizin olmasıdır. Stanko məşqə yalnız bu gün qoşulub. Eddi İsrafilov təzə sağalıbdır. Mənə gələndə isə hələ yeni –yeni özümə gəlmişəm. Bilirdiniz ki, mən də, 15 gün oynamadım. Kenni zədəli idi. Yeni qoşulub komandaya. Bir sözlə, əskiklərimiz var. Lakin yenə də, komanda olaraq meydana çıxıb, əzimkar oyun göstərəcəyik. İnşəallah ki, sonda sevinən tərəf biz olaraıq.

Yəqin ki, “Qarabağ”ın –“Zirə” ilə oyununa baxdın. Hesab (0:0) bitddi. Yəni qısa bir müddət öncə “Qarabağ” bu rəqibinə 7 qol vurmuşdu. Bu dəfə isə birini belə vura bilmədi. Yəni durumları sən deyən yaxşı görünməyə bilər.Bunu “Neftçi” üçün üstünlük hesab etmək olarmı?

Bu futboldur. Elə oyunlar olur ki, alınmır. Keçən dəfə çox qol vurublar deyə, bu o, demək deyil ki, bütün matçları qalib gəlməlisən. Yəni futbolda belə şeylər qaçılmazdır. Mən həmin qarşılaşmanı izlədim. Sizə deyim ki, “Zirə” çox yaxşı təsir bağışladı. Kollektiv olaraq yaxşı çıxış etdilər. Buna görə də, bir xal qazandılar. Lakin biz başqa klubların nəticələrinə baxmırıq. Düzdü, rəqibləri analiz edirik. Lakin peşəkar komanda olaraq işimizə davam edirik. Biz “Qarabağ”ın nəyə malik olduğunu yaxşı bilirik. Çox güclü rəqibdir. Buna görə, çox diqqətli olmalıyıq. Heçnədən uşaq səvlərinə yol vermək olmaz. Lakin meydanın hər qarışı uğrunda sona qədər mübarizə aparsaq, sonda yaxşı nəticə qazana bilərik.



Sosial şəbəkələrdə azarkeşlərin sənin meydana çıxmamağından narahatdır. Yəni birbaşa səni “Qarabağ”la ounda görmək istəyirlər. Çünki statistika sənin böyük və güclü komandalarla oyunda daha möhtəşəm performans göstərdiyini deyillər. Yəqin ki, səni “Qarabağ”la oyunda görə biləcəklər. Bunu gözləmək olarmı?

İnşəallah gözləsinlər. İçimdə də, çox böyük inam var. Inanıram ki, bu oyunda komandamın uğur qazanması üçün yardımçı olacam. Məni və komandamızı dəstəkləyən azarkeşlərə də, öz minnətdarlığımı bildirirəm. Mən də, istərdim ki, oynayıb və qol vurum.İnşəallah onları sevindirəcək nəticə qazanarıq.

Rəhman Hacıyev:



Rəhman çox güman ki, Qətərdə keçrilən DÇ -2022-ni izləyirsən. Yəqin ki, bu mundial baş verən sensasiyaları da, gördün. Bu DÇ-2022 haqda sənin də, fikirlərini öyrənmək istərdim. Ümumiyyətlə, bu sensasiyaları gözləyirdin?

Mən deyərdim ki, bu mundial çox gözlənilməz oyunlar, sensasiyalar oldu. Məsələn Yaponiya millisinin Almaniya millisinə qalib gəlməsi, Ərəbistan millisinin Messinin komandasını udması. Belçikanın məğlubiyyəti və sair. Mənim ən çox izlədiyim və güvəndiyim komandalar Portuqaliya, Braziliya, İspaniyadır. Ən sevdiyim komanda isə Braziliyalıdır. Pərəstiş etdiyim futbolçu Neymarın zədəli olması, İsveçrəyə qarşı oynamadı. Bu oyunda da, onun yeri çox görünürdü.

Finalda hansı komandaların oyununu görmək istərdin?

Mən finalda Braziliya – Portuqaliya, və ya, İspaniya millilərinin oyununu görmək istərdim. Düşünmürəm ki, Asiya və ya, Afrika komandalarından hansısa biri finala gəlib çıxacaq. Çünki, Braziliya, İspaniya, Portuqaliya komandaları olan yerdə, onlara imkan verməz. Mənim fovaritim Braziliyadır. Düzdü, Portuqaliya millisinə də, azarkeşlik edirəm. Heyətində Ronaldo oynayır. Bu yaşnda belə enerji, belə performans, rekorda imza atmaq hər futbolçuya nəsib olmur. Futbolçunun 37 yaşı var rekordlara doymur. Nələrsə etmək istəyir. Çox maraqlı bir mundial olacaq.

Əli HƏYATİ

29-11-2022, 16:03
24427
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
1-11-2022, 21:09
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Hazırda məşqlərimi edirəm,hər şey yaxşıdır"
24-10-2022, 09:09
Tural Axundov:
Tural Axundov: "Qəbələ" ilə oyunda qələbəyə layiq oynadıq"
12-10-2022, 15:19
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Gəncə səfərindən qələbə ilə dönmək istəyirik"
4-10-2022, 15:15
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Azarkeşlərin istədiyini vermək üçün daha çox oynamalıyam"
26-09-2022, 09:35
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Qarabağ"la bizi çətin və marqlı oyun gözləyir"
9-08-2022, 18:04
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Rapid"lə səfərdə bizi çox çətin oyun gözləyir"
4-03-2022, 07:39
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Növbəti oyunlarda qol vuracağıma inanıram"
8-02-2022, 19:35
Bahadur Həziyev:
Bahadur Həziyev: "Qarabağ"la çətin oyunda sona qədər döyüşməliyik"
14-11-2021, 21:01
Tural Axundov:
Tural Axundov: "İnşəallah "Qarabağ"la oyundan sonra sevinən tərəf biz olarıq"
7-11-2021, 11:52
Ruslan Əmircanov:
Ruslan Əmircanov: “Qarabağ” la oyunda da, yaxşı nəticə qazana bilərik"
5-11-2021, 08:34
Tərlan Quliyev:
Tərlan Quliyev: "İlk qolu “Neftçi”yə biz vursaq, qələbə də bizim olacaq"
27-10-2021, 08:19
Mirabdulla Abbasov: “Qarabağ”la oyun çox çətin keçəcək“
Mirabdulla Abbasov: “Qarabağ”la oyun çox çətin keçəcək“
  Xəbər Lenti
"Zirə"nin qələbəsindən - VİDEO 8.11.2026, 08:04
"Roma" İngiltərə klubundan Ceymi Gittens üçün ağız açdı - Transfer xəbərləri 7.11.2026, 17:40
Azərbaycan U-21 millisinin heyəti açıqlandı 7.11.2026, 17:08
Leroy Sane "Qalatasaray"ı ABŞ klubuna dəyişə bilər - Transfer xəbərləri 7.11.2026, 16:07
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər 7.11.2026, 15:35
“Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı - YENİLƏNİR 7.11.2026, 14:08
Neymarın atası “Santos”un baş direktoru oldu - Xarici xəbərlər 7.11.2026, 13:07
“Hamburq” “Borussiya”nı məğlub etdi - Almaniya Bundesliqası 7.11.2026, 12:06
PSJ hücumçusu Usman Dembeleilə yeni müqavilə imzalamağa yaxındır - Transfer xəbərləri 7.11.2026, 11:04
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb