FutbolMedia.Az
  • 10:54 Bazar
    25 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
“Sabah”ın qanını içib, çırağını söndürən Maksudlar, Ponomaryovlar - YAZI

“Sabah”ın qanını içib, çırağını söndürən Maksudlar, Ponomaryovlar - YAZI

Azərbaycan Premyer-Liqasında bir neçə klub var ki, aqibəti eynidir. Pulu çox, nəticəsi yox. Məsələn bu klublardan biri elə “Sabah”dır. Bu klubun yaranmasından, peşəkar faliyyətindən neçə il ötsə də, nəticəsi göz qabağındadır. Bir sözlə, klubda hər şey var, ancaq heçnə gözə dəyən yoxdur. İllərdi ancaq pul silirlər. Nə rəhbərliyin futboldan düz əməlli başı çıxır, nədə ki, onun ətrafında olan idarə heyətinin. Belə bir sual meydana çıxır “Sabah” klubu nə üçün yaradılıb. Bəs nə üçün fəaliyyət göstərir. Hazırda turnir cədvəlinə baxdıqda, “Sabah”ın durumu, tutduğu mövqe,yalnız ürək ağrıdır. Yarıcan, büdcəsi “Sabah”dan ən azı üç dəfə az olan “Qəbələ” hazırda turnir cədvəlinin lideridir. “Qarabağ”,”Neftçi” kimi rəqiblərini geridə qoyub. Qarşısına gələn klubu əzişdirir. Demək ki, klubda görülən düzgün işlər,komandaya can yandırmaq, təkcə ciblərini düşünməsələr nəticə əldə etmək olar.
"Sabah"da təcili köklü dəyişiklər olmalıdır. Klubun prezidenti Maksud Adıgözəlov, Iqor Ponomaryov,mətbuat xidmətindən tutmuş, digər səlahiyyətli şəxslərə qədər qovulmalıdır. Bir sözlə, idarə heyəti yenidən qurulmalıdır. Hazırki durumda baş məşqçi Tərlan Əhmədov gətirilməlidir. Yoxsa bu biabırçılıq davam edəcək. Hazırki durumda "Sabah" klubunun başı qapazlıdır. Gələndə vurur, gedən də vurur. Bu n biabırçılıqdı. Öz günahlrını hakimliyin üzərinə atır. Sən yaxşı oynadın ardı-arda qollar vur. Gör hansı hakim sənə hansısa haqsızlıq edəcəkmi? "Keşlə" ilə oyuna baş hakim Rəşad Əhmədovun səhvi oldu.Bunu danmaq lmaz. İnsan səhvsiz olmur. İstənilən yaxşı hakim belə bu cür səhvlərdən sığortalanmayıb. Lakin belə bir sual ortaya çıxır ki, bəs digər beş turda niyə uğursuz çıxış etmisiniz, niyə məğlubiyyətlər almısınız? demənk ki, bu hakim amili sadəcə uğursuzluğunuzu sığortalamaqdır.
"Sabah" klubunun artıq neçə ildir ki, uğursuzluğu davam edir. Yəni bu klub hər il milyonlar xərcləyir,Azərbaycan millisinin əsas heyət üzvlərini komandaya cəlb edir. Tanınmış səviyyəli legionerlər transfer edir. Bəh - bəhlə filan "Barselona"da oynamış futbolçunu transfer etdik. Filan millinin oyunçusunu gətirdik. Lakin nəticə yoxdur kardeşim, nəticə. Komanda mövsümün sonu sonuncu pillələrdə qərarlaşır. Hələ Avrokuboklara vəsiqə qazanmaq cəhənnəm. Yəni bu qədər şəraitin, milyonların qarşılığında bir büdcəsi az,gənc, yerli futbolçulardan təşkil edilmiş "Sumqayıt" klubu qədərdə yoxdurlar. "Sumqayıt" klubu bu zəif heyətlə Avrokuboka vəsiqə qazansın, səfərdə ilk tarixi heç-heçəsini etsin. Milyonların içində üzən, pulun çoxluğundan xərcləməyə yer tapmayan, "Sabah"da isə ancaq korrupsionerlər ciblərini doldursunlar. Milyonların qarşılığında nəticə yoxdursa, demək klubun rəhbərliyi, idarə heyəti, baş məşqçisinə kimi hamısı yalnız ciblərini düşünür. Hazırki məşqçi Ramin Quliyevin komandaya xeyir verəcəyini demək sadəlövlük olardı. Ramin Quliyev "Sabah"lıq baş məşqçi deyil. Ümumiyyətlə, onun premyer liqada işləməsi alınmır. Bəlkə də hələ tezdir. Necə ki, Sənan Qurbanovun məşqçilik karyerası hələ ki, alınmır. Loru dildə desək tutuzdura bilmir. "Sabah"ı ona ayrılıan milyonları qurtarmaq üçün klubda köklü dəyişikliklər edilməlidir. Ümumiyyətlə, sistem tam dəyişilməlidir. İlk öncə,prezident Maksud Adıgözəlov getməlidir. Ardınca içində Azərbaycana sevgisinin heç SS-sı olmayan Anatoli Ponomaryov İsveçrəyə yola salınmalıdır. Ramin Quliyev təcili Tərlan Əhmədovla əvəzlənməlidir. Klubun bir neçə səlahiyyətli şəxsləri göndərilməlidir. Çempionat yeni başlayıb. Tərlan Əhmədovun isə kifayyət qədər Premyer Liqa, Avrokubok təcrübəsi var. Bir sözlə, Azərbaycan çempionatında oynamış, işləmiş adamdır. Əks halda bu "Sabah" hər ili bax belə uğursuz yola verəcək. Qazananlar Maksudlar, Ponomaryovlar, Qomeşlər, Ramin Quliyevlər olacaq. Yalnız ciblərini doluracaq. İtirən isə Azərbaycan futbolu olacaq.

Əli HƏYATİ

4-10-2021, 12:05
24120
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
2-10-2021, 19:53
Ramin Quliyev:
Ramin Quliyev: "Hücumlarımızda sonluq çatmırdı"
19-09-2021, 20:43
Sənan Qurbanov:
Sənan Qurbanov: "Bəlkə də, rəhbərliyin mənə yazığı gəlir"
17-09-2021, 15:40
“Qəbələ” – “Səbail”, “Zirə” – “Sabah” oyununa hakim təyinatları
“Qəbələ” – “Səbail”, “Zirə” – “Sabah” oyununa hakim təyinatları
11-09-2021, 09:17
“Keşlə” –“Zirə”yə,“Sabah” – “Qəbələ”yə qarşı -
“Keşlə” –“Zirə”yə,“Sabah” – “Qəbələ”yə qarşı - YENİLƏNİR
3-09-2021, 21:20
De Byazi:
De Byazi: "Bu, bəhanə olmamalıdır"
25-08-2021, 16:59
Turan Vəlizadə: . “Qəbələ” ilə oyunda məğlubiyyətə layiq deyildik“
Turan Vəlizadə: . “Qəbələ” ilə oyunda məğlubiyyətə layiq deyildik“
14-08-2021, 10:07
“Sabah” – “Səbail” oyunu ilə Premyer Liqamıza start verilir
“Sabah” – “Səbail” oyunu ilə Premyer Liqamıza start verilir
28-07-2021, 23:40
Samir Abasov:
Samir Abasov: “Bunun da ucbatından qol buraxdıq“
27-07-2021, 11:09
Ramin Quliyev:
Ramin Quliyev: “Bu cür oyunlarda nəticə önəmli deyil“
13-07-2021, 20:45
Samir Abasov:
Samir Abasov: “Bunu Gürcüstandakı matçda hiss etdik“
16-06-2021, 12:37
Gündüz Abbaszadə: “Dino Ndlovu ilə danışıq aparmağımız yalnız şaiədir“
Gündüz Abbaszadə: “Dino Ndlovu ilə danışıq aparmağımız yalnız şaiədir“
1-06-2021, 09:24
Gələnlər və gedənlər -
Gələnlər və gedənlər - Klublarımızın yay transferləri
  Xəbər Lenti
"Neftçi" - "Turan Tovuz" 1:1 - VİDEO 25.10.2026, 10:10
Millimizin üzvü Şeydayev oynadı, "Soçi" qələbə qazandı 25.10.2026, 09:19
Canni İnfantino İlham Əliyevə təşəkkür edib 25.10.2026, 08:07
Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik” 24.10.2026, 21:03
Nəriman Axunzadə və komandasından daha bir qələbə - Türkiyə Superliqası 24.10.2026, 20:36
"Şəfa" - "Kəpəz" 1:2 - VİDEO 24.10.2026, 20:25
Azər Məmmədov: "Yaxşı sponsorumuz olsa..." 24.10.2026, 19:03
Zaur Həşimov: “Hazırda çox çətin durumdayıq” 24.10.2026, 18:41
"Lill" türkiyəli qapıçı ilə danışıqlara başladı - Transfer xəbərləri 24.10.2026, 17:00
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
28-09-2026, 14:00
Millimizin rəqibi Lixtenşteyn məğlub oldu
Millimizin rəqibi Lixtenşteyn məğlub oldu
6-10-2026, 12:10
"Sabah"ın qapıçısı Amin Ramazanov: "Neftçi" ilə oyunda azarkeşlər gözəl matç izaləyəcək." (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb