



Gəray Qiyasov: "Premyer liqada qalsaq belə, sona qədər mübarizə aparacağıq" (Müsahibə)
"Kəpəz" klubunun Media və Marketinq departamentinin direktoru Gəray Qiyasovun Futbolmedia.az saytına müsahibəsi.
Gəray bəy son zamanlar “Kəpəz”in oyunlarında bir dirçəliş, yüksəliş olduğu görünür. Deyəsən işlər artıq yavaş-yavaş yoluna düşür. Bu doğurdan belədir?
İlk olaraq, onu deyim ki, mövsümün əvvəlindən bəri komandanın çıxışları heç ürək açan deyildi. Komandanın nəticələri yaxşı deyildi. Bu danılmaz fakdır. Lakin zaman keçdikcə həm baş məşqçi Azər Bağırovun, həm də, klubun idarə heyıtinin birgə işi, birliyi və gördükləri işlərin nəticəsi son oyunlarda özünü göstərdi. Artıq dörd oyundur ki, komandamız “Kəpəz” məğlub olmur. İnanırıq ki, bu məğlubiyyətsiz seriyamız uzanacaq. Özünüz də, gördünüz ki, “Sumqayıt”ı inamlı oyunumuzla məğlub etdik. “Zirə” komandası son saniyədə vurduğu qolla məğlubiyyətdən qaçdı. Turan Tovuz”la oyunda da, hesabda irəli olsaq da, təəssüfər olsun ki, hesabı qoruya bilmədik. Bundan sonra “Qarabağ” kimi güclü rəqibi də, ikinci dəfə məğlub etməyi bacardıq. Bütün bu oyunlardakı qazandığımız qalibiyyətlər, nəticələr təsədüfü ola bilməz.
Turan Tovuz”la oyunda yenə də, hesabda irəlidə oldunuz. Lakin belə güclü rəiblə oyunda, hazırkı çətin və vacib durumda, qazandığınız bir xalı qələbəyə bərabər hesab etmək olarmı?
Əlbəttə ki, turnir cədvəlindəki komandalar arasındakı xal fərqini, sıxlığı,nəzərə alsaq hər oyunda qazanılan xalın böyük əhəmiyyət kəsb etdiyini düşünsək, bu elə qələbəyə bərabər bir xaldır. Onu da, sizə deyim ki, “Turan Tovuz”la oyun boyu bir neçə real qol vəziyyətləri ilə hesabı artırmaq şanslarımız oldu. Təssüflər olsun ki, alınmadı. Bu futboldur. Və futbolda belə hallar olur. Sözüm odur ki, biz Tovuz klubu ilə oyunda meydanda döyüşərək, hücum edərək, dəfələrlə real qol vəziyyətləri yaradaraq xal qazndıq. Təsəadüfü nəticə deyil. Bu oyunlarda xal qaznadığımız komandaların hamısı yüksək nəticə, avrokuboklar uğrunda mübarizə aparan, maliyə durumu yüksək olan komandalardı. Yəni zəif rəqiblər deyil.
“Qarabağ” üzərində sonuncu oyunda qazanılan qələbə futbol camiəsində, içtimaət içərisində çox söz –söhbət yaratdı. Məhz penalti mövzusu daha qlobal partlayış yaratdı. Sizcə, hakimlərə düzgün qərar verdi?
Həmin oyunda VAR və baş hakimin penalti ətrafındakı danışıqların səs yazısı yayıldı. Hər kəs orada danışılanlardan xəbərdar oldu. Hakimlərin danışığında, VAR analizlərində də, top “Kəpəz”in futbolçusunun ilk olaraq, ayağına dəymişdi. Biz bu oyuna var gücümüzü qoyduq. Bacardığımızı edərək qələbə qazandıq.

“Kəpəz” hazırda 21 xalla 10-cu pillədə qərarlaşıb. Sizdən yuxarı pillədə isə 22 xalla “İmişli”, sizdən bir pillə aşağıda da, 16 xalla “Qəbələ” klubu yerləşir. Qarşıda qalan səkkiz turu necə dəyərləndirirsiniz. Yəni premyer liqada qalmaq şansınızı necə dəyərləndirirsiniz. Konkret sizi hansı təhlükələr gözləyə bilər?
Həm baş məşqçimiz Azər Bağırov, klubun rəhbərlik heyəti Fərman və Adil müəllimdə bildiriblər ki, bizdən aşağı pillədə olan rəqibləri düşünməməliyik. Bizim məqsədimiz daima irəli, yüksəkliyə qalxmaqdır. Yəni hədəfimiz artıq “İmişli” klubunu keçməkdir. Konkret qarşımızda duran məqsəd maksimum xal toplamaqdır. Hətta premyer liqada qalmağı qarantiyə alsaq belə, biz dayanmaq istəmirik. Yəni hər oyuna maksimum xal qazanmaq üçün çıxacağıq. Bizim premyer liqada qalmaq şanslarımız elədir ki, meydan düz, top yumru. İstənilən hadisələr, nəticələr qeydə alına bilər. Futbolda elə oyunlar olur ki, güclü rəqibdən xal alırsan, zəif rəqibə uduza da, bilirsən. Yəni futbolda çox belə oxşar hadisələr olur. Buna görə, qarşıdakı səkkiz oyun və nəticə ilə bağlı nə isə danışmaq hələ tezdir. Lakin hər oyuna qələbə üçün çıxacağıq. Yəni bir ölüm –dirim mübarizəsi olacaq desək yanılmarıq.Çünki bizim Gəncə azarkeşləri elə möhtəşəm, tələbkar, məhsuliyyətdidir ki, biz premyer liqada qalsaq belə, sona qədər mübarizə istəyəcəklər. Hər oyunda qələbə tələb edəcəklər. Rəqiblərin kimliyindən aslı olmayaraq qələbə istəyirlər.
Gəncə klubu hər zaman söz –söhbətli, qalmaqallı, daxili qruplaşma, azarkeş və rəhbərlik arasında narazılıqlar daima olub. Sizdən öncəki rəhbərlik İlqar Nadirinin dövründə lap çox olub. Lakin “Kəpəz”in yeni rəhbərliyi və konkret Fərman müəllimin, Adil müəllimin və mətbuat katibi olaraq siz Gəray Qiysovun zamanında sakitçilikdir. Konkret desək, əvvəlki qalmaqal yoxdur. Əksinə birlik və razılıq var. Bunu nə ilə əlaqələndirərdiniz?
Mənim özüm Gəncədə doğulub, boya başa çatmışam. Bilirsiniz, ortada nəticə olandan sonra, birlik varsa,azarkeşlərin klubla münasibəti yaxşı olandan sonra, niyə qalmaqal olsun?azarkeşlərin istədiyi nəticədir. Əgər hər şey yaxşı gedirsə, nəticə varsa, söz –söhbətlər olmaz. Bizdən əvvəlki rəhbərlik də, komandanı neçə il premyer liqada saxlamağı bacarmışdı. Biz yeni rəhbərlik gələndən sonra əlindən gələni daha çox etməyə çalışır. Hazırki rəhbərlik çox işlər gördü. Neçə illərdiki, hamı tək forma ilə təmin olunurdu. Akademiyanın tikintisi, bərbası, işıqlandırma sistemi artıq həll olunub. Növbədə daha başqa planlar var. Yəni qarşıda görüləcək işlər, həll ediləcək problemlər çoxdur.Əlimizdən gələni edəcəyik ki, digər çatışmamazlıqları həll edək. Biz daha çox akademiyanın və futbolçuların inkişfına köklənmişik. Yeni istedadlı uşaqların yetişdirilməsini düşünürük. Azərbaycan futboluna, milli komandaya fayda versinlər. Bu isə 3-5 günün, bir ilin işi deyil. Buna zaman lazımdır. Düşünürəm ki, zamanla bu işləri uğurla görəcəyik.
Əli HƏYATİ
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























