FutbolMedia.Az
  • 09:38 Bazar
    25 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Yuri Vernidub:

Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik”

Misli Premyer Liqasının 9-cu turunda "Neftçi" "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

Futbolmedia.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Yuri Vernidub matçdan sonra oyun haqda ümumi fikirlərini bölüşüb:

- Oyunun gedişatını nəzərə alsaq, nəticədən razısınız?

- Bunu demək mənim üçün çətindir. Oyuna yaxşı başlamadıq. İlk 20 dəqiqədə rəqib daha təhlükəli oynayırdı. Müdafiəçimizin səhvindən sonra azlıqda qaldıq. Təəccüblü olsa da, bundan sonra daha yaxşı oynamağa başladıq. Qol vurduq və fasiləyə üstünlüklə yollandıq.

İkinci hissədə çətin olacağını bilirdim. Beş müdafiəçi ilə oynamağa keçdik. Bütün zonaları bağlaya bildik və qola qədər rəqibə şans vermədik. Balayevə təşəkkür edirəm, o, komandamızı ikinci qoldan xilas etdi. Bütün bunları nəzərə alsaq, məğlub olmadığımıza görə razı qala bilərik. Amma istənilən halda, iki xal itirdiyimizi düşünürəm. Mən hər oyunda qalib gəlmək istəyirəm.

- Ribeyronun qırmızı vərəqə almasını necə şərh edərdiniz?

- Futbolçunun sadə epizodda niyə belə qərar verdiyini anlamaq çətindir. Sadə epizod idi. Topu meydandan çıxara bilərdi. Topa qədər məsafə 7 metr, İbrahima Vadjiyə qədər isə 14 metr idi. Müdafiəçi daim hərəkətdə olmalı, meydanda piyada gəzməməlidir. Üstəlik, həmin epizodda bizə qarşı ciddi pressinq də yox idi. Artıq 10 aydır buradayam və bu məqam üzərində işləyirəm. Görünür, yaxşı işləməmişəm. Bu istiqamətdə daha çox çalışmağa davam edəcəyəm.

- Çempionluq uğrunda mübarizədə əsas rəqibləriniz “Qarabağ”, “Sabah”, “Turan Tovuz” və “Zirə”dir. Bu komandalara qarşı oyunlarda qələbə qazana bilməməyiniz sizi nə dərəcədə narahat edir?

- Mən həmişə qalib gəlmək istəyirəm. Qələbə qazana bilməmək mənim üçün çox ağrılıdır. Halbuki bunun üçün imkanlarımız da olub. “Qarabağ”a qarşı 3:1 öndə idik, amma sonda hesab 3:3 oldu. “Sabah”la görüşdə də qələbə qazana bilərdik. Əsas odur ki, artıq bu rəqiblərə uduzmuruq və onlarla bərabər səviyyədə mübarizə aparırıq.

- Emin Mahmudovun yoxluğunun səbəbi nədir?

- Onun yüngül zədəsi var. Hətta oyun üçün iştirak ərizəsinə də daxil etməmişdik.

- İqor Ribeyronun “Turan Tovuz”la oyunlarda artıq üçüncü qırmızı vərəqəsidir. Bəlkə, onun bu rəqibə qarşı xüsusi aqressiyası var?

- Deməzdim ki, aqressiyası var. Müdafiəçi həmin epizodda səhv etdi, topa daha tez çatmalı idi. Düşünmürəm ki, o, rəqibə qarşı bilərəkdən sərt oynasın və onu zədələmək istəsin. Dünən Ukrayna çempionatında “Dinamo” - “Kudrivka” matçında İvan Petryak zədələndi. Çox ağır zədə aldı, kəllə sümüyündə də sınıq yarandı. Orada da aqressiya yox idi, futbolçular baş-başa toqquşmuşdular. Yaxşı ki, hər şey yaxşı qurtardı. Ən vacibi futbolçuların sağlamlığıdır.

- Bakıda U-15 dünya çempionatı keçirilir. Oyunları izləməyə getməyi planlaşdırırsınız?

- Əvvəlcə oyunların qrafikinə baxmaq lazımdır. Amma o qədər işim var ki, vaxt tapmaq çətin olacaq. Səhər saat 9-da bazaya gəlirəm, axşam 7-də oradan çıxıram. Bəzi məşqçilərim isə gecə saat 11-12-də də işdən ayrılırlar. Çünki rəqiblərimizi ətraflı təhlil etməliyik.

Analizlərimiz çox yaxşı alınır. Amma maraqlıdır ki, bəziləri niyə on

Dünən, 21:03
5074
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
17-10-2026, 21:30
Vernidub:
Vernidub: “Futbolçular psixoloji təzyiq altında qalmamalıdır”
18-09-2026, 19:55
Vernidub:
Vernidub: “Sabah" bizə müraciət etsə..."
24-08-2026, 08:11
Yuri Vernidub:
Yuri Vernidub: "İki qələbədən sonra göylərdə uçmaq lazım deyil"
5-04-2026, 20:40
Yuri Vernidub:
Yuri Vernidub: "Həmin matçları səbirsizliklə gözləyirəm"
15-12-2025, 22:10
Yuri Vernidub:
Yuri Vernidub: "Mən sehrbaz deyiləm, amma klubu ən azı 3-cü yerə qaldırmalıyıq"
28-11-2025, 21:25
Kurban Berdiyev:
Kurban Berdiyev: "2 xal itirdik"
29-08-2025, 23:15
Samir Abasov:
Samir Abasov: "Əliyar Ağayev "qırmızı" gördüsə, mən onu dəstəkləyirəm"
25-07-2024, 23:00
Samir Abasov:
Samir Abasov: "30 faizlik şansımızdan bərk yapışacağıq"
22-01-2024, 20:35
Ayxan Abbasov:
Ayxan Abbasov: "Hakimlərə də qalib gəlmək lazımdır"
29-04-2023, 18:35
Samir Abasov:
Samir Abasov: "Qəbələdə oynamaq çətindir"
16-09-2022, 21:10
Ayxan Abbasov:
Ayxan Abbasov: "Hakimlər sanki qərar verə bilmirlər"
5-11-2021, 08:34
Tərlan Quliyev:
Tərlan Quliyev: "İlk qolu “Neftçi”yə biz vursaq, qələbə də bizim olacaq"
  Xəbər Lenti
Millimizin üzvü Şeydayev oynadı, "Soçi" qələbə qazandı 25.10.2026, 09:19
Canni İnfantino İlham Əliyevə təşəkkür edib 25.10.2026, 08:07
Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik” 24.10.2026, 21:03
Nəriman Axunzadə və komandasından daha bir qələbə - Türkiyə Superliqası 24.10.2026, 20:36
"Şəfa" - "Kəpəz" 1:2 - VİDEO 24.10.2026, 20:25
Azər Məmmədov: "Yaxşı sponsorumuz olsa..." 24.10.2026, 19:03
Zaur Həşimov: “Hazırda çox çətin durumdayıq” 24.10.2026, 18:41
"Lill" türkiyəli qapıçı ilə danışıqlara başladı - Transfer xəbərləri 24.10.2026, 17:00
Premyer Liqada 3 klub “Gəncəbasar”ın bombaridi ilə maraqlanır 24.10.2026, 16:07
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
28-09-2026, 14:00
Millimizin rəqibi Lixtenşteyn məğlub oldu
Millimizin rəqibi Lixtenşteyn məğlub oldu
6-10-2026, 12:10
"Sabah"ın qapıçısı Amin Ramazanov: "Neftçi" ilə oyunda azarkeşlər gözəl matç izaləyəcək." (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb