



“Vikinq” – “Sabah”: UEFA nə yazır?
UEFA-nın rəsmi saytı Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda keçiriləcək “Vikinq” (Norveç) – “Sabah” (Azərbaycan) oyunu ilə bağlı maraqlı statistik məlumatlar yayımlayıb.
Futbolmedia.az xəbər verir ki, yazlda hər iki komandanın avrokuboklardakı çıxışı, qarşılıqlı əlaqələri və diqqətçəkən göstəriciləri təqdim edilib.
Komandalar ilk dəfə qarşılaşacaq
“Vikinq” və “Sabah” indiyədək bir-biri ilə oynamayıb. Üstəlik, hər iki klub üçün bu, müvafiq olaraq Azərbaycan və Norveç təmsilçilərinə qarşı ilk oyun olacaq.
“Vikinq” sonuncu dəfə 1992/93 mövsümündə Çempionlar Liqasında iştirak edib. Həmin vaxt Norveç klubu ilk mərhələdə “Barselona”ya iki oyunun nəticəsinə görə 0:1 hesabı ilə uduzub.
“Sabah” isə tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edir. Bakı təmsilçisi 2023/24 mövsümündən başlayaraq ardıcıl dördüncü dəfə avrokuboklarda iştirak edir. Əvvəlki üç mövsümdə komanda Konfrans Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni dayandırıb.
“Vikinq”in “Qarabağ”la bağlı futbolçuları
Norveç klubunun hücumçusu Erik Botheim 2024/25 mövsümündə Avropa Liqasının əsas mərhələsində “Malmö”nün heyətində “Qarabağ”a qarşı səfər oyununda (2:1) hər iki qolu vurub.
Digər hücumçu Veton Berişa isə 2023/24 mövsümündə “Molde”nin heyətində “Qarabağ”a qarşı iki dəfə meydana çıxıb. Həmin görüşlərdə Norveç klubu səfərdə 0:1 hesabı ilə uduzub, evdə isə 2:2 hesablı heç-heçə edib.
“Vikinq”in statistikası
Norveç təmsilçisi Çempionlar Liqasının əsas mərhələsində hələ qələbə qazanmayıb. Komanda ilk üç turda bir heç-heçə edib, iki dəfə məğlub olub.
“Vikinq” 2-ci turda öz meydanında “Bavariya” ilə 3:3 hesablı heç-heçə edərək turnirdə ilk xalını qazanıb. Son turda isə “Aston Villa”ya səfərdə 1:3
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























