FutbolMedia.Az
  • 17:21 Çərşənbə axşamı
    15 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo

"Sabah"ın uğurlarının sütunu Maksud Adıgözəlov -YAZI

Azərbaycanın "Sabah" klubu bizləri yaxşı mənada təəccübləndirməyə başlayıb. Klub həm çempionat oyunlarında, həm ki, Avrokubokda diqqətləri özünə çəkməyi bacarıb. Bu klub təzə yarananda çoxları uğurlu ola biləcəyini gözləmirdi. Bəlkə də, fikirləşirdilər ki, yeni yaranmış komanda olaraq, "Qarabağ"ın "Neftçi"nin "Qəbələ"nin, "Zirə"nin kölgəsində qalacaq. Lakin gözlənilənlərin əksi olaraq, klubda hər şey ildən ilə inkişafa doğru getməyə başladı. Bu inkişafın bir neçə tutarlı səbəbləri var. Ən başlıcası isə işini bilən, peşəkar rəhbərlikdi. Bu inkişafın, bu peşəkarlığın başında isə klubun rəhbəri Maksud Adıgözəlov durur. Qısa bir zamanda, klubda gördüyü keyfiyyətli işləri ilə adından yaxşı mənada söz etdirməyi bacardı. "Sabah" klubunda Avropanın tanınmış, məşhur peşəkar klublarının sistemi var. Bu sistemin tətbiqində məhz birbaşa klub rəhbərliyinə, onların strategiyasına alqış düşür. Ölkənin hazırda ən güclüsü olan "Qarabağ" klubu özünə məxsus sistemi ilə liderlik edirdi. Lakin "Sabah" klubunun yaranması, klubun başına Maksud Adıgözəlov kimi dqqətli, işini sevən, işlərinə məhsuliyyətlə yanaşan bir şəxsin gətirilməsi ilə durum dəyişdi. İndi "Sabah" klubundakı nizam-intizam, peşəkar klublara aid olan sistem heç də, "Qarabağ"dan geri qalmır. Bəlkə də, başa -baş pillədə gedirlər. Klub rəhbəri ətrafına futbol anlayışı olan, peşəkar futbolda ad qoyan insanları topladı. Yəni bu işin çəmini necə deyərlər peşəkarlara tapşırdı. Klubun keçən mövsüm "Qarabağ"la çempionluq yarışında bəlkə də, bəxt amili geridə qoydu. İki turda itirilən xalları "Sabah"ı çempionluqdan etdi. Futbolda isə belə hallar qaçılmaz olur. Lakin bu mövsüm "Sabah"ın çempion olacağını təxmin etmək olar. Avrokuboklarda Latviya klubunu hər iki oyunda məğlub edən "Sabah"ın növbəti mərhələ keçmək şansını da, yüksək dəyərləndirmək olar. Klubun rəhbəri işinin peşəkarlığından başqa da, sadə insan, jurnalistlərə daima diqqətlə yanaşan, müsahibələrə daima açıq olan şəxsiyyətdir. Azərbaycan futbolunda M. Adıgözəlov kimi klub rəhbərləri nə qədər çox olarsa, bir o qədər futbolumuz peşəkarlaşar. Şəxsi fikrimi deyirəm ki, bu şəxs qısa bir müddətdə "Sabah"ı daha güclü, avrokuboklarda sensasiyalar edəcək kluba çevirəcək. Buna görə, mətbuat olaraq belə klub rəhbərlərinə daima dəstək olmalıyıq. "Sabah"ın avrokuboklardakı oyunlarına gəlincə isə mən daha yaxşı nəticələr gözləyirəm. Bu mövsüm Azərbaycan premyer liqasında isə daha güclü, "Qarabağ"a kafa tutacaq bir "Sabah" görəcəyik.

Əli HƏYATİ

5-08-2023, 11:31
23820
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
9-06-2023, 09:11
"Sabah"ın futbolçusu Elvin Vamalov: "Avrokuboklarda daaha yaxşı nəticə verə bilərik" (Özəl açıqlama)
6-06-2023, 13:39
Elmar Baxşıyevə sadəcə BRAVO -
Elmar Baxşıyevə sadəcə BRAVO - YAZI
15-05-2023, 15:46
"Qarabağ"ın möhtəşəm beşliyi YAZI
8-04-2023, 21:52
Qaranlıqdan çıxan yaralı Aslan Şahin Diniyev - YAZI
Qaranlıqdan çıxan yaralı Aslan Şahin Diniyev - YAZI
15-12-2022, 15:54
"Kəpəz"in qladiatoru Tərlan Əhmədov - YAZI
1-12-2022, 07:04
Tərlan Quliyev:
Tərlan Quliyev: "Zirə" ilə oyundan xal götürmək üçün əlimizdən gələni edəcəyik"
19-09-2022, 16:21
Tərlan Quliyev:
Tərlan Quliyev: "Zirə" bizimlə oyuna final kimi baxır"
12-05-2022, 09:19
"Sabah" və "Zirə" klubları Fəhmin Muradbəyli üçün mübarizəyə girişdi
19-04-2022, 13:47
Tərlan Quliyev:
Tərlan Quliyev: "Şamaxı"dan yeni müqavilə təklifi gələrsə, oturub danışarıq"
12-12-2021, 18:12
Adil Nağıyev:
Adil Nağıyev: "Qarabağ"ın Kadi, Zubir, Ozobiç kimi güclü futbolçularına qarşı oynamışam"
10-10-2021, 16:21
Sənan Qurbanov:
Sənan Qurbanov: “Zaur Axundovun komandaya göstərdiyi diqqət bizə stimul verir“
4-10-2021, 12:05
“Sabah”ın qanını içib, çırağını söndürən Maksudlar, Ponomaryovlar - YAZI
“Sabah”ın qanını içib, çırağını söndürən Maksudlar, Ponomaryovlar - YAZI
  Xəbər Lenti
Filippe Koutinyo "Santos"a keçdi - Transfer xəbərləri 15.09.2026, 17:05
"Sabah" "Qarabağ" və "Xəzər Lənkəran"ın göstəricisini təkrarladı 15.09.2026, 16:03
Kərim Benzema “Bayer”ə keçir - Transfer xəbərləri 15.09.2026, 15:20
Rauf Hüseyinli: "Sabah" çox güclü rəqibdir" (AÇIQLAMA) 15.09.2026, 14:35
Mauro İkardi “Olimpiakos”un təklifini rədd etdi - Transfer xəbərləri 15.09.2026, 14:00
Qismət Alıyev: "Qarabağ" kimi güclü rəqiblə oyunda bir xal qazanmaq yaxşı nəticədir" (AÇIQLAMA) 15.09.2026, 13:01
Millimizin üzvü Rüfat Abdullazadənin komandası böyük hesabla uduzdu 15.09.2026, 12:11
Joze Mourinyo Türk ulduz futbolçu Arda Gülərdən danışdı - Xarici xəbərlər 15.09.2026, 11:35
Azərbaycanlı futbolçu Cəlal Hüseynov oynadı, komandası bir xal qazandı 15.09.2026, 11:06
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
11-09-2026, 12:08
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb