“Sabah”ın Çempionlar Liqasında rəqibi olan “Arsenal” futbolçusunu satır -
“Sabah”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Arsenal”ın kapitanı Martin Odeqar Avropanın bir neçə klubunun diqqət mərkəzinə düşüb.
Futbolmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bir sıra klublar norveçli yarımmüdafiəçinin “Arsenal”dakı çıxışını yaxından izləyir.
London təmsilçisi isə aparıcı futbolçusu ilə yollarını ayırmaq niyyətində deyil. Klub rəhbərliyi 27 yaşlı oyunçu ilə yeni müqavilə imzalamaq üçün danışıqlar aparır.
Odeqarın “Arsenal”la hazırkı müqaviləsinin müddəti 2028-ci il iyunun sonunda başa çatacaq. Onun bazar dəyəri 80 milyon avro qiymətləndirilir.