FutbolMedia.Az
  • 15:58 Cümə
    18 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Rəhman Hacıyev:

Rəhman Hacıyev: "Qəbələ" ilə oyun çox ağır olacaq"

"Neftçi" klubunun təcrübəli futbolçusu Rəhman Hacıyevin Futbolmedia.Az saytına müsahibəsi.

Rəhman ilk olaraq Premyer Liqanın 13-cü turunda səfərdə “Sumqayıt”la oyundan danışmaq istərdim. Səfərdə maraqlı və bol qollu bir matç oldu. Oyundan öncə çox fikirlər vardı. “Neftçi”dən qələbə gözləyənlər də, çox idi. “Sumqayıt”ın sensasiya edəcəyini deyənlərdə vardı. Çox maraqlı tur oldu. “Neftçi”nin təcrübəli futbolçusu kimi nəticə haqqında nə deyərdin?

Təbbii ki, bizdən qələbə gözləyirdilər. Çünki “Sabah”la aramızda xal fərqi artıq böyüyür. İndi xal fərqimiz artıq 8 oldu. Əlbəttə ki, bu faciə deyil. Çünki qarşıda uzun bir marafon var. Lakin ən yaxın rəqibimizi bu qədər uzağa buraxmamalıyıq.Buna görə də, bizə mütləq qələbə lazım idi. Çox gərgin bir matç oldu. Bol qollu, dinamik bir qarşılaşma keçdi. “Sumqayıt” öz meydanında çox yaxşı çıxış etdi. Oyunda da, çox istəkli idi. Məhz buna görə bizimlə matçdan bir xal qazanmağa müəssər oldular. Lakin ruhdan düşmürük. Bu oyundakı xal itkisi ilə yaşamaq olmaz. İrəli baxırıq və qələbə qazanmalıyıq. Bizə mütləq qələbələr lazımdır.

Rəhman Hacıyev:


Rəhman “Neftçi”in ən önəmli futbolçularından biri olaraq sən iki tur komandana kömək edə bilmədin. Məlum məsələ idi ki, zədə buna imkan vermədi. Lakin “Sumqayıt”la oyunda komandan məğlub durumda olarkən matçın 75-ci dəqiqəsində meydana çıxaraq, döyüşə atıldın. Və sənin çıxışından sonra komanda bərabərlik qolunu vurarq, məğlubiyyətdən qurtuldu. Mən deyərdim ki, hətta çıxışından sonra “Neftçi”nin hcumları da, artdı. Və qələbə qolunu da, vura bilərdiniz. Ümumiyyətlə, meydanda olduğun və sonradan daxil olsan belə, hər zaman seçilməyi bacarırsan. Ya qol vurur, və ya, komandanın qələbə asistlərini edirsən. Sən zədədən sonra öz oyununla bağlı nə düşünürsən?


Təşəkkür edirəm ki, siz jurnalistlər mənim oyunumu belə dəyərləndirirsiniz. Bilirsiniz ki, iki turdu meydana çıxmırdım. Zədəyə görə iki oyunda komandama kömək edə bilmirdim. Lakin oyunlarına baxır, ürəyim dualarım komandamla birlikdə idi. Zədədən qayıtsam da, komandamın məğlubiyyətdən qurtarması üçün, əlimdən gələni etdim. Hətta qələbə qolunu da, vura bilərdik. Müəyyən epizodlarda bəxtimiz gətirmədi. Növbəti oyunlarda daha yaxşı təsir bağışlayacağımı düşünürəm. Çalışacam ki, əsas heyətdə yerimi tutum. Baş məşqçinin etimadını qazanmaq üçün, əas heyətdə olmaq üçün var gücümlə çalışıram. Sadəcə, zədələr bir qədər futbolçuları geri atır. İndi şükür hər şey yaxşıdır. Allah zədədən qorusun. Zədədən təzə çıxmışam. İnşəallah çalışacam növbəti turlarda daha yaxşı performans göstərim.

Rəhman Hacıyev:


Növbəti tur daha güclü rəqib “Qəbələ” ilə üz –üzə gələcəksiniz. Bilirsən ki, “Qəbələ” evdə güclü “Zirə”ni də məğlub etməyi bacardı. Bu oyun sizin üçün də, çox əhəmiyyət kəsb edir. İndidən çox ağır bir oyun olacağı gözlənilir. “Qəbələ” ilə oyun öncəsi nələr deyərdin. Bu oyundan nə gözləyirsən?

“Qəbələ” çox yaxşı komandadır. Bunu göstərdikləri oyunları ilə sübut edirlər. Yəni sıradan bir komanda deyil. Çox çətin bir oyun olacaq. “Zirə” ilə oyunlarına da, baxmışıq. “Zirə”ni də, evdə məğlub etməyi bacardılar. Lakin biz də, öz meydanımızda oynayırıq. Xal itirmək kimi limitimiz çox azalıb. Bu matçda mütləq qələbə qazanmalıyıq. Meydanda sonacan vuruşmalı, qalib gəlməyə çalışacağıq. Üç xal bizə hava-su kimi vacibdir.

Bəs “Qəbələ”nin rəqib olaraq özəlliyini, üstünlüyünü nədə görürsən. Yəni bu komandanın ən təhlükəli mövqeyi hücumdur. Yoxsa, cinahlardan daha təhlükəli olurlar. Bir sözlə, ehtiyyat etdiyin mövqeləri?

Düzünü deyim ki, rəqib komanda kompakt oyuna üstünlük verir. Komanda şəkilində hücuma çıxmaları və komanda şəklində müdafiə olmaları var. Hücuma çox sürətli çıxmağı bacaran komandadır. Bunu hər oyunda görmək olur. Dinamik oyun sərgiləyirlər. Mən belə görürəm. Meydana çıxıb sonacan döyüşəcəyik. İnanıram ki, sonda qalib tərəf biz olacağıq.

ƏLi HƏYATİ

9-11-2022, 14:19
23327
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
1-11-2022, 21:09
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Hazırda məşqlərimi edirəm,hər şey yaxşıdır"
24-10-2022, 09:09
Tural Axundov:
Tural Axundov: "Qəbələ" ilə oyunda qələbəyə layiq oynadıq"
17-10-2022, 09:43
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qarabağ"la oyun çox çətin keçəcək"
4-10-2022, 15:15
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Azarkeşlərin istədiyini vermək üçün daha çox oynamalıyam"
26-09-2022, 09:35
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Qarabağ"la bizi çətin və marqlı oyun gözləyir"
13-09-2022, 15:43
Rəhman Hacıyev:
Rəhman Hacıyev: " Meydanda daha çox vaxt olsam, qollar vuraram"
7-04-2022, 19:35
Rəhman Hacıyev:
Rəhman Hacıyev: “Neftçi”yə qol vurmaq üçün əlimdən gələni edəcəm"
27-03-2022, 21:03
Əkbər Vəliyev:
Əkbər Vəliyev: "Qəbələ"yə uğurlu nəticə üçün gedirik"
4-03-2022, 07:39
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Növbəti oyunlarda qol vuracağıma inanıram"
4-02-2022, 12:04
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Bütün bu çətinliklərə baxmayaraq biz meydana qələbə üçün çıxacağıq"
18-11-2021, 12:20
Tərlan Quliyev:
Tərlan Quliyev: “Sabah”la oyunumuz çox çətin olacaq"
25-10-2021, 18:18
Tərlan Quliyev:
Tərlan Quliyev: “Əlimdən gələni edirəm ki, komandam qalib gəlsin“
  Xəbər Lenti
Azərbaycan kubokunun püşkü atıldı 18.09.2026, 15:23
AFFA Pakistanla futbol əməkdaşlığını müzakirə etdi - FOTO 18.09.2026, 15:00
"Kəpəz"in hücumçusu Rəhman Hacıyev : "Sumqayıt"la sfərdə bizi çətin oyun gözləyir" 18.09.2026, 14:34
“Qalatasaray”ın hücumçusu Viktor Osimhen Nigeriya millisinə çağrıldı - Xarici xəbərlər 18.09.2026, 14:05
“Monako”nun yarımmüdafiəçisi “Çelsi”yə keçməyə yaxındır - Transfer xəbərləri 18.09.2026, 13:13
“Qarabağ” “Şəfa”ya qarşı - YENİLƏNİR 18.09.2026, 12:20
Milliyə 30 futbolçu çağırıldı - Siyahı 18.09.2026, 12:01
"İmişli"nin futbolçusu Fərid Nəbiyev: "Sabah"ın gücü hər kəsə məlumdur" (ÖZƏL AÇIQLAMA) 18.09.2026, 12:00
Polşalı futbolçu Nikola Zalevski “Milan”ın siyahısında - Transfer xəbərləri 18.09.2026, 11:08
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
11-09-2026, 12:08
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb