FutbolMedia.Az
  • 10:41 Bazar
    29 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Şahin Diniyev rəqiblərinə dişini göstərdi -

Şahin Diniyev rəqiblərinə dişini göstərdi - YAZI

Azərbaycan premyer liqasının 2-ci turunda “Neftçi” – “Səbail” qarşılaşması ən maraqlı görüşlərdən biri oldu. İlk turda “Sumqayıt”a böyük hesabla məğlub olandan sonra çox tənqid olunmuşdu. Lakin ilk tur sadəcə aldadıcı ola blər olduğunu dəfələrlə vurğulamışdım. Çünki ilk turda bir çox iddialı klublar məğlub olmuşdu. Nə isə gələk “Neftçi” –“Səbail” oyununda baş verən oyuna və qollara. Hələ hakimin “Səbail”in iki turdakı oyunlarında çıxardığı hoqqaları demirəm. Bu faciəyə birazdan qayıdacam. Matçın başlaması ilə meydan sahibləri irəli atılaraq qol vurmağa çalışdı. Lakin Şahin Diniyev və komandası güclü rəqibinin sürətli və kəskin hücumlarından məharətlə müdafiə olunurdu. “Səbail” daha çox rəqibini əks hücumda yaxalamağa çalışırdı ki, bunun da, öhtəsindən əla gəldi. Məhz əks-hücum zamanı gözəl qol gəldi. Bundan sonra Ş, Diniyevin yetirmələri oyunu ələ almağı bacardı. Meydan sahiblərinin qapısı qarşısında dəflərlə real qol vəziyyətləri yaratdı. Dünənki oyunda “Səbail” özünə bənzəmirdi. Yaxşı mənada “Sumqayıt”la oyundakı zəif təsir bağışlayan “Səbail”dən əsər-əlamət qalmamışdı. Meydanda “Neftçi” ilə başa –baş mübarizə aparan bir klub gördüm. Ən əsası “Səbail”in oyununda bir çox klublardan fərqli olaraq, məşqçi işi, taktiki gedişlər. Zamanında edilmiş əla dəyişikliklər gördüm. Bir sözlə, məşqçi işinə əla yağlı bir qırmızı 5 düşür. Əlbəttə ki, belə bir təcrübəli, bilikli məşqçidən belə bir gözəl, inamlı,oyun gözləməyə dəyərdi. Çünki ilk turdakı nəticələrlə klubların potensialını söyləmək ağılsızlıq olardı. Heyətdə kifayyt qədər yeni futbolçular var. Onların uyğunlaşması üçün zamana ehtiyac vardı. Mən deyərdim ki, Şahin Diniyev bu oyunu qələbə ilə başa vuracaqdı. Əlbəttə ki, hakim ədalətsizliyi yenə “Səbail”in başında çatladı. İlk olaraq deyim ki, “Səbail”in səfər meydanında “Neftçi”dən aldığı 1 xal qızıl xaldır. Və bu bir xal 3 xala bərabərdi. Buna görə “Səbal”li alqışlamaq olar. Gələk matçın 85-ci dəqiqəsində baş verən penalti olayına. Mən başa düşə bilmirəm ki, bir hakimlər briqadası necə kor ola bilər ki, bu epizod zamanı “Səbail”in qapısına penalti versin. Hə deyək ki, hakim görmədi. İnsandı epizodu düzgün dəyərləndirə bilmədi. Bəs VAR sistemi hansı günə durub. Bəs VAR sistemin dünya futbol qurumu nəyə görə icad edib. Baş hakim mübahisəli olan penalti epizodunu tam əminliklə dəyərləndirmək üçün VAR sisteminə yaxınlaşmadı. Başqa klub olsaydı 4-5 dəqiqə epizodun təkrarını izləyərdilər. Yaxşıca analiz edərdilər. Hələ bəlkə də, penalti verməyəcəkdilər. Bəs keçən oyun da, bu hadisəni, belə hoqqanı “Səbail”in başına gətirdilər. Qapılarına penalti təyin etdilər. Bir dəfə də, olsun VAR-a yaxınlaşmadı hakim. Niyə? “Səbail”i yiyəsiz, zəif, görmüsünüz.

Şahin Diniyev rəqiblərinə dişini göstərdi -


Məgər “Səbail” Azərbaycan klubu deyil? Yoxsa Şahin Diniyev Azərbaycanlı deyil? Bəlkə özünüzə bu klubu, məşqçini düşman görürsünüz. Futbol adına bütün rəzillikləri Azərbaycan futbolunda, hakimlərimizdə gördük. Əl çəkin “Səbail”in yaxasından. Bəs Şahin Diniyevə nə vermisiniz ki, ala bilmirsiniz. Hələ keçən mövsümdən “Səbail”in və Şahin Diniyevin başına hakimlərimiz açmadığı oyun qalmadı. Çox haqsızlıqlar oldu. Neçə penaltiləri verilmədi. Neçə -neçə qolları sayılmadı. Ədalətli olsaydılar, heç “Səbail” Şamaxı” ilə oyundan sonuncu turdan aslı qalmazdı. Daha tez liqada qalmağı qaranti edərdi. Hakimlər komitəsinə bir sözüm var. Qurtarın bu komediyanı. “Səbail” dünən qələbə qazanmağa da, layiq idi. Haqsız penalti olmasaydı, bir çox epizodlarda hakim tərəfindən sıxışdırılmasaydı, qələbə qazana bilərdilər. Sonda bir söz deyəcəm. İstəməyən qüvvələr artıq yeni mövsümdə Şahin Diniyevin dişini qıcamasını gördü. Necə deyərlər Şahin Diniyev rəqiblərinə dişini göstərdi. Futbolumuzun inkişafını istəyiriksə, “Səbal” kimi özünü saxlayan, bu günkü gün ayaqda duran kluba dəstək olmalıyıq. Ayağından çəkmək yox.

Əli HƏYATİ

15-08-2023, 07:03
17776
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
14-08-2023, 22:17
Şahin Diniyev narazıdır:
Şahin Diniyev narazıdır: "Penalti yox idi"
5-08-2023, 22:31
Şahin Diniyevi deyəsən hələ siz yaxşı tanımırsınız - YAZI
Şahin Diniyevi deyəsən hələ siz yaxşı tanımırsınız - YAZI
7-06-2023, 15:06
"Səbail"in futbolçusu Adil Nağıyev" "Baş məşqçimiz Şahin Diniyevlə işləmək xoşdur (Özəl açıqlama)
5-06-2023, 16:31
"Səbail"in futbolçusu Ağalabala Ramazanov: "Bir neçə klubdan təklif almışam" (Özəl açıqlama)
22-05-2023, 19:42
Şahin Diniyev:
Şahin Diniyev: "Sanki VAR bizim üçün lənətlənib"
7-05-2023, 22:41
"Səbail"in xilsakarı bizim Şahin Diniyev - YAZI
8-04-2023, 21:52
Qaranlıqdan çıxan yaralı Aslan Şahin Diniyev - YAZI
Qaranlıqdan çıxan yaralı Aslan Şahin Diniyev - YAZI
4-03-2023, 19:03
Şahin Diniyev:
Şahin Diniyev: "Bizim lehimizə ola biləcək məqamlarda VAR-a baxılmır"
1-03-2023, 15:11
Gəlin Şahin Diniyevə dəstək olaq  - YAZI
Gəlin Şahin Diniyevə dəstək olaq - YAZI
29-01-2023, 09:16
Nihad Quliyev:
Nihad Quliyev: " Səbail"lə oyun 6 xala bərabər idi"
3-01-2023, 08:39
Şahin Diniyevin köməkçiləri müəyyənləşdi
Şahin Diniyevin köməkçiləri müəyyənləşdi
29-11-2021, 18:03
"Neftçi" - "Səbail" matçının ən yaxşısı Adil Nağıyev oldu
  Xəbər Lenti
FIFA sülh mükafatını ləğv etmək istəyir - Xarici xəbərlər 29.11.2026, 10:14
Millimizin üzvü Rüfətin komandası uduzdu 29.11.2026, 09:23
“Sabah” - “Araz-Naxçıvan” 2:0 - VİDEO 29.11.2026, 08:52
Dambrauskas: “Stadionları insanların ayağına aparmalıyıq?” 28.11.2026, 22:18
Yuri Maksimov: “Biz də qələbə qazanmaq istəyirik” 28.11.2026, 21:30
“Turan Tovuz” - “Kəpəz” 2:1 - VİDEO 28.11.2026, 20:16
Kurban Berdiyev: “Bu, onun fikridir” 28.11.2026, 19:15
Azər Məmmədov: “Ən azı bir xal qazanmağa layiq idik” 28.11.2026, 19:03
PSJ-nin müdafiəçisi zədələndi - Xarici xəbərlər 28.11.2026, 18:04
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
Ətraflı
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
Ətraflı
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb