FutbolMedia.Az
  • 18:00 Çərşənbə axşamı
    13 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Şahin Diniyev:

Şahin Diniyev: "Qeyri-ciddi fikirə münasibət bildirmək ciddi adamların işi deyil"

"Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Neftçi"yə uduzduqları oyundan (1:3) sonra təşkil olunan mətbuat konfransında iştirak edib.

Futbolmedia.az xəbər verir ki, o, əvvəlcə məğlubiyyətin səbəblərindən danışıb: "İstədiyimiz futbolu oynaya bilmirdik. Oyun sistemində böyük problemlərimiz var idi. Kiçik komandayıq. 3 nəfərin olmaması, 4-cünün isə zədəli çıxması özünü göstərdi. Sonuncu oyunda "Şamaxı" ilə matçda oturuşmuş heyətimiz var idi. Bu gün isə həm Fərid Nəbiyev, həm Qorka Laruçça, həm Mert Çelik yox idi, David Qomis də zədəli çıxdı, 4 oyunçu birdən yox idi. O sarıdan istədiyimiz oyunu ala bilmədik. Sanki futbolçular "Neftçi"nin adından qorxdular. Tam olaraq rəqibin üstünlüyü ilə keçən oyun oldu".

Mütəxəssis qarşıda daha vacib oyunları gözlədiyini bildirib: "İrəli baxmalıyıq. Qarşıda daha vacib oyunlarımız var. Demişdim ki, "Neftçi" bu heyətlə düşdüyü vəziyyətdən çıxacaq. "Neftçi" yuxarı yerlərlə mübarizə aparan komandadır, yaxşı oyunçuları var. Biz də gərək taleyimizlə barışaq. O mənada yox ki, əlimizi yuxarı qaldıraq. Biz gələcəyə baxmalıyıq, əsasən də qarşıdakı "Sumqayıt" və "Kəpəz"lə matçlar bizim üçün çox vacibdir. Komandanın belə olması, bəlkə də, gələn oyunlarda daha çox motivasiya verəcək. Gələn oyunlarda bu gün cəzalı olan oyunçularımız da meydana qayıdacaqlar. Yaxşı oyun göstərib qalib gəlməyə çalışacağıq".

O, "kiçik komandayıq" ifadəsinə aydınlıq gətirib: "Hakimin, büdcənin üstünə atmaq asandır. Əlində heyət varsa, oynamalısan. 19-20 yaşlı futbolçulara şans verdik. Birdən-birə 4 oyunçu olmayanda komanda öz gücünü göstərə bilmir. Rotasiya üçün ehtiyat oyunçular skamyamız o qədər də zəngin deyil. Kiçik komanda sözünü bu mənada dedim. Yəni istədiyimiz heyət əlimizdə yoxdur. Amma futbolçu heyətə çıxırsa büdcə, maaliyyə qıraqda qalmalıdır. Bu gün istədiyimiz oyunun heç 30-40 faizini oynaya bilmədik".

Mütəxəssis "Siz Samir Abasovla qarşılaşmalar statistikasında məğlub olursunuz. Düşünmürsünüz ki, "Neftçi" rəhbərliyi bu statistikanı nəzərə alıb Samir Abasovu təyin etdi ki, komanda heç olmasa bu il qələbə qazansın?" sualına belə cavab verib: "Birincisi, biz meydana çıxanda, baxdım ki, "Neftçi" - "Səbail" yazılmışdı, Şahin - Samir yox. İkincisi isə, bir komanda üzərində bütün oyunlarda qələbə qazananı gətirmək futbolda olmayan bir şeydir. Gələn oyun "Sabah"la oynayırlarsa, onda Samiri çıxarıb, "Sabah"ı məğlub edəni gətirəcəklər?"

İlqar Qurbanov İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində əvvəllər milliyə bəzi oyunçuların sifarişlə cəlb edildiyini deyib. Şahin Diniyev bunu belə şərh edib: "Qurban Qurbanovun yaxşı sözü var, qeyri-ciddi fikirə münasibət bildirmək ciddi adamların işi deyil. O haqda çox danışa bilərəm. İlqarın milliyə gəlməsindən tutmuş bura qədər... İnsan həmişə danışığına fikir verməlidir. Nəyisə müdafiə edirsənsə, ağıllı etməlisən. Savadsız müdafiə qurmaq insana yaraşmır".

O, "Səbail" bu gün istəksiz görünürdü. Sanki Samir Abasovun debüt oyununda ona jest edirdiniz" fikrinə belə cavab verib: "Çox sağ olun. Samir Abasov Qusardan bir kisə fındıq, bir kisə şabalıd gətirmişdi. Amma sualınızın ciddi cavabı odur ki, bu gün futbolda simpatiya mümkün olmayan bir şeydir. Bu gün kim kimə jest etməlidir? 15 xal qabaqda deyilik. 45+2-ci dəqiqədə qol buraxmasaydıq, ikinci hissə tam fərqli olacaqdı. Komanda bu gün uğur qazanmağı çox istəyirdi. Əfsuslar olsun ki, "Neftçi" bütün komponentlərdə bizi qabaqladı. Uduzmağı da etiraf etmək lazımdır. Sırf oyuna görə uduzduq"

19-10-2024, 20:24
10994
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
11-08-2024, 08:20
Şahin Diniyev :
Şahin Diniyev : "Neftçi"ni məğlub edə bilərdik"
12-05-2024, 22:21
Şahin Diniyev:
Şahin Diniyev: "Bu gün "Sumqayıt"dan güclü idik"
6-05-2024, 22:40
Şahin Diniyev:
Şahin Diniyev: "İndiki nəticəni uğurlu hesab edirik"
16-03-2024, 08:12
Şahin Diniyev:
Şahin Diniyev: "Səbail" qapazaltı komanda deyil"
23-12-2023, 21:20
Şahin Diniyev:
Şahin Diniyev: "İstənilən məşqçini milliyə gətirsək, deyəcəyik ki, yarıtmadı"
12-11-2023, 21:31
Şahin Diniyev:
Şahin Diniyev: "Qarabağ"ın əsas heyətlə oynayacağını gözləmirdik"
7-10-2023, 19:13
Şahin Diniyev:
Şahin Diniyev: “Səbail" avrokubokda oynadı, sonrakı üç il çempionatda axırıncı yeri tutdu”
20-08-2023, 08:18
Şahin Diniyev:
Şahin Diniyev: "Birdən-birə 8-9 yeni futbolçu gəlib, zamana ehtiyacımız var"
7-05-2023, 21:43
Samir Abasov:
Samir Abasov: "Nə nəticə var, nə oyun"
1-05-2023, 20:18
Şahin Diniyev:
Şahin Diniyev: "Sanki qorxaraq meydana çıxmışdıq"
14-04-2023, 20:50
Şahin Diniyev:
Şahin Diniyev: "Allah qarşıma şans qoysa ki, ya kubok, ya elita, elitanı seçərəm"
14-07-2021, 23:33
Samir Abasov:
Samir Abasov: "Belə səhvləri yunanlar bağışlamaz"
  Xəbər Lenti
AFFA İntizam Komitəsinin iclası keçirilib - Klub azarkeşlərə görə cərimələndi 13.10.2026, 17:07
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı - Xarici xəbərlər 13.10.2026, 16:15
"Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarıldı 13.10.2026, 15:18
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar 13.10.2026, 14:23
"Osasuna" klubunun yeni baş məşqçisi müəyyənləşdi - Xarici xəbərlər 13.10.2026, 14:00
"Qalatasaray" "Barselona"ya, "Atletiko" "Mançester Yunayted"ə qarşı - Çempionlar Liqası 13.10.2026, 13:18
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək 13.10.2026, 12:37
“Barselona”nın yeni transferi Qabriel Jesus : "Filk bütün futbolçulara özünəinam verir" 13.10.2026, 12:05
"Difai" - "Şəki" 4:1 - VİDEO 13.10.2026, 11:32
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb