



“Neftçi”nin baş məşqçisi Vernidub qələbələrin sirrini açıqladı
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 11-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunda qazandıqları qələbədən (1:0) danışıb.
Futbolmedia.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:
- Hamını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edirəm. Arzu edirəm ki, Azərbaycanda həmişə sülh hökm sürsün, insanlar gözəl və xoşbəxt həyat yaşasınlar – məhz özlərinin istədikləri kimi. Həmçinin ümid edirəm ki, bir gün Ukrayna azad olacaq və qələbə qazanacaq. Qoy insanlar sülh şəraitində yaşasın və arzuladıqları həyata qovuşsunlar. Mən bu günü səbirsizliklə gözləyirəm və ümid edirəm ki, həmin günü görəcəyəm.
- Artıq ikinci oyundur ki, qələbə qolunu meydana sonradan daxil olan futbolçu vurur. Bunu əvvəlcədən planlaşdırmışdınız?
- Ehtiyat oyunçular skamyasından meydana daxil olan futbolçuların nəticəyə təsir etməsindən çox razıyam. Bu, ehtiyat qüvvəmizin yaxşı formada olduğunu göstərir. Oyundan əvvəl Şkrtbekə start heyətində yer almayacağını, lakin sonradan meydana çıxacağını dedim. Ona bir qədər istirahət vermişdik. Hər oyundan əvvəl komandanın oyununu gücləndirmək üçün kimin kimi əvəzləyəcəyini müəyyənləşdiririk. Buna görə də meydana kimin çıxacağını həmişə bilirik. Bu, məni çox sevindirir və böyük məmnunluq yaradır.
- Emil Səfərov milliyə dəvət olunmur...
- Bu, bizim daxili məsələmizdir. Hər şey yaxşı olacaq. Məhz buna görə də dialoq aparır, vəziyyəti müzakirə edirik. Hesab edirik ki, onun istirahətə ehtiyacı var. Daha səylə çalışmalı və əvvəlki Səfərova çevrilməlidir. Buna əminəm. “Neftçi” onunla təsadüfən müqavilə imzalamayıb. O, bizə lazımdır və komandamız üçün çox vacib futbolçudur. Bunu nə qədər tez dərk etsə, həm komanda, həm d
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























