



Azər Məmmədov: “Ən azı bir xal qazanmağa layiq idik”
“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 13-cü turunda “Turan Tovuz”a məğlub olduqları matçı (1:2) şərh edib.
Futbolmedia.az xəbər verir ki, o, görüşdən sonra təşkil olunan mətbuat konfransında açıqlamasında bunları deyib:
"Bilirsiniz ki, bu, Qərb derbisidir və “Turan Tovuz”la oyun bizim üçün çox vacib idi. Çempionatın liderlərindən biri, fiziki cəhətdən güclü komandaya qarşı oynayırdıq. Buna baxmayaraq, futbolçularımızın Tovuzda yaxşı çıxış etdiyini düşünürəm. Rəqib turnir cədvəlində bizdən öndə olsa da, asanlıqla təslim olmayacağımızı göstərdik.
Təəssüf ki, meydanı məğlub tərk etdik. Məncə, bu oyunda ən azı bir xal qazanmağa layiq idik. Gəncədən gələn azarkeşlərimizə təşəkkür edirəm. Həmişə olduğu kimi, bizi tək qoymadılar. Matçdan sonra futbolçularıma da göstərdikləri oyuna görə minnətdarlığımı bildirdim".
- Vaxtilə “Turan”da da çıxış etmisiniz. Əsl Qərb derbisi 1990-cı illərdə, sizin oynadığınız dövrdə keçirilirdi. Həmin oyunlarla indiki qarşılaşmaları necə müqayisə edərdiniz? Uzun müddətdir belə derbilər, azarkeş rəqabəti olmamışdı.
- Mənim oynadığım illər Tovuz futbolunun ən yaxşı dövrlərindən biri idi. Düşünürəm ki, 2004-2005-ci illər çempionatı Azərbaycan
Azərbaycan Premyer Liqası























