FutbolMedia.Az
  • 15:18 Bazar
    29 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Sənan Qurbanov:

Sənan Qurbanov: “Zaur Axundovun komandaya göstərdiyi diqqət bizə stimul verir“

Sənan məllim “Sabah”la oyunda bir çoxları “Keşlə”nin məğlub olacağını düşünürdü. Lakin sizin rəhbərliyiniz altında bütün proqnozlar alt-üst oldu. İki turda inamlı oyun, qazanılan nəticəyə əsas səbəb kimi nəyi göstərərdiniz?

Əlbəttə ki, “Qarabağ”la oyundan sonra futbolçularımız istər – istəməz böyük bir stimul aldı. Həqiqətən də “Qarabağ”la oyunda aldığımız xal uşaqlara yüksək motivatsiya vermişdi. Özünüz də, bilirsiniz ki, “Sabah”ın yaxşı heyəti, baş məşqçisi var. Ona görə də, çox çətin oyun oldu. Bir söz deyim ki, futbol elə bir oyundur ki, 1-2 yaxşı nəticəyə əsasən danışmaq tez olardı. Futbolda belə bir qanunda var ki, sən proqnozları verərsən, 90 dəqiqədə isə bütün gözləntilərin alt-üst ola bilər. Futbol oynanılmasa nəticədən danışmaq düzgün olmaz. Həqiqətən də, qələbəyə ehtiyacımız çox vardı. Şükürlər olsun ki, bunu da qazandıq. Uşaqlar əməlli başlı əziyyət çəkdilər.

Özünüz də bilirsiniz ki, ölkənin ən güclü komandası “Qarabağ”dır. Bunu ölkə yarışlarında, Avrokuboklarda, göstərdiyi nəticələrlə sübut edib. “Bazel” və “Omoniya” kimi komandalardan xal almağı bacardı. Fiziki göstəriciyə görə hazırda “Qarabağ” çox artırıb. Belə bir komandayla oyunda xal almaq hər kluba nəsib olmur. Bütün bu nəticələri nəzərə alsaq “Keşlə”nin artıq “qara zolağ” dan çıxdığını söyləmək olarmı?

Əlbəttə ki, belə bir deyim var. Sözsüz ki, futbolda belə şeylər olur. Lakin futbolda çalışmaq, həftə boyu proaqram üzrə işlər görünür. Hər komanda ilə qazanılan xaldan və ya itirilən xaldan sonra oyunlarımız analiz olunur. Əsas məsələ daha məhsuliyyətli olmaqdır. Futbolçular da bunu yaxşı başa düşür. Çalışacağıq ki, yaxşı günlərimiz daha çox olsun. Bütün uğurlar görülən ciddi işlərin nəticəsi olur. Məndə, bütün komandamız da bunu yaxşı başa düşür.

İki uğurlu turdan sonra klub rəhbəri Zaur Axundov sizinlə, komandayla görüşdümü? Hə uşaqlar başlamışıq, davamını gətirmək lazımdır. Bu kimi həvəsləndirici şüarlar, və ya danışıqlar oldumu. Ümumiyyətlə, Zaur müəllimin buna reaksiyası necə oldu?

Açığını deyim ki, rəhbərlik hər zaman yanımızdadır. Mütləq sürətdə öz dəstəyini daim bizə, komandaya göstərir. Bəli bir yerdəyik, danışırıq. Əlbəttə ki, yaxşı nəticəərdən sonra komandanın daxilindəki ab-hava yüksək olur. Rəhbərlikdə razı qalır. Zaur müəllim daim komandanı diqqətdə saxlayır. Oyunlarımızı diqqətlə izləyir. Hazırda “Sumqayıt”la yoxlama oyununda da, oyunu birbaşa canlı izləyirdi. Ümumiyyətlə, təkcə oyunları izləmir. Həmçinin məşqlərimizi də izləyir. Komandaya bu göstərilən diqqət də, bizə stimul verir. Əlbəttə istənilən rəhbərlik komandasının uğurlu nəticələrini istəyər. İnşəAllah əlimizdən gələni edəcəyik ki, bu uğurların, qələbələrin ardı gəlsin.

Kənardan baxan zaman, meydanda baş verənlərə nəzər saldıqda,elə görünür ki, Sənan Qurbanov çox sərt baş məşqçidir. Belə deyək ki, nizam-intizamı sevən mütəxəssizsiniz. Məsələ, Qurban Qurbanov da bu sıraya daxil etmək olar. Doğurdan nizam-intizama çox önəm verirsiniz?

Əslində işi sevmək lazımdır. İşlərimizə mütləq peşəkar yanaşmaq lazımdır. Ümumiyyətlə, nizam-intizamsız işə yanaşmaq mümkün deyil. Ümumiyyətlə,mən özümə qarşı da, çox məhsuliyyətli adamam. Gecikməyi sevmirəm. Hər işi vaxtında görürəm. Bunu yetirmələrimdən də, tələb edirəm. Məncə, bu yaxşı xüsusiyyətdir. Şükürlər olsun ki, futbolçular da, məni yaxşı başa düşür. Bu yolda mənə dəstəkdirlər. Mənə çatmır ki, nizam-intizam olmasa bu iş necə görülə bilər. Mən nizam –intizamı sevən adamam. Bu amil istər –istəməz hər bir kəsi işinə məhsuliyyətlə yanaşmağı sövq edir.

Sənan müəllim qış transfer dönəmində komandada dəyişikliklər gözlənilirmi, Ümumiyyətlə, rəhbərliklə yeni transferlərin lazım olması ilə bağlı danışıqlar olubmu. İstənilən halda komandalar güclənməlidir. Belə götürəndə, “Keşlə”də avrokuboklarda çıxış edən komanda olub. Buna hər zaman iddialı olub. Bununla bağlı nələr deyə bilərsiniz?

Futbol elə bir oyundur ki, ya yaxşıya doğru dəyişir. Yada ki, pisə doğru gedir. Əlbəttə ki, biz qış transfer pəncərəsi dönəmində bunlara fikir verməliyik. Hansı mövqelərin güclənməsinə ehtiyyac varsa, ora transferlər edə bilərk. Futbolçularımızın çıxışlarından da çox şey aslı olacaq. Hansı futbolçular bizim komandad rəqabətə tab gətirə biləcəmi? Yəni bunlar çox önəmlidir. Bütün bu suallara qışa qədər aydınlıq gələcək. Həmin dönəmdə artıq biləcəyik ki, kimlərlə sağollaşmalı, kimlərlə isə davam etməliyik.

Əli HƏYATİ

10-10-2021, 16:21
25486
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
9-10-2021, 12:27
Aftandil Hacıyev:
Aftandil Hacıyev: “Təsəffür edin ki, dua edirik Raufa, Nikolasa heçnə olmasın “
2-10-2021, 20:20
"Keşlə”nin məşqçisi Zaur İsmayılov: "Qələbəmiz çoxdandır gözlənilirdi"
25-09-2021, 19:55
Sənan Qurbanov:
Sənan Qurbanov: "Komandamızın meydanda yatdığını deməzdim"
19-09-2021, 20:43
Sənan Qurbanov:
Sənan Qurbanov: "Bəlkə də, rəhbərliyin mənə yazığı gəlir"
25-08-2021, 16:59
Turan Vəlizadə: . “Qəbələ” ilə oyunda məğlubiyyətə layiq deyildik“
Turan Vəlizadə: . “Qəbələ” ilə oyunda məğlubiyyətə layiq deyildik“
  Xəbər Lenti
Günün oyunları – TV 29.11.2026, 15:02
"Şamaxı" "Qəbələ"yə, "Qarabağ" "Sumqayıt"a qarşı - YENİLƏNİR 29.11.2026, 14:01
Mahir Emreli: “Çətin mövsüm keçiririk” 29.11.2026, 13:09
“Liverpul”un hədəfindəki müdafiəçi - Xarici xəbərlər 29.11.2026, 11:29
Roke “Barselona”nın məşqçilərindən şikayətləndi - Xarici xəbərlər 29.11.2026, 11:07
FIFA sülh mükafatını ləğv etmək istəyir - Xarici xəbərlər 29.11.2026, 10:14
Millimizin üzvü Rüfətin komandası uduzdu 29.11.2026, 09:23
“Sabah” - “Araz-Naxçıvan” 2:0 - VİDEO 29.11.2026, 08:52
Dambrauskas: “Stadionları insanların ayağına aparmalıyıq?” 28.11.2026, 22:18
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
Ətraflı
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
Ətraflı
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb