FutbolMedia.Az
  • 14:43 Cümə
    10 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo

"Səbail" uğurlu gələcək istəyirsə Şahin Diniyevdən bərk - bərk yapışsın -YAZI

Azərbaycan premyer liqasında daha bir mövsümün sonuna yaxınlaşırıq. Bu mövsüm əvvəlkilərindən daha çətin, daha maraqlı, daha gərgin keçdiyini söyləmək olar. Çempionatın belə gərgin və maraqlı keçməsinin səbəblərindən biri də, 1-2 klubun gözləniləndən də, yaxşı oyun sərgiləməsi oldu. Bu klub Şahin Diniyevin “Səbail”dir. Bəli. Bu mövsüm Diniyevin komandası çox klubların canını acıtdı. Güclü rəqiblərini məğlubiyyətlərə uğratdı. Hətta turnir cədvəlinin birinci pilləsinə qədər yüksəlməyi bacardı. Şahin Diniyev qısa bir zamanda çox möhtəşəm, döyüşkən, əzimkar, psixoloji baxımdan dözümlü bir əsgərlər formalaşdırdı. Çox təəssüflər olsun ki, müəyyən qüvvələr “Səbail”in avrokuboklara vəsiqə qazanmasına imkan vermədi. Necə ki, biz bunu “Kəpəz”lə oyunda da, gördük. Açıq –aşkar bu klubun qarşısında sədd oldu hakimlər. Müəyyən qüvvələr vardı ki, bir oyundan bir, “Səbail”in penaltilərini vermir, hakimlər həddindən artıq Şahin Diniyevin futbolçularına qarşı aqresiya göstərirdi. Həddindən artıq vərəqələr göstərilir. Bütün bunlar da, nəticəyə zaman –zaman öz təsirini göstərdi. Elə uzağa getməyək, 34-cü turda “Sumqayıt”la oyunda “Səbail”in halal penaltisini yenə vermədilər. Penalı versəydilər, həmin gün Bakı klubu meydandan məğlub ayrılmayacaqdı. Hətta qələbəyə layiq oyun nümaiş etdirdilər. Meydan sahiblərindən daha yaxşı oynadılar. “Səbail” rəhbərliyi, prezidenti, əgər uğurlu və parlaq gələcəyi olan komanda istəyirlərsə, Şahin Diniyevdən iki əlləri ilə bərk-bərk tutmalıdırlar. Gəlin əyri oturaq, düz danışaq. Hazırki “Səbail” cəmi 7-8 ayın komandasıdır. Hansı məşqçi bu qısa zamanda belə gözəl oyun sərgiləyən, çoxlu qol vurmağı bacaran, liderləri məğlub etməyi adət halına almış komanda qurub? “Səbail” klubu “Qarabağ”ı, “Sabah”ı, “Neftçi”ni bütün güclü rəqiblərini məğlub etməyi, xal almağı bacarıb. Daha bu qısa zamanda Şahin Diniyev nə etməlidir? Müəyyən qüvvələr, ədalətsiz, qərəzli, hakimlər imkan versəydilər, haqlarını yeməsəydilər, indi “Səbail” avrokuboklara vəsiqə qazanardı. Lakin “Səbail” rəhbərliyi və klubu üçün hələ heçnə gec deyil. Klub rəhbərliyi birinci növbədə, heç mövsümün sonunu gözləmədən dərhal Şahin Diniyevlə müqaviləni arıtrmalıdır. Bu addım klubun parlaq gələcəyi ilə bağlı ilk lazımlı addım olacaq. Özünüz fikirləşin ki, hazırki dönəmdə “Səbail”i çalışdıracaq Şahin Diniyevdən daha güclü məşqçi kim var? Heç kim yoxdur. Buna görə də, təcili müqavilə artırılmalı, gələcək planlar indidən qurulmalıdır. Etibarlı mənbədən aldığım məlumata görə, hətta Qurban Qurbanov da, Digər oyunlardan fərqli olaraq, “Səbail”lə oyunlarda çox həyacanlı olurdu. Daha dəqiq desək, “Səbail”dən, oyun stilindən, Şahin Diniyevdən çəkinirdi. Ətrafına da, bildirmişdi ki, “Səbail”in fərqli oyun sistemi, geri dönüşü, qol vurmaq bacarığı, onu narahat edir. Bax budur Şahin Diniyev məktəbi. Şahin Diiniyev ona görə güclü məşqçilərdəndir ki, həm Sovetlər dönəminin futbol fəlsəfəsini, həm də,müasir futbolu çox yaxşı bilir. Müasir futbolu daima analiz edən, öz üzərində çalışan, yeniliklər axtaran mütəxəssizdir. Məndə olan məlumata görə, Şahin Diniyevi komandasına görmək istəyən bir neçə klub var. “Araz Naxçıvan”, “Neftçi” belə onu komandasında görmək istəyir. “Neftçi” rəhbərliyi mövsümün sonunda Miodraq Bojoviçi göndərəcəyi deyilir. “Araz Naxçıvan”da bilirsiniz ki, Elmar Baxşıyevlə ( 2 ay +1 il) müqaviləsi bağlayıblar. Elmar Baxşıyev də, gözlənilənləri vermir. Çox güman ki, mövsümün sonunu gözləyirlər. Əgər “Səbail” rəhbərliyi Şahin Diniyevlə davam etməsələr, çox güman ki, növbəti mövsümdə bu iki klubdan birində çalışacaq. Məhz ona görə deyirdim ki, “Səbail” klub rəhbərliyi daha çevik tərpənməlidirlər. Yoxsa, mütəxəssizi əllərindən qaçıracaqlar. Sonda onu da, deyim ki, bu mövsümün daha maraqlı, gərgin, bol qollu, iddialı keçməsində, Şahin Diniyev və “Səbail”lə təşəkkür düşür. Şəxsən mən bir tənqidçi jurnalist, futbol eksperti olaraq, Şahin Diniyəvə bu gözəl mübarizəyə rəng qatdığı üçün təşəkkür edirəm. Azərbaycan futbolunun yaşaması, inkişafı Şahin Diniyev kimi mütəxəssizlərə qiymət, dəyər verməyimizdən keçir. Sonda bir söz demək istərdim. BRAVO ŞAHİN DİNİYEV.

Əli HƏYATİ

12-05-2024, 23:04
17338
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
21-04-2024, 22:12
Şahin Diniyevi siyahıdan silmək olmaz YAZI
Şahin Diniyevi siyahıdan silmək olmaz YAZI
24-02-2024, 22:39
Meydanda fırtına kimi əsən
Meydanda fırtına kimi əsən "Səbail" və ağıllı sərkərdəsi Şahin Diniyev -YAZI
12-02-2024, 18:35
Yaralı aslan Şahin Diniyevin ölümcül pəncəsi - YAZI
Yaralı aslan Şahin Diniyevin ölümcül pəncəsi - YAZI
15-12-2023, 15:11
Ölkənin 2 ən güclü məşqçisindən biri Şahin Diniyev  - YAZI
Ölkənin 2 ən güclü məşqçisindən biri Şahin Diniyev - YAZI
4-11-2023, 07:06
Şahin Diniyev və onun meydanda süzən şahinləri -
Şahin Diniyev və onun meydanda süzən şahinləri - YAZI
21-10-2023, 07:12
Şahin Diniyev və
Şahin Diniyev və "Səbail" uduzsa belə alqış düşür - YAZI
8-10-2023, 07:18
Rəqiblərinin canına vəlvələ salan, məğlubedilməz Şahin Diniyev -
Rəqiblərinin canına vəlvələ salan, məğlubedilməz Şahin Diniyev - YAZI
1-10-2023, 08:04
Güclü rəqiblərinin, hakimlərin canına vəlvələ salan Şahin Diniyev - YAZI
Güclü rəqiblərinin, hakimlərin canına vəlvələ salan Şahin Diniyev - YAZI
26-09-2023, 08:00
Şhin Diniyevdən möhtəşəm
Şhin Diniyevdən möhtəşəm "Poker" -YAZI
17-09-2023, 07:03
Şahin Diniyevli “Səbail” zirvəyə doğru -
Şahin Diniyevli “Səbail” zirvəyə doğru - YAZI
4-09-2023, 07:15
Qladiator döyüşlərindən qalib çıxan Şahin Diniyev - YAZI
Qladiator döyüşlərindən qalib çıxan Şahin Diniyev - YAZI
7-05-2023, 22:41
"Səbail"in xilsakarı bizim Şahin Diniyev - YAZI
  Xəbər Lenti
FİFA Argentina yığmasını cəzalandıracaqmı? - Xarici xəbərlər 10.07.2026, 14:03
Modriç yığma karyerasını bitirir? - Xarici xəbərlər 10.07.2026, 13:10
“Kəpəz” daha bir legionerini göndərdi - Rəsmi 10.07.2026, 12:07
Braziliya millisinin sabiq futbolçusu Felipe Melo: “Messi indiyə qədər gördüyüm ən böyük futbolçudur” 10.07.2026, 11:25
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri 10.07.2026, 11:08
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər 10.07.2026, 10:11
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO 10.07.2026, 09:20
"Zirə" və "Neftçi"nin potensial rəqibləri ilk oyununa çıxdı - Nəticələr 10.07.2026, 09:09
"Qarabağ" (Azərbaycan) - "Vestri" (İslandiya) - 3:0 - VİDEO 10.07.2026, 08:06
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-07-2026, 11:06
Fransa və Mərakeş 1/4 finalda -
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
25-06-2026, 10:15
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
Bu gün, 10:11
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi -
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər
Bu gün, 11:08
Gələnlər və gedənlər -
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri
Bu gün, 09:20
Tahir Gözəl:
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO
Dünən, 23:10
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
22-06-2026, 14:17
Marko Yankoviç “Qarabağ”da qalır!
Marko Yankoviç “Qarabağ”da qalır!
10-06-2026, 18:03
“Barselona” Reşfordu birdəfəlik transfer edəcək -
“Barselona” Reşfordu birdəfəlik transfer edəcək - Transfer xəbərləri
12-06-2026, 16:09
Ozobiç “Zirə”də oynayacaq
Ozobiç “Zirə”də oynayacaq
15-06-2026, 14:33
"Kəpəz"in qapıçısı "Şəfa"ya keçdi
25-06-2026, 13:20
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı -
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı - DÇ-2026
12-06-2026, 17:15
"Qəbələ"dən ayrılan Murad Musayev "Şəfa"da
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb