FutbolMedia.Az
  • 17:24 Çərşənbə axşamı
    13 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Yaralı aslan Şahin Diniyevin ölümcül pəncəsi - YAZI

Yaralı aslan Şahin Diniyevin ölümcül pəncəsi - YAZI


Azərbaycan premyer liqasının 22-ci turunda Qəbələdə "Kəpəz" -"Səbail" qarşılaşması baş tutdu. Oyundan öncə də, bu görüşə maraq böyük idi. Futbol camiəsi və mətbuatı "Səbail"in hansı nəticə qazana biləcəyini gözləyirdi. Bir çoxları düşünürdü ki, Şahin Diniyevin komandası fasilədən öncəki formasından çox uzaqdı. Və Qəbələdə xal itirəcək. Lakin təcrübəli jurnalist kimi mənim Şahin hocadan "Kəpəz"lə oyunda geri-dönüş edəcəyini, "qara zolaq"dan çıxacağını düşünürdüm. Belə də, oldu. Düzdü, ilk yarıda Bakı komandası yaxşı oyun göstərə bilmədi. Lakin komanda sona qədər meydanda döyüşürdü. Bərabərlik qolu, ən əsası da, baş məşqçi kimi Şahin Diniyevin yerində və lazımlı əvəzetmələri oyunun taleyini bucaq altında 360 dərəcə dəyişdi. İlk olaraq, "Səbail"in baş məşqçisinin meydanda cızdığı möhtəşəm taktikanı alqışlamaq olar. Onun qurduğu komanda və taktiki gedişatlar oyun nizam -intizamını qoruyub saxladı. Hətta "Səbail" məğlub durumda olduğu müddətdə, nizam -intizamı pozmadı. Bir futbol klubunda ən əsası bu olmalıdır. Əgər nizam-intizam qorunub saxlanılarsa, uğur mütləq gələcək. Şahin Diniyevin istəyi ilə yeni transferləri də, artıq özünü yaxşı mənada göstərməyə başlayıb. Çox güman ki, bir - iki turdan sonra daha səviyyəli oyun nümaiş etdirəcəklər. Gələk "Səbail"in oyununu yanlış tənqid edənlərə. "Səbal"in fasilədən sonra bir neçə turda uğursuz çıxış edir deyənlərə. İstənilən ən güclü futbol klubunda uğursuz nəticələr qaçılmazdır. Məslən elə biri "Neftçi",Sabah", digəri "Zirə" "Qəbələ" və sair. Komandanın oyunlarını, nəticələrini, ümumilikdə dəyərləndirmək lazmdır. Şahin Diniyev bu gün "Səbail"i elə səviyəyə gətirib ki, istənilən güclü rəqibi məğlub etməyi bacarırlar. "Qarabağ"ı, "Sabah"ı və sair klubları məgər Şahin hocanın komandası məğlub etməyibmi? Hazırda yuxarı pillələrdə qərarlaşan "Səbail" bu mövqeyə elə belə gəlib çıxmayıb. Burada baş məşqçidən tutmuş, futbolçulara, klub rəhbərliyinin böyük əziyyəti, zəhməti var. Bu gün "Səbail" "Kəpəz"i darmadağın etməklə 5-ci pilləyə yüksəldi. Baxın turnir cədvəlində 2-ci pillədən "Səbail"i cəmi 4 xal ayırır. "Neftçi"nin 32, "Zirə"nin isə 31 xalı var. "Səbail"in isə 30 xalı. Növbəti turda "Səbail" bir qazansa, daha yuxarı pilləyə yüksələcək. Bu amil Şahin hocanın komandasının güclü və prespektivli olduğundan xəbər verir. Yadınızdadırsa, çempionatın ilk turlarında "Səbal" bir neçə tur ardı-arda məğlub oldu. Lakin sonradan uzun bir qələbə seriyası oldu. Bütün rəqiblərinə, o cümlədən "Qarabağ" "Sabah" və "Neftçi" kimi güclü komandalara divan tutdu. Düşünürəm ki, "Səbail" səfərdə "Kəpəz"i darmadağın etməklə, növbəti məğlub edilməz seriyanın təməlini qoya bilər. Çünki "Səbail"in çıxışlarına baxdıqda, oyun görürsən. Ən əsasıda budur. Oyun varsa, nəticə mütləq gələcək. Bu klubun oyununda böyük bir iş görüldüyünü,zəhmət çəkildiyini sezməmək kor olmaq deməkdir. Azərbaycanlı təcrübəli mütəxəssiz Şahin Diniyev futbolda baş ağardıb, saç töküb. Şahin hoca bu gün rəqiblərinə bir daha dişini, əzəmətini göstərdi. Mən deyərdim ki, yaralı aslan Şahin Diniyevin ölümcül pəncəsi həlledici oldu. Düşünürəm ki, növbəti turlarda daha yaxş "Səbail", daha yaxşı nəticələr görə biləcəyik.

Əli HƏYATİ

12-02-2024, 18:35
15006
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
23-01-2024, 07:15
"Səbail" -"Zirə" matçında Şahin Diniyevi qalib saymaq olar - YAZI
15-12-2023, 15:11
Ölkənin 2 ən güclü məşqçisindən biri Şahin Diniyev  - YAZI
Ölkənin 2 ən güclü məşqçisindən biri Şahin Diniyev - YAZI
28-10-2023, 22:35
"Səbail"dən Azərbaycan "Barselona"sı yaradan Şahin Diniyevə əhsən - YAZI
21-10-2023, 07:12
Şahin Diniyev və
Şahin Diniyev və "Səbail" uduzsa belə alqış düşür - YAZI
8-10-2023, 07:18
Rəqiblərinin canına vəlvələ salan, məğlubedilməz Şahin Diniyev -
Rəqiblərinin canına vəlvələ salan, məğlubedilməz Şahin Diniyev - YAZI
26-09-2023, 08:00
Şhin Diniyevdən möhtəşəm
Şhin Diniyevdən möhtəşəm "Poker" -YAZI
17-09-2023, 07:03
Şahin Diniyevli “Səbail” zirvəyə doğru -
Şahin Diniyevli “Səbail” zirvəyə doğru - YAZI
4-09-2023, 07:15
Qladiator döyüşlərindən qalib çıxan Şahin Diniyev - YAZI
Qladiator döyüşlərindən qalib çıxan Şahin Diniyev - YAZI
26-08-2023, 22:13
Şahin Diniyevin
Şahin Diniyevin "Səbail"i Tovuzda "Relsə" düşdü -YAZI
15-08-2023, 07:03
Şahin Diniyev rəqiblərinə dişini göstərdi -
Şahin Diniyev rəqiblərinə dişini göstərdi - YAZI
5-08-2023, 22:31
Şahin Diniyevi deyəsən hələ siz yaxşı tanımırsınız - YAZI
Şahin Diniyevi deyəsən hələ siz yaxşı tanımırsınız - YAZI
8-04-2023, 21:52
Qaranlıqdan çıxan yaralı Aslan Şahin Diniyev - YAZI
Qaranlıqdan çıxan yaralı Aslan Şahin Diniyev - YAZI
  Xəbər Lenti
AFFA İntizam Komitəsinin iclası keçirilib - Klub azarkeşlərə görə cərimələndi 13.10.2026, 17:07
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı - Xarici xəbərlər 13.10.2026, 16:15
"Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarıldı 13.10.2026, 15:18
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar 13.10.2026, 14:23
"Osasuna" klubunun yeni baş məşqçisi müəyyənləşdi - Xarici xəbərlər 13.10.2026, 14:00
"Qalatasaray" "Barselona"ya, "Atletiko" "Mançester Yunayted"ə qarşı - Çempionlar Liqası 13.10.2026, 13:18
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək 13.10.2026, 12:37
“Barselona”nın yeni transferi Qabriel Jesus : "Filk bütün futbolçulara özünəinam verir" 13.10.2026, 12:05
"Difai" - "Şəki" 4:1 - VİDEO 13.10.2026, 11:32
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb