



Şahin Diniyevdən şər-böhtan atan İlqar Qurbanova qəflət şapalağı -YAZI
Azərbaycan Premyer Liqasının 10-cu turunda "Səbail" klubu səfərdə "Neftçi"nin qonağı oldu. Çox maraqlı və gərgin oyun oldu. Matçdan öncə də, bu qarşılaşma ojataj doğuracağı gözlənirdi. İlk yarıda Şahin Diniyevin komandası çox yaxşı oynadı. Komanda ağıllı müdafiə olaraq, əks hücumlara əla keçirdi. İlk qol ilk yarının son dəqiqəsində gəldi. Ümumilikdə, hər iki tərəfin hücumları ilə keçən oyun, əla təsürat yaratdı. Meydanda əsl futbol vardı. Düzdü, Şahin Diniyev komandasının "Neftçi"nin adından çəkindiyini söylədi. Əlbəttə ki, rəqib çəkiniləsi komandadır. Zarafat deyil ki, ölkənin ən güclü legioner və yerli futbolçularının olduğu ikinci klubdur. Pullarını isə balta kəsmir. Gündə bir legioner, bir əcnəbi məşqçi gətirirlər. Yazıq Şahin Diniyev azalmış büdcə, pulsuzluq, futbolçu kasatçılığı ilə bilmir neyləsin. Əlinin papağını Vəlinin başına qoyur. Vəlinikini də, Əlinin başına. Bir - iki futbolçusu zədələnən kimi məşqçini dərt götürürür ki, mən "Qarabağ"ın, "Neftçi"nin qabağına kimi, hansı futbolçunu çıxarım axı? elə "Neftçi" ilə oyunlarda da, "Səbail"də çox ciddi itkilər vardı. Sirr deyil ki, "Neftçi"nin bu qədər məğlub olması, baş məşqçisi Qriqorçuka torba əməliyyatı idi. Yoxsa ki, "Neftçi" heyət, legionerlər və pul baxımından heç də, "Qarabağ"dan geri qalmır. Nə oldu Samir Abbasov gələn kimi sehirli çubuğu vardı. Fil-filo etdi. Uşqalar bu nağıla belə inanmaz. "Neftçi"nin gücü elə bu idi. Yəni hər zaman çox güclü olublar. Futbolda dünyanın ən güclü məşqçisinə belə yeni klubuna gəldikdə zamana ehtiyacı var. "Səbail"in isə hücum və yarmmüdafiə xətti itki ilə meydana çıxmışdı. Lakin bütün bunlara baxmayaraq, "Səbail" meydanda sona qədər vuruşdu. Elə sonlarda da, qol vurdu. Əlbbətə ki, oyun ərzində əllərinə düşən qol imkanlarını sağa-sola xərcləməsəydilər, Qapıçı HüseynƏli daha diqqətli olsaydı, nəticə və hesab qonaqlar üçün daha yaxşı ola bilərdi. Axı Şahin Diniyev bütün bu çatışmamazlıqları çıxıb meydanda futbolçular və qapıçının əvəzinə edəsi deyil ki? yəni daha məhsuliyyətli olmalıdırlar. Heç kimi, məşqçinin,komanda yoldaşlarının əzəiyyətini yerə vurmaq olmaz. Gələk son günlər milli komandanın sifarişlə təyin olunan idman direktoru İlqar Qurbanovun tanınmış, təcrübəli mütəxəssizlərin ünvanına atdığı şər və böhtana. İlqar Qurbanov bir tikə çörək üçün ildiki AFFA hakimiyyətini tərifləmək üçün ağzına və ağlına gələni danşıb. Adama deyərlər ay İlqar sən elə həmin dövürdə, şər atdığın məşqçilərin rəhbərliyi altında oynamısan. Onda belə çıxır ki, səni yaxşı formana, yaxşı futbolçu olduğun üçün deyil, sıfarişlə hansısa day-dayın millinin heyətinə salıb. Deyir öz gözündə tiri axtarmayan, başqasının gözündə qıl axtarır. Utanmadan Şahin Diniyev kimi hər zaman ədalətli, dürüst, mütəxəssizin ünvanına da, şər atıb. Ay İlqar Şahin Diniyev kimi obyektiv, ədalətli, hətta işlədiyi klublarda zakazla futbolçu götürməyən tək-tük məşqçilərdəndi. Özünü və AFFA-nı müdafiə etmək istədikdə, lap biyabır oldun. Necə deyəllər əlinə-üzünə bulaşdırdın. Bir düşünün ki, İlqar Qurbanov qəfil millinin idman drektoru niyə olsun? futbolda hansı yüksək xidmətləri var. Bəlkə yaşı, təcrübəsi, biliyi çoxdur? düşünürəm ki, xeyir. Əksinə, İlqar milli komandada işləyəcək bəlkə də, ən axırıncı şəxsdir. Yəni Santuşun yanında uşaq-muşağın, təcrübəsiz birinin nə işi var? aydın məsələdir ki, İlqar da, milliyə sıfarişlə, day dayı ilə götürülüb. Necə deyərlər özü hansı yolu gedirsə, elə bilir ki, hamı o yolu gedir. Ay səni İlqar. Lap bu şər-böhtanlı açıqlamanla, həm özünü, həm də, sənə dayı-daylıq edən adamı rəzil etdin. Şahin Diniyev kimi dürüst adama şər atmaq kişilikdən deyil. Heç insanlığa da, yaraşmır. Bir sözlə, özündən böyüklərə, rəhbərliyi altında oynadığın mütəxəssizlərə şər atmaq ən axırınc yoldur. Elə Şahin hoca da, sənə qəşəng cavab verib. "Qeyri-ciddi fikirə münasibət bildirmək ciddi adamların işi deyil" . Yəni get topunla qıraqda oyna ay uşaq.
Əli HƏYATİ
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























