



Dambrauskas: “Stadionları insanların ayağına aparmalıyıq?”
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 13-cü turunda "Araz-Naxçıvan"a qalib gəldikləri matçı (2:0) şərh edib.
Futbolmedia.az xəbər verir ki, mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Bugünkü oyun bizim üçün böyük sınaq idi. “Barselona” ilə Çempionlar Liqası matçından sonra “Araz-Naxçıvan”la görüşə tam hazırlaşmaq imkanımız olmadı. Sadəcə, bərpa məşqi keçdik, bir qədər məşq etdik və oyuna çıxdıq. Bu, bizim üçün çox çətin qarşılaşma idi.
“Araz-Naxçıvan” topla çox yaxşı oynayırdı. İndiyədək qarşılaşdığımız komandaların 70-80 faizindən daha yaxşı şəkildə arxadan oyun qururdular. Ancaq qapımıza kifayət qədər zərbə endirə bilmədilər. Biz də yaxşı hazırlaşmışdıq. Bəzən pressinqimiz alınırdı, bəzən isə istədiyimiz kimi çıxış edə bilmirdik. Bununla belə, pressinqdən sonra 3-4 qol imkanı yaratdıq. Həmin epizodlarda fərqlənə bilməsək də, uzaq məsafədən iki möhtəşəm qolla qalib gəldik.
Futbolçularımı və “Sabah” ailəsini qələbə münasibətilə təbrik edirəm. “Barselona” ilə oyundan və yaşadığımız emosiyalardan sonra bu matça köklənmək asan deyildi.
Azərbaycan Premyer Liqası























