FutbolMedia.Az
  • 13:45 Çərşənbə axşamı
    25 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Riad Rəfiyev:

Riad Rəfiyev: "Uğurlu nəticələrə azərbaycanlı, yerli futbolçularla imza atmışıq"

"Sumqayıt" klubunun prezidenti Riad Rəfiyevin Futbolmedia.Az saytına müsahibəsi.

Riad müəllim artıq Azərbaycan Premyer Liqasının növbəti mövsümü də, başa çatır. Turnir cədvəlindəki hazırki durumunuz və göstərdiyiniz nəticələrlə bağlı klub rəhbəri kimi fikirlərinizi bilmək istərdim?

Əlbəttə ki, bu mövsüm “Sumqayıt”dan gözlədiyimiz nəticələri ala bilmədik. Biz bundan daha yaxşı nəticə istəyirdik. Çünki buna potensialımız da, imkan verirdi. Çempionatın sonuna bir tur qalıb. Sonuncu turun oyunu böyük ölçüdə heç bir şey dəyişməyıcək. Sadəcə, mövqeyimizi bir qədər yaxşılaşdıra bilərik. Bildiyiniz kimi “Sumqayıt”a yanvar ayından yeni baş məşqçi Aleksey Baqa gəldi. Bunu da, bildirmişdik ki, Baqaya mütləq zaman lazımdır. Azərbaycan futboluna, komandaya odabtasiya olmaq lazımdır. Əcnəbi mütəxəssizdən qısa zamanda nə isə yüksək nailiyyətlər tələb etmək doğru olmaz. Bizim əsas gözləntilərimiz növbəti mövsüm üçün olacaq. Çalışacağıq ki, növbəti mövsüm daha yaxşı çalışqan, döyüşgən, bir komanda formalaşdıraq.

Aleksey Baqanın gəlişindən sonra “Sumqayıt”ın oyununda sistemli dəyişikliklər oldu. Məsələn, komanda dördlü müdafiədən, üçlü müdafiə sisteminə keçdi. Əlbəttə ki, belə dəyişikliklər nəticəyə müəyyən qədər təsir göstərir. Siz necə düşünürsünüz?

Çox doğru vurğuladınız. Oyun sistemində baş məşqçi dəyişikliklər etdi. Bir çox dəyişikliklər oldu. Tərtib edilən yeni sistemə öyrəşmək var. Bunun üçün də, zaman lazımdır. Bir çox şeylər var ki, üst – üstə düşməsi, uğur qazanması üçün vaxta ehtiyyac duyulur. Bizlər futbolun içində olan bir peşəkarlar kimi bunu yaxşı bilirik. Bu 1-2 günə düzələn işlər deyil.

Riad Rəfiyev:


Sözlərinizdən belə başa düşdüm ki, Aleksey Baqaya güvəniniz böyükdür. Hələ onunla illərlə işləməkdə maraqlısınız. Yəni bu mütəxəssizdən gözləntiləriniz böyükdür. Bu belədir?

İlk olaraq, Aleksey Baqa ilə müqaviləmiz var. İkinci bir tərəfdən niyə də, yox. Niyə də, onunla işimizə, əməkdaşlığa davam etməyək. Baqa həm təcrübəli, həm nəticə vermiş bir məşqçidir. Biz bu üç ayda baş məşqçidən nə gözləyə, hansı uğur gözləyə bilərdik ki? çox qısa bir zamanda bu mümkün deyil. Onunla iş birliyinə çox maraqlıyıq. İnanıram ki, çox gözəl nəticələrini də, görəcəyik. Baqanın həm müqaviləsi, həm də, vaxtı da var ki, çempionata yaxşı bələd olsun. Yaxşı tanısın. İstədiyi oyunu, istədiyi sistemə komandanı uyğunlaşdırsın.Düşünürəm ki, bunu bacaracaq. Biz heç bir yana tələsmirik.


Riad müəllim deyilənə görə, “Sumqayıt” klubunda mayın sonunda çoxlu sayda dəyişikliklər gözlənir. Yəni komandanı tərk edəcək futbolçular çoxluq təşkil edəcək. Bu doğru məlumatdır?

Bu doğru məlumatdır ki, dəyişikliklər gözlənilir. Çoxluq təşkil edəcək, və ya, az olacağını indidən demək istəmirəm. Çünki hazırda bunu demək düzgün olmaz. Çünki hələ bizim qarşıda bir tur oyunumuz qalıb. Çmpionat bitdikdən sonra oturub baş məşqçi ilə müzakirə edəcəyik. Bu yöndə söhbətlərimiz olacaq. Müşahidə şurası ilə birlikdə qərarlar veriləcək. Bundan sonra komandada kimin qalacağı, kimlərin gedəcəyi bəlli olacaq.

Riad Rəfiyev:


Bəs yeni mövsümdə daha güclü, daha iddialı olmanız üçün bir neçə legioner transfer edəcəksinizmi. Yoxsa, elə yerli futbolçularla davam edəcəksiniz?

Düzünü deyim ki, mən bu barədə hələ fikirləşmirəm. Bundan başqa “Sumqayıt” klubu yerli və gənc futbolçularımızla iki dəfə avrokubok yarışlarında iştirak edib. Bu turnirə vəsiqə qazanmışıq. Çempionatda 3-cü yeri qazanmışıq. Bunlar elə -belə nəticələr deyil. Həm az büdcə, həm də, yerli , gənc futbolçularla bunu bacarmışıq. Buna görə də, bizim öz sistemimiz, planlarımız,strategiyamız var. Məhz bu xəttlə hərəkət edirik. Bizim başlıca məqsədlərimizdən biri də, Azərbaycan futbolunun inkişafına təkan verməkdir. Gənc, yerli futbolçuların Azərbaycan Premyer Liqasında oynaması, təcrübə toplaması,parlaması, müxtəlif milli komandalar üçün kəşf edilməsidir. Komandanı elə yerli futbolçularla da, gücləndirmək olar. Azərbaycanda çoxlu sayda səviyyəli, güclü yerli futbolçular var.

Komanda bu yay təlim-məşq toplanışını ölkə xaricində keçirəcək. Yoxsa Azərbaycanın baxımlı güşələrindən birini seçəcəksiniz?

Əlbəttə ki, təlim – məşq toplanışımız yaxşı səviyyədə olmalıdır. Bütün bunlar nəzərdə tutulub. Sadəcə, çempionat tam başa çatandan sonra bununla bağlı müzakirələr edəcəyik. Və planlı şəkildə həyata keçiriləcək. Əlbəttə ki, baş məşqçi Aleksey Baqa ilə bütün bunları danışacağıq. Və növbəti gedişatlarla bağlı qərarlar olacaq.

Azərbaycan futbolçularının, gənc istedadların üzə çıxması, müxtəlif millilərin heyətinə dəvət alması sizin “Sumqayıt” klubuna rəhbərlik etdiyiniz dönəmlərə düşür. Yəni bu işdə sizin də, zəhmətinizin olduğunu danmaq olmaz. Bu sizin klub rəhbəri kimi uğurunuzdu. Siz daha iddialı klubda çalışmaq istərdiniz. Yəni təklif olarsa,hə deyərdiniz?

Mən “Sumqayıt” klubunun prezidentiyəm. Sizin dediyiniz təklif haqda heç fikirləşməmişəm. Çox sevinirəm ki, Azərbaycan futboluna az da, olsa töhvə verirəm. Və mənim imkanım çərçivəsində bundan sonra da, öz dəstəyimi əsirgəmiyəcəm. Bir sözlə, başqa klub məni maraqlandırmır.

Əli HƏYATİ

18-05-2022, 14:33
46283
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
18-05-2022, 12:07
Elmar Baxşıyev:
Elmar Baxşıyev: "Mütləq onun yerini dolduracaq futbolçuya ehtiyacımız var"
15-05-2022, 20:45
Aleksey Baqa:
Aleksey Baqa: "İnkişafla bağlı planlarımız var"
12-05-2022, 22:00
Aleksey Baqa:
Aleksey Baqa: "Son iki oyunu ləyaqətli şəkildə keçirməliyik"
11-05-2022, 12:49
Aftandil Hacıyev:
Aftandil Hacıyev: "Səbail" klubunun rəhbərliyi də, qalmağımı istəyir"
20-01-2022, 08:05
Tural Axundov:
Tural Axundov: "Oyunlar başlayana qədər yaxşı formada olacam"
20-12-2021, 13:24
Arif Əsədov:
Arif Əsədov: "Millətlər Liqasındakı rəqiblərimiz dişimizə görədir"
17-12-2021, 08:15
Sənan Qurbanov:
Sənan Qurbanov: "Lazımlı futbolçu tapmaq qış zamanı asan deyil"
12-12-2021, 18:34
Səna Qurbanov:
Səna Qurbanov: "İstəyirik ki, fasiləyə qələbə qazanıb, yaxşı əhval ruhiyyə ilə yollanaq"
15-11-2021, 12:18
Millimizin məşqçisi Arif Əsədov:
Millimizin məşqçisi Arif Əsədov: "Onda gərək Çin və Hindistan futbolda lider ölkələr olsunlar"
10-10-2021, 16:21
Sənan Qurbanov:
Sənan Qurbanov: “Zaur Axundovun komandaya göstərdiyi diqqət bizə stimul verir“
9-10-2021, 12:27
Aftandil Hacıyev:
Aftandil Hacıyev: “Təsəffür edin ki, dua edirik Raufa, Nikolasa heçnə olmasın “
  Xəbər Lenti
“Liverpul” Barkola üçün yeni təklif hazırlayır - Transfer xəbərləri 25.08.2026, 13:12
"Çelsi" müdafiəçisini La Liqa klubuna icarəyə verəcək - Xarici xəbərlər 25.08.2026, 12:13
“Sabah” (Azərbaycan) - “Hapoel”ə qarşı - YENİLƏNİR 25.08.2026, 11:30
“Yuventus” polşalı qapıçı ilə maraqlanır - Transfer xəbərləri 25.08.2026, 11:00
“Karvan-Yevlax”dan növbəti transfer 25.08.2026, 10:10
"Bolonya" - "Latsio" 0:1 - VİDEO 25.08.2026, 09:15
“Qarabağ”la oyun öncəsi “Tvente”də yeni müqavilə 25.08.2026, 08:13
Dambrauskas: "Matçın taleyini əsas vaxtda həll etmək istəyirik" 24.08.2026, 20:31
Daha bir tanınmış futbolçu “Trabzonspor”a keçir - Transfer xəbərləri 24.08.2026, 18:08
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
Dünən, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
27-07-2026, 16:12
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb