FutbolMedia.Az
  • 10:51 Bazar
    25 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Yaşar Vahabzadə:

Yaşar Vahabzadə: "Vidadi Rzayevlə aramızda söz - söhbət olmayıb"

"Kəpəz" klubunun baş məşqçisi Yaşar Vahabzadənin Futbolmedia.Az saytına müsahibəsi.

Yaşar müəllim bildiyimizə görə bu yaxınlarda Gəncədə oldunuz. Artıq Bakıdasınız. Səfərlə bağlı hansı işlər görüldü. Səfərin məqsədi nə idi?

Doğrudur ki, bu yaxınlarda Gəncəyə səfər etdim. İndi Bakıda işimi davam etidirərm. Gəncəyə səfər etməyimdə ilk məqsədlərimizdən biri məşqçilər korpusu ilə Vidadi Rzayevlə görüşümüz oldu. Məşqçilər korpusu ilə bir çox futbolçuların oyunlarını izlədik. Həmçinin legionerlərin oyunlarına baxıb, bir çox məsələləri müzakirə etdik. Bundan başqa müəyyən sənədləri gətirməli idim. Bəzi sənədləri imzalamalı idim. Ümumilikdə hər şey plan üzrə gedir.

Söz – söhbət yayılıb ki, köməkçiniz Vidadi Rzayevlə aranız dəyib. Güya ki, sizə hirslənərək komandadan ayrılıb. Bu doğru məlumatdır. Yoxsa, növbəti şaiədir?

Çox gülməlidir. Mən bilmirəm bu şaiələri hansı mənbələrdən alırlar. Hardan çıxardırlar. Ən gözəl və düzgün mənbə mən və Vidadi Rzayev ola bilər. İkimizə və ya, ikimizdən birinə zəng edib, məsələnin olub-olmadığını öyrənə bilərlər. Yəni kökündən yalnış xəbərdir. Bir neçə iki gün öncə də, Vidadi müəllimlə bir yerdə idik. Bir yerdə çalışırıq. Və Vidadi Rzayevi mən çoxdan tanıyıram. Dostduğumuz var. Yaxşı dost, yaxşı yoldaşıq. Onunla mehriban dostluğumuz var. Vidadi Rzayev də, bu yalan xəbəri oxuyub, çox əsəbləşdi. Məndə dedim ki, əşi boş ver getsin. Həqiqət belə deyil ki,əsəbləşirsən. Şükür hər şey qaydasındadır. Bilirsiniz, lazım olmayan sözləri yazmaq, olmayan şeyləri işıqlandırmaq, aranı qatmaq lazım deyil. Yəni dostluqları pozmağa çalışmaq, aranı qızışdırmaq düzgün şey deyil.

Yaşar Vahabzadə: "Vidadi Rzayevlə aramızda söz - söhbət olmayıb"


Transferlərlə bağlı məsələ nə yerdə qalıb. Bildiyimizə görə bu gün, uzağı sabah transferləri açıqlayacaqsınız. Yəni rəsmi müqavilələr olacaq?

Açığını deyim ki, çox yazılar oxudum ki, “Kəpəz” klubu çox ləng davranır. Transferlər etmir. Belə götürəndə heç bir klubumuzun səs –səmiri gəlmir. Yəni klubların parta-partla yeni transferlərini görmürük. Deməli hər şey qaydasına salınır. Biz yeni Premyer – Liqaya çıxmış komandayıq. Başımızı aşağı salıb öz işimizi görürük. Bir çox futbolçularla artıq danışmışıq. Tam olaraq razılığa gəlinib. Bircə müqaviləyə qol çəkmək lazımdır. Artıq 5-6 yerli futbolçular var ki, onlarla tam razılıq əldə etmişik. Bundan başqa legionerlərlə bağlı çox ciddi işlər gedir. Legionerlərin menecerləri ilə daimi əlaqədəyik. Demək olar ki, müqavilə bağladığımız futbolçular var. İcarə götürdüyümüz futbolçular da, var. Yaxın 1-2 günə bunları açıqlayacağıq. Əsas yerli futbolçularla bağlı işlərimizi yekunlaşdırmallyıdıq. Bilirsiniz ki, yerli futbolçu qıtlığı da, var. Sonra legionerlərlə bağlı işlərə başlamalı idik. Hər şey plan üzrə gedir. Yaxın günlərdə rəsmi müqavilələr olacaq. Legioner futbolçuların bir çoxunun oyunlarını izləmişik. Məşqçilər korpusu ilə analiz edirik. Elə legionerlər ola biləcək ki, onları biz birbaşa müqaviləyə dəvət edəcəyik. Elələri də, var ki, biz onları baxışa çağıracağıq.

Komandanın toplanışı nə vaxt, ayın neçəsinə planlaşdırılıb?

Toplanışa iyun ayının 20-si Gəncədə başlayacağıq. İlk on günlüyün sonunda yoldaşlıq oyunu keçirməyi düşünürük. Sonra planlarımızda ölkə xaricinə yollanmaq planları da daxil ola bilər. Yəni ola bilər ki, yaxın qonşulardan bir ölkəyə yollanaq. Türkiyə və ya, Gürcüstanda təlim-məşq toplanışını davam etdirə bilərik. Lakin hələ tam dəqiq söz demək olmur. Bununla bağlı müəyyən işlər görülür. Bir sözlə, bizə veriləcək vəsaitdən hər şey aslıdır.

Əli HƏYATİ

10-06-2022, 20:31
35269
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
28-05-2022, 12:45
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Lakin indidən adlarını çəkmək istəmirəm"
27-05-2022, 14:54
Tərlan Quliyev:
Tərlan Quliyev: "İki ayın maaşını hələ almamışıq və deyirlər ki, AFFA köçürmür"
25-05-2022, 20:05
Yaşar Vahabzadə:
Yaşar Vahabzadə: "Bütün yerli məşqçilərə dəstək olmaq lazımdır"
19-05-2022, 13:32
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "İki Türk, iki Azərbaycan klubundan təkliflər var"
18-05-2022, 14:33
Riad Rəfiyev:
Riad Rəfiyev: "Uğurlu nəticələrə azərbaycanlı, yerli futbolçularla imza atmışıq"
16-05-2022, 15:45
Fəhmin Muradbəyli:
Fəhmin Muradbəyli: "Menecerim Türk klubu ilə danışıq aparır"
3-03-2022, 18:25
Arif Əsədov:
Arif Əsədov: "Baş məşqçi De Byazi və məşqçilər korpusu çempionatı diqqətlə izləyir"
20-12-2021, 13:24
Arif Əsədov:
Arif Əsədov: "Millətlər Liqasındakı rəqiblərimiz dişimizə görədir"
17-12-2021, 08:15
Sənan Qurbanov:
Sənan Qurbanov: "Lazımlı futbolçu tapmaq qış zamanı asan deyil"
15-10-2021, 12:26
Arif Əsədov:
Arif Əsədov: "Hər şeyə rəğmən millimizdə irəliləyiş var"
11-09-2021, 15:15
Yaşar Vahabzadə:
Yaşar Vahabzadə: “Göründü ki, fiziki durumları normaldır“
16-06-2021, 12:37
Gündüz Abbaszadə: “Dino Ndlovu ilə danışıq aparmağımız yalnız şaiədir“
Gündüz Abbaszadə: “Dino Ndlovu ilə danışıq aparmağımız yalnız şaiədir“
  Xəbər Lenti
"Neftçi" - "Turan Tovuz" 1:1 - VİDEO 25.10.2026, 10:10
Millimizin üzvü Şeydayev oynadı, "Soçi" qələbə qazandı 25.10.2026, 09:19
Canni İnfantino İlham Əliyevə təşəkkür edib 25.10.2026, 08:07
Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik” 24.10.2026, 21:03
Nəriman Axunzadə və komandasından daha bir qələbə - Türkiyə Superliqası 24.10.2026, 20:36
"Şəfa" - "Kəpəz" 1:2 - VİDEO 24.10.2026, 20:25
Azər Məmmədov: "Yaxşı sponsorumuz olsa..." 24.10.2026, 19:03
Zaur Həşimov: “Hazırda çox çətin durumdayıq” 24.10.2026, 18:41
"Lill" türkiyəli qapıçı ilə danışıqlara başladı - Transfer xəbərləri 24.10.2026, 17:00
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
28-09-2026, 14:00
Millimizin rəqibi Lixtenşteyn məğlub oldu
Millimizin rəqibi Lixtenşteyn məğlub oldu
6-10-2026, 12:10
"Sabah"ın qapıçısı Amin Ramazanov: "Neftçi" ilə oyunda azarkeşlər gözəl matç izaləyəcək." (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb